Məhkəmə qərarları › İş №1(102)-335/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-335/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-335/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Həmidov Babək Ziyafəddin oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəm əsinin 28 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli hökmündən Məhkum2 və müdafiəçisi Həmidov Babək Ziyafəddin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1320/2021 saylı, 28 iyul 2021-ci il tarixli hökmü ilə (Hakimlər Azad Məcidov (sədrlik edən və məruzəçi) Zeynal Ağayev və Səbuhi Hüseynov) ilə xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ün vanda yaşamış, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum2 və onun müdafiəçisi, “Mərkəz” Vəkil Bürosunun vəkili Qədimi Eldar Mehdi oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, həmçinin məh kum edilmiş şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 13 oktyabr 2021-ci il tarixli hökmü ilə, məhkum edilmiş şəxs Məhkum2 və onun müdafiəçisi, “Mərkəz” Vəkil Bürosunun vəkili Qədimi Eldar Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri və məhkum edilmiş şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bak ı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1320/2021 saylı, 28 iyul 2021-ci il tarixli hökmü, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmələrinə dair hissədə, həmçinin Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi hissəsində ləğv edilmiş, Məhkum1 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə bəraət verilmiş, Məhkum1 üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1320/2021 saylı, 28 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum2 A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təyin edilmiş cəza 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə həddinə endirilmişdir. Həmin hökmdən Məhkum2 və müdafiəçisi Həmidov Babək Ziyafəddin oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmünə görə, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə arala rında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı “Şahbuz” adlı şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 1.931,037 qram narkotik vasitə heroinin satışını həyata keçirmək məqsədi ilə külli miqdarda 1.000 qram və 10,377 qramını iki ədəd qara rəngli sellofan torbada istintaqa məlum olmayan vaxtda və şəraitdə Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin heroinin 1.000 qramını bir ədəd sellofan torbada idarə etdiyi “Renault Tondar” markalı Az **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində, 10,377 qramını isə üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum2 17 avqust 2020-ci il tarixdə saat 01:00-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 10,377 qram çəkidə narkotik vasitə heroin əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, külli miqdarda 1.000 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi idarə etdiyi “Renault Tondar” markalı Az **-XC-*** dö vlət qeydiyyat nişanlı avtomobilin yük yerindən bir ədəd qara rəngli sellofan torbada aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri onunla əsaslandırırlmışdır ki, məhkəmənin ittiham aktını təsdiq etmək üçün gətidirdiyi sübutlar güvənli və mötəbər deyil. Belə ki, sübutların mötəbərliyi şübhə doğurmamalı, eyni hal üzrə olan müxtəlif sübutlar bir-birini təsdiq etməli və tamamlamalı və sübutlar birgə qiymətləndirilməlidir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində cinayət işini tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə sübutları düzgün, eyni hala dair müxtəlif hallar ortaya qoyan dəlillərlə birgə qiymətləndirməmişdir. Nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə iş üzrə hökm qəbul etmişdir. Belə ki, Bakı Apellyasiya məhkəməsində cinayət işi qismən məhkəmə istintaqı ilə araşdırıldı və təqsirləndirilən şəxslər məhkəmə iclasında yenidən dindirildi. Məhkəmə iclasında ifadə verərkən təqsirləndirilən şəxs Məhkum2 bildirmişdir ki, ittiham olunan cinayətə onun heç bir aidiyyatı yoxdur. Qeyd etdiyinə əsasən ona məxsus Reno Tondar markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomaşınını bir sutkalıq digər təqsirləndirilən şəxs Məhkum1 idarə etməsi üçün vermişdir. Avtomaşında narkotik vasitəsinin gizlədilməsi barədə Məhkum2 ümumiyyətlə xəbəri olmamışdır. Onun qeyd etdiyinə əsasən İstintaq müddətində imza etdiyi sənəd lər yalnız təsir və hədə qorxu altında imzalanmışdır. Hətta verdiyi izahatlar müstəntiq tərəfindən onun istədiyi məzmunda dəyişdirilmişdir. Məhkum2 göstərdikləri tam şəkildə digər təqsirləndirilən şəxs Məhkum1 tərəfindən də məhkəmə iclasında dindirilərkən öz təsdiqini tapmışdır. Məhkum1 məhkəmə iclasında ifadə verərkən bildirmişdir ki, Məhkum2 taksi sürücüsü kimi tanımışdır. Onunla taksi sürücüsü kimi yaxşı münasibətləri olmuşdur. Ailəsi ilə birgə başqa evə kirayəyə köçərkən Məhkum2 taksi sürücüsü kimi istifadə etdiyi avtomaşını 1 günlüyünə istəmişdir. Ailəsini başqa evə köçürərkən özünə məxsus narkotik vasitəni Məhkum2 məxsus Reno Tondor markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük hissəsinə ailəsinə aid paltarların arasında Məhkum2 xəbərsiz gizlətmişdir və həmin narkotik vasitənin Məhkum2 avtomaşınına qoyması barədə heç bir xəbəri olmamışdır. Həmçinin, ibtidai istintaq müddətində keçirilmiş narkoloji ekspertiza göstərmişdir ki, Məhkum2 heç bir narkotik vasitənin istifadəçisi deyil. Məhkum2 Azərbaycan Respublikası vətəndaşıdır, məhkumluğu yoxdur və ona verilmiş cəza həddindən artıqdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum2 müdafiəçisi B.Z.Həmidov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli hökmünün Məhkum2 münasibətdə ləğv edilməsini və bərəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, məhkum isə barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi B.Z.Həmidov çıxış edərək, kassasiya şikayətlərinin mahiyyətcə üst-üstə düşdüyünü, narko tik vasitələrin satışı ilə bağlı hüquqlarını müdafiə etdiyi şəxsin telefonunda hər hansı danışıqların əldə edilə bilmədiyini, cinayət işi üzrə düzgün araşdırılma aparılmadığını, şəxsin əməlinin düzgün qiymətləndirilmədiyini, bu səbəbdən də cəzaya münasibətdə ədalətli qərarın qəbul olunmadığını bildirib, Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin cinayət işinin materialları ilə tam sübuta yetirildiyini, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məhkuma ədalətli cəza təyin edilməsini nəzərə alaraq verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli hökmünün Məhkum2 münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edil məsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində Məhkum2 təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun və müdafiəçisinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətlə ndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsa slanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması müdafiəçinin isə kassasiya şikayətlərinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkum2 verilmiş qabaqcadan əlbir ola bir qrup şəxs tərəfindən külli miqdara satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinc i instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum2 əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi hallar faktiki olaraq iş üzrə ibtidai istintaq və məhkəmələr tərəfindən müəyyən olunmuş hallardan fərqli yeni hal kimi çıxış edir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə iş in faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasi ya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bundan başqa, apellyasiya məhkəmə baxışı qismən məhkəmə istintaqı aparmaqla keçirilmiş, cinayət işinin materialları yenidən araşdırılmış, iş üzrə mövcud olan sübutlara yenidən hüquqi qiymət verilmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində izahat və ilkin ifadəsini verərkən Məhkum2 göstərmişdir ki, təxminən bir ay bundan əvvəl “Facebook” sosial şəbəkəsində “Baba” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Bir müddət onunla yazışmalardan sonra iranlı ona İrandan Azərbaycana narkotik vasitə keçirdiyini və buradakı adamlarının vasitəsilə satdığını bildirmişdi r. Bir müddət yazışandan sonra Baba ona təklif etmişdir ki, onun Azərbaycanda qoyduracağı narkotik vasitəni götürsün və özündə saxlasın, kimə desə ona çatdırsın və bunun müqabilində ona 500 manat pul versin. İşsiz və bu səbəbdən maddi vəziyyəti pis olduğuna görə o, da Baba ilə razılaşmışdır. Təxminən on gün – bir həftə tutulmamışdan əvvəl axşam saatlarında Baba adlı şəxs istifadə etdiyi ***-***-**-** nömrənin “Whatsapp”ı ilə ona zəng etmiş və Yasamal rayonu, “Ətçilər” deyilən yerə narkotik vasitə qoydurduğunu bildirib həmin narkotik vasitəni oradan götürməyini və özündə saxlamağını, sonradan deyəcəyi adama çatdırmağını istəmişdir. O, da idarə etdiyi “Renault Tondar” markalı Az **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Baba” adlı şəxsin dediyi yerə getmiş. Bundan sonra o, “Ətçilər” de yilən ərazidəki yeni inşa edilmiş binanın qarşsındakı daşın altından bir ədəd qara rəngli sellofan torbanı götürmüş və dərhal idarə etdiyi avtomobilə qoyub oradan uzaqlaşmışdır. Yolda torbanı açanda orada iki büküm narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi olduğunu görmüşdür. Bundan sonra o, kiçik bükümü götürüb əynindəki şalvarın cibinə qoymuş, digər büküm və elektron tərəzini isə qara rəngli sellofan torbada avtomobilin yük yerinə qoymuşdur. Eyni zamanda, Məhkum2 ittiham olunaraq təqsirli bilindiyi əməli törətməsi ibtidai istintaq zamanı, qismən birinci və apellyasiya instansiya instansiya məhkəmələrində verdiyi öz ifadəsi və Şahid3 ifadəsi ilə yanaşı, şahidlər Şahid4, Şahid2, Şahid1, Şahid5 və Şahid6 ifadələri, Məhkum2 ilə Məhkum1 arasında keçirilmiş üzləşdirmə protokolu v ə iş üzrə toplanmış digər sübutlarla, o cümlədən Məhkum2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin başəməliyyat müvəkkili Şahid1 16 avqust 2020-ci il tarixli raportla; Məhkum2 aşkar edilmiş bükümün özünə məxsus olduğunu, təxminən 1 həftə əvvəl həmin bükümü “Facebook” sosial şəbəkəsində tanış olduğu İİR-nın vətəndaşı “Baba” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində qoyulan yerdən götürdüyünü, narkotik maddələri “Baba” adlı şəxsin Bakı şəhəri ərazisində deyəcəyi şəxslərə çatdıracağını, əvəzində 500 AZN pul qazanacağını, narkotik maddələrin dövriyyəsi ilə məşğul olmasından heç kimin məlumatı olmadığını, idarə etdiyi “Renault” markalı, **-XC-*** dövlət nömrə nişanlı avtomobildə narkotik maddə saxladığını, özünün könüllü təqdim edə biləcəyini, həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirməsini bildirməsi barədə 17 avqust 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolla və digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilmişdir. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübu tetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiy ası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum2 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar apellyasiya instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsi nin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum2 hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərə cəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzə rə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılmalı, məhkum və müdafiəçisinin kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 və müdafiəçisi Həmidov Babək Ziyafəddin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəmə sinin 28 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli hökmü kassasiya şikayətlərinə əsasən Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar