Məhkəmə qərarları › İş №1(102)-335/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-335/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-335/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və müdafiəçisi Əliyev Azər Rufan oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-285/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1968-ci il tarixdə Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, x1ndə qeydiyyatda olmaqla yaşamışdır. 2. 08 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 fevral 2022-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəy yən edilmiş işin faktiki hallarına görə, Məhkum 25 noyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi 6 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 4,43 qram, 4,49 qram, 3,82 qram, 5,76 qram, 4,96 qram və 3,17 qram şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkiləri 26,63 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edərək həmin kibrit qutularından 5 ədədini ümumi təmiz çəkisi 23,46 qram olan qurudulmuş marixuananı üzərində saxlayıb daşımış və həmin narkotik vasitələr 25 noyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Habelə, həmin tarixdə Məhkum qeydiyyatda olduğu və faktiki yaşadığı Ağdaş rayonu Kotanarx kəndində yerləşən evinə baxış keçirilən zaman həyət evinin otağından asılmış vəziyyətdə olan köynəyin döş cibindən qanunsuz olaraq satış məqsədi ilə saxladığı 1 ədəd kibrit qutusunda, təmiz çəkisi 3,17 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

5. Ağdaş Rayon Məhkəməsinin 1(014)-28/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməmişdir. Onun narkotik vasitə olan marixuananı satmaq niyyəti olmamış, istifadəçisidir, 1-ci Qarabağ müharibəsində aldığı kontuziyanın təsirindən başında olan ağrıları sakitləşdirir. Atası rəhmətə getmiş, himayəsində 2 azyaşlı övladı var, onlara görə aliment ödəyir. Bu səbəbdən barəsində daha ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-285/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Ağdaş Rayon Məhkəməsinin 1(014)-28/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində törədilən cinayət əməlinin səhv tövsif edildiyi və təyin edilən cəzanın ağır olduğu iddia edilməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ədalətli qərarın qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcə lləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hans ı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin tövsifini mübahisələndirməklə və ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-285/2022 nömrəli, 30 avqust 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cin ayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə g örə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyi n edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

21. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

22. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara və mövcud məhkəmə tə crübəsinə əsaslanmaqla ayrıayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun verdiyi apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına və Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində i sə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

24. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd edir.

25. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsi nin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

26. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

27. Cəzanın tə yin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

28. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

29. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəx slər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

30. Şərh edilənlərə əsaslanmaqla Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşmır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə ümumilikdə götürülməklə maddi hüquq normalarına uyğun qəbul edilsə də, bununla belə məhkumun şəxsiyyəti, onun ailə vəziyyəti və cəzasını yüngülləşdirən halın mövcudluğu kifayət qədər nəzərə alınmamış, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilməmişdir.

31. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, baxılan iş də məhkum edilmiş şəxsin əməlində peşman olması onun cəzasını yüngülləşdirən hal olaraq nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

32. Bununla yanaşı, cinayət işinin materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məhkum yaşadığı yer üzrə müsbət xarakterizə olunur, o, kənddə nümunəvi sakin kimi tanınmış, 2-ci Qarabağ Müharibəsi vaxtı arxa cəbhəyə maddi və mənəvi yardım göstərmişdir.

33. Hər iki aşağı instansiya məhkəməsi məhkum edilmiş şəxsin cəzasının həddini müəyyən edərkən onun şəxsiyyətini səciyyələndirən bu halı kifayət qədər nəzərə almamışdır.

34. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında göstərilən hüquqi mövqeyə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də şəxsin azadlıqdan məhrum edilməsinə əsas verən qanuni penoloji məqsədlər sırasına onun cəzalandırması, digərlərinin çəkindirməsi, cəmiyyətin maraqlarının müdafiəsi ilə yanaşı eləcə də həmin şəxsin islah edilməsi daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

36. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Resp ublikası CinayətProsessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011ci il tarixli qərarı).

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsuliyyəti yüngülləşdirici halların mövcud olması və hökmlə müəyyən edilmiş cəzanı ağırlaşdıran hər hansı halın olmaması, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, Məhkum Ağdaş Rayon Məhkəməsinin 1(014)28/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, ona təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-285/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il müddətinə azaldılmalı və ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, bu cəza vasitəsi ilə də Məhkum islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

39. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-285/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməli dir. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-285/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Ağdaş Rayon Məhkəməsinin 1(014)-28/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-285/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il müddətinə azaldılsın və ona 3 (üç) il müddətə azadlıqdan məhru m etmə cəzası təyin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-285/2022 nömrəli, 30 avqust 2022-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar