Məhkəmə qərarları › İş №1(102)-336/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-336/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-336/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbəli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum2, Bəraət almış şəxs Məhkum1 iştirakı ilə Quba rayon məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə bəraət almış Məhkum1, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə bəraət almış və Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli saylı hökmü ilə (hakim Tahirov Zamin Cəbrayıl oğlu) xx xxx 1987-ci ildə Xaçmaz rayonu Alekseyevka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Alekseyevka kəndində yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta ye tirilməməsi əsası ilə bəraət verilmiş, xx xxx 1973-cüildə Xaçmaz rayonu, Nərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Nərəcan kəndində yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cümaddəsinə əsasən 16 iyun 2015-ci il tarixdən 16 noyabr 2015-ci il tarixədək və 21 noyabr 2016-cıil tarixdən 21 fevral 2017-ci il tarixədək həbsdə olduğu 08 ay müddət nəzərə alınaraq təyin olunan cərimə cəzası yüngülləşdirilərək, 300 m anat miqdarında cərimə cəzasına məhkum edilmiş, hazırkı hökm üzrə təyin olunmuş cəzaya Xaçmaz rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası tamamilə toplanaraq, qəti olaraq 300 manat miqdarında cərimə cəzası və 01 il 11 ay 26 müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, 15 iyun 2015-ci il tarixdə Xaçmaz rayonu, Nərəcan kəndində yaşayan tanışı Məhkum2 satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz əldə etdiyi və üzərində gəzdirdiyi 6,4 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın 0,52 qramını 16 iyun 2015-ci il tarixdə, saat 17 radələrində Quba rayonu, Hacıhüseynli kəndi ərazisində X9 və X10 30 manata sataraq, narkotik vasitənin qalan 5,88 qramını üzərində saxlamış, həmin gün Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı, qeyd olunan narkotik vasitə sonuncunun əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Məhkum2 CM-nin 234.1, 234.2 və 237.1-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, 2015-ci ilin aprel ayında yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndində, həyətyanı sahəsində satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 7 ədəd çətənə bitkisini əkib 16 iyun 2 015-ci il tarixə kimi kultivasiya etmiş, 2015-ci ilin iyun ayının əvvəllərindən həmin çətənə bitkilərinin yarpaqlarını yığıb qurutmaqla 36,17 qram təmiz çəkidə narkotik vasitə olan marixuana hazırlayıb əldə etmiş, 15 iyun 2015-ci il tarixdə həmin marixuananın 6,4 qramını Xaçmaz rayonu, Alekseyevka kəndində yaşayan tanışı Məhkum1 pay vermiş, qalan 20,44 qram çəkidə marixuananın 18,51 qramını 7 ədəd kibrit qutularına yerləşdirib yaşadığı fərdi evdə, 9,33 qramım əynindəki cins şalvarının sağ yan cibində, 1,93 qramım isə beş ədəd gümüşü rəngli kağız bükümlərdə özünə məxsus «VAZ-2106» markalı, **-BK*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda gizlədərək saxlamış və 16 iyun 2015-ci il tarixdə, saat 21 radələrində Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı Xaçmaz rayo nu, Nərəcan kəndində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarının sağ yan cibindən 1,93 qram, avtomobilinə baxış keçirilən zaman avtomobildə saxladığı beş ədəd gümüşü rəngli kağız bükümlərdə olan 1,93 qram və yaşadığı evə baxış keçirilən zaman isə 7 ədəd kibrit qutularına qablaşdırılmış 18,51 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Quba rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli saylı hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmi ş, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən 16 iyun 2015-ci il tarixdən 16 noyabr 2015-ci il tarixədək və 21 noyabr 2016-cıil tarixdən 21 fevral 2017-ci il tarixədək həbsdə olduğu 08 ay müddət nəzərə alınaraq təyin olunan cərimə cəzası yüngülləşdirilərək, 300 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, hazırkı hökm üzrə təyin olunmuş cəzaya Xaçmaz rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası tamamilə toplanaraq, qəti olaraq 300 manat miqdarında cərimə cəzası və 01 il 11 ay 26 müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən veri lmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Rzayev Məhəmmədəli Əsəd oğlu, hakimlər Zeynallı Fərmayıl Gülmalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 17 sentyabr 2019-cu il tarixli qərarı ilə Quba rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Sumqayıt şəhər Məhkəməsinin 17 sentyabr 2019-cu tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qərarı ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum1 və Məhkum2 törətdikləri cinayət əməllərini tam etiraf edərək və öz müdafiələri üçün heç bir dəlil gətirməmişlər. Belə ki, cinayət işinin materiallarında olan Xaçmaz rayon məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmündən görünür ki, Məhkum2 CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum2 əvvəllər məhkum edildiyi cinayət əməli narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur. Hazırkı cinayət işi üzrə yuxarıda sadalanan bilavasitə və düzünə sübutlar (şahid ifadələri, ekspertiza rəyləri və s.) nəzərə alınmadan. Məhkum1 və Məhkum2 cəzadan yayınmaq niyyəti ilə uydurduqları və təhrif etdikləri xüsusatlar düzgün qiymətləndirilməmiş, bununla yanaş ı, onların söylədikləri, sırf özünümüdafiə xarakterli, obyektiv halları təhrif edən fikirlər hər iki məhkəmə instansiyası tərəfindən digər sübutlarla müqayisə edilməyərək həqiqət kimi qəbul edilmiş, düzgün ifadə verməyəcəkləri halda cinayət təqibi barədə xəbərdar edilmiş şahidlərin qərəzsiz ifadələri isə məhkəmələr tərəfindən qeyri-obyektiv tənqidi yanaşmaya məruz qalmışdır. Belə ki, təqsirləndirilən şəxs Məhkum1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində bildirmişdir ki, 2015-ci ilin iyun ayının ortalarında təsadüfən tanış olduğu X7və X5 adında şəxslər ondan gilas almaqda onlara kömək etməsini təklif etmişlər, o, həmin təklifin səmərəli olduğunu düşünərək, üç gün ərzində həmin şəxslərlə Xaçmaz rayonunda gilas satışı ilə məşğul olan tanıdığı şəxslərlə görüşmüş, meyvə bağlarına baxmışlar. 16 iyun 2015-ci il tarixdə X7 və X5 ona Quba rayonu. Hacıhiiseynli kəndində gilas bağı olduğunu, ora baxmaq üçün getmələrini bildirmişlər. O da öz maşını ilə qeyd olunan şəxslərlə birlikdə həmin kəndə getmişdir. Orada olan zaman qara «Niva””« markalı maşın gəlmiş və onun maşının qabağını kəsmişdir. Həmin maşından üç nəfər şəxs düşərək onu maşından məcbur düşürmüşlər. X66 adlı şgxs ona onlarda olan məlumata görə üzərində narkotik vasitə gəzdirdiyini və həmin narkotik vasitənin X7 və X5 satmaq niyyətində olduğunu bildirmişdir. O da üzərində belə bir maddə və elə bir niyyətinin olmadığını bildirərək, üzərində axtarış apara biləcəklərini bildirmişdir. Əməliyyat iştirakçıları hər şeyin şöbədə aydınlaşdırılacağını deyərək, onu Quba rayon polis şöbəsinə gətirmişlər. Bu zaman formal olaraq onlar X7 v ə X5 də tutaraq onunla birlikdə şöbəyə gətirmişlər. Həmin şəxslər guya üzərlərindən çıxan və istifadə etdikləri narkotik vasitənin ondan aldıqlarını bildirmişlər. Halbuki həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamış, X7 və X5 ilə belə bir sövdələşməsi olmamışdır. Üstündə «tapılan» narkotik vasitə avtomaşında polis əməkdaşlarının nəzarətində polis şöbəsinə aparılan zaman polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. Quba rayon polis şöbəsində polis əməkdaşları guya üstündə şəxsi axtarış aparmış, onun cibinə narkotik vasitə qoyaraq, sonra onu guya onun üstündən çıxarmışlar. Ona verilən ittihamla bağlı göstərilən hallar təbii ki, uydurma və istintaq orqanının fantaziyasından ibarətdir. O, tutularkən müdafiəçi ilə təmin edilməmişdir. O, polis əməkdaşları tərəfindən tutularkən və onun boynuna narkotik vasitəni qanunsuz əldə edib, saxlaması və satışı qoyularkən vəkil və hal şahidləri həmin proseslərdə formal olaraq iştirak etmişlər. O, latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya və yaza bilmədiyi halda, ona sonradan latın qrafikasında yazılmış hüquqları barədə bildiriş verilmişdir. Həmçinin, digər təqsirləndirilən şəxs Məhkum2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində bildirmişdir ki, yaşadığı Xaçmaz rayonu, Nərəcan kəndin ərazisində yerləşən tanışına məxsus çayçıda oturan zaman üç nəfər şəxs ona yaxınlaşaraq bayıra çağırmış və ona Məhkum1 narkotik vasitə satdığını, bununla əlaqədar Məhkum1 onu ələ verdiyini və onlarla birlikdə getməli olduğunu bildirmişlər. O, deyilənlərin yalan olduğunu bildirərək, həmin şəxslərlə ona məxsus maşına minərək birbaşa yaşadı ğı evə gəlmişlər. Onlar, yəni polis əməkdaşları həyətə baxan zaman orada özbaşına çıxmış çətənə bitkisini görmüşlər. Həmin bitki, onun həyəti çay kənarında olduğundan yabanı şəkildə bitmişdir. Bitkiləri əkməmiş, becərməmiş və heç bir qulluq göstərməmişdir. Bundan sonra onlar birlikdə Quba rayon polis şöbəsinə gəlmiş və orada ona narkotik vasitələrin üzəfjndə gəzdirilməsi, satışı və əkib becərilməsi ittihamı irəli sürülmüşdür. Üzərində, maşınında və evində aşkar edildiyi irəli sürülmüş narkotik vasitələr ora polis əməkdaşları tərəfindən qoyulmuşdur. Onun həmin maddələrdən xəbəri olmamışdır. Onu və Sənanı polislər öz agentləri vasitəsilə provakasiyaya çəkərək, onları narktitk vasitələrin saxlanması və satışına cəlb etmişlər. Polis əməkdaşları tərəfindən tutularkən və onun boynuna narkotik va sitəni qanunsuz əldə edib, saxlaması və satışı, həmçinin əkib becərilməsi qoyularkən vəkil və hal şahidləri həmin proseslərdə iştirak etməmişlər. Latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya və yaza bilmədiyi halda, ona sonradan latın qrafikasında yazılmış hüquqları barədə bildiriş verilmişdir. Lakin, dövlət ittihamçısı tərəfindən onlara verilən sualları cavablandırarkən təqsirləndirilən şəxslər yuxarıda qeyd etdikləri barədə nə üçün həmin prosessual hərəkətdə iştirak edən vəkillərini məlumatlandırmadıqlarını, dedikləri barədə tərtib olunmuş və imzaladıqları protokola və digər sənədlərə qeydlər etmədiklərini, ibtidai araşdırma zamanı müdafiəçilərinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrdə hazırda göstərdiklərinin heç biri barədə bildirmədiklərini, habelə onların həbsdə sa xlandıqdan sonra, başqa sözlə artıq polis əməkdaşlarının və digər dövlət orqanlarının bilavasitə «qanunsuz təsir dairəsindən» uzaqlaşdıqdan sonra dedikləri barədə heç bir yuxarı dövlət orqanına, prokurorluğa və ya məhkəməyə, ən azı, inandıqları və daha professional hesab etdikləri müdafiəçilərə müraciət etmədiklərini əsaslandıra bilməmişlər. Bütün bunlara baxmayaraq, onların sadalanan xüsusatlar barədə göstərdikləri yalan və ziddiyyətli ifadələrinə birinci instansiya məhkəməsi tərəfindən tənqidi yanaşılmamış və təqsirləndirilən şəxslərə əsassız bəraət verilməsinə gətirib çıxarmış, apellyasiya məhkəmə kollegiyası isə həmin əsassız bəraəti qüvvədə sallamışdır. Həmçinin protestə qeyd edilmişdir ki, Məhkum1 ibtidai istintaq zamanı təqsirini etiraf edərək bildirmişdir ki, narkotik vasitəni di gər təqsirləndirilən şəxs Məhkum2 hədiyyə formasında götürmüş və həmin narkotik vasitənin bir hissəsini 30 manata X7 və X5 satmış, qalan hissəsini isə şəxsi istifadəsi üçün özündə saxlayaraq üstündə gəzdirmişdir. Özü tərəfindən əkib becərdiyi narkotik vasitəni Məhkum1 verməsini Məhkum2 də ibtidai istintaq zamanı verdiyi ifadəsində tam təsdiq etmişdir. Belə olan halda təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi yaranır və bu onu göstərir ki, onlara istinad olunan ittiham düzgün olaraq verilmişdir. Bundan başqa, ış üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 17 iyun 2015-ci il tarixli, 12387 saylı rəyindən görünür ki, Məhkum2 tərəfindən hədiyyə şəklində Məhkum1 verilən narkotik vasitə və Məhkum1 tərəfindən X5 və X7 satılan və şəxsi axtarış zamanı üstündə tapılan narkotik vasit ələr eyni tərkiblidir. Məhkəmədə verdikləri ifadələrində təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 cinayət məsuliyyətinə cəlb olunmalarının əsaslarından biri kimi polis işçiləri tərəfindən cinayət törətməyə təhrik olunduqlarını bildirmişlər. Bu cür ifadələrin heç bir əsası yoxdur, çünki təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı bu barədə müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya müdafiəçilərinə heç nə bildirməmiş, bu halların araşdırılmasını tələb etməmişlər. Halbuki verilən ittihamı təkzib etmək, bunun üçün bütün prosessual vasitələrdən istifadə etmək üçün müdafiə tərəfinə, o cümlədən təqsirləndirilən şəxslərə qanunda geniş hüquqlar verilmişdir. Lakin təqsirləndirilən şəxslərin məhkəmədə göstərdiyi həmin xüsusatla bağlı ibtidai istintaqd a müdafiə tərəfindən heç bir vəsatət verilməmiş, hər hansı fakt və sübutlar təqdim edilməmişdir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün göstərdikləri «təhrik» xüsusatını özünümüdafiə kimi qiymətləndirməmiş və bunu ittihamın təkzib olunması üçün əsas sayaraq, təqsirləndirilən şəxslər barəsində əsassız bəraət hökmü çıxarmışdır. Eyni zamanda işin materiallarından görünür ki, Məhkum1 narkotik vasitə alan X5 və X7 narkotik vasitələrin şəxsi istehlak miqdarında əldə etmələri və saxlamalarına görə inzibati məsuliyyətə cəlb olunmuş, bununla da onların qanunsuz əməlinə hüquqi qiymət verilmiş və onlar müvafiq qaydada cəzalandırılmışlar. Bu hal «təhrik» xüsusatını təkzib edir. Belə ki, X5 və X7 bu işlə bağlı məsuliyyətdən tam azad olunduq ları təqdirdə təhrik halından söhbət gedə bilərdi. Hərçənd ki, işdəki heç bir sübut bu təhrikin mövcud olmasını sübut etmir. Təqsirləndirilən şəxslərin təhriklə bağlı məhkəmə verdikləri ifadələrini qəbul etsək belə, onda maraqlı bir sual doğulur ki, Məhkum2 yaşadığın evin həyətyanı sahəsində 7 ədəd çətənə bitkilərinin əkilib becərilməsinə onu kim təhrik etmişdir. Həmçinin protestdə qeyd edilmişdir ki, Məhkum2 barədə hazırkı cinayət işi üzrə məhkəmə narkoloji ekspertizasının 17 setıtyabr 2015-cı il tarixli, 1836 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Məhkum2 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması, öz vəziyyətinə tənqidi münasibətin olmasını nəzərə alara q, həmçinin Məhkum2 2-ci qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməz və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2015-cü il tarixli, 1838 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Məhkum1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, lakin hal- hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Lakin, bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsi nədənsə b u halları nəzərdən qaçırmış, apellyasiya məhəkəmə kollegiyası da eyni qanunsuzluqları təkrarlamışdır. Bundan başqa protestdə göstərilmişdir ki, hökmün əsaslandırıcı hissəsindən görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 müdafiəçilərinin ibtidai araşdırma zamanı «sadəcə olaraq polisin hərəkətlərinin müşahidəçisi roluna salınmasını» və bununla təqsirləndirilən şəxslərin müdafiə hüququnun «kobud şəkildə pozulmasını» müəyyən etmişdir. Birinci instansiya məhkəməsi isə Məhkum1 və Məhkum2 müdafiə hüquqlarının pozulmasını müəyyən etmişdirsə, belə olan halda məhkəmə hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verib onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalı idi. Belə ki, CPM-nin 303.3.1-ci maddəsinin tələblərinə görə, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Hökmün əsaslandırıcı hissəsindən həmçinin görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 latın qrafikalı Azərbaycan əlifbası ilə yazıb-oxuya bilməməsini müəyyən etmiş və bu halın olmasını da, nəticə etibarı ilə onların hüquqlarının pozulmasını «əsaslandırmaq» üçün istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair 15 iyul 2011 -ci il tarixli qərarında göstərilir ki, cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir. İş materiallarından da görünür ki, hazırkı cinayət işi üzrə qanunvericiliyin bu tələbi də pozulmamış, təqsirləndirilən şəxslər cinayət prosesinin ilk mərhələsindən müdafiəçiləri Rafiq Əskərovun və Azad Vəliyevin hüquqi xidmətləri ilə təmin olunaraq, bu hüququndan da tam mənada istifadə etmişlər. Belə olan halda, Məhkum1 və Məhkum2 latın qrafikalı azərbaycan əlifbasını bilməmələri məhkəmələr tərəfindən onların hüquqlarının pozulması kimi qiymətləndirilə bilməzdi. Bundan əlavə «Latın qrafikalı azərbaycan əlifbasının bərpa edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun (25 de kabr 1991-ci il, № 34) qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 199Fci il tarixli, 34 №-li Qərarının 2-ci bəndinə əsasən 1992-ci ilin sentyabr ayından orta məktəblərin 1-ci siniflərində dərslər yeni əlifba ilə keçirilmiş, orta məktəblərin yuxarı siniflərində, texniki-peşə, orta ixtisas və ali məktəblərində latın qrafikalı əlifbanı öyrədən fakültativ məşğələlər təşkil edilmişdir. İşin hallarından görünür ki, Məhkum1 1987-ci ildə anadan olmuş və orta təhsillidir. Onun orta məktəbi bitirməsi 2004-2005-ci tədris illərinə təsadüf edir. Yəni Məhkum1 orta məktəbdə oxuyarkən latın qrafikalı Azərbaycan əlifbası ilə təhsil almışdır. Bu hal bir daha sübut edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə bəraət vermək üçün süni zəmin ha zırlamış, apellyasiya məhkəməsi isə həmin halları nəzərdən qaçırmışdır. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi tərəfsiz və obyektiv ifadələri nəzərə alınmamış, təqsirləndirilən şəxslərin ziddiyyətli ifadələr vermələrinin obyektiv səbəbi aydınlaşdırılmamış, toplanmış sübutlar tərəfsizlik nöqteyi-nəzərdən təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdirilməsi zarnapı yalnız bir tərəfin maraqları prioritet götürülmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmiş, beləliklə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, apellyasiya məhkəmə kollegiyası da bu əsassız və qanunsuz hökmü qüvvədə saxlamışdır.Ona görə dövlət itt ihamçısı apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, Məhkum2 və bəraət almış şəxs Məhkum1 isə kassasiya protestinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məh kəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq kassasiya protestinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, protestin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermirlər. Kassasiya protestində Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə əsassız olaraq bəraət verildiyi iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad olunr. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 bəraət verilməli olduğuna dair nəticəni hökmdə işin hallarına, qanunun tələblər inə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumlarının qərarlarının müvafiq olaraq müddəalarına və izahlarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Hökmdə bu məsələlərlə əlaqədar digər dəlillərlə yanaşı aşağıdakılar göstərilmişdir: “...Hazırkı cinayət işinə Vanyanın işi üzrə Avropa Məhkəməsinin mövqeyindən yanaşdıqda etiraf olunmalıdır ki, əgər sübut müstəsna olaraq polis provakasiyasının nəticəsidirsə və şəxsin yalnız polis provakasiyasının nəticəsi kimi meydana gələn hərəkətlərini (cinayət kimi görülən əməlini) ifşa edirsə, belə materiallar şəxsin cinayətdə təqsirli olduğunu göstərən əsaslar kimi qəbul edilə bilməz. Polis əməkdaşı X6 hərəkətlərindən görün ür ki, o, agentləri X7 və X5 vasitəsi ilə Məhkum1 və Məhkum2 əslində törətmək niyyətində olmadıqları - narkotik vasitələrin qanunsuz saxlanması və satışı ilə bağlı cinayətə təhrik etmişdir, yəni həmin şəxslərin CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət kimi qiymətləndirilən əməlləri müstəsna olaraq polisin təhriki ilə törədilmiş hərəkətlərdən ibarət olmuşdur. Əyər buna əməliyyat-axtarış tədbiri kimi qiymət verilmişdirsə həmin mövqe yanlışdır. Belə ki, provakasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların “yaradılması” şəxsi həmin əməli törətməyə təhrik etmək deməkdir. Göstərilən hərəkətlərin əsaslı olması üçün polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsi təmin edilməli və məhz belə olduqda həm əməliyyatın özü, həm d ə onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırlmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməli idi. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini (tərətməyə hazırlaşdığını) göstərən əsaslar yoxdursa və törədilmiş əməl, eləcə də şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polis provakasiyasının nəticəsidirsə, şəxsin məsuliyyətə cəlb edilib cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Məhkum1 və Məhkum2 Azə rbaycan Respublikası CMnin 234.1-ci və 234.2-ci maddələrilə ittiham olunması haqqında cinayət işinin materiallarını yuxarıda göstərilənlərlə müqayisə etməklə araşdırdıqda isə aşağıdakılar müəyyən olunmuşdur. Təqsirləndirilən şəxslərin ifadələrindən işdəki digər mötəbər sübutlardan və prosesin sonrakı mərhələsindən (X16 və X5 əvvəllər tanımadıqları təqsirləndirilən şəxs Məhkum1 ilə elə birinci dəfə görüşərkən narkotik vasitədən söhbət açmaları, həmin vasitələri ətdə etmək istəmələrini bildirmələri, X7 və X5 əməllərində inzibati xəta tərkibinin olmasına qərar verilməsi, onların əvvəllər də polis əməkdaşı X6 ilə görüşməsi, X6 özlərinin patronu adlandırmaları, onların maliyyələşməsinin X6 tərəfindən həyata keçirilməsi, bu barədə X40 və X50 ifadələri və iş üzrə digər sübutlar - o cümlədən təqsi rləndirilən şəxslərin ifadələri və s.) müəyyən olunur ki, X16 və X17 polislə əməkdaşlığa girərək, polisin nəzarətində olan və polis əməkdaşının göstərişi ilə hərəkət edən agentlər olmuşlar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş şahidlərin dediklərindən və digər tədqiq olunmuş sübutlardan aydın olur ki, Məhkum1 yanında X16 və X17 gilas almaq adı ilə ona yaxınlaşmış, onunla bir neçə gün gilas bağlarını gəzmiş və onu “patron” kimi tanıdıqları polis əməkdaşı X6 ilə görüşdürərək həmin işlə əlaqədar pulu X6 xərclədiyini bildirmişlər. Onların işə cəlb edilməsinədək polisdə Məhkum1 və Məhkum2 üzərində narkotik vasitələrin olmasına, onun satışı ilə məşğul olmasına şübhəli bilmək üçün əsasların olduğunu göstərən sübutlar mövcud olmamışdır. Məhkəmədə polis əməkdaşlarının onlarda təqsirləndirilən şəxslərin narkotiklərin qanunsuz saxlanması və satışı ilə məşğul olduğuna dair məlumatların olmasına sadəcə istinad etmələrl sübut növü kimi nəzərə alına bilməz. Belə ki, iş materiallarınldan görünüm Məhkum1 və Məhkum2 haqqında Quba Rayon Polis Şöbəsində əməliyyatçı qeydiyyat işi açılmamış (işdə olan Quba Rayon Polis Şöbəsinin 12.07.2017-ci il tarixli məktubu və polis əməkdaşlarının ifadələri) və təqsirləndirilən şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə mötəbərliyi şübhə doğurmayan hər hansı gizli mənbə olmamışdır. Polis əməkdaşları, ümumiyyətlə ittiham tərəfi təqsirləndirilən şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə hər hansı gizli əməliyyat məlumatının olmasını, bu məlumatın məzmununun nədən ibarət olmasını göstər məmiş və bu barədə hər hansı sübut təqdim etməmişlər. Eynilə ittiham tərəfi təqsirləndirilən şəxslərin X7 və X5 pulla narkotik vasitə almaları ilə onları provokasiya cəlb etmələrindən başqa həqiqətən narkotik vasitə saxlamaları və satmalarnı ilə məşğul olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Qeyd olunanlar onu göstərir ki, polis əməkdaşları və göstərişi ilə hərəkət edən şəxslər (X5 və X7) özlərini heç də təqsirləndirilən şəxslərin fəaliyyətini passiv tədqiq etməklə məhdudlaşdırmamış, əksinə özlərinin agent-provokatorları vasitəsilə təqsirləndirilən şəxslərin narkotik vasitənin satışı və saxlanmasından ibarət cinayətə təhrik etmişlər. İşdə Məhkum1 və Məhkum2 onlara inkriminə olunan Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə olan əm əlləri polisin, polis əməkdaşlarının nəzarəti altında hərəkət edən X16 və X5 vasitəsilə təhriki olmadan törədəcəyini ehtimal etmək üçün əsaslar və sübutlar mövcud deyildir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, Məhkum1 və Məhkum2 onlara inkriminə olunan Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə olan əməlləri polis əməkdaşları tərəfindən provakasiya olunmuşdur, yəni polis təqsirləndirilən şəxsləri göstərilən əməlləri törətməyə təhrik etmişdir. Polis əməkdaşlarının və onların göstərişi ilə hərəkət edən şəxslərin müdaxiləsinin (təhrikinin) baş vermədiyi təqdirdə təqsirləndirilən şəxslərin həmin cinayət əməllərinin törədiləcəyini düşünmək üçün heç bir əsas və sübut yoxdur. Bunun nəticəsində əldə olunmuş sübutlardan təqsirləndirilən şəxslərə qarşı cinayət işinin qaldırı lması üçün istifadə edilməsi qanunsuz hesab edilməlidir, ittiham tərəfinin fəaliyyəti şəxsi əslində törətmək niyyətində olmadığı cinayətə sövq edən hərəkətlər olaraq çıxış etməməli, yəni şəxsin cinayət kimi qiymətləndirilən əməli müstəsna olaraq polisin təhriki ilə törədilmiş hərəkətlərdən ibarət olmamalıdır. Əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini (törətməyə hazırlaşdığını) göstərən əsaslar yoxdursa və törədilmiş əməl, eləcə də şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polis provakasiyasının nəticəsidirsə, şəxsin məsuliyyətə cəlb edilib cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdı rmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Polis təhrikinin nəticəsi olduğu üçün, Vanyan Rusiyaya qarşı iş üzrə Avropa Məhkəməsinin presedentini tətbiq edən məhkəmə hesab edir ki, hazırkı iş üzrə polis əməkdaşları X6 X12 və X13 ifadələri, həmçinin polisin nəzarəti altında hərəkət edən X5 və X7 ifadələri və hal şahidləri X2, X8 və X14 ifadələri, məhkəmə-bioloji ekspertizasının 17 iyun 2015-ci il tarixli, 12387 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2015-ci il tarixli, 1836 saylı və 17 sentyabr 2015-ci il tarixli, 1838 saylı rəyləri, Məhkum1 və Məhkum2 barəsində 16 iyun 2015-ci il tarixli axtarış və baxış protokolları, maddi sübutlar və bunlar əsasında ibtidai istintaqın əldə etdiyi digər sübutlar mötəbər sübut kimi qəbul olunmur. Belə ki, istər Azərbaycan Respublikasını n yuxarıda istinad olunan qanunvericiliyinə, istərsə də Avropa Konvensiyasının 6-cı maddəsinə və bu maddə ilə bağlı məhkəmə presedentləririnin tələbinə (Vanyan Rusiyaya qarşı, Teyşeyro de Kastro Portuqaliyaya qarşı, Ramanauskas Litvaya qarşı, Veselov və başqaları Rusuya Federasiyasına qarşı, Laqutin və başqaları Rusiya Federasiyasına qarşı və s.) görə polisin cinayət əməlinə təhriki nəticəsində əldə olunmuş sübutlar mötəbər sübut sayıla və təqsirləndirilən şəxslərin onlara inkriminə olunan əməllərin törədilməsində təqsirli bilinməsi üçün əsas ola bilməz.... Məhkum1 tutulması və onun şəxsi axtarışı ilə bağlı işdə olan və ittiham tərəfindən heç bir mötəbər sübutlarla aradan qaldırıla bilməyən ziddiyyətli məqamlar onların ittiham materiallarına görə Quba rayonu Hacıhüseynli kəndində tutulması və onun üstündə axtarışın dərhal burada deyil, polis şöbəsində keçirilməsi, tutulma və şəxsi axtarış zamanı onun bütün prosessual hüquqlarının təmin olunmasına əsaslı şübhələr yaradır. Belə ki, Məhkum1 məhkəmədə verdiyi ifadəsində artıq polis tərəfindən tutulduqdan sonra polis şöbəsinə gətirildiyini, orada onun üzərinə narkotik vasitənin yerləşdirilməsini, tutulma və axtarış zamanı prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin olunmadığını, axtarışların vəkilin iştirakı olmadan keçirilməsini, bununla əlaqədar protokolların sonradan Quba RPŞ-də yazıldığını bildirmişdir. Nəticədə o, öz iradəsini həyata keçirmədə əlverişsiz vəziyyətdə olmuşdur. Bu yolla ona verilən ittihamın əsasında dayanan polisin nəzarəti altında müdafiəçisiz olan zaman Məhkum1 maddi sübutun narkotik vasitən in «tapılması» və ittihamın əsasını təşkil edən bütün sübutların bu maddi sübuta əsaslanması Məhkum1 hüquqlarının kobud pozuntusuna səbəb olmuş və onun hüquqlarının pozulması ilə əldə edilən maddi sübutun və onun əsasında duran digər sübutların mötəbərliliyini heçə endirmişdir. Göstərilənlər o nəticəyə gəlməyə əsas yaradır ki, prosessual statusu müəyyən olunmadan tutulması, tutulduqdan sonra rayon polis şöbəsinə 20 dəqiqə ərzində gətirilməsi və burada bir müddət saxlanmaqla bu müddət ərzində tam olaraq polisin nəzarətində olması, həmin vaxt müdafiəçisinin olmaması və heç bir prosessual hüquqlarının təmin edilməməsi, həmin narkotik vasitənin Məhkum1 üstünə qoyulması barədə tam haqlı narahatlıqlar ortaya qoyur və ittiham tərəfi də bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər sübutlar da Məhkum1 üstündə «tapılan» maddi sübuta əsaslanmışdır. Ona görə də həm bu maddi sübut, həm də ona söykənən digər sübutlar mötəbər olmadığı üçün Məhkum1 ittiham olunduğu maddələrlə təqsirli bilinməsi üçün istifadə oluna bilməz. Həmçinin Məhkum2 də tutulması və onun şəxsi axtarışı ilə bağlı işdə olan və ittiham tərəfindən heç bir mötəbər sübutlarla aradan qaldırıla bilməyən ziddiyyətli məqamlar onların ittiham materiallarına görə Xaçmaz rayonu Nərəcan kəndində tutulması və onun üstündə, avtomaşınında və evində axtarışın dərhal burada deyil, polis şöbəsində keçirilməsi, sonra evdə keçirilməsi, tutulma və axtarış zamanı onun bütün prosessual hüquqlarının təmin olunmasına əsaslı şübhələr yaradır. Belə ki, Məhkum2 məhkəmədə verdiyi ifadəsində artıq polis tərəfin dən tutulduqdan sonra polis şöbəsinə gətirildiyini, orada onun üzərinə və avtomaşınına narkotik vasitənin yerləşdirilməsini, sonra narkotik vasitənin evində qoyulduğunu, bu tutulma və axtarışlar zamanı prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin olunmadığını, vəkilin həmin axtarışlarda iştirak etmədiyini və onun tam olaraq vəkilsiz polisin nəzarətində olduğunu, bununla əlaqədar protokolların da Quba RPŞ-də yazıldığını bildirmişdir. Nəticədə o, öz iradəsini həyata keçirmədə əlverişsiz vəziyyətdə olmuşdur. Bu yolla ona verilən ittihamın əsasında dayanan maddi sübutun üstündə, avtomaşınında və evində «tapılması» və ittihamın əsasım təşkil edən bütün sübutların bu maddi sübutlara əsaslanması Məhkum1 hüquqlarının kobud pozuntusuna səbəb olmuş və onun hüquqlarının pozulması ilə ə ldə edilən maddi sübutun və onun əsasında duran digər sübutların mötəbərliliyini heçə endirmişdir. Göstərilənlər, tutularkən, rayon polis şöbəsinə gətirilərkən və burada bir müddət saxlanılarkən tam olaraq müdafiəçisiz polisini nəzarətində olan Məhkum2 üstündə, evində və avtomaşınında «çıxan» narkotik vasitənin qoyulmasına dair əsaslı narahatlıqlar yaradır. Belə ki, həmin vaxt Məhkum2 tutularkən və onun üstündə, evində və avtomaşınında axtarış aparılarkən tam olaraq polisin nəzarətində olmuş, həmin vaxt onun prosessual statusu müəyyən olunmamış, prosessual hüquqları, o cümlədən müdafiə hüquqları təmin edilməmiş, bu axtarışlar müdafiəçinin iştirakı olmadan aparılmış və videoya çəkilməmişdir. İttiham tərəfi də bunun əksi barədə nəticəyə gəlmək üçün heç bir mötəbər sübutu məhkəməyə təqdim etm əmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin psixotrop maddələrin və ya onların prekursorlarımn qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2011-ci il 4 mart tarixli, 2 №-li qərarının 28-ci bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarmmn düzgün tətbiqi məsələsini n izama salmaq məqsədi ilə məhkəmələrə izah eldilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə edilmiş sübutların mümkünlüyü məsələsini Azərbaycan CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq hə etməlidir... İşin yuxarıda göstərilən faktoloji və hüquqi əsaslarına, qanun normalarına istinad edən məhkəmə həmçinin hesab edir ki, məhkəmə-bioloji ekspertizasının 17 iyun 2015-ci il tarixli, 12387 nömrəli rəyi məhz Məhkum1 üstündən, Məhkum2 isə üstündən, maşınından və evində «tapılması» göstərilən, əslində isə təqsirləndirilən şəxslərin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə qanunsuz yolla əldə ed ilməklə, mötəbər sayılmayan maddi sübuta (narkotik vasitə olan qurudulmuş marixuanaya) əsaslandığından, mötəbər sayıla bilməz. Ona görə də məhkəmə, məhkəmə-bioloji ekspertizasının həmin rəyini təqsirləndirilən şəxslərin təqsirli bilinməsinə əsas verən mötəbər sübut saymır və burada Məhkum2 məxsus həyətyanı torpaq sahəsində aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri istisna olunur, ittiham tərəfi həmin ekspertiza rəynin tək mötəbər sayılmayan maddi sübuta istinad edilməklə verilməməsi və həmin maddi sübut olmadan da Məhkum1 və Məhkum2 qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlanmasını və satmalarını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2015-ci il tarixli 1836 və 1838 saylı rəyləri isə təqsirləndirilən şə xslərdə çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur olunması onların təqsirlərinin sübuta yetirilməsi üçün əsas olmadığından sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, həmin rəylər mənbə olaraq təqsirləndirilən şəxslərdən qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübutlara-qurudulmuş marixuanaya söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübut mötəbər sübut sayılmadığı halda, bu sübutdan doğan ambulator-məcbüri narkoloji tibbi yoxlamanın rəyi və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Digər tərəfdən, həmin rəylər Məhkum1 və Məhkum2 qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi və saxlamasını həmçinin satışını sübut etmir. Hətta rəyə inanılaraq, tə qsirləndirilən şəxslərdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxslərin qurudulmuş marixuana olan narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitələr satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da hazırlana, əldə edilmə, saxlanıla, daşına və ya göndərilə bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Bundan başqa, həmin rəylərin konkret olaraq, hansı tədqiqat metodlarına anamnez məlumatlarına, qan və sidik analizi məlumatlarına əsaslanması rəydə göstərilməmişdir. Həmçinin həmin rəylərdə hansı tədqiqat metodları na və anamnez məlumatlarına əsaslanaraq, təqsirləndiprilən şəxslərin narkomaniya xəstəliyindən (əziyyət çəkməsi göstərilmir. Qeyd edilənlər əsasında məhkəmə həmin ambulator məcburi- narkoloji tibbi yoxlamanın 17 sentyabr 2015-ci il tarixli 1836 və 1838 saylı rəyləri də Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM- nin 234.1 və 234.2ci maddələrilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə təqsirləndirilməsinə dair ittiham tərəfinin digər sübutu şahid ifadələridir, ifadələri alınmış şahidlər də təqsirləndirilər şəxslər barəsində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı qrupa salınmış, onların tutulmasını həyata keçirən, sonra isə şəxsi axtarışda iştirakı qeyd edilən polis əməkda şları, həmçinin onların nəzarəti altında olan şahidlərdir. Azərbaycan Respublikası CPM-nin 95.1-ci-maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağrılıb şahid qismində dindirilə bilər, ilk öncə məhkəmə qeyd edir ki, istənilən əməliyyataxtarış tədbiri, o cümlədən cinayətkarlıqla mübarizə fəaliyyəti qanunsuz yolla, şəxsin qanuni hüquqlarının pozulması yolu ilə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların «yaradılmasını» deyil, polisin müdaxiləsi olmadan hazırlanan və ya törədilmiş cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həmin əməliyyatın özü və həm də həmin əməliyyat nəticəsində əldə olunmuş sübutlar qanun ilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin müəyyən olunmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini və yaxud törətməyə hazırlaşdığını göstərən əsaslar yoxdursa və törədilmiş əməl, həmçinin şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polisin qanunsuz müdaxiləsinin nəticəsidirsə, şəxsin cinayət məsuliyyətinə cəlb edilib, cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, itt iham tərəfinin bu şahidlərinin ifadələri məhz qanunilik tələbinə cavab verməyən, hüquq və azadlıqların kobud pozuntusu ilə əldə edilən, son nəticədə şəxsin ədalətli məhkəmə araşdırması hüququna cavab verməyən araşdırmanın nəticəsi kimi ortaya çıxan maddi sübut təqsirləndirilən şəxslərin üstündə, maşında və mənzilində «tapılan» narkotik vasitə ilə bağlı olmuşdur. İş materiallarında da əsas sübut olan maddi sübut olmadığı halda, bu şahidlərin təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi və ya ona hazırlaması barədə məlumata malik olması haqqında heç bir sübut yoxdur və ittiham tərəfi də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İttihamın digər sübut növü kimi isə təqsirləndirilən şəxslərin təqsi rlərini ibtidai istintaq zamanı etiraf etmələri göstərilmişdir. Təqsirləndirilən şəxslərin ifadələri və ya onların əməli etiraf etməsi məhkəmə iclasında digər sübutlarla təsdiq olunmuş hallarda qəbul edilə bilər. Halbuki, təqsirləndirilən şəxslər məhkəmə iclasında istintaqda verdikləri ifadələrini təsdiq etməmişlər və həmin əməlləri törətmələrini etiraf etməmişlər. Buna görə də qeyd olunan sübut növü də mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə, təqsirləndirilən şəxslərin onlara verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, onların məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onların ibtidai araşdırmad a bu xüsusda şübhəli şəxs və təqsrləndirilən şəxs qismində verdiyi ifadələri isə iradə ifadəsini əks etdirməmişdir. Belə ki, tutularkən onların bürün prosessual hüquqları, o cümlədən müdafiə hüququ pozulmuş, bununla da onlar ittiham tərəfinə münasibətdə olduqca əlverişsiz vəziyyətə salınmış, ibtidai araşdırma mərhələsində onlara, münasibətdə çəkişmə və tərəflərin bərabərliyi prinsipi pozulmuş, ibtidai araşdırma orqanı da bu balansı gözləmək üçün heç bir tədbir görməmiş, təqsirləndirilən şəxslərə münasibətdə tutularkən və ibtidai araşdırma mərhələsində prosessual hüquqlarının pozulmasına heç bir hüquqi qiymət verməmiş, ümumiyyətlə ittihamın əks arqumentlərin heç birinə qiymət verməməklə iş üzrə obyektiv nəticəyə gəlməmişdir. Onlara qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş maddi s übut qurudulmuş marixuana təşkil etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6cımaddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnəz üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 isə onlara verilən ittihamda özləri təqsirlərini etiraf etməmiş və onların ibtidai araşdırmada CM-nin 234.1-ci və 234.2-ci maddələrdəki ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır... İttiham tərəfi də Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CMnin 234.1-ci və 234.2- ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütün faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələridə nəzərdə tutulmuş əməlləri törətməsi və bununla da onlara qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxslərin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri təqsirləndirilən şəxslərin xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur (Konstitusiyanın 63-cü maddəsi, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsi). Məhkəmə hesab edir ki, ittiham tərəfi Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsini, yəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, özlərində saxlamalarını, qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmalarım təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə baxışı zamanı Məhkum1 və Məhkum2 narkotik vasitəni qanunsuz əldə etmələri və saxlamaları, qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaları və bununla da Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən onlar haqqında CM-nin 234.1 və 234.2-ci maddələrilə bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-n in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır... İşdəki sübutlara hüquqi qiymən verən məhkəmə belə nəticəyə gəlir ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, onlara Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələrilə bəraət verilməlidir...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi özünün iş üzrə mövqeyini - Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə bəraət verilməli olduğuna dair nəticəni işin hallarına, iş materiallarına, qanunun tələblərin ə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumlarının qərarlarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə, onların qərarlarının müvafiq müddəalarına istinad edərək geniş və ətraflı şərh etməklə əsaslanmışdır. İş materiallarından göründüyü kimi, ittiham tərəfi isə apellyasiya protestində elə bir dəlilə istinad etməmişdir ki, hökmdə göstərilən fikirləri təkzib etsin, onların iş materiallarına, qanunun tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə uyğun olmadığını, əsassız olduğunu göstərsin və məhkəmələrin mövqeyi ilə razılaşmamağa əsas versin. Bu baxımdan apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya protestini təmin etməyərək hökmü dəyiş dirilmədən saxlamışdır. Apellyasiya məhkəməsinin qərarında birinci instansiya məhkəməsinin mövqeyi və apellyasiya protestinin dəlilləri (kassasiya şikayətində onlara uyğun dəlillərə istinad edilmişdir) aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət ver ərək, düzgün nəticəyə gələrək, Məhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə bəraət hökmü, Məhkum2 barəsində Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarmışdır... Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 prosessual statusu müəyyən olunmadan tutulması, tutulduqdan sonra rayon polis şöbəsinə 20 dəqiqə ərzində gətirilməsi və burada bir müddət saxlanmaqla bu müddət ərzində tam olaraq polisin nəzarətində olması, həmin vaxt müdafiəçisinin olmaması və heç bir prosessual hüquqlarınının təmin edilməməsi, həmin narkotik vasitənin Sənan Atakişyevin üstünə qoyulması faktını təsdiq və ya təkzib etməyə imkan vermir. İttiham tərəfi də bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdi r. Məhkum1 narkotik vasitəni əldə etməsi və üzərində gəzdirməsi faktını sübut edən şəxsi axtarış zamanı aşkar edilən sübutdan əlavə, cinayət işində olan digər sübutlar törəmə xarakteri daşıyır, şəxsi axtarışın nəticəsindən irəli gələn sübuta əsaslanır. Ona görə də, şəxsi axtarışın nəticəsində əldə olunan maddi sübut mötəbər hesab edilmədikdə, ona söykənən digər sübutlar mötəbər hesab edilə bilməz. Analoji olaraq, Məhkum2 də ittiham materiallarına görə Xaçmaz rayonu Nərəcan kəndində tutulmuş, üzərində və avtomaşınında axtarışın dərhal saxlanılarkən deyil, polis şöbəsində keçirilməsi, tutulma və axtarış zamanı onun bütün prosessual hüquqlarının təmin olunmasına əsaslı şübhələr yaradır. Belə ki, Məhkum2 məhkəmədə verdiyi ifadəsində artıq polis tərəfindən tutulduqdan sonra polis şöbəsinə gətir ildiyini, orada onun üzərinə və avtomaşınına narkotik vasitənin yerləşdirilməsini, sonra narkotik vasitənin evində qoyulduğunu, bu tutulma və axtarışlar zamanı prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin olunmadığını, vəkilin həmin axtarışlarda iştirak etmədiyini və onun tam olaraq vəkilsiz polisin nəzarətində olduğunu, bununla əlaqədar 18 protokolların da Quba RPŞ-də yazıldığını bildirmişdir. Nəticədə o, öz iradəsinə uyğun olaraq, öz hüquqlarını səmərəli və keyfiyyətli həyata keçirmək imkanına malik olmamışdır. O tutularkən və rayon polis şöbəsinə gətirilərkən bu müddət ərzində tam olaraq müdafiəçisiz polisini nəzarətində olmuş, bu baxımdan üstündə, evində və avtomaşınında «çıxan» narkotik vasitənin qoyulmasına dair əsaslı narahatlıqlar yaranır. Belə ki, həmin vaxt Məhku m2 tutularkən və onun üstündə, evində və avtomaşınında axtarış aparılarkən tam olaraq polisin nəzarətində olmuş, həmin vaxt onun prosessual statusu müəyyən olunmamış, prosessual hüquqları, o cümlədən müdafiə hüquqları təmin edilməmiş, bu axtarışlar müdafiəçinin iştirakı olmadan aparılmış və videoya çəkilməmişdir. İttiham tərəfi də bunun əksi barədə nəticəyə gəlmək üçün heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki təqsirləndirilən şəxsin tutulması, onlar barəsində axtarışların keçirilməsi üzrə mövqeyi ilə razılaşaraq, qeyd edir ki, belə ciddi prosesual pozuntularla əldə edilən sübutlar mötəbər hesab edilə bilməz. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin tutulmasına əsas səbəb təqsirləndirilən şəxsi n narkotik vasitələrin dövriyyəsi, qəbulu və gəzdirməsi barədə əməliyyat işçisi tərəfindən alınmış əməliyyat məlumatı olmuşdur. Belə məlumat alındıqdan sonra digər zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə cinayət işinin materiallarında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarından məlum olur ki, təqsirləndirilən şəxs barəsində ümumiyyələ əməliyyat-qeydiyyat işi açılmamışdır... Cinayət işinin materiallarından belə görünür ki, əməliyyat işçisi tərəfindən əməliyyat məlumatı əldə edildikdən dərhal sonra heç bir əməliyyat-axtarış tədbiri keçirilməmiş, dərhal şəxsin tutulması, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əldə edilmiş əməliyyat məlumatı birmənalı olaraq şəxsin tutlması və üzərində şəxsi axtarış təd birinin keçirilməsi üçün əsas hesab edilməməlidir. Araşdırılan cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 148.2 və 148.3-cü maddələrində qeyd olunan təqsirləndirilən şəxsin cinayət törətməsinə şübhə yaranan hal kimi yalnız həmin məcəllənin 148.2.1-ci maddəsində qeyd olunan hal uyğun gəlir. Azərbaycan Respublikası CPM-nin 148.2.1-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda onun cinayət törətməsinə əsaslı şübhə yaranmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin üzərində narkotik vasitəni gəzdirməsi barədə əldə edilmiş əməliyyat məlumatı Azərbaycan Respublikası CPM-nin 148.2.1-ci maddəsində qeyd olunan “cinayət əməlini törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda” kimi qiymətləndirilə bilməz. Belə ki, şəxsin üzərində narkotik vasitəni gəzdirməsi, saxlaması barədə əməliyyat məlumatının olması açıq-aşkar surətdə müşahidə olunan cinayət əməli deyil, həmçinin bu əməliyyat məlumatı digər əlavə sübutlarla və ya əməliyyat-axtarış tədbirlərinin nəticəsi ilə təsdiq olunmadan birmənalı olaraq onun cinayət törətməsini təhmin etməyə də əsas vermir. 19 Cinayət işinin materiallarında əməliyyat işçisinin əməliyyat məlumatı barədə tərtib etdiyi raportda əlavə heç bir təsdiqedici məlumatlar, sübutlar öz əksini tapmamışıdr. Şəxslərin azadlıq hüquqları Azərbaycan Respublikasının Konstitusiyası, beynəlxalq konvensiyalar tərəfindən qorunan ən mühüm normalardan biridir. Şəxslərin azadlıqlarının məhdudlaşdırılması yalnız qanun ç ərçivəsində müəyyən olunan hallarda və qaydalara uyğun aparılmalıdır. Bu qaydalara ciddi əməl olunması cinayət təqibi orqanlarının özbaşınalıq hallarının qarşısının alınması üçün vacib hüquqi tənzinlənmə mexanizmlərindəndir. Araşdırılan cinayət işinin faktiki hallarından göründüyü kimi, təqsirləndirilən şəxslər barəsində yalnız əməliyyat məlumatı olmuş, bu məlumatın dəqiqliyi yoxlanılmamış, əlavə əməliyyat-axtarış tədbirləri keçirilmədən bu cinayət əməli üzrə onlar barəsində dərhal və təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması zərurəti də cinayət işinin materiallarında öz əksini tapmamışdır. Digər tərəfdən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin tutulduğu yerdə üzərində şəxsi axtarışın keçirilməməsi, t utulan anda onun müdafiəçi ilə təmin edilməməsi, oradan birbaşa polis əməkdaşlarının nəzarəti və müşayiəti ilə 15-20 dəqiqədən sonra polis şöbəsinə gətirilərək şəxsi axtarışa məruz qalması onun təqsirinin sübut olunması istiqamətində ciddi şübhələrin yaranmasına əsas verir... Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin tutulduğu andan müdafiəçi ilə təmin olunmaması məsələsinə münasibətdə diqqət yetirir ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan tərəfindən əməliyyat fəaliyyətini həyata keçirərkən cinayət törətməkdə şübhəli bilinən şəxslərin tutulması ehtimalını əvvəlcədən görmüş, bunu real saymışdır. Belə olan təqdirdə əməliyyat-axtarış fəaliyyətinin qanununauyğun keçirilməsi və onun nəticələrinin qanuniliyi baxımından şəxslərin tutulması ehtimalı olması daha ətraflı nəzərə alınmalı, tutulan şəxslərin tutulduğu anda müdafiəçi ilə təmin olunması, onun müdafiə hüququn daha tam və ətraflı həyata keçirilməsi üçün şəraitin yaradılması və təşkil edilməsi təmin edilməli idi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi və satışı ilə bağlı verilən ittihamla əlaqədar qeyd edir ki, cinayət işinin materiallarına əsasən, X7 və X5 polis əməkdaşları ilə aşkar edilən cinayətdən öncə sıx əlaqələri olmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin ifadələrindən, işdəki digər mötəbər sübutlardan və ətraflı məhkəmə araşdırması prosesindən məlum olur ki, X16 və X17 məhz polis əməkdaşlarının göstərişi ilə təqsirləndirilən şəxslərlə əlaqəyə girmişlər. 20 Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqey i ilə razılaşaraq qeyd edir ki, işin faktiki hallarına, təqsirləndirilən şəxslərin ifadələrindən, şahidlər X40 və X50 təqdim etdiyi məlumatlara əsasən, X16 və X17 əvvələr tanımadıqları təqsirləndirilən şəxs Məhkum1lə elə birinci dəfə görüşərkən narkotik vasitədən söhbət açmış, həmin vasitələri əldə etmək istəklərini bildirmiş, sonradan X7 və X5 əməllərində inzibati xəta tərkibinin olmasına qərar verilmiş, onlar polis əməkdaşı X6 əvvəldən tanış olmuş, mütəmadi görüşmüş, X6 özlərinin patronu adlandırmış, onların maliyyələşməsinin X6 tərəfindən həyata keçirilməsi mövcud olmuşdur. Başqa sözlə, X16 və X17 polislə əməkdaşlığa girərək, polisin nəzarətində olan və polis əməkdaşının göstərişi ilə hərəkət edən şəxslər olmuşlar. Məhkəmədə əlavə şahid qismində dindirilmiş şəxslərin dediklərindən və di gər tədqiq olunmuş sübutlardan aydın olur ki, Məhkum1 yanında olan X16 və X17 gilas almaq adı ilə ona yaxınlaşmış, onunla bir neçə gün gilas bağlarını gəzmiş və onu “patron” kimi tanıtdıqları polis əməkdaşı X6 ilə görüşdürərək həmin işlə əlaqədar pulu X6 xərclədiyini bildirmişlər. Onların işə cəlb edilməsinədək polisdə Məhkum1 və Məhkum2 üzərində narkotik vasitələrin olmasına, onun satışı ilə məşğul olmasına şübhəli bilmək üçün əsasların olduğunu göstərən sübutlar mövcud olmamışdır. Məhkəmədə polis əməkdaşlarının onlarda təqsirləndirilən şəxslərin narkotiklərin qanunsuz saxlanması və satışı ilə məşğul olduğuna dair məlumatların olmasına sadəcə istinad etmələri sübut növü kimi nəzərə alına bilməz. Belə ki, iş materiallarınldan görünür ki, Məhkum1 və Məhkum2 haqqında Quba Rayon Polis Şöbəsin də əməliyyatqeydiyyat işi açılmamış (işdə olan Quba Rayon Polis Şöbəsinin 12.07.2017-ci il tarixli məktubu və polis əməkdaşlarının ifadələri) və təqsirləndirilən şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə mötəbərliyi şübhə doğurmayan hər hansı gizli mənbə olmamışdır. Polis əməkdaşları, ümumiyyətlə ittiham tərəfi təqsirləndirilən şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə hər hansı gizli əməliyyat məlumatının olmasını, bu məlumatın məzmununun nədən ibarət olmasını göstərməmiş və bu barədə hər hansı sübut təqdim etməmişlər. Eynilə ittiham tərəfi təqsirləndirilən şəxslərin X7 və X5 pulla narkotik vasitə almaları ilə onları provokasiya cəlb etmələrindən başqa həqiqətən narkotik vasitə saxlamaları və satmaları ilə məşğu olmas ını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər... Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hüquq-mühafizə orqanları tərəfindən provakasiya yolu ilə şəxsin cinayət törətməsinə cəlb edilməsi şəxsi həmin əməli törətməyə təhrik etmək kimi qiymətləndirilməlidir. Göstərilən hərəkətlərin əsaslı olması üçün polisin müdaxiləsi olmadan törədilmiş və yaxud hazırlanan cinayətin ifşa edilməsi təmin edilməli və məhz belə olduqda həm əməliyyatın özü, həm də onun nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməli idi. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da on a istinad edilən cinayəti törədəcəyini (tərətməyə hazırlaşdığını) göstərən əsaslar yoxdursa və törədilmiş əməl, eləcə də şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polis provakasiyasının nəticəsidirsə, şəxsin məsuliyyətə cəlb edilib cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya protestinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmış, iş üzrə mövqeyini işin hallarına, iş materiallarına, qanunun tələblərinə, İnsan Hüquqları üzrə Avro pa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı və geniş şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin həmin mövqeyi işin hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, apellyasiya protestində göstərilənlərə uyğun olan kassasiya şikayətinin dəlilləri də həmin mövqeyin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində ittiham tərəfinin təqdim etdiyi sübutlar sadalanmaqla onların məzmunu göstərilərək ittihamın tam şəkildə təsdiq olunduğu iddia edilir. İş materiallarından isə görünür ki, məhkəmələr tərəfindən həmin sübutların hər biri ətraflı şəkildə tədqiq olunaraq təhlil edilib qiymətləndirmiş, həmin sübutlar və onların məcmusu üzrə müvafiq nəticəyə gəlinmiş, həmin nəticə hökm və qərarda göstəril mişdir. Kassasiya protestində istinad edilən dəlillər məhkəmələrin sübutlara dair gəldikləri nəticənin təkzib edilməsi qənaətinə gəlməyə əsas vermir. Kassasiya protestində buna istinad olunur ki, “... iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 17 iyun 2015-ci il tarixli, 12387 saylı rəyindən görünür ki, Məhkum2 tərəfindən hədiyyə şəklində Məhkum1 verilən narkotik vasitə və Məhkum1 tərəfindən X5 və X7 satılan və şəxsi axtarış zamanı üstündə tapılan narkotik vasitələr eyni tərkiblidir. Məhkəmədə verdikləri ifadələrində təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 cinayət məsuliyyətinə cəlb olunmalarının əsaslarından biri kimi polis işçiləri tərəfindən cinayət törətməyə təhrik olunduqlarını bildirmişlər. Hesab edirəm ki bu cür ifadələrin heç bir əsası yoxdur, çünki təqsirləndirilən şəx slər ibtidai istintaq zamanı bu barədə müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya müdafiəçilərinə heç nə bildirməmiş, bu halların araşdırılmasını tələb etməmişlər. Halbuki verilən ittihamı təkzib etmək, bunun üçün bütün prosessual vasitələrdən istifadə etmək üçün müdafiə tərəfinə, o cümlədən təqsirləndirilən şəxslərə qanunda geniş hüquqlar verilmişdir. Lakin təqsirləndirilən şəxslərin məhkəmədə göstərdiyi həmin xüsusatla bağlı ibtidai istintaqda müdafiə tərəfindən heç bir vəsatət verilməmiş, hər hansı fakt və sübutlar təqdim edilməmişdir...”. Kassasiya protestində göstərilən həmin dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum1 və Məhkum2 cinayət törətməyə polis işçiləri tərəfindən təhrik olunmaları nəticəsinə gələrkən heç də təkcə həmin şəxslərin özlərinin ifadələrinə deyil, bir çox təkzib edilməyən sübutlara əsaslanmış və hansı sübutlara əsaslandıqlarını hökm və qərarda göstərmişlər. İttiham tərəfi isə həmin sübutlarda əks etdirilmiş məlumatların təkzib olunması üçün heç bir tədbir görməmişdir. Həmin şəxslərin təhrik edilmələri barədə ibtidai istintaqda məlumat vermədikləri və bununla bağlı digər tədbirlər görmədiklərinə dair protestin dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bu baxımdan prot estin həmin dəlili “təhrikin” mövcud olmadığını göstərən amil kimi qiymətləndirilə bilməz. Narkotik vasitələrin eyni tərkibli olması barədə ekspert rəyinə dair protestin yuxarıda göstərilən dəlili ilə əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, məhkəmələrin iş üzrə gəldiyi nəticə baxımından bu dəlil heç bir əhəmiyyət kəsb etmir, yəni həmin nəticəni heç cür təkzib etmir, ittiham tərəfinin mövqeyini (məhkəmənin gəldiyi nəticənin qanunsuz olması ilə bağlı) heç cür əsaslandırmır. Kassasiya protestində həm də göstərilmişdir ki, “...eyni zamanda işin materiallarından görünür ki, Məhkum1 narkotik vasitə alan X5 və X7 narkotik vasitələrin şəxsi istehlak miqdarında əldə etmələri və saxlamalarına görə inzibati məsuliyyətə cəlb olunmuş, bununla da onların qanunsuz əməlinə hüquqi qiymət verilmiş və on lar müvafiq qaydada cəzalandırılmışlar. Bu hal «təhrik» xüsusatını təkzib edir. Belə ki, X5 və X7 bu işlə bağlı məsuliyyətdən tam azad olunduqları təqdirdə təhrik halından söhbət gedə bilərdi. Hərçənd ki, işdəki heç bir sübut bu təhrikin mövcud olmasını sübut etmir...”. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, yuxarıda göstərildiyi kimi Məhkum1 və Məhkum2 narkotik vasitənin satışı cinayətinə təhrik edilməsinin təsdiq olunduğu və belə nəticəyə gələn məhkəmənin hansı sübutlara, işin hansı hallarına əsaslandığı hökm və qərarda ətraflı şərh edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə həmin nəticə kifayət qədər geniş və ətraflı əsaslandırıldığına görə X7 və X5 inzibati məsuliyyətə cəlb edilmələri özü-özlüyündə həmin nəticənin qanunsuz və əsassız olduğunu göstərən, ittiham tə rəfinin bu məsələdə mövqeyini əsaslandıran amil kimi qiymətləndirilə bilməz. Kassasiya protestində həm də qeyd olunur ki, “... təqsirləndirilən şəxslərin təhriklə bağlı məhkəmədə verdikləri ifadələrini qəbul etsək belə, onda maraqlı bir sual doğulur ki, Məhkum2 yaşadığın evin həyətyanı sahəsində 7 ədəd çətənə bitkilərinin əkilib becərilməsinə onu kim təhrik etmişdir.... təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 «formal» vəkil kimi qeyd etdikləri Rafiq Əskərov və X31 rayon vəkillər bürosunun vəkili olmaqla Məhkum1 və Məhkum2 hüquqlarını həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında müdafiə etmişlər. Əgər vəkillər Rafiq Əskərov və Azad Vəliyev onların hüquqlarını «formal» müdafiə edirdisə, onda hansı səbəbə görə təqsirləndirilən şəxslər ibtidai istintaqın sonrakı gedişində və ya mə hkəmə baxışı zamanı onların yardımından imtina etməmiş, məhkəmə isə belə bir halı müəyyən etdiyi halda bu barədə heç bir tədbir görməmişdir...”. Bu fikirlərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, onların məhkəmələr tərəfindən gəlinmiş nəticələri təkzib etməsi iddiası özü-özlüyündə anlaşılmaz olmaqla əsassız olduğu mübahisəsizdir. Məhkum2 çətənə bitkisi əkib becərməsinə görə təqsirli bilinmiş və müvafiq cəzaya məhkum olunmuşdur. Bu hal özü-özlüyündə onun narkotik vasitə satması niyyətində olduğunu, belə cinayət törətməyə təhrik edilmədiyini, belə təhrik olmasaydı onsuzda bu cinayəti (narkotik vasitənin satışı) törədəcəyini göstərən amil kimi qiymətləndirilə bilməz. Bu da mübahisəsizdir ki, təqsirləndirilən şəxslərin özlərinin müdafiəçilərindən razı olubolmadığı məsələsi onlara veril miş ittihamın təsdiq edilib-edilmədiyi məsələsinə heç bir aidiyyəti yoxdur. Bundan başqa, kassasiya protestində göstərilmişdir ki, “... iş materiallarında olan məhkəmənarkoloji ekspertizasının 17 sentyabr 2015-cü il tarixli, 1838 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Məhkum1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Lakin, bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsi nədənsə bu halları nəzərdən qaçırmış, apellyasiya məhəkəmə kollegiyası da eyni qa nunsuzluqları təkrarlamışdır...”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisəsizdir ki, hər hansı şəxsdə narkomaniya xəstəliyinin aşkar edilməsi onun narkotik vasitənin dövriyyəsi ilə əlaqədar olan cinayət törətməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Cinayət törətməsi qənaətinə gəlmək üçün müvafiq digər sübutlar, onlarda olan məlumatlar mövcud olmalıdır. Odur ki, protestin bu dəlili də anlaşılmaz olmaqla, ittiham tərəfinin mövqeyini heç cür əsaslandırmır. İttiham tərəfi protestdə həm də ona istinad edir ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının kobud pozuntulara yol verdiyi qənaətinə gəlirdisə bu əsaslarla işi hazırlıq iclasının qərarı ilə prokurora qaytarmalı olduğu halda, bunu etməmişdir (kassasiya protestində hətta məhkəmənin birinci instansiya məhkəməsi nin hərəkətləri “paradoks” adlandırılmışdır). Kassasiya protestinin bu dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə kobud pozuntu hazırlıq iclasının qərarı çıxarılanadək aşkar edildikdə həmin qərarla iş prokurora qaytarılır. Bu da qeyd olunmalıdır ki, hazırlıq iclasında sübutlar tədqiq olunmur. Hökmdən göründüyü kimi, onda istinad olunan pozuntular məhkəmə baxışı zamanı aşkar edilmiş və hökm çıxarılarkan onlar da nəzərə alınmışdır. Kassasiya protestində həm də bir neçə bəraət hökmlərinə istinad edilərək iddia olunur ki, “... Həmin bəraət hökmlərində təqsirləndirilən şəxslər X1, X10, X20, X30, X80, X90, X60, X70, X46, X45 və X33 ifadələrinin məzmun və cümlə quruluşları ilə hazırkı iş üzrə Məhkum1 və Məhkum2 ifadələrinin məzmun və cümlə qurulusu eynili k təşkil edir...”. Protestin bu dəlili ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, məhkəmə iclas protokolunun məhkəmə iclasını düzgün əks etdirməməsi qənaətinə gəlmək üçün əsas yoxdur. İttiham tərəfi də həmin protokola qeyd verməmişdir. Hökmdə və məhkəmə iclas protokolunda əks etdirilmiş ifadələrin məzmununu protestin bu dəlili baxımından təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, hökmdə göstərilənlər məhkəmə iclas protokolunda qeyd edilənlərlə üst-üstə düşür. Odur ki, protestin bu dəlili də əsaslı hesab oluna bilməz. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edilərək, bu normaların və qərarların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaları n tələbləri pozulmamış və apellyasiya məhkəməsinin qərarı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 28.5, 145.3, 146.1, 351.2, 33.2 və 42-ci maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norm a Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində təsbit olunur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərd ə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə isə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəal arının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegiyası işdə olan sübutları və işin hallarını yuxarıda göstərilən normaların tələbləri baxımından bir daha təhlil edərək belə qənaətə gəlir ki, məhkəmələrin iş üzrə mövqeləri iş materiallarına uyğun olmaqla qanunidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (kassasiya protestinə münasibətdə) dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə bəraət almış Məhkum1, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə bəraət almış və həmin məcəllənin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar