Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-336/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixl i hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: Abdullayev Mehdixan Ədil oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1987-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan 1-də qeydiyyatda olan və yaşayan, CM-ni n 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə, CM-nin 66.3cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X13 və X7 da CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək müxtəlif cəzalara məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, X13, Məhkum və X7 CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmu şlar ona görə ki, onlar qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməklə Azərbaycan Respublikası ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışını təşkil edib tamah niyyəti ilə qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan X adlı İran vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitəni qoyulacağı yerdən götürməyi və X adlı İran vətəndaşının deyəcəyi yerə qoyduqdan sonra bunun müqabilində 1500 manat pul alacağı ilə razılığa gələrək xx xxxx 2018-ci il tarixdə saat 04:00 radələrində Məhkum idarə etdiyi “Volkswagen Passat” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə X7la birlikdə Yardımlı-Masa llı yolunun 27-ci kilometrliyinə gəlmiş, orada şəxsiyyəti istintaqa məlum olmayan Məhəmməd adlı İran vətəndaşından içərisində narkotik vasitələr və psixotrop maddələr olan çanta əldə etmiş, Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində polis əməkdaşlarının qarşıda dayandıqlarını gördükdən sonra “Volkswagen Passat” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Məhkum avtomobili saxlamış, bundan sonra içərisində narkotik vasitələr və psixotrop maddələr olan çantanı üzü Masallı istiqamətində yolun sağ hissəsindəki enişli yerdən aşağı atmaq istəyərkən enişli yerdən ayağının sürüşməsi nəticəsində müvazinətini itirərək aşağı yuvarlanmış, həmin yerdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, xx xxxx 2018-ci il tarixdə saat 09:10-da hadisə yeri nə baxış keçirilərkən onun dərəyə yuvarlanarkən əlindən düşürdüyü 1 (bir) ədəd parça materialdan hazırlanmış çantadan 4064,2 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, 6023,3 qram çəkidə külli miqdarda narkotik vasitə olan tiryək, 943,7 qram çəkidə külli miqdarda narkotik vasitə olan həşiş qətranı, ümumi sayı 1040 ədəd, ümumu çəkisi isə 41,6 qram çəkidə külli miqdarda narkotik vasitə olan metadon adlı dərman preparatı və 76,25 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin həmin yerdən aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Məmmədov Məmmədqulu Calal oğlu və məhkum X7 tərəfindən verilmiş verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və mər uzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Soltanov Fuad Kamil oğlundan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkum və X3 aid hissələrdə aşağıdakı qaydada dəyişdirilmişdir: - Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) il 6 (altı) ayadək, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın müddəti isə 14 (on dörd) ilədək; - X3 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) il 6 (altı) ayadək, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın müddəti isə 14 (on dörd) i lədək endirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli hökmündən Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və onun əməlinin CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən CM-nin 307.1-ci maddəsinə tövsif edilməsi, ona yüngül cəza təyin edilməsi və ya işin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı zamanı düzgün araşdırma aparmamış, ibtidai istintaq zamanı təzyiq altında verdiyi ifadələrinə əsaslanaraq qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Kassasiya şikayətinin müəllifi əvvəla bildirir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığda məşğul olmamış, onun təqsirli bilindiyi iş üzrə günahi yoxdur. Belə ki, dostu X13 ondan Yardımlı rayonuna bir nəfərdən paltar almaq üçün getməyi təklif etmiş, o, da bu təklifə razılaşaraq onun idarə etdiyi “Volkswagen Passat” minik markalı maşınla yola düşmüşlər. Yardımlı rayonunda yolun qırağında onları tanımadığı bir şəxs gözləmiş, həmin şəxs X13ə çanta vermişdir. X13 çantada narkotik maddələrin olmasını nə ona, nə də ki, X7a deməmişdir. Onlar Masallı rayonu istiqamətində hərəkət edən zamanı qarşıda Yol Patrul Xidmətinin avtomobilini gördükdə, Qədir çantada narkotik maddələrin olmasını deyərək qaçmaq lazım olduğunu bildirmiş və buna görə də o, idarə etdiyi avtomaşını saxlayıb düşərək qaçmışdır. Məhkum öz kassasiya şikayətində bildirir ki, onun əvvəlcədən narkotik vasitələrin X13 tərəfindən alınması barədə xəbəri olmamışdır. O, sadəcə vaxtında X13 tərəfindən törədilmiş cinayət əməli barədə polisə məlumat verməmiş və buna görə hesab edir ki, onun əməli CM-nin 307.1-ci maddəsi ilə tövsif edilməli, yəni ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə kimi qiymətləndirilməlidir. Eyni zamanda Məhkum bildirir ki, apellyasiya instansiya məhkəməsi onun barəsində qərar qəbul edərkən cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Müəllif sonda onun ailə vəziyyətini, himayəsində iki az yaşlı uşağının olmasını nəzərə alaraq kassasiya şikayətini təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən Məhku m öz kassasiya şikayətində onun əməlinin düzgün tövsif edilməməsini və ona cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ağır cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin (bundan sonra mətndə CPM-nin) 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya i nstansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yen i qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvv əyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, istər şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olubolmamasına, istərsə onun barəsində cəza tədbirinin seçilməsinə dair sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məh kəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini d övlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi t əsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2 005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci in stansiyası məhkəməsi təqdim olunan sübutları (ibtidai araşdrma zamanı toplanmış bəzi fərqli sübutlarla birlikdə) araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qan uni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum heç bir təsir göstərilmədən, müdafiəçinin iştirakı ilə verdiyi ifadələrlə yanaşı hazırki iş üzrə məhkum olunmuş X13, X7un, habelə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Bu sübutların (əsasən də məhkumların və şahidlərin ifadələrinin) əlaqəli şəkildə təhlilindən görünür ki, kassasiya şikayətində göstəril ən dəlillərin əksinə olaraq, işə mahiyyəti üzrə baxan məhkəmələr işin faktiki hallarını belə müəyyən etmişlər ki, Məhkum, X13 və X7 qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməklə Azərbaycan Respublikası ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışını təşkil edib tamah niyyəti ilə qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan X adlı İran vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitəni qoyulacağı yerdən götürməyi və X adlı İran vətəndaşının deyəcəyi yerə qoyduqdan sonra bunun müqabilində 1500 manat pul alacağı ilə razılığa gələrək xx xxxx 2018-ci il tarixdə saat 04:00 radələrində Məhkum idarə etdiyi “ Volkswagen Passat” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobillə X7la birlikdə Yardımlı-Masallı yolunun 27-ci kilometrliyinə gəlmiş, orada şəxsiyyəti istintaqa məlum olmayan Məhəmməd adlı İran vətəndaşından içərisində narkotik vasitələr və psixotrop maddələr olan çanta əldə etmiş, Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində polis əməkdaşlarının qarşıda dayandıqlarını gördükdən sonra “Volkswagen Passât” minik markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Məhkum avtomobili saxlamış, bundan sonra içərisində narkotik vasitələr və psixotrop maddələr olan çantanı üzü Masallı istiqamətində yolun sağ hissəsindəki enişli yerdən aşağı atmaq istəyərkən enişli yerdən ayağının sürüşməsi nəticəsində müvazinətini itirərək aşağı yuvarlanmış, həmin yerdə polis əməkdaş ları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, xx xxxx 2018-ci il tarixdə saat 09:10-da hadisə yerinə baxış keçirilərkən onun dərəyə yuvarlanarkən əlindən düşürdüyü 1 (bir) ədəd parça materialdan hazırlanmış çantadan 4064,2 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin, 6023,3 qram çəkidə külli miqdarda narkotik vasitə olan tiryək, 943,7 qram çəkidə külli miqdarda narkotik vasitə olan həşiş qətranı, ümumi sayı 1040 ədəd, ümumu çəkisi isə 41,6 qram çəkidə külli miqdarda narkotik vasitə olan metadon adlı dərman preparatı və 76,25 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin həmin yerdən aşkar edilərək götürülmüşdür. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkumların, şahidlərin dindirilməsi, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bütün bunlara baxmayaraq, Məhkum onun barəsində aparılmış cinayət təqibi dövründə onun əvvəlcədən narkotik maddələrin X13 tərəfindən alınması barədə xəbəri olmadığını və sadəcə vaxtında sonuncu tərəfindən törədilmiş cinayət əməli barədə polisə məlumat verməməsini və buna görə də onun əməinin CM-nin 307.1-ci maddəsi ilə tövsif edilməli olduğunu bildirsə də, məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu tələbin əsassız olmasına dəlalət edir. Belə ki, əvvəla iş üzrə toplanmış sübutlarla Məhkum idarə etdiyi avtomaşının içərisində olmuş narkotik vasitələr və psixotrop maddələrlə çanta X13, Məhkum və X7 tərəfindən Məhəmməd adlı İran vətəndaşı tərəfindən əldə edilməsi müəyyən olunmuş, X13, X7 həmin cinayət işi üzrə törətdikləri cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkumun kassasiya şikayətində göstərdiyi kimi, o, bu əməlləri törətməkdə təqsirli bilinərək məhkum olunmuşlar. Məhkum isə müdafiəçisinin iştirakı ilə xx xxxxxxxx 2018-ci il tarixdə şübhəli şəxs və xx xxxxxxxx 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə saat təxminən 19-20 radərərində X13 onu evlərinə çağırmış. X13 ona X7la birlikdə Yardımlı rayonuna gedərək oradan içərisində narkotik vasitə olan çanta gətirəcəyini demiş, Yardımlı rayonuna gedib-gəlmək üçün ona məxsus qara rəngli “Volkswagen Passat” markalı avtomobili onun idarə etməsini, bunun müqabilində ona 500 manat pul verəcəyini demişdir. O, X13 razılaşaraq xx xxxx 2018-ci il tarixdə gecə saat 01 radələrində Lənkəran şəhərindən yola düşmüş, avtomobili o idarə etmiş, X13 arxa oturacaqda, X7 isə qabaq sağ oturacaqda əyləşmişlər. Yolda olarkən X24 adlı İran vətəndaşı ilə telefonla əlaqə saxlamış, onlar Yardımlı rayonu ərazisinə çatdıqdan sonra X7 tel efonu ona verərək X22 adlı İran vətəndaşı ilə danışaraq narkotik vasitəni götürəcəkləri yeri ona başa salmasını demişdir. O, X22 adlı İran vətəndaşı ilə danışaraq “Şəlalə” istirahət mərkəzini keçdiklərini bildirmiş, X22 ona artıq onları gördüyünü demiş, o, idarə etdiyi avtomobillə həmin yerə yaxınlaşarkən “Vaz 2107” markalı avtomobilin yolun kənarında, onun yanında isə bir nəfərin dayandığını görüb telefonda X22 adlı şəxsdən “Vaz 2107” markalı avtomobilin yanındakı şəxsin çantanı verəcək şəxs olub-olmamasını soruşmuş, X22 da buna müsbət cavab verdikdə həmin “Vaz 2107” markalı avtomobil Yardımlı istiqamətində hərəkət etmişdir. O, avtomobillə X22 adlı İran vətəndaşına yaxınlaşmış, X13 avtomobilin arxa şüşəsini aşağı endirmiş, X22 adlı şəxs içərisində narkotik vasitə olan çantanı X13 vermişdi r. Onlar avtomobili geri döndərib Masallı rayonu istiqamətində hərəkət etmiş, lakin qarşıda yolun polis əməkdaşları tərəfindən yol patrul xidməti avtomobili ilə bağlandığını görmüşlər. X20 içərisində narkotik vasitə olan çantanı avtomobildən kənara atmasını demiş, X13 özü çanta ilə birlikdə düşəcəyini, onların isə hərəkəti davam etmələrini demişdir. O, avtomobili saxlamış, X13 içərisində narkotik vasitələr olan çantanı götürərək avtomobildən yerə düşmüşdür. O, maşını saxlamaq istəyərkən X7 ona avtomobili saxlamamağı, sürməyi bildirmiş, avtomobili idarə edərək yol patrul xidməti avtomobilinin yanından sürətlə keçərək getmişdir. Sonra onlar Lənkəran şəhərinə gələrək, orada X13 qardaşı X46 görüşərək avtomobili ona təhvil vermiş, ona X13 tutulmasını demiş, sonra X7la sağollaşaraq öz evlərinə g etmişdir. Belə ifadələrin fövqündə məhkumların gecə vaxtı Yardımlı rayonuna paltar götürmək üçün getmələri, narkotik vasitə daşımasından xəbəri olmaması barədə Məhkum sonradan verdiyi ifadələrini və kassasiya şikayətində göstərdiyi dəlillərini məhkəmə kollegiyası iş materiallarına uyğun olmayan, özünümüdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən ifadələr və dəlillər kimi qiymətləndirir və buna görə də onlarla razılaşmasını mümkün bilmir. Cinayət işi üzrə toplanmış materialların təhlili göstərir ki, Məhkum xx xxxxxxxx 2018-ci il tarixli şübhəli şəxs və xx xxxxxxxx 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri həmçinin digər məhkum olunmuş şəxslərin, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla tam təsdiq edilir və bu sübutlar məcmu qaydasında biri-birini tamamlayır. Bu baxımdan, digər şəxslərlə qabaqcadan əlbir olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş və qaçaqmalçılığın törədilməsində iştirak etmiş Məhkum bu əməlləri törətməsi barədə birinci və apellyasiya instansiyası məhkəməsinin gəldikləri nəticə ilə kassasiya kollegiyası da razılaşır və hesab edir ki, məhkumun həmin əməlləri CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və onun həmin əməllərinin CM-nin 307.1-ci maddəsi ilə ixtisaslaşdırılması üçün heç bir əsas yoxdur. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına, o cümlədən cəz anı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarət dir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-nin 32.5, 206.3. 2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarının təhlili göstərir ki, qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etmiş, gəzdirmiş və saxlamış şəxs beş ildən on iki ilədək azadlıqdan məhrum etmə, qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı əməllərini törətmiş şəxs isə beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə Məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı məhkumun kassasiya şikayətində həm göstərdiyi, həm də göstərmədiyi halları – yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, himayəsində i ki azyaşlı uşağının olmasını CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu hallar, həm də iş üzrə məhkumun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cinayətlərin məcmusu birinci instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsini məqsədə uyğun hesab edərək həmin cəzanın müddətini 14 (on dörd) il həddində müəyyən etmişdir. Cinayət işinin materiallarını, kassasiya şikayətində göstərilən halları və məhkumun istinad etdiyi dəlilləri təhlil edən məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və həmin məhkəmələrin əsaslandığı cəzanı yüngülləşdirən hallar müstəsna xarakter daşımır, adı çəkilən məhkum tərəfindən törədilmiş cinayətlərin i ctimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar isə müəyyən edilmir. Buna görə məhkəmə kollegyiyası Məhkum həm ayrı-ayrı maddələrlə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün də əsaslar görmür və ümumilikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416-cı maddəsində göstərilən pozuntulara yol verilmədiyini qeyd edir. Buna görə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və həmin şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı C.R.İsgəndərovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı isə kassasiya şikayətində münasibətdə və Məhkum barəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə və Məhkum barəsində dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-336/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-336/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver