Məhkəmə qərarları › İş №1(102)-337/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-337/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-337/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X9, Məhkum1, Tərcüməçi X10 iştirakları ilə xx xxxxxx 1996-cı ildə İran İslam Respublikasının Germi şəhərində anadan olmuş, İİR vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İİR-nın Ərdəbi l şəhəri, qeydiyyatda olan və hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1987-ci ildə İran İslam Respublikasının (bundan sonra – İİR) Meşkinşehr şəhərində anadan olmuş, İİR vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İİR-nınunvan 1 qeydiyyatda olan və hal hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019 -cu il tarixli hökmü ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), M.V.Məmmədov və C.C.Nəbiyev) Məhkum1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu ildən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan R espublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2019-cu ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxslər tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), K.S.Bəşirov və E.Ə.Camalov) apellyasiya şikayətləri qismən təmin edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilməklə, Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yüngülləşdirilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmucu üzrə təyin olunmuş cəzalar qismən toplanmaqla Məhkum1 qəti olaraq 6 (altı) il 6 (ay) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edi lmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yüngülləşdirilmiş və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmucu üzrə təyin olunmuş cəzalar qismən toplanmaqla Məhkum2 qəti olaraq 6 (altı) il 6 (ay) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 şəxsiyyəti məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və metadon həblərinin əldə edilməsi, saxlanması və daşınması, habelə qeyd olunan maddələrin İİR Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən g ömrük nəzarətindən gizli yolla keçirməsi ilə bağlı razılığa gəldikdən sonra bu məqsədlə xx xxxx 2019-cu ildə qrupun şəxsiyyəti məlum olmayan üzvündən satış məqsədilə qanunsuz olaraq əldə etdikləri külli miqdarda 545,150 qram narkotik vasitə heroini və təsir maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən 10 ədəd metadon dərman həbini X4 aşkar edilməsini çətinləşdirmək üçün qeyd olunan maddələr olan bükümlərin ikisini ayaqqabısının hər iki tayının altına, dörd ədədini düz bağırsağına və bir ədədini uşaqlıq yoluna yerləşdirib saxlamaqla Məhkum2 bilavasitə müşayiəti altında həmin tarixdə saat 17 radələrində daşıyıb İİR- dən Azərbaycan Respublikasına daşıyıb Dövlət Sərhəd Xidmətinin Astara sərhəd nəzarət məntəqəsindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişlər. Kassasiya şikayət lərinin dəlilləri: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan cinayət işinə yenidən baxılaraq cəzasını yüngülləşdirən halları – himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını, İİR vətəndaşı olaraq ailə üzvlərindən uzaqda olmasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla CM-nin 62-ci maddəsinə əsasən daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində barəsində olan cinayət işinə yenidən baxılaraq cəzasını yüngülləşdirən halları – himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını, İİR vətəndaşı olaraq ailə üzvlərindən uzaqda olmasını, şəxsiyyətini, törətdiyi cinayətin xarak terini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla CM-nin 62-ci maddəsinə əsasən daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum1 və müdafiəçi R.Qocayevin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciət in dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkə mələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum1 və Məhkum2 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, şəxsi axtarış və götürmə aparılması haqqında protokollara habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində isə işin faktiki halları mübahisələndirilmir, yalnız təyin edilən cəzanın yüngülləşdirilməsi xahiş olunur. Məhkumlar Məhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətb iq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən Məhkum1 və Məhkum2 CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hal lar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu ma ddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini və ailə vəziyyətlərini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və onlara təqsirli bilindikləri maddələr əsasında ədalətli cəza təyin etməmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıd ır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımınd an açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən ink işaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma törətdiyi əmələ görə ağır cəza təyin etmişdi r. Belə ki, iş materiallarından görünür ki, Məhkum1 himayəsində bir azyaşlı uşağının olması, əməlini etiraf etməsi və peşman olması, gəncliyi, qadın olması, ilk dəfə məhkum olunması və yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CMnin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi aşağı instansiya məhkəmələri tərəfindən qiymətləndirilmiş, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkum2 himayəsində bir azyaşlı uşağının olması, gəncliyi, qadın olması, ilk dəfə məhkum olunması və yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi aşağı instansiya məhkəmələri tərəfindən qiymətləndirilmiş, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilm əmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarında qeyd olunan halları sadalansa da, hər iki məhkuma münasibətdə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı yüngülləşdirərkən kifayət qədər nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma larına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kasassiya şikayətləri qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ildən, 5 (beş) il 6 (altı) aya endirilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq Məhkum1 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ildən 5 (beş) il 6 (altı) aya endirilsin. Bu cəza Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasə n Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə qəti olaraq Məhkum2 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar