Məhkəmə qərarları › İş №1(102)-337/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-337/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-337/2022 29.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim M.Ə.Bağırov, hakimlər D.H.İmanov və N.T.Əliyevdən ibarət tərkibdə) 1(100)-32/2021 nömrəli, 20 may 2021-ci il tarixli hökmü ilə xx xxx 1981-ci il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu, Sarıcalı kəndində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 236.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından həmin maddə ilə ona bəraət verilmiş, Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsir li bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 236.3-cü maddəsi ilə ittiham edilib məhkəməyə verilmişdir ona görə ki, o, satış məqsədi olmadan 2020-ci ilin fevral ayının əvvəllərində yaşadığı Tərtər rayonu Sarıcalı kəndinin mərkəz yolunun kənarından taparaq «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd kağız bükümdə təmiz çəkisi 0,201 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib Tərtər rayonu Sarıcalı kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 14 fevral 2020-ci il tarixə keçən gecə saat 01 radələrində özünə məxsus ***-***-**-** mobil nömrədən həmkəndlisi və tanışı X4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 00:09, 00:23 və 00:32 də zəng edərək ona birlikdə narkotik vasitə qəbul etməyi təklif edərək onu narkotik vasitə qəbul etməyə təhrik edərək yaşadığı evə dəvət etmiş, zənglərdən sonra onun Tərtər rayonu Sarıcalı kəndində yerləşən fərdi yaşayış evinə gələn X4 evin qonaq otağınd a öz qoluna inyeksiya etməklə dozadan artıq heroin qəbul etməsinə şərait yaratmış, nəticədə ehtiyatsızlıqdan dozadan artıq narkotik vasitə qəbul edən Nurlan Muradlının 14 fevral 2020-ci il tarixdə gecə saatlarında ölümünə səbəb olmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Çingiz Məmmədov, hakimlər Teyyub Muxtarov və Salman Hüseynovdan ibarət tərkibdə) 1(104)-371/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı M.R.Rəhimov tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya məhkəməsində yenidən baxılmasına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, məhkəmə Məhkum CM-in 236.3-cü maddəsi üzrə əməlinə bəraət verərkən mövqeyini onunla əsaslandırmışdır ki, Nurlan Muradlı əvvəllər də narkotik vasitələrdən istifadə etmiş və 14 fevral 2020-ci il tarixə keçən gecə əvvəlcə Nurlan Muradlı istifadəsində olan nömrədən Məhkum nömrəsinə qısa zəng etmiş, yəni N.Muradlı özü Məhkum evinə getməyi təklif etmiş, Məhkum N.Muradlını narkotik vasitənin istehlakına təhrik etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd edilən nəticəyə gələrkən yalnız tə qsirləndirilən Məhkum ifadəsində göstərdiklərini əsas götürmüş, ümumi hadisəyə yalnız özünü müdafiə edən təqsirləndirilənin ifadəsi ilə qiymət vermişdir. Apelyasiya Məhkəməsinin məhkəmə kollegiyası da həmin dəlillərlə eynilə razılaşaraq, birinci instansiya məhkəməsinin əsaslandırdığı halları haqlı qəbul etmişdir. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai və məhkəmə istintaqı zamanı ifadə verərək bildirmişdir ki, oğlu Nurlan Muradlı narkotik vasitə istifadəçisi olmamış, Arif onu narkotikdən istifadəyə təhrik etmiş, hadisə baş verən gün də Arif zəng vuraraq Nurlanı çağırmış, oğlu da yatdığı yerdən qalxıb narazı halda evlərindən çıxıb getmişdir. Beləliklə də, həmin xüsusatla bağlı məhkəmənin gəldiyi nəticə onun istinad etdiyi sübutlarla təsdiq edilməmiş, həmçinin məhkə mə nəzərə almalı olduğu halda Ətlaz Muradovanın ifadəsini əsassız olaraq sübut kimi qəbul etməməklə işin faktiki hallarına uyğun gəlməyən yanlış nəticəyə gəlmişdir. Bundan əlavə, məhkəmə Nurlan Muradlının sol və sağ saidlərində olan nöqtəvari inyeksiya yerlərinin olmasını N.Muradlının narkotik vasitənin istifadəçisi olması kimi qəbul etmiş, bununla da onun Məhkum tərəfindən narkotik vasitənin istehlakına təhrik etməsinin ağlabatan olmaması qənaətinə gəlmişdir. Halbuki, cinayət qanunvericiliyində zərərçəkmiş şəxsin narkotik istifadəçisi olubolmamasının onun narkotik vasitənin istehlakına təhrik edilməsində hər hansı rolunun olması ilə bağlı müddəa yoxdur. İş materiallarında olan 14 fevral 2020-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, X4 meyitinin məhkəmə -tibbi müayinəsində onun bədəni üzərində xəsarət aşkar edilməmişdir, onun ölümünə səbəb tiryək qrupuna aid olan alkoloid maddə ilə zəhərlənmə olmuşdur. Məhkəmə isə "meyitə baxış keçirilməsi haqqında" 14.02.2020-ci il tarixli protokolla müəyyən etdiyi, X4 qolunda olan köhnə inyeksiya yerlərinin olmasını onun hadisədən bilavasitə əvvəl yox, əvvəllər də narkotik vasitələrdən inyeksiya yolu ilə qəbul etməsi kimi qiymətləndirmişdir. Halbuki yuxarıda qeyd edilən Plenum qərarının məzmunundan görünür ki, şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi, ona müalicənin tətbiq edilib-edilməməsi məsələləri müvafiq ekspert rəyi ilə müəyyən edilir. Məhkəmə isə belə rəy olmadan əsassız olaraq N.Muradlının narkomaniya xəstəsi olması, əvvəllər inyeksiya yolu ilə narkotik vasitə qəbul etməsi kimi qeyri-oby ektiv nəticəyə gəlmişdir. Hətta məhkəmənin bu mövqeyi düz olmuş olsaydı da, narkotik vasitədən istifadə edən şəxsin CM-in 236-cı maddəsi üzrə zərərçəkmiş şəxs olmasını cinayət qanunvericiliyində istisna edən hər hansı norma yoxdur. Bu, yalnız məhkəmənin mülahizəsidir. Bundan başqa, məhkəmə Məhkum ifadəsini işin hallarına uyğun olan ifadə kimi qəbul etsə də, həmin ifadənin ağlabatan olmaması açıq-aşkar görünür. Belə ki, Məhkum ifadəsində göstərir ki, N.Muradlı özü ona təklif etmişdir ki, gəlib onların evində narkotik vasitə istifadə etsin. Bundan başqa, N.Muradlı eyni məqsədlə əvvəllər onların evinə gəlməmiş, hətta N.Muradlı gələrkən özü istifadə edəcəyi heroini də özü gətirmişdir. Məhkum özünün müdafiəsi üçün gətirdiyi həmin ifadəni məhkəmə sübut kimi qəbul edərkən nəyə görə özündə narkoti k vasitə olan N.Muradlının həmin narkotik vasitəni qəbul etmək üçün gecə saat 01 radələrində Məhkum yaşadığı evə getməli olduğunu əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında yuxarıda qeyd edilən sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla Məhkum təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə CM-in 236.3-cü maddəsi ilə ona bəraət vermiş, apelyasiya məhkəməsi də həmin halları nəzərə almayaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materialların ı öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birin ci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum Azərbaycan Respublikası CM-in 236.3cü maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsinin qanunsuz olmasıdır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi hökmdə göstərdiyi sübutları CinayətProsessual Məcəlləsinin 124, 144-146-cı maddələrinə əsasən yoxl ayıb qiymətləndirməklə, belə nəticəyə gəlmişdir ki, X4 öz qoluna inyeksiya etməklə dozadan artıq heroin qəbul etməklə ölməsi faktiki olaraq sübut olunsa da, onun ölümündə Məhkum hər hansı bir rolunun olması, yəni Nurlan Muradlını narkotik vasitə qəbul etməyə təhrik etməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona qarşı CM-in 236.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən bir ildən artıqdır ki, narkotik vasitə olan heroindən mütəmadi olaraq istifadə etmişdir. Hadisədən təxminən 10 ay əvvəl Bakı şəhərinə gedərək orada işləmiş və 01 fevral 2020-ci il tarixdə Tərtər rayonuna qayıtmışdır. Evə qayıdandan sonra da mütəmadi olaraq narkotik vasitə olan heroindən istifadə e tmiş, 1 çet heroini isə hadisədən qabaq tapmışdır. 13 fevral 2020-ci il tarixdə Nurlanla kəndin çıxacağında görüşmüş və Nurlan axşam zəngləşib onlara qonaq gələcəyini demiş, o da razılaşmışdır. Axşam saat 23 radələrində Nurlan onlara gəlmiş və qonaq otağında birlikdə heroindən penisillin şüşəsində qızdırdıqdan sonra istifadə etmişlər. Sonra Nurlan gec olduğundan qalmaq istədiyini demiş və qonaq otağında yatmış, o isə bacısıgilin yanına keçərək orada yatmışdır. Səhər saat 07 radələrində axşamdan hazır şəkildə qalan narkotik vasitə olan heroini yatdığı otaqda özünə vuraraq qəbul etmiş və bir qədər bayırda gəzib geri qayıdanda Nurlanın oyaq olub-olmamasını öyrənmək üçün qonaq otağına girmişdir. Otağa daxil olanda Nurlanın ağzından köpük gəldiyini və onun tərpənmədiyini görmüş, sonuncunu tərpə tsə də, o oyanmamış və narkotikin dozasını yaşadığını düşünərək bayıra çıxıb bir qədər gözləmiş, sonra yenidən qayıdıb Nurlanın üzünə sillə vuraraq onu oyatmağa çalışmışdır. Lakin Nurlan oyanmamış və çağırdığı təcili tibbi yardım gələndə Nurlanın öldüyünü bildirib polisə zəng etmişlər. Nurlanla dostluq münasibətində olaraq birlikdə narkotik vasitələrdən istifadə etmişlər. Bakı şəhərində olan zaman Nurlanla tez-tez görüşmüş və iynə vurmaqla narkotik vasitələrdən istifadə etmişlər, Bakıda sonuncu dəfə hadisədən təxminən 1-2 ay qabaq görüşüb narkotik vasitədən istifadə etmişlər, lakin Nurlanın nə vaxtsa narkotik vasitə qəbul edəndə halının pisləşməsini görməmişdir. Hadisə günü Nurlanın narkotik vasitəni çox və ya az vurmasını bilməmiş, Nurlan əvvəlcədən onlarda qalacağını deməmiş, Nurlanı nar kotik vasitə qəbul etməsinə təhrik etməmiş, onun özü vurmuşdur. Nurlan Muradlı özü şprisdə olan heroinin hamısını damarına daxil etmiş, o isə yarısını səhər istifadə etmişdir. Fevral ayında hava soyuq olduğundan onlarda görüşmək barədə razılaşmışlar, Nurlan ona sms yazmış, o da Nurlana zəng etmişdir. Narkotik vasitəni yaşadığı kəndin mərkəzi yolunun kənarından 2020-ci ilin fevral ayının əvvəllərində tapmış, həmin vaxt Nurlan Muradlının özündə də narkotik vasitə olan heroin olmuş, narkotik vasitəni haradan almasını bilməmişdir. Onlar hər iki narkotik vasitəni qarışdırıb vurmaq qərarına gəlmişlər və o, hər ikisinin narkotikini qarışdırıb düzəltmiş, narkotik vasitəni bir yerdə bişirəndə daha yaxşı olur deyə Nurlanla həmişə narkotiklərini qarışdırıb vurmuşlar. Narkotik vasitə olan iki çet hero ini hazırlayıb bölmüş, çoxusunu özünə saxlamış, nisbətən az hissəsini isə Nurlan Muradlıya vermişdir. İşdə olan baxış keçirilməsi haqqında 14 fevral 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 meyitinin sağ qolunda inyeksiya izləri olmuşdur. İşdə olan meyitə baxış keçirilməsi haqqında 14 fevral 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 meyitinə baxış zamanı onun sol said nahiyəsinin orta və aşağı 1/3-nin ön səthində damar proyeksiyalarında 0,2-0,1 sm diametrində, oval formada 5 ədəd ağımtıl rəngli çapıq toxuması-inyeksiya yerlərinin (köhnə), həmçinin sağ və sol said nahiyələrinin ön səthində damar proyeksiyasında 0,10,2 sm diametrində oval formada, çəhrayımtıl və bozumtul-çəhrayımtıl rəngdə nöqtəvari inyeksiy a yerlərinin (təzə və köhnə) olması aşkar olunmuşdur. Meyitin məhkəmə-tibbi müayinəsində məlum olmuşdur ki, Nurlan Muradlı istifadə etdiyi narkotik vasitədən zəhərlənərək ölmüşdür. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Ə.C.Muradova və şahidlər C.C.Abdullayev, N.N.Muradov, E.X.Muradov, C.T.Paşayev, R.İ.Tağıyev, S.N.Muradov öz ifadələrində Məhkum və zərərçəkmiş şəxs N.X.Muradlının birgə narkotik vasitənin qəbul edilməsi və sonuncunun narkotik vasitədən zəhərlənərək ölməsi barədə göstərilsə də, Məhkum ifadəsində göstərilən halları təkzib etməmiş, onun N.X.Muradlını narkotik vasitənin istəhlakına təhrik etməsi barədə göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tərtər rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili A.E.Səlimzad ə ifadəsində Məhkum Nurlan Muradlını qol damarına heroini vurmasına təhrik etməsi faktını qeyd etsə də, özünün bilavasitə şahidi olmadığı bu fakt barədə verdiyi məlumatın mənbəyini göstərməmişdir. İttiham tərəfindən təqdim edildiyi və məhkəmə iclasında tədqiq edilmiş ekspertiza rəyləri, baxış protokolları və digər sübutlar da Məhkum Nurlan Muradlını heroinin istehlakına təhrik etməsini təsdiq etmir. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər cinayət təqibi üzrə sübutlar hesab olunur. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan yalnız şahid A.E.Səlimzadənin ifadəsində Məhkum Nurlan Muradlını heroinin istehlakına təhrik etməsi barədə qeyd edilmişdir. İş materiallarından isə görünür ki, A.E.Səlimzadə hadisədən sonra hadisə yerinə xidməti vəzifənin icrası ilə əlaqədar gəlmiş polis əməkdaşıdır, özü bilavasitə hadisənin şahidi olmamış, verdiyi məlumatın heç bir mənbəsinə istinad etməmişdir. Azərbaycan Respublikası CPM-in 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 126.2 və 126.3-cü maddələrinin tələblərinə görə yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə iş materiallardan görünür ki, məhkuma Azərbaycan Respublikası CM-in 236.3-cü maddəsi ilə verilmiş ittiham mötəbər sübutlara deyil, iş hallarından irəli gələn ehtimallara əsaslanır. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökm ü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırıb Məhkum Azərbaycan Respublikası CM-in 236.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirinin sübuta yetirilməməsi, bəraət üçün isə kifayət etməsi barədə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini hökmdə göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, sübutlara və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzə rə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya protesti üzrə işə baxaraq birinci instansiyası məhkəməsinin bəraət hökmünü qüvvədə saxlamaqda haqlı olmuşdur. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 42.1.2 və 42.1.4-cü maddələrinin tələblərinə görə əməldə cinayət tərkibinin olmaması və təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün çıxarılması hallarından biridir. Azərbaycan Respu blikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə əməldə cinayət tərkibinin olmamasını düzgün qiymətləndirmiş, Məhkum əməlinin sübuta yetirilməməsi əsası ilə bəraət verməsini isə kifayət qədər əsaslandırmışlar. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. İşdən də görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.22-ci maddələrində göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 08 oktyabr 2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan R espublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 oktyabr 2021-ci il tarixli Məhkum haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar