Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-337/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və X7 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, bəraət almiş şəxs Məhkum iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 177.2.2, 177.2.3 v ə 177.2.4-cü maddələri ilə təqsiri sübuta yetmədiyindən bəraət verilmiş, Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 75.1.2-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs və vəkili Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik eddən hakim X20) 07 noyabr 2019-cu il tarixli hökmü ilə xx xxxx 1972-ci ildə Lənkaran rayonunda anadan olmuş, Azərba ycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Məhkum Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddələrlə bəraət verilmişdir. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.2-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cəza təyin edilməmişdir.Təqsirləndirilən şəxs Məhkum barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə mülki iddia tələbinin qismən təmin edilməsi, mülki iddiaçı Zərərçəkmiş şəxs Məhkum tərəfindən ödənilmiş 6.500 (altı min beş yüz) manat nəzərə alınaraq, qalan 23.500 (iyirmi üç min beş yüz) manat məbləğində pul vəsaitinin Məhkum tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, mülki iddia tələbinin qalan hissədə rədd edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsi ilə, X18 və X6 ibarət tərkibdə) 17 yanvar 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin ed ilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddələrlə bəraət verilməsinə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.2-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cəza təyin edilməməsinə dair 07 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət koll egiyasının (hakimlər X16 (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X3 ibarət tərkibdə) 06 avqust 2020-ci il tarixli qərarı ilə Məhkum kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X12 və X8 ibarət tərkibdə) 18 iyun 2021-ci il tarixli hökmü ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilən ittihamda təqs irliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddələrlə bəraət verilməsinə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.2-ci və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cəza təyin edilməməsinə dair 07 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X14 (sədrlik edən və məruzəçi), X17 və X2 ibarət tərkibdə) 23 dekabr 2021-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayə ti təmin edilməmiş, barəsində cəza təyin edilmədən ittiham hökmü çıxarılmış Məhkum və müdafiəçisi X21 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2021-ci il tarixli, 1(103)-118/2021 nömrəli qərarı Məhkum və müdafiəçisi X21nun kassasiya şikayətinə münasibətdə ləğv edilmişdir, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X25 və X4 ibarət tərkibdə) 16 mart 2022-ci il tarixli hökmü ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkum barəsində 07 noyabr 2019-cu il tarixli, 1(004)174/2019 saylı hökm ü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cəza təyin edilməməsinə dair hissədə ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.3cü maddəsinə əsasən Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə bəraət verilmişdir. Məhkum barəsində seçilmiş "başqa yerə getməmək haqqında” qətimkan tədbiri dərhal ləğv edilmişdir. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4, 178.2.3 və 178.2.4-cü maddələri ilə verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin təsisçisi və direktoru olaraq öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs göstərilə n MMC-yə baş redaktor vəzifəsinə 550 manat aylıq əmək haqqı almaq şərti ilə işə götürəcəyinə və ensiklopediya nəşr edildikdən sonra satışından əldə ediləcək gəlirin 20 faiz məbləğini Zərərçəkmiş şəxs verəcəyinə dair yalan vədlər verməklə 16 iyul 2012-ci il tarixdə Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 2 ünvanda yerləşən mənzildə onun 30.000 (otuz min) manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etmədən Zərərçəkmiş şəxs xeyli miqdarda - 30.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2012-ci ilin dekabr ayının birinci yarısında tanışı Zərərçəkmiş şəxs kirayədə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilin giriş qapısının açarını əldə edərək həmin yaşayış sahəsinə qanunsuz daxil olu b oradan, Zərərçəkmiş şəxs məxsus olan 750 əyarlı qızıldan 35,1 qram çəkidə iri dördkünc qaşlı, göy sapfir və briliant qaşları olan üç predmetdən ibarət 2.747,5 manat nisbəti ilə 3.500 ABŞ dolları dəyərində bir cüt üzük-sırğa dəstini, 585 əyarlı qızıldan 27,2 qram çəkidə briliant qaşlı üstü minalı üç predmetdən ibarət 3.140 manat nisbəti ilə 4.000 ABŞ dolları dəyərində bir cüt üzük-sırğa dəstini, 585 əyarlı qızıldan 11 qram çəkidə briliant qaşları olan bir ədəd 6.280 manat nisbəti ilə 8.000 ABŞ dolları dəyərində kolyeni, 585 əyarlı qızıldan 15 qram çəkidə bir ədəd 785 manat nisbəti ilə 1.000 ABŞ dolları dəyərində boyunbağını və 300 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda - 13.252,5 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə mülahizələrini təqsirləndirilən şəxs Məhkum düşünüb, ötən bir neçə illik istintaq və məhkəmə prosesləri boyu tədricən cilalayıb, təkmilləşdiriyi adi, yəni kriminal olmayan, verilmiş ittihama təsir etməyən faktlar üzərində qurmuş, həmin mülahizələrən təkan götürüb, onun kredit münasibətində olma kimi tamamlə əsassız nəticə çıxarmışdır. Məhkəmə işdə olan ittihamedici sübutları, o cümlədən şahid ifadələrini araşdırıb, təhlil etməmiş, ittihamın nə dərəcə əsaslı olmasını konkret sübutlarla təsdiq və ya təkzib etməmişdir. İşdə Məhkum dələduz olmasını təsdiq edən kifayət qədər sübut, o cümlədən şahid ifadələri var. Apellyasiya məhkəməsi işdə olan ittihamedici sübutları, o cümlədən şahid ifadələrini araşdırıb, təh lil etməmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum haqqında 16 mart 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, bəraət almiş şəxs Məhkum və dövlət ittihamçının kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzr ə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassas iya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs və vəkili tərəfindən birgə verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsasl ılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri d ə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə eti barilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talam a cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və va rlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti o lan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstə rilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan qərarlardan və Qanunun tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etm ə və aldatma özgə əmlakının talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Birinci instansiya və apellyasiya instansiya məhkəməsində zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2012-ci ildə «Korrupsiya və bəşəriyyət» jurnalının baş redakt oru Quliyeva Xuraman adlı qadın onu Azərbaycan Nəşriyyatında yerləşən kabinetində Məhkum adlı bir şəxslə tanış etdi və bildirdi ki, Məhkum Milli Məclisin mətbuat xidmətinin jurnalistidir. Söhbət əsnasında Məhkum «X1» hazırladığını və həmin ensiklopediyanın fəxri sədri akademik Budaq Budaqov, idarə şurasının üzvlərini isə çox mötəbər ziyalılar olduğunu bildirdi. Fikrət ensiklopediyanın baş redaktoru vəzifəsini 550 manat əmək haqqı almağı şərti ilə ona təklif etmişdir. O, sənədlərini hazırlayıb səhəri gün Fikrətə təqdim etmişdir. Fikrət isə həmin vəzifədə işləməyi haqqında ona arayış vermişdir. Amma bir müddət keçsə də Məhkum nə onu işlə təmin etmiş, nə də ki, ona əmək haqqı vermişdir. O, Fikrətdən səbəbini soruşduqda sonuncu bildirmiş ki, ensiklopediyanın nəşri üçün 50.000 manat pul lazımdı r və əmək haqları nəşrin pulu toplandıqdan sonra ödənəcəkdir. O, göstərilən ünvandakı evini 33.000 manata sataraq Fikrətin çoxsaylı xahişlərinə əsasən 30.000 manatını bir ay müddətinə qaytarmaq şərti ilə ensiklopediyanın nəşri üçün Fikrətə vermişdir. Beləliklə, həmin evin alqı-satqısını etdikdən 3 gün sonra o, Fikrətin onun üçün kirayə tutduğu Yasamal rayonu B.Səfəroğlu küçəsi, ev 66 ünvandakı mənzildə 30.000 (otuz min) manat pulu sonuncuya vermişdir. Həmin vaxt orada onun qonağı Şahid8 adlı qadın da olmuşdur. Hətta Alik adlı bir şəxsi akademik Arif Paşayevin köməkçisi adı ilə onunla tanış edərək onda bu barədə əminlik yaratmışdır. Eyni zamanda o, mərhum akademik Budaq Budaqovun qəbuluna gedərək ondan da ensiklopediyanın həqiqətən nəşrə hazırlandığını sonuncudan öyrənmişdir. Fikrət onun ev ini satdırdığı üçün ünvan 4 ünvanda yerləşən evi ayı 250 manat olmaqla kirayə tutsa da, ayın tamamında kirayə haqqını verməkdən boyun qaçırmışdır. Fikrət ensiklopediya satıldıqdan sonra qazancın 20 faizini də ona verəcəyini vəd etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 istintaq dövründə verdiyi ifadəni təsdiq etmədiyini bildirərək ifadəsində göstərmişdir ki, 2012-ci ilin yay aylarında Bakı şəhərinin «5 mərtəbə» adlanan hissəsində yerləşən "Beş qazan” kafesində oturarkən bir nəfər kişi cinsli şəxs ona yaxınlaşıb oturmaq üçün icazə almış, onlar tanış olub bir qədər söhbət etmişlər. Həmin şəxs mənə Milli Məclisin mətbuat xidmətində jurnalist kimi fəaliyyət göstərdiyini, eyni zamanda beynəlxalq ensiklopediya hazırladığını bildirmişdir. Hazırkı cinayət işi il ə bağlı bildirmək istəyir ki, Əsmət xanımın bir otaqlı evi var imiş. Sonra həmin evi sataraq guya iş birliyi məqsədi ilə Məhkum vermişdir. Bundan əlavə məhkəmə iclasında Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun faiz məsləsi ilə aidiyyəti yoxdur. Əsmət xanım evini sataraq Məhkum 30.000 manat pul vermişdir. Həmin pul onun yanında verilməmiş, lakin 30.000 manat barəsində sual-cavab olan zaman Məhkum etiraf etmişdir ki, bir otaqlı evin əvəzinə Əsmət xanıma iki otaqlı ev qayataracaqdır. O, oğlunu işə düzəltməyə görə Fikrətə pul verməmiş, sadəcə Əsmət xanımın 30.000 manat pulunun geri alınması üçün kömək etməkdən üçün polisə şikayət etmişdir Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Məhkum onun tanışıdır. Fikrət ondan iki də fə müxtəlif vaxtlarda borc pul istəmişdir. O, həmin borcu nəyə görə istədiyini soruşduqda Fikrət bildirmişdir ki, Zərərçəkmiş şəxs faizini ödəmək üçün alır. Bundan başqa o, Məhkum Zərərçəkmiş şəxs ilə birlikdə lombarda girdiyini görmüş və onlalra birlikdə çay içmələrini də təklif etmişdir. Bundan əlavə məhkəmə iclasında Şahid10 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Məhkum birinci dəfə 3.000 (üç min) manat, növbəti dəfə isə 300 (üç yüz) manat borca pul vermişdir. Məhkum həmin pulları onun yanında faiz üçün ödəmişdir Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 Müəllim qızı ifadəsində göstərmişdir ki, 2012-ci ildə Əsmətin evini sataraq pulunu Məhkum verdiyini öyrənmişdir. Bundan əlavə məhkəmə iclasında Şahid6 Müəllim qızı verilmiş suallara cavab olaraq bildirmi şdir ki, ödədiyi 5.000 (beş min) manat puldan Məhkum heç nə qaytarmadı. Əsmət 30.000 (otuz min) pulu nəsə kitab məsələsinə görə Məhkum vermişdir. Lakin, Əsmət həmin pulu Fikrətə onun yanında verməmişdir. Əgər Məhkum Əsmət xanımın 30.000 (otuz min) manatını qaytarsa idi, Əsmət onun 5.000 (beş min) manatını verəcəkdi. Oğurluq məsələsi ilə bağlı isə heç bir məlumatı olmamışdır. Apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutları müqayisəli təhlil etmiş və haqlı olaraq hesab etmişdir ki, Məhkum ilə zərərçəkmiş şəxs arasında yaranmış münasibətlər mülki xarakterli olmaqla Məhkum özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə Məhkum və Məhkum istinad e dilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə obyektiv nəticəyə gəlmək üçün həmin epizod üzrə tərəflər arasında, yəni zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasındakı münasibətlərin həqiqiliyi, xarakteri və mahiyyəti necə və nədən ibarət olması, ittihamda olan epizod üzrə təqsirləndirilən şəxsin əsl niyyətinin nədən ibarət olması, zərərçəkmiş şəxsin mülkiyyətində olmuş hər hansı əmlakı və ya pul vəsaitini əldə edib-etmədiyi və bunun qarşılığında zərərçəkmiş tərəfə yalandan hər hansı vəd verib verməməsi üzrə hüquqi dəyərləndirmə aparmış və nəticədə haqlı olaraq təqsirləndirilən şəxsə bəraət vermişdir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetir ilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bununla yanaşı, İnsan hüquqlarının və X11 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsinə əsasən ("Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması”) heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Qanunvericiliyin tələblərini, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki cinayət işi üzrə qəbul etdiyi 23 dekabr 2021 -ci il tarixli qərarında göstəril ən xüsusatları və Avropa Məhkəməsinin yanaşmasını nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ibtidai istintaq orqanı və işə baxan birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən Məhkum qarşı irəli sürülmüş ittihama tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, sübutları lazımınca tədqiq etməmiş və bununla da Azərbaycan Respublikası CPM 144, 145 və 146cı maddəsinin tələblərini pozmuşdur. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini göstərilən mövqeyi ilə razılaşır və qeyd edir ki, iş üzrə dindirilmiş şahidlərin ifadələri və sübut kimi istinad edilən səs yazıları və SMS yazışmaları Məhkum Zərərçəkmiş şəxs əmlakını aldadaraq və ya onun etibarından istifadə edərək ələ keçirməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, həm ibtidai istintaq dövründə, həm birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı, həm də apellyasiya baxışı zamanı Məhkum Zərərçəkmiş şəxs ona aylıq 10 faiz olmaqla 3000 (üç min) manat verən tanışının olduğunu bildirdiyini, o da başladıqları işi tez bir zamanda yerinə yetirmək üçün ayda 300 manat ödənilməsi şərti ilə 3000 manat pulu faizə götürməyə razılaşdığını, Zərərçəkmiş şəxs ona 3000 manat borc pulu ayda 10 faiz ödəmək şərti ilə Musabəyov heykəlinin yanındakı bağda verdiyini, bir aydan sonra Zərərçəkmiş şəxs faizə pulu verən şəxsə çatdırması üçün 300 manat ödədiyini, 2-ci ayın əvvəlində Zərərçəkmiş şəxs aylıq ödəniş faizinin həmin aydan etibarən 30 faizə qalxdığını bildirdiyini, faizin qalxmasına narazılığını bildirdiyini, Zərərçəkmiş şəxs ona guya borc pulu götürdüyü adamın pulu ondan geri istədiyini, Zərərçəkmiş şəxs isə əsəbləşib onun pulunu guya Şahid4 alaraq tam olaraq həmin adama qaytardığını bildirdiyini, indi Şahid4 adlı faizə pul verən şəxsə borclu olduqlarını dediyini, Zərifə adlı qadının isə girovsuz olduğuna görə 30 faizdən aşağı faizə pul vermədiyini, bu şərtlə razı olmadığı təqdirdə verilən 3000 manatı 1-2 gün ərzində tam olaraq qaytarmaq məcburiyyətində olacağını bildirdiyini, həmin dövrdə Zərərçəkmiş şəxs faizlə verdiyi məbləği tam olaraq qaytarmağa imkanı olmadığından məcbur olub aylıq faizləri 4-5 ay ərzində artıq ayda 900 manat, yəni 3000 pula görə 30 faizlə ödəməyə başladığını, amma sonralar aylıq ödənişlərin bu qədər yuxarı olması, həmin dövrdə səhhətində yaranan problemlərlə əlaqədar və maddi imkanının qeyri-stabil olması üzündən bir müddət həmin faizləri vaxtında ödəyə bilmədiyini, belə olduğu halda Zərərçəkmiş şəxs onun ödəyə bilmədiyi faizlərin yığılaraq əsas məbləğlə birgə 7.800 manat olduğunu bildirdiyini və onun həmin andan etibarən yenidən pulu ödəməyə başladığını, ümumilikdə təqribən 2011-2013cü illər ərzində Zərərçəkmiş şəxs faizlərlə birgə cəmi 18200 manat ödədikdən sonra daha heç bir qəpik də ödəməyəcəyini bildirdiyini, Zərərçəkmiş şəxs faizin aşağı salınmasını, ödəməyə çətinlik çəkdiyini bildirdiyini, Zərərçəkmiş şəxs razılaşmadığını və həmişə də guya faiz sahibinin (yəni guya Şahid4) razı olmadığını bəhanə etdiyini, Zərərçəkmiş şəxs pulu ona gec və hissə-hissə verdiyini yenidən bəhanə gətirərək əlavə faizlər də tələb etməyə başladığını, verməyəcəyi təqdirdə ona müxtəlif vasitələrlə şər ataraq, eləcə də böhtan və iftiralar yaxmaqla, yalançı şahidlər üzünə durdurmaqla hədələcəyini bildirdiyini, onu yaşadığı ünvanda olan qonşularının, qohum-əqrabalarının, dost-tanışlarının yanında müxtəlif şər və böhtan atmaq yolu ilə biabır edəcəyini söylədiyini, Zərərçəkmiş şəxs ona 30.000 manat məbləğində pul vəsaitini vermədiyini göstərmişdir. İbtidai istintaq dövründən etibarən eyni məzmunda ifadə verən Məhkum həmin ifadəsində göstərilən xüsusatları təkzib edən sübutlar iş materiallarında olmamaqla yanaşı, əksinə, həmin ifadədə göstərilən bəzi hallar iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X9 ifadəsindən görünür ki, o ifadəsində Zərərçəkmiş şəxs tanımadığını, iki-üç dəfə gördüyü nü, 2011-ci ildə kitab nəşr etmək üçün Fikrətə pul lazım olduğunda Zərərçəkmiş şəxs 30 faizə olmaqla 3000 manat pul məbləğini sələmə aldığını, buna görə Fikrətin Əsmətə hər ay 900 manat pul ödədiyini, 2013-cü ilin əvvəllərində Fikrətin ondan Əsmətə faiz ödəmək üçün 1000 manat pulu borca aldığını, sonradan Fikrətin həmin pulu ona qaytardığını, sonradan ona Fikrətin aldığı 3000 manat sələmə görə Əsmətə 18.200 manat pulu faiz olaraq ödəməsinin məlum olduğunu, dəfələrlə Fikrət onun yanında olarkən Əsmətin Fikrətə zəng edərək faizi istədiyini bildirmişdir. Bununla yanaşı, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində Fikrətin ondan iki dəfə müxtəlif vaxtlarda borc pul istədiyini, həmin borcu nəyə görə istədiyini soruşduqda Fikrətin Zərərçəkmiş şəxs faizini ödəmək üçün həmin pulu istədiyini bildirdiyini, Məhkum birinci dəfə 3.000 (üç min) manat, növbəti dəfə isə 300 (üç yüz) manat borc pul verdiyini, Fikrətin həmin pulları onun yanında faiz üçün ödədiyini göstərmişdir. Şahid10 istintaq zamanı verdiyi ifadəsində onu da qeyd etmişdir ki, Fikrət hər ay Əsmətə 900 manat pul ödəmiş, sonradan ona Fikrətin Əsmətdən aldığı 3000 manat sələmə görə 18.200 manat pulu faiz olaraq ödəməsi məlum olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X13 da ifadəsindən görünür ki, o, öz ifadəsində Zərərçəkmiş şəxs Məhkum işlədiyi yerdə gördüyünü, onu şairə və sələmə pul verən kimi tanıdığını, 2011-ci ilin təxminən oktyabr ayında kitab nəşr etmək üçün Fikrətə pul lazım olduğundan Zərərçəkmiş şəxs 3000 manat pulu 30 faizlə sələmə aldığını, buna görə Fikrətin hər ay Əsmətə 900 manat pul ödədiyini, 2012-ci ilin təxminən may-iyun aylarında Fikrətin ona 1500 manat pul verərək həmin pulu Əsmətə çatdırmasını dediyini, həmin pulu Əsmətin evinin yaxınlığında Əsmətə verərək Fikrətin sələmin pulunu ona göndərdiyini bildirdiyini, sonradan Fikrətin Əsmətə 3000 manat sələmə görə 18.200 manat pul faiz olaraq ödəməsinin məlum olduğunu, dəfələrlə Əsmətin Fikrətə zəng edərək faizi istədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid7 da ifadəsində Əsmətin ona "bir nəfər var ondan pul götürməlidir" bildirdiyini, həmin adama pulu başqasından götürüb faizə verdiyini, daha sonra isə ona "bəlkə desin ki, elə pul mənimdir” təklif etdiyini, onun Əsmətlə qəti razılaşmadığını, onların həmin vaxt artıq evin qarşısında olduqlarını, Əsmə t xanımın yerdən daş götürüb dəmir darvazanı bərk döyməyə başladığını, bu vaxt qapını əvvələr tanımadığı cavan bir gəlinin açdığını, Əsmət xanımın qışqıra-qışqıra gəlinə "Fikrət hardadır niyə gizlənir, bax pulun sahibləri gəlib, çıxarıb pulun faizini versin” dediyini, adını bilmədiyi, lakin Fikrət adlı şəxsin həyat yoldaşı olan qadının "Fikrət evdə yoxdur inamırsız gəlin axtarın” deyə cavab verdiyini, bu vaxt Əsmət xanımın qadının və onun ərinin ünvanına təhqiramiz sözlər dediyini, Əsmətin Fikrətin evdə olmadığına əmin olduqdan sonra "gecə yarısı olsada gələcəm, ona de ki, faizin sahibləri gəlib” bildirdiyini göstərmişdir. Göründüyü kimi, iş üzrə dindirilmiş heç bir şahid Zərərçəkmiş şəxs Məhkum 30.000 manat məbləğində pul verməsinin şahidi olmasını bildirməmiş, Şahid4 və Şahid6 Müəllim qı zı isə Zərərçəkmiş şəxs Məhkum həmin pul məbləği verməsinin şahidi olmadan sadəcə zərərçəkmiş şəxsin sözlərindən Əsmətin Fikrətə 30.000 manat pul məbləği verməsini bildirdirmişlər ki, məhkəmə kollegiyası həmin ifadələri iş üzrə toplanmış digər sübutlarla yanaşı tədqiq edərək, o cümlədən CPM-nin tələblərini nəzərə alaraq Məhkum dələduzluq cinayətində təqsirli olması nəticəsinə gəlmək üçün sübut qismində qəbul edilməsini məqbul hesab edilməməsi barədə apellyasiya instansiya məhkəməsinin qənaətini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəf at etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Bununla yanaşı,Zərərçəkmiş şəxs 30.000 manat pul məbləğini Məhkum rəfiqəsi Şahid8 yanında verdiyini göstərsə də, Şahid8 bu halı təkzib edərək Əsmətin onun yanında Fikrətə pul vermədiyini bildirmişdir. Həmçinin, Şahid8 ifadəsində onu da göstərmişdir ki, Əsmət xanımın evində o qonaq qalarkən Əsmətlə bir neçə dəfə Fikrətin yaşadığı "Beşmərtəbə” adlanan ərazidə yerləşən Füzuli meydanın yaxınlığındakı evə də getmişdir. Fikrətin yaşadığı evə gedərkən Əsmət ona bildirmişdir ki, "Fikrət pul verməlidir vermir, pulu yoxdur evin kirayəsin versin”. Onlar birinci dəfə Fikrətin evinə gedən zaman Fikrət evdə olmamış, adını bilmədiyi yoldaşı onlara bildirmişdir ki, Fikrət rayondadır. İkinci dəfə Fikrətin evinə gedəndə Əsmət xanım onunla puldan söhbət etmiş, lakin həmin söhbət ona maraqlı olmadığı üçün onlardan aralıda olmuş və onların arasında gedən danışığa əhəmiyyət verməmişdir. Üçüncü dəfə o Fikrətlə və adını bilmədiyi qardaşı ilə Füzuli meydanın yaxınlığında görüşmüşdür. Əsmət orada onu Fikrətə baldızı kimi təqdim edərək Fikrətdən pulu tələb etməyi ondan xahiş etmişdir. O də görüş zamanı Fikrətdən pulu tələb etmiş lakin, Fikrət ona bildirmişdir ki, “verirəm də hər gün pul olmur”. O həmin vaxtdan sonra bir daha Fikrətlə görüşməmişdir. Göründüyü kimi, şahidlərdən heç biri Məhkum Zərərçəkmiş şəxs 30.000 manat pul almasının şahidi olduğunu deməmiş, hətta ifadəsi məhkəmədə elan edilmiş Şahid8 ibtidai istintaq zamanı dindirilərkən onun yanında Zərərçəkmiş şəxs Məhkum pul verməd iyini göstərərək, ən mühüm xüsusat üzrə Zərərçəkmiş şəxs söylədiklərini təkzib etmişdir. Bundan başqa, Şahid8, habelə Şahid7 ifadələrində Zərərçəkmiş şəxs xahişi ilə hərəkət etdiklərini (Şahid8 pul vermədiyi halda özünü Məhkum həqiqi tələbkar kimi təqdim etməsini, Şahid7 isə Əsmər Quliyeva ilə birlikdə Məhkum evinə, sonuncudan pul tələb etmək üçün getməsini) göstərək bu xüsusat üzrə Zərərçəkmiş şəxs deyil, Məhkum ifadəsi ilə uyğunluq təşkil edən ifadələr vermişlər. Həmçinin, Şahid7 ifadəsində Zərərçəkmiş şəxs Məhkum yaşadığı evin qarşısında "Fikrət hardadır, niyə gizlənir, bax pulun sahibləri gəlib, çıxarıb pulun faizini versin” deyə qışqırdığını göstərmişdir (Məhkum də ifadəsində Zərərçəkmiş şəxs ondan məhz faizləri tələb etməsi barədə məlumat vermişdir). Göstərilənlərə əsasən məhkəmə kol legiyası belə qənaətə gəlir ki, Zərərçəkmiş şəxs Məhkum faiz ödəmək şərti ilə borca pul verməsi, həmin pulun Məhkum tərəfindən hissəhissə qaytarılması, hətta faiz ödənilməsi şahid ifadələri ilə müəyyən olunsa da, Zərərçəkmiş şəxs evinin satışından əldə etdiyi məbləğdən 30.000 manat məbləğində pulu Fikrət Nağlyevə verməsi, bunun müqabilində Məhkum ona ittihamda göstərildiyi kimi ensiklopediya nəşr edildikdən sonra satışından əldə ediləcək gəlirin 20 faiz məbləğini ödəməsini vəd verməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamış və apellyasiya instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə tam əsaslıdır. Apellyasiya məhkəməsi həmçinin haqlı olaraq hesab etmişdir ki, Zərərçəkmiş şəxs Məhkum verdiyini iddia etdiyi pulun məbləği (30.000 və ya 40.000 manat), həmin pulun verilmə y eri (Musabəyov parkı və ya B.Səfəroğlu küçəsi, 66 ünvanda), təklikdə və ya Şahid8 yanında verməsi barədə fərqli ifadələr vermiş, lakin onun ifadələrindəki ziddiyyət nə istintaq orqanı, nə də birinci instansiya məhkəməsi aradan qaldırılmadan, o cümlədən, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsinə dair cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmadan Məhkum dələduzluq cinayəti ilə bağlı ittiham elan edilmiş, işə baxan birinci instansiya məhkəməsi isə göstərilən halları araşdırmadan və ətraflı tədqiq etmədən onun təqsirli olmasına dair ittiham hökmü çıxarmışdır. Həmçinin iş materiallarında olan "səs yazılarının olduğu CD diskə baxış keçirilməsi (dinlənilməsi” haqqında” 07 fevral 2019-cu il tarixli protokoldan görünür ki, istinta qa təqdim edilmiş Zərərçəkmiş şəxs ilə Məhkum arasında olan danışığı özündə əks etdirən səs yazılarında Zərərçəkmiş şəxs 5000 pul verməsi müqabilində Məhkum barəsində başlanmış işi dayandıracağını, həmin məbləği verdiyi halda nə Tərgül, nə Zərifə, nə də Sevilin onu narahat etməyəcəyini, həmin şəxslərin ondan asılı olduqlarını və buna görə narahat olmamasını, daha Məhkum bir manat da olsun pul çıxmayacağını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət o lan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Prosessual qanunvericiliyin tələbinə görə, hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanının (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Beləliklə, məhkəmə kollegiyası dələduzluq epiz odu üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyinin əsaslı sayaraq hesab edir ki, dələduzluq epizodu üzrə zərərçəkmiş şəxsin ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, həmin epizod üzrə ittihamı təsdiq edən başqa bir sübutun ümumiyyətlə təqdim olunmadığını, zərərçəkmiş şəxsin ziddiyyətli və uzlaşmayan ifadələrinin şəxsin təqsirli bilinib məhkum olunması üçün yetərli olmadığını, iş üzrə aparılmış istintaqın və tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olduğunu nəzərə alaraq kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Məhkum cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qan unvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələbinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.2, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübu tlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, "İnsan hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbi t edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində "accusatio desiderat crimen” ("ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə "in dubio pro reo” ("şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırmasıhüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik p rezumpsiyası ilə bağlı mövqeyinə görə "İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir ("Dorson Niderlanda qarşı”, "Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, "Lüdi İsveçrəyə qarşı”, "Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqs irləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan R espublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqs irli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli bəraət hökmündə müəyyən olunan hallar əs asında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirliliyii sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kass asiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respub likası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs və vəkili Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-337/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-337/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver