Məhkəmə qərarları › İş №1(102)-337/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-337/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-337/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X5, onun nümayəndəsi və vəkili Nümayəndə, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Xızı Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xızı Rayon Məhkəməsinin (sədrlik edən hakim: Cabbarov İlqar Hidayət oğlu) 24 may 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1987-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Xndə qeydiyyatda olmaqla yaşaya n Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilmiş və onun barəsində "həbs” növündə qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən hesablanmış, "həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlə r: Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), X16 oğlu və İsmayılov Azər İbrahim oğlundan ibarət tərkibdə) 28 iyul 2023-cü il tarixli qərarı ilə Xızı Rayon Məhkəməsinin 1(068)-7/2023 nömrəli, 24 may 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətləri və protestləri təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Siyəzən X6 polis nəfəri, polis baş serjantı vəzifəsində işləyərkən 19 may 2022-ci il tarixdə, saat 08:50 radələrində AF seriyalı, 709344 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə X3 adına olmaqla, etibarnamə əsasında idarə etdiyi «Daewoo Nexia» markalı, **- KP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xızı-Giləzi yolunun 24-cü kilometrliyində Xızı rayonu Təzəkənd kəndindən keçən hissəsində 2 hərəkət zolaqlı yolda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək yol hərəkəti qaydalarını pozub, nəqliyyat vasitəsini qarşı sol hərəkət zolağına çıxardıb əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi «Niva» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ehtiyatsızlıqdan sonuncuya sol incik sümüyünün 1/3-nin sınığı ilə müşayiət olunan sol baldır nahiyəsinin yuxarı 1/3-nin qançır şişkinliyi, sol ayaq pəncəsinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarətləri yetirmiş, toqquşma nəticəsində «Niva» markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəolunmaz vəziyyətə düşərək yoldan sağa çıxaraq yolun sağ kənarında dayanmış piyada Zərərçəkmiş şəxs2 Sadiq oğlunu vurub sonuncuya sağ bazu, sağ bud, sol ayaq pəncəsi, sol üst göz qapağı, sol gözaltı, burun nahiyələrinin qançırları, sol qaş, sol gözün bayır kənarı, sol almacıq nahiyəsini əhatə edən burun nahiyələrinin sıyrıqları, alt dodağın selikli qişasına qansızma, hər iki ağciyərlərin aşağı payının əziyi, sağ baldır sümüklərini n aşağı 1/3-nin qapalı yerdəyişən sınığı, ölümünə səbəb olmuş baş beyin əzilməsi, baş beynin qişaları altına və maddəsinə qansızmalar, kəllə əsası sümüyünün sınığı kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş və nəticədə Zərərçəkmiş şəxs2 yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi X8 ilə barışıq əldə etməmiş, sonuncu özü də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Məhkum bağışlamamış və onunla barışmamışdır, bu səbəbdən də, təqsirləndirilən şəxs barəsində daha sərt cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, məh kəmələr Məhkum barəsində cəza məsələsini müzakirə edərkən zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş mənəvi ziyanın aradan qaldırılmamasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini və mənəvi ziyana məruz qalmış tərəf kimi zərərçəkmiş şəxsin maraqlarını nəzərə almamış, qərarın həmin hissəsində obyektivliyini təmin edə bilməmişlər. Belə olduğu təqdirdə, məhkəmələr təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəza müəyyən etməklə Məhkum islah olunacağı qənaətinə gəlməsini və belə bir mövqe nümayiş etdirmələrini öz qərarlarında əsaslandıra bilməmişlər. Hazırki iş üzrə məhkəmələr, qanunvericiliyin cəza təyini ilə bağlı göstərilən tələbləri nəzərə almamış, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi var isi ilə barışıq əldə etməməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayətçi olması, təqsirləndirilən şəxsin əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri (belə ki, həmin hadisə nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs2 Sadiq oğlu ölmüş, habelə hazırda aralarında barışıq əldə olunmuş digər Zərərçəkmiş şəxs1 sol incik sümüyünün 1/3-nin sınığı ilə müşayiət olunan sol baldır nahiyəsinin yuxarı 1/3-nin qançır şişkinliyi, sol ayaq pəncəsinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirilmişdir), həmçinin məhkumun şəxsiyyəti və işin digə r halları Məhkum məhz azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə daha yuxarı həddə cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəza müəyyən etməklə sosial ədalət prinsipini pozmuşdur. Məhkəmələr Məhkum əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Onun məsuliyyətini və təyin edilməli olan cəzanı yüngülləşdirmək ücün sadəcə əməlindən peşman olmasını bildirməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Belə ki, məhkəmələr Məhkum əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını qərarlarda qeyd etsə də, belə bir nəticəyə gəlməyinin motivlərini qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməmişlər. İşin hallarından isə görünür ki, sözü gedən cinayət əməli hadisələrin təsadüfi axarı nəticəsində törədilməmişdir. Bu cinayət əməli avtonəqliyyat vasitəsini idarəetmə tərzi ilə əlaqədar olan, düşünülmüş və təəssüf ki, təqsirləndirilən şəxs tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası CM-in 26.2-ci maddəsi ilə şərtlənən cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmişdir. Bu isə, cəmiyyətdə qəbul olunmuş birgəyaşayış qaydalarına və əxlaq normalarına zidd olan ictimai təhlükəli davranışdır və sözsüz ki, qanunvericiliyə uyğun olaraq ədalətli surətdə cəzalandırılması da ictimai maraqlar baxımından önəmlidir. Məhkəmələr təqsirləndirilən şəxsin zərərçəkmişin hüquqi varisi ilə barışmağa cəhd göstərməsini də cəzanı yüngülləşdirən hal kimi nəzərə almışlar. Bununla belə, nəyə görə hüquqi varisin ona ən ağır cəza təyin edilməsinin tələb etməsi halı barədə məhkəmə qərarlarında heç bir araşdırma aparılmamış, bunun əsl səbəbinin müəyyən edilməsinə cəhd edilməmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsin ailə üzvlərinin bir dəfə yas mərasimində iştirak etməsi, atasının da 1-2 dəfə üzrxahlığa gəlməsi, lakin təqsirləndirilən şəxsin ailə üzvləri olan xanımlar gələndə hadisə ilə bağlı təqsirin digər şəxsdə, yəni «Niva» markalı avtomaşının sürücüsündə olmasını bildirmələri göstərilmişdir. Başqa sözlə, barışığa cəhd edilməsinin Məhkum özü tərəfindən deyil, valideynləri və digər şəxslər tərəfindən edilməsi, həmçinin barışığa cəhdin özünün belə natamam və qıcıqlandırıcı olması göstərilmişdir. Göründüyü kimi, məhkəmələr qeyd edilən xüsusatları obyektiv qiymətləndirməyərək, həmin halı ümumilikdə cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışlar. Məhkəmələr, səhvən qəbul etdiyi yüngülləşdirici halların məcmusunu və iş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəza növünün həddini müəyyən edərkən nəzərə alaraq hesab etmişlər ki, azadlıqdan məhrum etmə cəzasını nisbətən aşağı həddə təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2023-cü il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varis i X8 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, təqsirləndirilən şəxs Məhkum barəsində birinci instansiya məhkəməsi hökm çıxararkən həddindən artıq yüngül cəza təyin etmiş, ona ittiham elan edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza təyin edilməsi və cəzasını umumi rejimli cəzaçəkmə müəsssisəsində çəkməli olması nəzərə alınmamış, birinci instansiya məhkəməsi tərəfindən cəzasının məntəqə tipli cəzaçəmə müəsissəsində çəkməsi qərara alınmış, apellyasiya şikayətində ona CM-in ittiham elan edilmiş maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza təyin edilməsi və cəzasını umumi rejimli cəzaçəkmə müəsssisəsində çəkməsi üçün əsasların olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi də birinci instasiya məhkəməsinin səhvini təkrarlamış, apellyasiya şi kayətində gösrərdiyi xüsusatları və dəliləri araşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsini yalnız təqsirləndirilən şəxs Məhkum maraqları ilə tamamlamış, bununla da cinayət hadisəsi ilə əlaqədar ziyana məruz qalmış tərəf kimi zərərçəkmiş şəxsin hüquqi varisi kimi onun maraqlarını nəzərə almamışdır. Məhkəmə qərarda Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək və maddi cəhətdən köməklik etmək üçün cəhd etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, lakin təqsirləndirilən şəxsin törətdiyi cinayət hadisəsinin zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını, cinayət işinin məhkəməyə göndərilənədək barışıq üçün heç bir cəhd və maddi köməklik etmədiyini, məhkəmə baxışı za manı təqsirləndirilən şəxsin barışığa cəhd görüntüsü yaratdığını, cəza təyin edərkən isə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini nəzərə almamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi də atası Zərərçəkmiş şəxs2 ildönümündən sonra məhkəmə hökmünün qəbul edilməsinə bir gün qalmış 10000 manat maddi yardım köçürülməsi halını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Apellyasiya məhkəməsinin iclasında məhkəməyə maddi yardım kimi köçürülən məbləğdən xəbərsiz olduğunu, bu addım təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirmək məqsədi güddüyünü bildirsə də, məhkəmə bu halı araşdırmadan əsassız olaraq ona münasibətdə barışığa cəhd edildiyini Məhkum cəzanı yüngülləşdirən hal kimi dəyərləndirmişdir. Halbuki, kassasiya şikayətinə əlavə etdiyi Kapit al Bankın 25 sentyabr 2023-cü il tarixli 481 saylı məktubundan görünür ki, 23 may 2023-cü il tarixdə onun adına Xəzri sürətli pul köçürmə sistemi vasitəsilə 10000 manat vəsaitin daxil olmuş, 25 may 2023-cü il tarixdə isə göndərilən vəsaitin geri çəkilmişdir. Daxil olan vəsait onun tərəfindən nağdlaşdırılmamışdır. Bir daha qeyd edir ki, cinayət işi məhkəməyə göndərilənədək və məhkəmə istintaqı başa çatanadək təqsirləndirilən şəxs onunla barışığa belə cəhd göstərməmiş, təqsirləndirilən şəxsin qohumları 1-2 dəfə yas mərasimində iştirak edərkən hadisə ilə bağlı təqsirin Niva markalı maşının sürücüsündə olmasını bildirməklə ailədə bu hərəkətlər qıcıq oyatmış, onlara çıxıb getmələri təklif olunmuşdur. Bu halın da barışmağa cəhd kimi qiymətləndirilməsi yalnız təqsirləndirilən şəxsin maraqlarına x idmət etmişdir. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2023-cü il tarixli qərarının təqsirləndirilən Məhkum Cələr oğluna cəza təyin edilməsi hissəsində ləğv edilərək, təqsirləndirilən şəxsə CM-in təqsirləndirildiyi maddəsinin sanksiyasında nəzərdə tutulan ən ağır cəza təyin edilməsi üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən CM-in 8, 58-59-cu maddələrinin tələblərini kobud şəkildə pozmuş və ona CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəq liyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda olduqca ağır cəza təyin etmişdir. Cinayət işinin materiallarından da görünür ki, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Məhkum məsuliyyətini ağırlaşdıran hal yoxdur. Lakin Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən onun ilk dəfə cinayət əməli törətməsini, təqsirini səmimi olaraq etiraf etməsini, peşmançılıq çəkməsini, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, eləcə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi və maddi cəhətdən köməklik göstərilməsi üçün cəhd lər etməsini, eyni zamanda təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən 19 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 Sadiq oğlunun “Heydər” məscidində keçirilən yas mərasimi zamanı məscidin hesabına 6.998 manat məbləğində maddi yardım köçürülməsini və işə əlavə edilmiş 23 may 2023-cü il tarixli köçürmə haqqında bildirişə əsasən Zərərçəkmiş şəxs2 Sadiq oğlunun hüquqi varisi X5 adına "xxxx" ASC-nin Qubadlı filialında 10000 (on min) manat məbləğində maddi yardım köçürülməsini (bəzilərini hökmdə qeyd edilsə də) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmamışdır. Kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2023-cü il tarixli qərarının qanunsuz və əsassız, həmçinin ədalət və humanizm prinsiplərinə zidd olduğunu nəzərə alaraq ləğv olunması və təqs irləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla şərti cəza təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özünün verdiyi kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin təmin olunmaması barədə məhkum və onun müdafiəçisinin, müdafiəçinin kassasiya şikayətinin təmin olunmaması, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin və kassasiya protestinin təmin olunması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin, onun nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkə mələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Hər üç kassasiya müraciətlərində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi deyil, ona təyin olunmuş cəza mübahisələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini və kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Dövlət ittihamçısının kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində cəzaya dair qeyd olunan müddəaları nəzərdən keçirərək, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkum barəsində olan yüngülləşdirici halları əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən kassasiya müraciətlərinin məhkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlilləri əsaslıdır. Belə ki, Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərə cəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəz ərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın t örədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya o nun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-i n 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o c ümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamışlar. Belə ki, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olu nmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası Məhkum cəzanın məqsədini təmin etməyən aşağı həddə cəza təyin etmək barədə kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri ilə razılaşaq hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik də rəcəsini kifayət qədər nəzərə almamış, cəza tədbirinin həddinin müəyyən edilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara düzgün hüquqi qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmənin məhkuma cəza təyininə dair qənaəti kifayət qədər əsaslandırılmamışdır. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, məhkum edilmiş şəxs tərəfindən törədilmiş ictimai təhlükəli əməl nəticəsində iki nəfər şəxs zərər çəkmiş, zərərçəkmiş şəxslərdən biri isə vəfat etmişdir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş ictimai təhlükəli əməl nəticəsində zərərçəkmiş şəxslərdən olan Zərərçəkmiş şəxs1 ilə barışıb, sonuncu ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirsə də, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməmişdir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin adına da bank hesabına 10000 manat məbləğində pul köçürülməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmışdır. Lakin cinayət işinin materiallarında olan "xxxx" ASC-nin 25 sentyabr 2023-cü il tarixli 481 saylı məktubundan görünür ki, 23 may 2023-cü il tarixdə X5 adına Xəzri sürətli pul köçürmə sistemi vasitəsilə 10000 manat vəsaitin daxil olmuş, 25 may 2023-cü il tarixdə isə göndərilən vəsaitin geri çəkilmişdir. Daxil olan vəsait X8 tərəfindən nağdlaşdırılmamışdı r. Qeyd olunanları nəzərə almadan məhkuma yüngül cəza təyin edilməsi onu göstərir ki, bu qaydada, yəni Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən cəzanın müəyyən edilməsinə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasını n həddində təyin edilmiş cəza islah təsiri baxımından yetərli hesab edilə bilməz. Aşağı instansiyası məhkəmələri qanunvericiliyin cəza təyini ilə bağlı tələbləri kifayət qədər nəzərə alınmamış və yüngül cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşlar. Birinci instansiya məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində aşağı həddə cəzanın təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlməmiş və əsassız olaraq Məhkum azadlıqdan məhrumetmə cəzasını aşağı həddə təyin etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyini ilə b ağlı mövqeyi ilə razılaşsa da, bu barədə qənaətini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, yuxarıda qeyd edilən halları ətraflı araşdırmadan Məhkum təyin edilmiş cəzanı ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətlərinin məhkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini əsaslı hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi ədalətli, qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yaln ız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara və cinayət qanunvericiliyinin müddəalarına əsasən, kassasiya müraciətlərinin məhkuma təyin olunmuş cəzanın yüngül olması barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən cəzanın islah təsiri baxımından yetərli olub-olmadığını hərtərəfli araşdırmamışlar. Belə ki, cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayə tlərin törədilməsinin qarşısının alınması məsələsi diqqətdə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını həddini müəyyən edərkən onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən şəxsiyyətini, həmçinin cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almamışlar. Məhkuma təyin olunmuş cəzanın həddinin onun islah olunması tələblərinə cavab verməsi barədə məhkəmələrin qənaəti kifayət qədər əsaslı və inandırıcı deyildir. Məhkəmə kollegiyası həmçinin müdafiəçinin verdiyi kassasiya şikayətinin məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın şərti tətbiq olunması barədə dəlillərini əsassız sayaraq qeyd edir ki, məhkumun cəmiyyətdən təcrid olunmadan islah olunması qanunvericiliyin cəza təyininə dair müəyyən etdiyi tələblərə cavab vermir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş t əminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexa nizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 426.1.21-ci (mə hkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənlərə əsasən, kassasiya müraciətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyul 2023-cü il tarixli qərarı ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Müdafiəçinin kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkum barəsində 28 iyul 2023-cü il tarixli qərarı kassas iya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar