Məhkəmə qərarları › İş №1(102)-337/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-337/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-337/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmü ilə (hakimlər Əliyeva Aytən Heydər qızı (sədrlik edən və məruzəçi), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda o lmaqla Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, “Yeni Məhəllə” yaşayış ərazisindəki nömrəsiz evdə yaşamış, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən isə onun 12 fevral 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay müddət həmin cəzadan çıxılaraq məhkum olunmuş şəxsin üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bununla yanaşı həmin hökmlə Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli tədbirin tətbiq edilməsi və onun yaşayış yeri üzrə narkoloji dispanserd ə profilaktik qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökm üzrə gəldiyi nəticəyə əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,389 qram, 4,947 qram və 4,269 qram olmaqla, ümumi təmiz çəkisi 12,605 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamini alaraq əldə edib üzərində saxlamaqla daşımış və 12 fevral 2022-ci il tarixdə saat 18:50 dəqiqədə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsində soyğunçuluq cinayət əməlini törətməkdə şübhəli olduğu üçün saxlanılıb ünvan 3 ünv anında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli vilvet parçalı gödəkçəsinin sağ yan cibindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,389 qram, 4,947 qram və 4,269 qram olmaqla, ümumi təmiz çəkisi 12,605 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Qafarov Ergin Tofiq oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Əliyev Emin Zöhrab oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkib də) 5 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilərək Məhkum CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) ilədək artırılmış, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 12 fevral 2022-ci il tarixdən 12 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 6 (altı) ay müddət həmin cəzadan çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa ilə təsdiq edilmiş Siyahılara, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursor larının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək sonuncu tərəfindən törədilmiş cinayətin subyektiv cəhətinə aid olan işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı A.A.Ələkbərov həmin protestini belə əsaslandırmışdır ki, məhkəmələr Məhkum qanunsuz olaraq ittihamda göstərilən külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlaması və daşıması hissəsində ibtidai istintaq orqanının gəldiyi qənaəti düzgün qəbul etsələr də, bu əməli satış məqsədilə törətməsi hissəsində istintaqın gəldiyi nəticəni mübahisələndirmiş, hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında sonuncunun əməlində CM-in 234.1-ci maddəsinin tərkib elementlərinin mövcud olması ilə bağlı nəticəyə gələrkən hər hansı sübuta istinad etməmiş, Məhkum elan olunmuş ittihamın təkzib edilməsi, eyni zamanda, özlərinin həmin nəticəyə gəlməsi ilə bağlı düzgün əsaslandırma aparmamışlar. Məhkum özünün müdafiəsi üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə psixotrop maddəni əldə edib saxlamasından və daşımasından ibarət olan həqiqəti gizlətməyə çalışaraq yalan ifadələr vermiş, məhkəmələr isə onun bu ifadələrində göstərdikləri xüsusatların özünü müdafiə xarakterli olmasını nəzərə almadan, həmin ifadələrə tənqidi yanaşmadan sonuncunun psixotrop maddəni satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi kimi yanlış nəticəyə gəlmişlər. Halbuki, məhkəmələrin gəldikləri bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir və toplanmış və araşdırılmış sübutlara uyğun deyil. Həmçinin, məhkəmələr iş üzrə toplanmış sübutlara düzgün qiymət verməmiş və Məhkum əməlini tövsif edərkən əsas istinad etdikləri hal ondan ibarət olmuşdur ki, sonuncudan aşkar edilmiş psixotrop maddənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut əldə olunmamış, təqsirləndirilən şəxsin həmin maddəni satacağı şəxs, yəni istehlakçı müəyyən edilməmişdir. Bununla bağlı məhkəmələr nəzərə almamışlar ki, Məhkum qarşı psixotrop ma ddənin satışı faktına görə deyil, həmin maddəni satışı məqsədilə əldə edib üzərində saxlaması və daşıması ilə əlaqədar ittiham irəli sürülmüşdür və əgər sonradan onun kiməsə psixotrop maddəni satması, yəni istehlakçı müəyyən olunsaydı, o zaman ona bu maddələrin satışı ilə bağlı ittiham elan oluna bilərdi. Bundan əlavə şahid qismində dindirilmiş polis əməkdaşları da ifadələrində məhz qeyd olunan arqumenti əsas gətirdikləri halda, yəni Məhkum psixotrop maddəni konkret olaraq hansı şəxsə satmasının müəyyən edilə bilməmələrini göstərdikləri halda, məhkəmələr bununla bağlı düzgün olmayan mövqedən çıxış etməklə lazımi təhlil aparmamış və ibtidai araşdırma zamanı toplanmış mötəbər sübutları nəzərə almamış, yekun məhkəmə aktlarında həmin sübutların rədd edilməsinin motivlərini əsaslandırmamışlar. Bundan başqa, Məhkumdən aşkar edilərək götürülmüş 12,605 qram çəkidə metamfetaminin miqdarının şəxi istehlak miqdarından 84, külli miqdarın aşağı həddindən isə 6 dəfədən artıq olmasına, həmin maddənin isə üç ayrı-ayrı bükümlərdə qablaşdırılmasına da məhkəmələr diqqət yetirməmişlər, halbuki işin təkzibedilməz bu hallarının arxasında duran sübutlarla da məhkum olunmuş şəxsin göstərilən psixotrop maddəni satış məqsədilə əldə edərək üzərində saxlaması və daşıması təsdiq edilir. Eyni zamanda dövlət ittihamçısının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum son olaraq təyin edilmiş cəza da onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil və bu cəza sosial ədaləti və cəzanın məqsədlərini təmin edən cəza kimi qiymətləndirilə bilməz. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı A.A.Ələkbərov sonda onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə baxılmasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin məhkum olunmuş şəxs Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibi nə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestinin məzmunundan göründüyü kimi, sonuncu tərəfindən verilmiş həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni təkrarlayarkən ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməmiş, Məhkum əməli CM-in 23 4.1-ci maddəsi ilə düzgün tövsif edilməmiş və ona törətdiyi əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yügül cəza edilmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya insta nsiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Re spublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi m əqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu za man qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz t əşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərd ə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğ una əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə oan qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanın nəticəsində CPM-in 318.1-ci maddəsinin tələblərinə də əməl edilməlidir. CPM-in 318.1-ci maddəsinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkə mə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci ma ddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tə tbiqi, bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə s əbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən ə məllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törəd ilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı ma ddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamət lərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mü hakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilmə si üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPMnin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin t örədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkə mə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməm işdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüqu q və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş s übutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63 -cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2024-cü il tarixli hökmündən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxmış apellyasiya instansiyası məhkəməsi, kassasiya protestinin dəlillərinin əksinə olaraq, iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında is ə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının gəldiyi nəticədən fərqli olaraq kassasiya qaydasında mübahisələndirilən həmin qərarında Məhkum ona elan olunmuş ittiham üzrə törətdiyi cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən sonuncunun külli miqdarda psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsini, yaxud da həmin maddəni satmasını müəyyən etməyərək onun törətdiyi əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi haqqında birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Eyni zamanda mə hkəmə araşdırılmış sübutların Məhkum məhz həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Əvvəla, yalnız ehimal xarakteri daşıyan kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, üç ayrı-ayrı bükümlərə qablaşdırılmış və ümumi çəkisi12,605 qram təşkil edən psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşımasına və saxlamas ına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir və işin bu faktiki halları dövlət ittihamçısı A.A.Ələkbərov tərəfindən də mübahisələndirilmir. Məhkum bu əməli satış məqsədi olmadan törətməsi haqda məhkəmələrin iş üzrə gəldikləri nəticənin əksinə olaraq isə, kassasiya protestinin müəllifi hesab edir ki, Məhkum əldə edərək üzərində gəzdirdiyi və daşıdığı 12,605 qram çəkidə psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından 84 dəfə, külli miqdarından isə 6 dəfə çox olması və həmin maddənin üç ədəd ayrı-ayrı bükümlərdə qablaşdırılması məhkum olunmuş şəxsin ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsinə dəlalət edir. Lakin, iş üzrə ib tidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili Məhkum üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin yalnız miqdarına və üç ədəd bükümlərdə qablaşdırılmasına görə sonuncunun həmin maddəni satış məqsədilə əldə etməsi, daşıması və saxlaması barədə fikir yürütmək üçün əsas vermir, bunu təsdiq edən başqa sübutları isə ibtidai araşdırma orqanı məhkəmələrə təqdim etməmiş, dövlət ittihamçısı da öz kassasiya protestində belə mötəbər və təkzib edilməz sübutlara istinad etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, apellyasiya icraatı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinə uyğun olaraq istər müdafiə, istərsə də ittiham tərəfinə Məhkum törətdiyi cinayətin bütün cəhətlərinə, o cümlədən subyektiv cəhətinə dair öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmasına baxmayaraq, həmin icraatda da dövlət itihamını müdafiə etmiş prokuror A.A.Ələkbərov bu cinayətin subyektiv cəhətini təsdiq edən əlavə və mötəbər sübutları məhkəməyə təqdim etməyərək onların da araşdırılması barədə vəsatətlər qaldırmamış və hökmdən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılması haqqında təkliflə çıxış etmişdir. Kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün isə məhkəmə kollegiyası araşdırılmış sübutların bir qisminə hazırki qərarda da müraciət etməyi zərur bilir. Belə ki, Məhkum həm ibtidai araşdırma zamanı şübhəli və təqsir ləndirilən şəxs qismində dindirilərkən, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək qurudulmuş marixuanadan və psixotrop maddə olan metamfetamindən istifadə etməsini, lakin 12 fevral 2022-ci il tarixdə soyğunçuluq etməsi şübhəsi ilə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə olmamasını, ittihamda göstərilən bükümlərin isə sonuncular tərəfindən ona Suraxanı RPİ-nin 30-cu PŞ-də verilməsini bildirsə də, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr onun bu ifadələrinə tənqidi yanaşaraq onları sübut kimi qəbul etməkdən imtina etmiş, Məhkum təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın və barəsində qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını təşkil edən sübutlar kimi isə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələri, şəxsi axtarış və götürmə haqqında 12 fevral 2022-ci il tarixli protokol (video görüntülərlə birlikdə), məhkəmə-kimyəvi ekspertizasının13 fevral 2022-ci il tarixli 6/905 saylı və məhkəmə-narkoloji ekspertizasının 12 may 2022-ci il tarixli 2410 sayl rəyləri qəbul edilmişdir. Bu sübutlarla isə müəyyən edilir ki, Məhkum 12 fevral 2022-ci il tarixdə saat 18.50də Sabunçu rayonunun Savalan qəsəbəsində soyğunçuluq cinayəinin törədilməsində şübhəli bilindiyinə görə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Polis şöbəsinə gətirildikdən və orada şübhəli şəxs qismində tutulduqdan sonra sonuncunun üzərində şəxsi axtarış aparılmış və bunun nəticəsində əynində olan qara r əngli vilvet parçalı gödəkçəsinin sağ yan cibindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,389 qram, 4,947 qram və 4,269 qram olmaqla, ümumi təmiz çəkisi 12,605 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, Məhkum məhz ibtidai araşdırma dövründə üzərində üç bükümdə psixotrop maddənin olması və həmin maddəni tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manata alması barədə verdiyi ilkin izahatı toplanmış və araşdırılmış digər sübutlarla uzlaşdığından məhkəmələr onun təqsirliliyini müəyyən edərkən kassasiya protestində də mötəbər sübutlardan biri hesab edilən həmin izahata digər sübutlarla birgə üstünlük vermiş, araşdırılmış bütün sübutları müqayisəli şəkildə tədqiq edib qiymətləndirərək onun psixotrop maddənin satışı ilə məşğul olmasını və hazırki cinayət iş üzrə maddi sübutlar kimi tanınmış əşyanı satmaq məqsədində olmasını müəyyən etməyərək məhz hökmlə təqsirli bilindiyi və CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə mötəbər nəticəyə gəlmişlər. Daha sonra cinayət işinin materiallarına müraciət edən məhkəmə kollegiyası onu qeyd edir ki, Məhkum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair Suraxanı RPİ-nin 30-cu PŞ-nə heç əməliyyat məlumatı belə daxil olmamış, həmin şöbənin əməkdaşı tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 12 fevral 2022-ci il tarixli qərarda isə Məhkum Savalan qəsəbəsində soyğunçuluq cinayətini törətməkdə şübhəli bilindiyinə görə onun barəsində məhz bu şübhə ə sasında əməliyyat-axtarış tədbirlərinin həhyata keçirilməsi zəruriliyi göstərilmişdir. Bu halı həmçinin ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 də təsdiq etmiş və həmin şahidlər Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, habelə onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin onun tərəfindən məhz satış məqsədilə əldə olunaraq saxlanılması və daşınması barədə onlarda hər hansı əməliyyat məlumatının olmamasını bildirmişlər. Həmçinin, cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi 12 fevral 2022-ci il tarixdə fakt üzrə CM-in 180.2.1-ci maddəsi ilə (qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən soyğunçuluq) başlanmış, bu iş üzrə hə m Məhkum, həm də onunla birlikdə tutulmuş X6 ilk əvvəl CM-in 180.2.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunmuş, lakin ibtidai araşdırmanın sonrakı dövründə Məhkum və X6nın soyğunçuluq cinayətini törətməkdə təqsirlilikləri sübuta yetirilmədiyindən onların barəsindəki cinayət təqibinə bu hissədə xitam verilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə yeni ittiham elan olunmuş, X6nın barəsindəki cinayət işinin materialları isə onun əməllərinə qiymət verilməsi üçün başqa icraata ayrılmışdır (sübutların qiymətləndirilməsi haqqında 29 iyul 2022-ci il tarixli qərar). Burada qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli hökmü ilə müəyyən edilir ki, eyni ilə Sabunçu rayonunun Savalan qəsəbəsində törədilmiş soyğunçuluq ci nayətini törətməkdə şübhəli bilinən X6 da 12 fevral 2022-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb həmin şöbəyə gətirilərək şübhəli şəxs qismində tutulduqdan sonra onun da üzərində şəxsi axtarış aparılmış və bunun nəticəsində sonuncunun üzərindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,213 qram, 2,006 və 2,816 qram, ümumi təmiz çəkisi isə 8,035 qram olan külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həm bükümlərdə yerləşdirilmiş narkotik vasitənin ayrı- ayrı miqdarları, həm də bu vasitənin ümumi miqdarı külli miqdardan artıq olmasına baxmayaraq sonuncunun ittiham olunduğu əməli satış məqsədilə törətməsi müəyyən edilmədiyində ona qarşı CM-in 234.1-ci maddəsi ittiham irəli sürülmüş, (qüvvədə olan hökmün təhlili göstərir ki, X6y a qarşı da irəli sürülmüş ittiham yalnız özünün, onun soyğunçuluq cinayətini törətməkdə şübhəli bilərək saxlamış və şahid qismində dindirilmiş pols əmkdaşlarının ifadələrinə, şəxsi axtarış və götürmə haqqında 12 fevral 2022-ci il tarixli protokola, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərinə əsaslanmışdır) və o, bu ittiham üzrə təqsirli bilinərək 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, eyni vəziyyətdə olan və barələrindəki cinayət işi üzrə toplanmış analoji sübutlara əsasən iki şəxslərdən birinə qarşı satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamasına və daşımasına görə CM-in 234.1-ci maddəsi ilə, digərinə qarşı isə satış məqsədilə külli miqdarda psixotrop maddəni əldə edərək saxla masına və daşımasına görə CM-in 234.4.3-cü maddəsi ilə ittihamlar irəli sürülmüş, lakin hər iki şəxsin onlara istinad edilən əşyaları satmaq niyyətində olmaları toplanmış sübutlarla təsdiq edilməməsinə baxmayaraq həm ibtidai araşdırma orqanı, həm də dövlət ittihamçıları iki işin eyni hallarına müxtəlif mövqelərdən yanaşmış, eləcə də istər məhkəmə iclaslarında, istərsə də apellyasiya və kassasiya protestlərində onların müəllifləri Məhkum törətdiyi cinayətin mübahisələndirilən subyektiv cəhətini təsdiq edən heç bir sübutu məhkəmələrə təqdim etməyərək öz müraciətlərində də belə mötəbər sübutlara istinad etməmişlər. Kassasiya protestində yuxarıda göstərilən digər sübutlarla yanaşı Məhkum psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəli yi) xəstəliyindən əzab çəkməsi və məcburi müalicəyə ehtiyacının olması barədə məhkəmə-narkoloji ekspertizasının 12 may 2022-ci il tarixli 2410 saylı rəyinə istinad edilərək həmin rəyin də sonuncunun onda aşkar edilmiş psixotrop maddəni satış məqədilə əldə etməsini təsdiq edən sübutların biri olması iddia olunsa da, məhkəmə kollegiyası hesab edir ki, bu rəyin özü də Məhkum onun üzərindən aşkar edilərək götürülmüş metamfetamini satış məqsədilə deyil, həmin əşyanı narkomaniyadan xəstəliyindən əzab çəkən şəxs kimi öz istifadəsi üçün əldə edərək saxlamasını və daşımasını bir daha təsdiq edir. Bütün təsvir edilmiş sübutlara əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tam haqlı olaraq və təqsirsizlik prezumpsiyası prinsipinə əməl edərək Məhkum onun ü zərindən aşkar edilərək götürülmüş psixotrop maddəni məhz satış məqsədilə əldə etməsini müəyyən etməyərək ona qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqqında ehtimal xarakterli yekun məhkəmə aktlarını qəbul etməkdən imtina etmişlər. Göründüyü kimi, Məhkum satış məqsədilə külli miqdarda psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi haqda ibtidai araşdırma orqanının gəldiyi nəticə və kassasiya protestinin bununla bağlı dəlilləri yalnız ehtimallara və mülahizələrə söykənmiş, toplanmış və araşdırılmış hər hansı sübutla təsdiq olunmur və bu nəticə apellyasiya protestinə baxılması zamanı da apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı t əhlil edilərək qanuna müvafiq qaydada qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə təkzib edilmşdir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmələr bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəklində qiymətləndirərək Məhkum yalnız CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamasının və daşımasının tam sübuta yetirilməsini hesab etmiş, onun bu əməli satış məqsədilə törətməsinə dair isə heç bir sübut əldə olunmamışdır. Bundan başqa, həmin psixotrop maddənin satılacağı müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi, onu digər üsullarla yayması, belə fəaliyyəti həyata keçirmək üçün hansısa avadanlıqdan, o cümlədən tərəzidən istifadə etməsi, bu əşyanı özü tərəfindən xırda bükümlərdə qablaşdırılması da toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Həmçinin, cinayət işi üzrə törədilmiş əməlin predmeti olan, Məhkum əldə edərək üzərində gəzdirdiyi və daşıdığı 12,605 qram çəkidə psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 84 dəfə, külli miqdarından isə təxminən 6 dəfə çox olması əsası ilə Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, məhkəmə kollegiyası hesab edir ki, narkomaniya xəst əliyindən əzab çəkən şəxsin əlavə risklərlə üzləşməməsi üçün bir dəfəyə bu miqdarda psixotrop maddəni şəxsi istifadəsi məqsədilə əldə edərək saxlaması və daşıması ağlabatan görünür, digər tərəfdən isə, yuxarıda göstərildiyi kimi, ibtidai araşdırma yekunlaşdıqdan sonra tərtib edilmiş ittiham aktına əsasən iş baxılması üçün məhkəməyə göndərilərkən ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin göstərilən maddə ilə təqsirli bilinməsi üçün sübut kimi sonuncunun ilkin izahatı, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri təqdim olunmuş, işə həm birinci, həm də apellyasya instansiyası məhkəmələrində baxılarkən isə dövlət ittihamını müdafiə edən prokurorlar da məhkəmələrə törədilmiş cinayətin subyekti v cəhətinin təsdiq olunmasına dəlalət edən heç bir əlavə sübut təqdim etməmiş və buna görə də məhkəmələr Məhkum əməlinə münasibətdə maddi hüquq normasını tətbiq edərkən yalnız təqdim olunmuş sübutların araşdırılması, təhlili və onların qiymətləndirilməsi ilə kifayətlənmişlər. Buna görə məhkəmə kollegiyası bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn məhkəmələrin qanunvericiliyin yuxarıda göstərilən tələblərinə də əməl etməklə əsaslı olaraq bütün şübhələri onun xeyrinə həll etmələrini qanuni və əsaslı sayır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həm in cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, CM-in 234.4.3cü maddəsinin dispozisiyasında CM-in 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsi sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məq sədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Kassasiya protestində də istinad olunan “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 8 və 9-cu bəndlərin də göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əld ə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal et mə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və bu vasitə və maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum əməlinin hüquqi tövsifi barədə qanuni və əsaslı nəticəyə gələn məhkəmələr, kassasiya protestinin dəli llərinin əksinə olaraq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərə baxılarkən Ali Məhkəmənin Plenumunun məhkəmələrə ünvanladığı izah və tövsiyələrə də tam əməl etmiş və bunlardan çıxış edərək məhkum olunmuş şəxsin əməlinin başqa cür ixtisaslaşdırılması üçün əsaslar görməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda məhkəmələr tamamilə qanuni və əsaslı olaraq Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxla masına və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə əldə olunmuş bütün sübutları tədqiq edib onları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq qiymətləndirməklə sonuncunun həmin əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsində səhvə, yəni nəticə etibarı ilə CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində seçilmiş cəza tədbirinin açıq-aşkar yüngül olması barədə dəlillərinə cavab olaraq məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda bu dəlillərin və onların üzərində qurulmuş t ələbin də qəbuledilməz və tatamilə əsassız olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın – 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sos ial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmi ş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun göstərilən normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cinayət-hüquqi xarakterli tədbiri tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun ailə vəziyyətini səciyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olm ayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsi ndə göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmu ş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi yekun qərardan göründüyü kimi, həmin məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən haqlı olaraq həm qanunverciliyin yuxarıda göstərilən tələblərindən, həm də CM-in 58.1-ci maddəsinə verilmiş təfsirdən çıxış edərək sonuncuya onun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı və yuxarı hədlərinin müəyyən edilməsini nəzərə alıb ona bu həddə - 2 (iki) il müddətə, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə isə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafq hesab etmişdir ki, məhkəmə kollegiyası da həmin cəzanı ədalətli və qanuni hesab edərək onun açıq-aşkar yüngül cəza olması barədə nəticəyə gəlmək üçün heç bir əsas görmür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.3-cü maddəsinin t ələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinə görə isə cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hall ar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə ic raatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddə sinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu mad dəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şə rti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlük əliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xara kterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngüllə şdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 27-ci bəndind ə məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmaları, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirmələri, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cə zalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etmələri tövsiyə edilmişdir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəl b edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmə k üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq onun tərəfindən törədilmiş cinayətin xarakte ri və ictimai təhlükəlilik dərəcəsi ilə (psixotrop maddənin külli miqdarda olması) yanaşı iş üzrə müvafiq olaraq CM-in 59 və 61.1-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış, buna görə ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın nisbətən ağırlaşdırılmasını mümkün bilmiş və ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən ən ağırı - azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişdir. Kassasiya protestinin dəlillərinin əksinə olaraq, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, son olaraq apellyasiya instansiyası məhkəməsinin Məhkum cəza təyin etmə məsələsini həll edərkən cinayət qanunveric iliyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə tam əməl etmiş, nəticə etibarı ilə isə CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya da yol verməmişdir. Eyni zamanda, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi hal, yəni Məhkum üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin külli miqdarda olması CM-in 61.2-ci maddəsinin tələbinə əsasən nə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına, nə də ki təyin edilmiş cəzanın mütləq şəkildə ağırlaşdırılması üçün əsas yarada bilməz ona görə ki, cinayət qanunun yuxarıda təsvir edilmiş normaları, onlara verilmiş təfsir və şərhlər şəxsə təyin edilmiş cəzanın açıq-aşkar yüngül hesab edilməsi üçün tamamilə başqa meyarları (cinay ətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini səciyyələndirilən halları, cəzanın məqsədlərinə nail olunmasına mümkün olub-olmamasını və s.) nəzərdə tutur. Belə olan halda məhkəmə kollegiyası dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestinin bütün dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri qəbul edilməz sayır və protestin təmin edilməsi üçün heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 sentyabr 2024-cü il tarix li qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 sentyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar