Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-338/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçiləri, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Mütəllimov Abuzər Nemət oğlunun vəfərdi qaydada fəaliyyət göstərən vəkil Süleymanov Cavanşir İslam oğlunun iştirakları ilə xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, “X14”nin təsisçisi və baş direktoru işləmiş, ünvan qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonraCM-in) 182.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından Məhkum və onun müdafiəçiləri, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili Mütəllimov Abuzər Nemət oğlu və fərdi qaydada fəaliyyət göstərən vəkil Süleymanov Cavanşir İslam oğlu tərəfindən birlikdə verilmiş və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: F.A.Qəribov (sədrlik edən), Ə.N.Hacıy ev və T.Q.Hüseynov) Məhkum Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, konkret vəzifə tutmaq və jurnalist fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş,cəzasının əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanması və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən Zərərçəkmiş şəxs1 və məhkumun müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019cu il tarixli qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən), Q.X.Babayev və Ə.İ.Qasımov) apellyasiya şikayətlə ri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasənMəhkum xeyli və külli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində fəaliyyət göstərən «Yuxa» restoranında, həmin iaşə obyektinin sahibi Zərərçəkmiş şəxs3 ilə görüşərək guya ölkə mətbuatında xüsusi mövqeyə malik şəxs kimi apardığı jumalist araşdırmaları zamanı onun və rəhbərlik etdiyi restoranın xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə eti barlı mənbələrdən dəqiq məlumatlar əldə etdiyini, 5.000 manat pul verməzsə bu rüsvayedici məlumatları özünün təsisçisi və baş direktoru olduğu «X14»nin nəzdində fəaliyyət göstərən «Qafqaznews.az» saytında və fəaliyyətinə faktiki rəhbərlik etdiyi «365info.org», «Legion.az» saytlarında məqalələr yerləşdirməklə sosial şəbəkələr və kütləvi informasiya vasitələrində yayacağını bildirərək, Zərərçəkmiş şəxs3 haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs3 tələb olunan məbləği verməkdən imtina etdiyindən Məhkum fəaliyyətinə faktiki rəhbərlik etdiyi «365.info.org» saytında qərəzli olaraq xx xxxx 2018-ci il tarixdə «Yuxa» restoranı xarici kəşfiyyat orqanlarına xidmət edir?» başlıqlı həqiqətə uyğun olmayan məzmunlu məqalə yerləşdirmişdir. B undan başqa, Məhkum, təkrarən, özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2017-ci ilin may ayının ortalarında istifadə etdiyi +**********00 saylı mobil telefon nömrəsindən «X18» şirkətinin idarə Heyətinin sədri Zərərçəkmiş şəxs4 istifadəsində olan +**********10 saylı mobil telefon nömrəsinə «Whatsapp» ani mesajlaşma xidməti vasitəsi ilə zəng edərək özünün fəaliyyətinə faktiki rəhbərlik etdiyi «365.info.org» internet saytında bundan əvvəl də xx xxxxxx 2016-cı il tarixdə «X19» şirkəti tenderlərdə hansı «oyunlar» oynayır?» başlıqlı həqiqətə uyğun olmayan məzmunlu məqalə dərc olunduğunu xatırlatmaqla guya ölkə mətbuatında xüsusi mövqeyə malik şəxs kimi apardığı jurnalist araşdırmaları zamanı onun dələduzluq fəaliyyəti ilə məşğul olub insanlan aldatması, rəhbərlik etdiyi şirkətdə işləyən fəhlələrin hüquqlarının pozulması, şirkətin vergi ödəməkdən yayınması və başqa qanunsuz halların baş verməsi barədə etibarlı mənbələrdən daha dəqiq əlavə məlumatlar əldə etdiyini, 80.000 manat pul verməzsə əvvəl dərc etdiyi məqaləni silməyəcəyini və bunun davamı olaraq əlavə yeni rüsvayedici məlumatları özünün təsisçisi və baş direktoru olduğu «X14»nin nəzdində fəaliyyət göstərən «Qafqaznews.az» saytında və fəaliyyətinə faktiki rəhbərlik etdiyi «365info.org», «Legion.az» saytlarında məqalələr yerləşdirməklə sosial şəbəkələr və kütləvi informasiya vasitələrində yayacağını bildirərək Zərərçəkmiş şəxs4 haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs4 tələb olunan məbləği vermədiyindən Məhkum rəhbərlik et diyi «365 info.az» internet saytında qərəzli olaraq xx xxx 2017-ci il tarixdə «Zərərçəkmiş şəxs4 kimdir» başlıqlı, xx xxx 2017-ci il tarixdə «Keçmiş MTN generalları nə üçün arvadlarından boşanır?» başlıqlı, xx xxxx 2017-ci il tarixdə «North West» şirkəti vergi maxinasiyası edir?» başlıqlı, «Məşədi İbad demişkən, «North West»in fəhləsinin dərman pulu cəhənnəmə...» başlıqlı və xx xxxx 2017-ci il-tarixdə «North West» tikinti şirkəti işçilərin hüquqlarını pozur, 20-yə yaxın fəhlə prezidentə müraciət etdi» başlıqlı həqiqətə uyğun olmayan məzmunlu yeni məqalələr yerləşdirmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin fevral ayının sonunda Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən X5 məxsus «Bridgestone təkə r aləmi» mağazasında Zərərçəkmiş şəxs2 ilə görüşüb təsisçisi və baş direktoru olduğu «X14»nin nəzdində fəaliyyət göstərən «Qafqaznews.az» saytında xx xxx 2016-cı il tarixdə «Sumqayıt Baş Gömrük İdarəsində «invoice» saxtakarlığı- fotofakt» başlıqlı, xx xxx 2016-cı il tarixdə «Qzünü «distribüter» adlandıran şirkət yalan danışır?» başlıqlı, xx xxx 2016-cı il tarixdə «X4 sifariş edən «Akula» Xaliq kimdir?» başlıqlı, xx xxx 2016-cı il tarixdə «Mikayıl İsmayılovun şin biznesindəki yaxın adamı kimdir?» başlıqlı, eləcə də «X14»nin Facebook səhifəsində «Ukraynanın erməni əsilli daxili işlər nazirinin bacısı qızı Bakıda təmtəraqlı qarşılanır - Kimin qonağıdır?» başlıqlı həqiqətə uyğun olmayan məzmunlu məqalələr dərc olunduğunu xatırlatmaqla guya ölkə mətbuatında xüsusi mövqeyə malik şəxs kimi apardı ğı jumalist araşdırmaları zamanı onun qanunsuz sahibkarlıqla məşğul olması və erməni əsilli qadınları Bakı şəhərinə gətirməsi barədə etibarlı mənbələrdən daha dəqiq əlavə məlumatlar əldə etdiyini, 20.000 manat pul verməzsə, əvvəl dərc etdiyi məqalələri silməyəcəyini və bunun davamı olaraq əlavə yeni rüsvayedici məlumatları özünün təsisçisi və baş direktoru olduğu «X14»nin «Qafqaznews.az» saytında və fəaliyyətinə faktiki rəhbərlik etdiyi «365info.org», «Legion.az» saytlarında məqalələryerləşdirməkləsosial şəbəkələr və kütləvi informasiya vasitələrində yayacağını bildirərək Zərərçəkmiş şəxs2 haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə xeyli miqdarda pul vəsaitini təkrar hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi il ə bacısının əri Zərərçəkmiş şəxs1 özünün fəaliyyətinə faktiki rəhbərlik etdiyi «365.info.org» intemet saytında bundan əvvəl də xx xxxx 2018-ci il tarixdə «Gömrükdə idxal-ixrac əməliyyatlarında 20 milyon dollar vergidən yayınan «xxxx» MMC kimə məxsusdur» başlıqlı, xx xxxx 2018-ci il tarixdə «73 min manat «Qan pulu»nu yeyən ifşa olundu?» başlıqlı və xx xxxx 2018-ci il tarixdə «X2 ilə bağlı məlumatı mətbuata X1 ötürüb?» başlıqlı həqiqətə uyğun olmayan məzmunlu məqalələr dərc olunduğunu xatırlatmaqla guya ölkə mətbuatında xüsusi mövqeyə malik şəxs kimi apardığı jumalist araşdırmaları zamanı onun müxtəlif qadınlarla intim münasibətdə olması barədə etibarlı mənbələrdən dəqiq məlumatlar əldə etdiyini, tələb etdiyi məbləğdə pul verməzsə əvvəl dərc etdiyi məqalələri silməyəcəyini və bunun davamı ol araq əlavə yeni rüsvayedici məlumatları özünün təsisçisi və baş direktoru olduğu «X14»nin nəzdində fəaliyyət göstərən «Qafqaznews.az» saytında və fəaliyyətinə faktiki rəhbərlik etdiyi «365info.org», «Legion.az» saytlarında məqalələr yerləşdirməklə sosial şəbəkələr və kütləvi informasiya vasitələrində yayacağını bildirərək, 2017-ci ilin dekabr ayının sonunda rəhbərlik etdiyi «X14»nin ünvan 1 ünvanında yerləşən keçmiş ofisinin yanında Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə 120.000 manat və ya xarici valyuta ekvivalenti olaraq 70.600 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini, təkrar, hədəqorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs1 qohumu Məhkum cinayətkar niyyətindən əl çəkməsi barədə xahişlər etməsinə baxmayaraq, sonunc öz hüquqazidd hərəkətlərini davam etd irərək hədə-qorxu ilə tələb etdiyi məbləğdən ilkin olaraq 20.00 ABŞ dollarının ümumi tanışları X2 vasitəsi ilə xx xxxx 2018-ci il tarixd ona çatdırılmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 bununla bağlı müraciəti əsasında Azərbayca Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı könüllü razılıqəsasında tədbirə təlimatlandırılmışşəxs qismində cəlb olunmuş X4 həmin gün saat 20:19-da Məhkum əvvəlcədən görüş yeri olaraq təyin etdiyi ünvan 2 ünvanında yerləşən «Köhnə ciyərxana» adlı kafedə əvvəlcədən seriya və nömrələri qeydolunmaqla üzərinə xüsusi məqsədlər üçün istifadə olunan adi şəraitdə görünməyən lyuminofor toz səpilmiş BF56574315H, BE16874301H, AB45 943531A, AE17400324H, AE15143501A,AB64279507A,AF55857585B,AJ41574388B,BE23774312H,AF22574392B,AB42170515A,AB17205741A,BE46474302H,BF503743,AB17205707A,AB17205741A,A E91641574A,AH35149403B,BF89074316H,BE17974305H,BE24174306H,AE17405335H, BF56974318H,AL63130567B,AB30475256A,BF63374315H,AE37401501H,AB17205742A,BE17674305H,AB27205747A,BF57774318H,AB3517545H,AB30475211A,AB00685001F, AL41954143C,AE67341574A,AL41954135C,BJ42174305H,AE27402460H,AB64279517A,AB17205788A,AB62794465L,AB23504463L,AB35185445H,AE17400313H,AB62704438 L,AB62707845L,AB35136321H,AB17205713A,AB17205745A,AB23505702L,AB3510632 7H,BF67474300H,BF66774300H,BF57674318H,BF63374319H,BF64974302H,BF600743 00H,BF83374319H,BF18374311H,BE41074308H,AE21274301H,AE40774304H,AE40043 531A,AE45174301H,AE93441574A,AE7324157A,AE17403346H, AE 22674301 H, AL63135441B, AL63135615B, AL63130453B, AE27402456H, AE40074301H, AB62792461L, AB42170577A, AB35130210H, AE66941574A,AE37400514H, AB42170502A, BF51174319H, AH32801771B, BE21774308H, AH13501564B, AH42601873B, AE18943501 A, AJ23674386B, BE29774311H,BE15374312H,AB62702765L,AB30475202A,AE17403341H,AH23901660 B,AH35109228B,BE15174301H,AB62740959L,BF58474315H,AB62794431L,BE1457431 1H,AB23503478L,GL6474325H,BF65174300H,AH23001669B,AB62790386L,AH3515814 4B,BE41274305H,BG42859888B,AB3536407H,BJ48974306H,BE27774305H,BE4047431 2H,AF44874388B,BF88374300H,BF50574316H,AE17205715A,AB46248405F,BE478743 10H,AJ19874385B,AJ24274386B,AF20574386B,AE14174301H,BG19169585B,AB42170 508A,AB35145386H,BF60874302H,BF70474300H,AB27943511A,AL54489368C,BF6187 4302H,AL41954903C,BF67574318H,BF64974312H,BF2277431 1H,AL32585714B,BF525 74319H,DL23501279A,AH35137432B,AE40374392H,BF82974319H,BF72274311H,BE25 974308H,AB23508411L,AE76841574A,BF66174302H,AB09844480A,BE10674304H,BF5 2474300H,BE28574302H,AE15443501 A, AF29074392B,AH36301736B,AE48074301H,AB18371736A,AB30475286A,BE1507432H, BE41774308H,AE40574304H,AB17205746A,AE47400669H,AB35125113H,AB35175207 H,AB62790470L,BF51574318H, AH35129121 B, AE89141574A, AL41954135C, AE2974301 H, AE13956105A,AB35125449H,BF54274318H,AE70641574A,BE28174309H, AB35185331 H, AE17405321H,AB23502584L,AB42170506A,AB23513437L,AJ37574387B,AE27401412H,AL41954159C,BE25474312H,BF50274318H,BF74574318H,AF39174387B,BJ31674305 H,BF78674302H,AB62702663L,BE10074308H,AF27274386B, BF79874312H, BE35974304H, AB17205738A, BF54374315H, AB42170552A, AF43474388B, BJ36739701B, AJ43174388B, AB2 3514615L, AH35138374B və BF62574302H seriya və nömrəli 200 ədəd 100-lük ABŞ dolları pul əskinaslarından ibarət həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 34.000 manat təşkil edən, cəmi 20.000 ABŞ dolları nağd pul vəsaitini Məhkum təqdim etmiş, Məhkum hədəqorxu ilə tələb etməklə ələ keçirdiyi həmin pulların 10.000 ABŞ dollarını əynindəki göyümtül-boz rəngli cins şalvarının sağ yan cibinə, 10.000 ABŞdollarını isə şalvarının sol yan cibinə qoyduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində saxlanılmış, bundan sonra polis əməkdaşlarının təklifinə əsasən Məhkum şalvarının ciblərindən çıxarıb təqdim etdiyiəvvəlcədən seriya və nömrələri qeyd olunmaqla üzərinə xüsusi məqsədlər üçün istifadə olunan adi şəraitdə görünməyən lyuminofor tozu səpilmiş 200 ədəd 100-lük ABŞ dolları pul əsginaslarından ibarət 20.000 ABŞ dolları pul vəsaiti aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum özü və müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünün və onunla əlaqəli Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı qanunsuz, əsassız, ədalətsiz və özbaşınadır. Şikayət müəlliflərinin fikrincə, Məhkum ci nayət təqibi şəxsi sifariş xarakteri daşıyır. Belə ki, apellyasiya məhkəməsinin qərarı birinci instansiya məhkəməsinin hökmündən, hökm isə ittiham aktından köçürülmüşdür. İşdə və məhkəmə qərarlarında Məhkum təqsirinin heç bir mümkün sübutu yoxdur. Şikayət müəllifləri həmçinin qeyd edirlər ki, Məhkum müdafiə hüququnun ziddinə olaraq, onun dəlillərinin əsası kimi istinad etdiyi şahidlərdən heç biri dindirilməmişdir. Əksinə, zərərçəkmiş Zərərçəkmiş şəxs1 bilavasitə iştirakı ilə Məhkum mövcud olmayan əməllərinin yeni epizodlarını saxtalaşdırmağa başlamışlar. O cümlədən, guya, Məhkum, rüsvayedici məlumatların yayılmasə hədəsi ilə xx.xx.2017-ci ildə “Yuxa” restoranının sahibi Zərərçəkmiş şəxs3 hədə qorxu ilə 5000 manat, 2017-ci ilin may ayında “X17” şirkətinin sahibi Zərərçəkmiş şəxs4 80.000 man at, 2018-ci ilin fevral ayında fərdi sahibkar Zərərçəkmiş şəxs2 20.000 manat pul tələb etmişdir. Halbuki, həmin şəxslər 2018-ci ilin noyabrına kimi Məhkum onlardan pul tələb etməsinə dair ərizə verməmişlər. Həmin şəxslər Zərərçəkmiş şəxs1 qohumları və ya dostlarıdır. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, məhkum edilmiş şəxsə daha ağır cəza təyin edilməsi üçün işin yeni apellyasiya qaytarılması xahiş olunur. Şikayət müəllifi hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmamışdır, ona görə də məhkəmə qərarlarından ədalətin bərqərar olduğu görünmür. Bundan əlavə, zərərçəkmiş şəxsin kassasiya şikayətində Məhkum faktiki rəhbəri olduğu internet resurslarının internet girişinə qadağa qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Məhkum özü vəmüdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçilər A.Mütəllimov və C.Süleymanovun, həm zərərçəkmiş şəxs tərəfindən, həm də məhkum vəmüdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qəra rı dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin de yil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum və müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində isə məhkum edilmiş şəxsə daha ağı r cəza təyin edilməsi və Məhkum faktiki rəhbəri olduğu internet resurslarının internet girişinə qadağa qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası ilk əvvəl məhkum və onun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətl əndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X8rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmiş dir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumun heç bir cinayət törətməməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkumun özünün verdiyi ifadələr ilə yanaşı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ifadələri, şahidlər X11, X3, X12, X9, X10 və X2 i fadələri, məhkəmə- kimyəvi ekspertizasının xx.xx.2018-ci il tarixli, 17434 saylı rəyi, əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2018-ci il tarixli 30848 saylı rəyləri, məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2018-ci il tarixli, 30852 saylı rəyi, “əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxx 2018-ci il tarixli protokol, maddi sübut hesab edilmiş 20.000 ABŞ dolları pul vəsaiti, “X22 Prime” markalı və “Galaxy S7 Edge” markalı mobil telefon aparatları, eləcə də məhkəmə fonoskopik ekspertizasının xx xxxxxx 2018-ci il tarxli rəyinə əlavə edilmiş iki ədəd disk və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkumun və müdafiəçilərinin kassasiya şikayətində qeyd edilir ki, Məhkum tutulmasına dair xx xxxx 2018-ci i l tarixli protokllarda göstərilən vaxtdan əvvəl Məhkum tutulmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası bildirir ki, protokolların 1-ci səhifəsində əməliyyatı başlanma saatı 21:30, başa çatma saatı 22:45 kimi göstərilsə də, protokolun məzmunundan görünür ki, əməliyyat xx xxxx 2018-ci il tarixdə saat 17:50-də başlamış və Məhkum həmin gün saat 19:50-də X4dən pulu alarkən tutulmuşdur və Məhkum əməliyyatın nəticəsinə dair tərtib olunmuş protokolu imzalamış və heç bir qeyd etməmişdir. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma həmin epizodlar üzrə bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə topl anmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum barəsində olan cinayət işinin apellyasiya instansiya məhkəməsinin yeni baxışına təyin edilməsi üçün də əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkum edilmiş şəxsə daha ağır cəza təyin edilməsi və onun faktiki rəhbəri olduğu internet resurslarının internet girişinə qadağa qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunur Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar zərər çəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinimüzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qə rarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təs irini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarınşəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin ed ərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin ö zünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, şikayət müəllifi məhkuma təyin edilmiş cəza ilə razılaşmamağının səbəbini kassasiya şikayətində əsaslandırmamış, yalnız ümumi fikirlərdən və sözlərdən istifadə edərək mövqeyini əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin məhkumun faktiki rəhbəri olduğu internet resurslarının internet girişinə qadağa qoyulmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Ona görə də məhkəmə kollegiyası zərərçəkmişin kassa siya şikayətində irəli sürdüyü həmin dəlili də əsassız hesab edir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, Məhkum özü və müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində, habelə Zərərçəkmiş şəxs1 kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının CPM-in 416-cı maddəsində nəzərdə tutulan ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1 və 419.10.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il ta
Məhkəmə qərarları › İş №1(102)-338/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-338/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver