Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-338/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri X6 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum1 Allahverdi oğlunun müdafiəçisi Müdafiəçi7 iştirakı ilə, Məhkum1 Allahverdi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri i lə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əli İrfan oğlu Məmmədovun sədrliyi ilə, X5 və X1 ibarət tərkibdə) 03 may 2021-ci il tarixli hökmü ilə xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseyinzadə küçəsi, döngə 8, keçid 7, ev 5-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, Məhkum1 Allahverdi oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(101)-501/2021 saylı hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhk um1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilmiş və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 17 iyun 2020-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması, hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə) 01 iyul 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(101)-501/2021 saylı hökmü Məhkum1 Allahverdi oğlunun barəsində onun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum1 Allahverdi oğ lunun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarından Məhkum1 Allahverdi oğlu kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi7 tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirməklə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Həmçinin Məhkum1 Allahverdi oğlu, satış məqsədi və tamah niyyət i ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmək, qaçaqmalçılıq yolu ilə keçirmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı Məhkum2, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Şəhram» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Şəhram» adlı şəxsin qanunsuz olaraq əldə etdiyi külli miqdarda, ümumi təmiz çəkisi 4.150,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, ümumi təmiz çəkisi 1.580.171 qram olan psixotrop maddə metamfetamini və külli miqdarda, ümumi təmiz çəkisi 5.010 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satıb qazanc əldə etmək məqsədi ilə Məhkum1 və Məhkum2 təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirərək 16 iyun 2020-ci il tarixdə əvvəlcədən əldə edilmiş razılığa əsasən Biləsuvar rayonunun 141-ci kilometrliyində yerləşən yol hərəkəti nişanının yaxınlığına 01 ədəd karton qutuda qoyaraq bu barədə Məhkum1 və Məhkum2 məlumatlandırmış, bundan sonra sonuncular həmin tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla keçirdikləri qeyd olunan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri gələcəkdə satışını həyata keçirmək məqsədi ilə həmin bir ədəd karton qutunu götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini, yəni iki ədəd sellofan bükümü bir ədəd narıncı rəngli torbanın içərisinə qoyaraq Məhkum2 saxlaması üçün verərək, bir hissəsini əynində olan açıq göy rəngli şalvarının sol yan cibinə, qalan hissəsini isə yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanında qonaq otağında sol tərəfdə yerləşən divanın alt hissəsində saxlamışdır. 17 iyun 2020-ci il tarixdə Məhkum1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarə sinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum1 və Məhkum2 həmin tarixdə saat 06:00 radələrində Bakı şəhəri, ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərilərində şəxsi axtarış aparılan zaman Məhkum1 əynindəki açıq göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 50,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Məhkum2 sağ əlində olan bir ədəd narıncı rəngli torbanın içərisində olan iki ədəd sellofan bükümün bir ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 1.025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf rəngli sellofan bükümdə isə külli m iqdarda, təmiz çəkisi 500 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin narıncı rəngli polietilen torbanın dibində təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq Məhkum1 razılıq ərizəsi ilə yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına baxış keçirilən zaman yaşadığı evin qonaq otağında sol tərəfdə yerləşən divanın alt hissəsindən bir ədəd boz rəngli damalı çantanın içərisində külli miqdarda, təmiz çəkisi 5.010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd ağ rəngli sellofan paketdə olan üç ədəd sellofan bükümün iki ədəd sellofan bükümündə külli miqd arda, ayrı-ayrılıqda təmiz çəkiləri 1.595 qram və 1.480 qram olmaqla, ümumi təmiz çəkisi 3.075 qram olan sol yan cibindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan bükümdə və Məhkum2 əlində olan narıncı rəngli torbanın içərisindəki bükümdə olan heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə isə külli miqdarda, təmiz çəkisi 1.080 qram olmaqla Məhkum2 əlində olan narıncı rəngli torbanın dibində və içərisindəki bir ədəd şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasi ya şikayətində məhkum qeyd edir ki, o, törətmədiyi cinayət əməlinə görə və heç bir sübut, dəlil olmadan azadlıqdan məhrum olunmuşdur. Ailəlidir və himayəsində iki azyaşlı övladları vardır. Ailənin yeganə övladıdır, üşaq ikən atasını itirmiş, hazırda isə anası yaşlı və xəstədir. Törədilmiş cinayətdən onun heç bir məlumatı olmamışdır. Bu cinayət işi ilə əlaqədar onun əlində faktlar və sübutlar olsada bunların heç birinə düzgün qiymət verilməmişdir. Bundan başqa məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyası partiyaların, ictimai birlikdəlrin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli, qərarının ləğv edilməsi Məhkum1 Allahverdi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum1 Allahverdi oğlunun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəsində qeyd edilir ki, Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və müdafiə etdiyi şəxsə bəraət verilməlidir. Bundan əlavə kassasiya ş ikayətinə əlavədə qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 saylı qərarında qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların 4 gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə kömək lik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5- ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Bundan əlavə, Cinayət işində Xalıqov Müşfiq də Məhkum1la eyni məzmunli izahat və ifadələr vermişdir. Onun da ifadəsinin heç bir yerində narkotik vasitənin İİR-dən keçirilməsi barədə heç bir qeyd yoxdur. Müdaf iəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli, qərarının ləğv edilməsi Məhkum1 Allahverdi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-pro sessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansi yası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə ö z münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət- prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Belə ki, kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri Məhkum1 Allahverdi oğlu Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız məhkum edilməsi barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsa sən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsaslanaraq qeyd edir ki, Məhkum1 Allahverdi oğlunun Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri elan edilmiş ittihamla bağlı bütün sübutlar işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmələrdə heç bir şübhə doğurmayan bu sübutlar əsasında məhkumun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmi şdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiyası məhkəmələri Məhkum1 Allahverdi oğlu qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakını müəyyən etmiş və həmçinin onun əməlini CM-in 206.3.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişlər. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsi fi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkum1 Allahverdi oğluna verilmiş ittihamdan görünür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Şəhram» adlı şəxsin qanunsuz olaraq əldə etdiyi külli miqdarda, ümumi təmiz çəkisi 4.150,375 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda, ümumi təmiz çəkisi 1.580.171 qram olan psixotrop maddə metamfetamini və külli miqdarda, ümumi təmiz çəkisi 5.010 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satıb qazanc əldə etmək məqsədi ilə Məhkum1 və Məhkum2 təhvil vermək üçün istintaqa məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respubl ikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıq yolu ilə keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: "Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya b ir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbu l etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçıl ıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü madd ələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum1 Allahverdi oğlunun külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməsində köməkçi qismində çıxış etmişdir. Yəni onun işin hallarında təsvir olunan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi cinayətinin icrasında rolu olmamış, yalnız narkotik vasitələri və psixotrop maddələri əldə etməyi qabaqcadan vəd etməklə köməkçi kimi cinayətdə iştirak etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 Allahverdi oğlunun əməlinin CM-in 206.3.2ci m addəsi ilə tövsif edilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri həmin cinayətin törədilməsi məqsədilə qabaqcadan əlbir olmuş qrupun digər üzvləri ilə birgə icra etməsi, yəni qaçaq malını (narkotik vasitəni və psixotrop maddəni) Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməsi tələb olunur. Lakin iş üzrə müəyyən olunmuş hallardan görünür ki, Məhkum1 Allahverdi oğlu narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilməsində bunu yerinə yetirən şəxslə birgə iştirak etməmiş və onunla birlikdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişdir. Bu hərəkətləri istintaqa məlum olmayan şəxs yerinə yetirmişdir. O, n arkotik vasitəni və psixotrop maddəni dövlət sərhədindən Azərbaycan Respublikasının ərazisinə keçirməklə narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri tam yerinə yetirmiş, yəni cinayəti başa çatdırmışdır. Məhkum1 Allahverdi oğlu isə qaçaqmalçılıq cinayəti başa çatdırıldıqdan sonra narkotik vasitəni və psixotrop maddəni qoyulduğu yerdən götürmüş, yəni narkotik vasitəni və psixotrop maddənin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfinə aid olmayan hərəkətləri yerinə yetirmişdir. Məhkum1 Allahverdi oğlunun narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına gətirilməsi haqqında qabaqcadan razılığın əldə olunması da, onu həmin cinayətin icraçısına çevirmir. Belə olan halda Məhkum1 Allahverdi oğlunun hərəkətlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, həmçinin qaçaqmalçılıq cinayətinin icraçısı kimi, CM-in 206.3.2-ci maddəsi ilə tövsif olunması üçün əsas yaranmır. Lakin Məhkum1 Allahverdi oğlunun cinayətin digər iştirakçısı ilə narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinə dair qabaqcadan razılıq əldə etməsi və bu razılığa uyğun olaraq qaçaqmalçılıq yolu ilə gətirilməli olan narkotik vasitəni əldə etməyi qabaqcadan vəd edib Bakı şəhərində onu təhvil alması onun qaçaqmalçılığın törədilməsində köməkçi qismində iştirak etdiyini təsdiq edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Məhkum1 Allahverdi oğlunun əməlinin Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə tövsif olunması ilə razılaşmır və bununla bağlı vurğulayır ki, işin hallarından göründüyü kimi ibt idai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəyə görə iş üzrə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikasına cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü tərəfindən istintaqla müəyyən edilməmiş şəraitdə qaçaqmalçılıq yolu ilə keçirilmişdir, yəni qaçaqmalçılıq cinayəti digər şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda, həmin narkotik vasitələrin Məhkum1 Allahverdi oğlunun iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi nəticəsinə gəlinməsi əsassız olmuşdur. CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaran an şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum1 Allahverdi oğlunun törətdiyi qaçaqmalçılıq cinayətinə dair əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum1 Allahverdi oğlunun qaçaqmalçılıq əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair (CM-206.3.2 maddəsi) gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, belə bir nəticəyə gələrkən iş üzrə araşd ırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkətlərində məhz Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli mövcuddur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası Məhkum1 Allahverdi oğluna Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-c ü maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində yüngülləşdirilməsi xahiş olunan cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Məhkum edilmiş şəxsə cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qəra rının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən (ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, cavan olması, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunması) halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın ağır olması barədə dəlillərini əs assız hesab edir və təyin edilən cəzanın yüngülləşdirilməsinə əsas olan halların mövcud olmadığını qeyd edir. Yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası məhkuma CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası çərçivəsində təyin edilmiş cəzanın həddinin azaldılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, məhkumun cinayət narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığında köməkçi qismində iştirak etməsi əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməli və ona göstərilən maddənin sanksiyası çərçivəsində cəza təyin edilməli, bu cəza birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 il müddətə azadlıqda n məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti cəzası müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2021-ci il tarixli qərarı kasasiya şikayəti və kassasiya şikayətinə əlavə üzrə Məhkum1 Allahverdi oğluna münasibətdə dəyişdirilsin. Məhkum1 Allahverdi oğlunun əməli Azərbaycan Respublikasının CM-in 206.3.2-ci m addəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilsin, ona bu maddə əsasında 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza Məhkum1 Allahverdi oğluna hökmlə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-338/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-338/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver