Məhkəmə qərarları › İş №1(102)-338/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-338/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-338/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 12 sentyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyeva Sevinc Məhəmməd qızı) Məhkum, xx xxxx 1982-ci il tarixdə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzr ə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Abşeron rayonu, Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin rəisi və həmin Departamentin Binəqədi rayon Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi vəzifələrində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, CM-nin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.2.3-cü maddəsi ilə, barəsində CM-nin 46.2-ci maddəsi tətbiq olunaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına CM-nin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 66.2 və 66.4-cü madd ələrinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə Məhkum üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-nin 32.5, 178.2.3-cü maddələri ilə təqsirli bilinərək b arəsində CM-nin 46.2-ci maddısi tətbiq edilərək 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 5 fevral 2019-cu il tarixdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləyərkən vəzifəli şəxs kimi qulluq mövqeyinə görə özünə olan inam və etibardan sui-istifadə etməklə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Füzuli rayonunun Sərdərli kəndində qeydiyyatda olmaqla, 1993-cü ilin avqust ayında yaşadığı həmin kəndin erməni silahlı q üvvələri tərəfindən işğal olunması ilə əlaqədar yaşayış yerindən məcburi köçkün düşmüş və Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 21 fevral 2011-ci il tarixli 1346 nömrəli Sərəncamla həmin Dövlət Proqramına edilmiş Əlavənin icrası ilə əlaqədar Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 4 nömrəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 43,9 kvadrat metr, yaşayış sahəsi 41,1 kvadrat metr olan 35 nömrəli, 1 otaqlı mənzildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Depa rtamentinin rəhbər vəzifəli şəxsi arasında “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş formada qanuni əsaslarla bağlanmış 23 sentyabr 2013-cü il tarixli 4-35 saylı kirayə müqaviləsi əsasında istifadə edən, eyni zamanda rəisi olduğu MKİS-də dalandar (xadimə) işləyən məcburi köçkün Şahid1 övladı X10 və nəvəsi X3 həmin mənzilə qeydiyyata alınmasında köməklik göstərilməsi barədə 2019-cu ilin mart ayının birinci yarısında özünə etdiyi müraciətlə əlaqədar Şahid1 özünə olan inam və etibarından istifadə edərək Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində guya yüksək vəzifədə işləyən səlahiy yətli tanışının olmasını, həmin tanışının vasitəsilə qeyd edilən məsələni həll etmək imkanına malik olmasını Şahid1 yalandan bildirib, bunun üçün həmin səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək onun razılığını almaqla sövdələşib, rəisi olduğu Abşeron rayonu Masazır qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsində qeydiyyatçı-kargüzar işləyən Təqsirləndirilən şəxs pul vəsaitinin qısa müddətə tam şəkildə çatdırılmasının vacib olmasına dair Şahid1 ilə söhbətlər aparıb inandıraraq maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsai tini alıb ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə 2019-cu ilin mart ayının ortalarında Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs vasitəsilə Şahid1 600 manat və 900 manat olmaqla, vahid niyyətlə cəmi 1.500 (bir min beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədəki 4 nömrəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 43,9 kvadrat metr, yaşayış sahəsi 41,1 kvadrat metr olan 35 nömrəli, 1 otaqlı mənzilin onun müvəqqəti istifadəsinə verilməsinə dair rəsmi sənəd olan 3 sentyabr 2013-cü il tarixli 4-35 saylı kirayə müqaviləsini alıb, həmin pul vəsaiti və müqaviləni Təqsirləndirilən şəxs qəbul etdik dən sonra, 2019-cu ilin mart ayında Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən həmin idarənin inzibati binasındakı xidməti iş otağında tamah niyyətilə həmin müqavilədə “kirayəçinin ailə üzvləri” qrafasında öz əlyazısı ilə “X10 (övladı)” və “X7 (nəvəsi)” sözlərini yazıb həmin qrafanın boş qalmış hissəsini 3 yerdən böyük “Z” hərfləri ilə dolduraraq məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq heç bir rəsmiləşmə aparılmadan Təqsirləndirilən şəxs vasitəsilə həmin müqaviləni Şahid1 geri qaytarmaqla, sonuncuya məxsus 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə etməklə Təqsirləndirilən şəxs köməkçiliyi ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus həmin pul vəsaitini vahid niyyə tlə ələ keçirərək dələduzluq etmiş, tamah niyyətilə rəsmi sənədə biləbilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. 13 oktyabr 2021-ci il tarixdə Məhkum Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verərək həmin hökmün ləğv edilərək barəsində bəraət hökmünün çıxarılmasını, lakin eyni tarixli ərizə ilə məhkəməyə müraciət edərək həmin apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (sədrlik edən hakim Quliyeva Sevinc Məhəmməd qızı) 15 oktyabr 2021-ci il tarixli qərarı ilə Məhkum ərizəsi təmin edilmiş və onun hökmdən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Buna görə, Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmü qanuni qüvvəyə mindiyindən icraya yönəldilmişdir. Bundan sonra, Məhkum 21 iyul 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmündən təkrarən apellyasiya şikayəti vermiş və eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Səfiyeva Cəmilə İbrahim qızı) Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin h əmin qərarından Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 12 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişlər. Kassasiya şik ayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, cinayət-prosessual qanunvericiliyin, Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərləri kobud surətdə pozulmuşdur. O, qanunvericiikdə nəzərdə tutulmuş müddət ərzində apellyasiya şikayəti versə də, daha sonra apellyasiya şikayətini geri götürmüşdür. Apellyasiya şikayətini geri götüməsinə səbəb isə formalaşdırılmış məhkəmə təcrübəsi olmuşdur. Daha sonra isə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023cü il tarixli 11/2023 nömrəli Qərarı ilə mü əyyən edilmişdir ki, vəzifəli şəxsə verilməsi adı ilə alınan pula görə yalançı vasitəçilik edilməsi hallarında əməl CM-nin 178-ci maddəsinə tövsif edilməlidir. Plenum Qərarındakı bu dəyişikliyə əsasən hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarından CM-nin 32.4, 312.1-ci maddəsi ilə məhkum edilməsinə dair müddəalar xaric edilməlidir. Bu hallara əsaslanaraq Məhkum hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanuünvericilikdə nəzərdə tutulmuş müddəti o, üzrlü səbəblərdən buraxmış və buna görə də həmin müddətin bərpası haqqında qərar qəbul edilməlidir. Odur ki, qeyd olunanlara əsaslanaraq Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiya sı məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılma sı, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şik ayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin və ziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hər əkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmlərindən və ya digər yekun qərarlarından apellyasiya şikayətlərinin və ya apellyasiya protestlərinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələləbrinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilik yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda ü zrlü səbəblərdən buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-nin 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Məhkum Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmü elan olunarkən məhkəmə iclasında iştirak etmiş, həmin hökmlə ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilmədiyindən o, həbs olunmamış, yəni bundan sonra o, həbsdə saxlanılmamış və həmin hökmün surəti 05 oktyabr 2021-ci il tarixdə qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində 13 oktyabr 2021-ci il tarixdə Məhkum hökmdən apellyasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmiş, lak in eyni tarixli ərizə ilə həmin apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etdiyinə görə Abşeron Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərarı ilə Məhkum ərizəsi təmin edilmiş və onun hökmdən verdiyi verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra 21 iyul 2023-cü il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 02 (iki) il 01 (bir) ay 25 (iyirmi beş) gündən sonra Məhkum həmin hökmdən yenidən apellyasiya şikayəti vermiş və eyni zamanda Abşeron Rayon Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra hər hansı ağır xəstəliyə tutularaq hər hansı müalicə müəssisəsində müalicəd ə olması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür və məhkum özü də bu halları təsdiq edən müvafiq sənədləri, yəni lazımi sübutları istər öz müraciətlərinə, istərsə də kassasiya şikayətinə əlavə etməyərək məhkəmələrə təqdim etməmişdir. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinə baxan birinci instansiya məhkəməsi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən 09 avqust 2023-cü il tarixdə qəbul etdiyi qərarla məhkumun vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu qərarı dəyişdirilmədən saxlamışdır. Kassasiya koll egiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında məhkumun vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan Məhkum kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq həmin müraciətin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb kassasiya şikayətinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum CM-nin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli b ilinərək məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddə tin bərpa edilməməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasın 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar