Məhkəmə qərarları › İş №1(102)-339/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-339/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-339/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Məhkum iştirakları ilə Bakı şəhəri Binəqədi rayon Mə hkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2, 178.2.4 və 185.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Rzayev) xx xxxxxx 1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2, 178.2.4 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 177.2.2-ci maddəsi ilə 02 il 06 ay müddətə, CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 03 il müddətə, CM-nin 185.2.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən d ələduzluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cti mədən 125-ci korpusda inşa etdiyi və əvvəl X2 32.000 manat pula satdığı təmirsiz bir mərtəbəli 3 otaqlı evi 2 aya tam təmirli halda təhvil verəcəyini Zərərçəkmiş şəxs1 qızma qabaqcadan vəd verməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə hissə-hissə 29 noyabr 2017-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 43 saylı notariusda 9.000 (doqquz min) manat, həmin evin döşəməsinin vurdurmaq adı ilə Zinyət Zərərçəkmiş şəxs 1dən 07 dekabr 2017-ci il tarixdə ünvan 2 ünvanda yerləşən 6 saylı filialın 53 saylı poçt şöbəsindən 600 (a ltı yüz) manat, həmin evin arxa pəncərəsini saldırmaq adı ilə 13 dekabr 2017-ci il tarixdə Binəqədi rayonu Binəqədi qəsəbəsi Ramazanov küçəsi 248 ünvanda yerləşən 6 saylı filialın 53 saylı poçt şöbəsindən 100 (yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 qızına cəmi 9.700 (doqquz min yeddi yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cii mədən 24-cü korpusda yerləşən evinin həyətyanı sahəsində 5 daş hündürlüyündə inşa olunmuş 3 otaqlı evi göstərib həmin yerdə yeni ev inşa edib 2 aya tam təmirli halda verəcəyinə yalan vəd verib Zərərçəkmiş şəxs2 aldadaraq 09 yanvar 2018-ci il tari xdə ünvan 3 ünvanda yerləşən 43 saylı notariusda 9.000 (doqquz min) manat məbləğdə pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 'min məbləğdə xeyli miqdarda maddi zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 yanvar 2018-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs3 İsgəndər oğluna məxsus və Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən 124-cü korpusda yolun kənarında qoyduğu “L-34” markalı traktora aid 5.000 (beş min) manat dəyərində bir ədəd kovuş və bir ədəd kabinanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 İsgəndər oğluna həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən 125-ci korpusda yerləşən ərazidə inşa olunmuş bir mərtəbəli 3 otaqlı evi göstərib həmin yerdə olan evi 1 aya tam təmirli halda təhvil verəcəyinə yalan vəd verib Zərərçəkmiş şəxs4 aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 05 fevral 2018-ci il tarixdə Binəqədi rayonu Binəqədi qəsəbəsi «Mərkəz» deyilən yerdə 1.100 (bir min yüz) manat, 08 fevral 2018-ci il tarixdə eyni ünvanda 700 (yeddi yüz) manat, 01 mart 2018-ci il tarixdə eyni ünvanda 300 (üç yüz) manat və 02 mart 2018-ci il tarixdə eyni ünvanda 550 (beş yüz əlli) manat məbləğdə pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs4 cəmi 3.350 (üç min üç yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədi il ə Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən 124-cü yerləşən evinin həyətyanı sahəsində 5 daş hündürlüyündə inşa olunmuş 3 otaqlı evi göstərib həmin yerdə yeni ev inşa etdirərək 2 aya tam təmirli halda təhvil verəcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs5 aldadaraq 21 fevral 2018-ci il tarixdə ünvan 4 ünvanda yerləşən 43 saylı notariusda 9.000 (doqquz min) manat və 05 mart 2018-ci il tarixində Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən 124-cü korpusda satdığı evə sənəd düzəltdirəcəyi adı ilə 265 (iki yüz altımış beş) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs5 ümumilikdə 9.265 (doqquz min iki yüz altmış beş) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, şəxsiyyəti istintaqa «X» adı ilə məlum olan ş əxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 özünə məxsus «AzSamand» markalı **-XL-*** dövlət nömrə nişanlı avtomobili onun atası X5 satsa da, sonuncunun kredit borclarını ödəmədiyinə görə verdiyi etibarnaməni ləğv etdirib avtomobili X5dən aldıqdan sonra həmin avtomobilə müştəri tapıb satmaq istədiyi və müştərinin avtomobili görmək istədiyini deyib qeyd olunan avtomobilin saxlanıldığı ünvanı öyrəndikdən sonra 21 aprel 2018-ci il tarixdə saat 1500 radələrində Zərərçəkmiş şəxs6 avtomobili müştəri kimi təqdim etdiyi «X» adlı şəxsə göstərdiyi üçün açarları üzərində qoymasından istifadə edib Zərərçəkmiş şəxs6 məxsus 6.500 (altı min beş yüz) manat dəyərində «AzSamand» markalı, **-XL-*** dövlət nömrə nişanlı avtomobili talama məqsədi olmadan saxlanıldığı Bakı şəhəri Binəq ədi rayonu 6-cı mkr.-da yerləşən avtomobil təmiri sexindən qaçıraraq qanunsuz ələ keçirmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 aprel 2018-ci il tarixdə təxminən saat 1400 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs7 məxsus 01 ədəd üzərində nömrə sim kartı olmayan **********29734 i-ınei kodlu 850 (səkkiz yüz əlli) manat dəyərində “İPhone 7 Gold” markalı mobil telefon aparatını bacısına göstərib bəyəndiyi halda, mobil telefonu alacağı adı ilə aldadıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 29 aprel 2018 -ci il tarixdə təxminən saat 1640 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü Mədəndə yerləşən «Nicat» marketin yaxınlığına Zərərçəkmiş şəxs8 məxsus üzərində nömrə sim kartı olmayan 3.100 (üç min yüz) manat dəyərində “İPhone X” markalı mobil telefon aparatını oğluna göstərib bəyəndiyi halda, həmin mobil telefonu alacağı adı ilə aldadıb ələ keçirməklə Zərərçəkmiş şəxs8 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim N.E.Məmmədov, hakimlər Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) 29 iyul 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılan zaman Məhkum məhkəmə kollegiyasına ərizə təqdim edərək verilmiş kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və dövlət ittihamçısının çıxışlarını dinləyib (digər zərərçəkmiş şəxslər qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir k i, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2, 178.2.4 və 185.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar