Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-339/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhkum2əli oğlunun, Məhkum2, Məhkum1 və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Həsənov Fəxrəddin Cəfi oğlunun iştirakları ilə xx xxxx 1977-ci il tarixdə Beyləqan rayonu, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər mə hkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.1ci maddəsi ilə, xx xxxxxxx 1980-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Şərq qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlə t ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Həsənov Fəxrəddin Cəfi oğlu və Məhkum2 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Rüstəmov Ayət Aslan oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Musayev (sədrlik edən), X.A.Nuriyev və O.Y.Cəlilov) Məhkum1 – Azərbaycan Respublikası CM-in 29, 120.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi v ə cəzaçəkmə müddətinin başlanğıcının 26 iyul 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 – Azərbaycan Respublikası CM-in 29, 120.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 02 dekabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) verilmiş apelyasiya protesti təm in edilməmiş, apellyasiya şikayətləri qismən təmin edilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 29, 120.2.1-ci maddəsindən həmin Məcəllənin 126.2.1-ci maddəsinə tövsif edilmiş və o, CM-in 126.2.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 29, 120.2.1-ci maddəsindən həmin Məcəllənin 126.2.1-ci maddəsinə tövsif edilmiş və o, CM-in 126.2.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərar a alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 arvadı X1 (bundan sonra - arvadı) 22 iyul 2019-cu il tarixdə saat 03 radələrində Beyləqan rayonu, İ Şahsevən kəndində, yaşadığı evin yaxınlığında yerləşən uşaq bağçasında həmkəndlisi X2 ilə cinsi əlaqədə olmasını aşkar etdiyinə, arvadı ailə üzvlərinə 2018-ci ilin sentyabr-oktyabr aylarında evlərində təmir işləri görmüş Zərərçəkmiş şəxs mobil nömrə və fotoşəklini gizli şəkildə əldə etməsindən sonra Zərərçəkmiş şəxs və X2 tərəfindən paltarsız vəziyyətdə montaj edilmiş fotoşəklini ona göstərəcəkləri, yaşadığı kənddə yayacaqları ilə hədələnməsi səbəbindən sonuncularla mütəmadi olaraq cinsi əlaqədə olduğunu dediyinə və saat 05 radələrində Beyləqan rayonu, İİ Şahsevən kəndində yerləşən, atasına məxsus evdə olarkən çardaqdakı tirə bağ lanmış sintetik iplə özünü asmaqla öldürdüyünə, bundan sonra arvadının dediyi həmin məlumatların doğru olduğunu öyrənib yəqin etdiyinə görə Zərərçəkmiş şəxs qısqanclıq üzündən, qisas almaq niyyəti ilə qəsdən öldürmək barədə qərara gələrək 26 iyul 2019-cu il tarixdə səhər bu məqsədlə bıçaqla silahlanmış, qardaşı X3 və xalası oğlu Məhkum2 ilə birlikdə “Azercell”in Beyləqan ofisindən arvadının istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqlarının siyahısını əldə edə bilmədikdən sonra saat 10 radələrində Zərərçəkmiş şəxs və qardaşı X4 ilə əvvəlcədən razılaşdıqları kimi, Beyləqan şəhəri, Magistral küçəsində yerləşən “Kral” şadlıq sarayının yaxınlığında görüşüb söhbət edərkən Zərərçəkmiş şəxs arvadı ilə hər hansı formada əlaqəsinin olmasını əvvəlcə inkar etdiyi halda, iştirakları ilə X3 Zərərçəmiş şəxsin əmisi oğlu X4 ilə mobil telefon vasitəsilə danışarkən sonuncunun Zərərçəkmiş şəxs ilə arvadı arasında telefon danışıqlarının olmasını təsdiq etməsindən dərhal sonra Zərərçəkmiş şəxs öldürmək niyyətini qətiləşdirmiş, X3un həmin yerdə X4lə mübahisə etməsindən istifadə edərək Zərərçəkmiş şəxs göstərilən məqsədlə, amma söhbət etmək adı ilə aldadıb İİ Beyləqan elektrik yarımstansiyası tərəfə gedən yolun kənarına piyada, söhbət edə-edə aparmış, bundan sonra Məhkum2 onların arxasınca gedib olduqları yerlə kəsişmədə yerləşən magistral avtomobil yolunun kənarında dayanmışdır. Məhkum1 söhbət zamanı arvadı ilə telefonla danışmasını etiraf etmiş Zərərçəkmiş şəxs öldürmək məqsədilə şalvarının cibindən çıxardığı açılıb-qatlanan bıçaqla vurmaq istəyərkən sonuncu magistral avtomobil yo luna tərəf və arxasınca Məhkum1 qaçdıqda Məhkum2 Məhkum1 Zərərçəkmiş şəxs qarşı onun niyyəti ilə əhatə olunmuş məqsədini həyata keçirə bilməsinə şərait yaratmaq üçün sonuncunun qarşısını kəsib tutmaqla müqavimətini qırmaq istəsə də, Zərərçəkmiş şəxs onlardan yayınaraq avtomobil yolunun o biri tərəfindəki su kanalına tərəf qaçmış, onlar isə Zərərçəkmiş şəxs arxasınca qaçaraq təqib etmişlər. Zərərçəkmiş şəxs onlardan xilas olmaq üçün su kanalına girmiş, arxasınca kanala Məhkum1 girmiş, Məhkum2 isə kanalın kənarında dayanıb Məhkum1 Zərərçəkmiş şəxs bıçaqla vurması və qulağını kəsməsi barədə nalayiq söyüşlərlə müşayiət olunan çağırışlar etmiş və səs-küy eşidib hadisə yerinə yaxınlaşmış şəxslərə “sizlik deyil, başqa məsələdir, aralaşın buradan” deyib faktiki olaraq Məhkum1 Zərərçəkmiş şəxs etdi yi hücumun qarşısını almalarına imkan verməməklə sonuncunun həmin şəxslər vasitəsilə özünü müdafiə etmək imkanını aradan qaldırmışdır. Bu zaman Məhkum1 Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə bıçağın kəsici-deşici tiyəsi ilə sonuncunun həyat üçün vacib orqanının yerləşdiyi döş qəfəsinə, eləcə də sol qoltuqaltı nahiyəsinə qəsdən çoxsaylı zərbələr endirməsi nəticəsində döş qəfəsinin sol yarısının ön səthində sol orta körpücük xətti boyunca V qabırğa proyeksiyasında döş boşluğuna keçən, ürəyin sol qulaqcığını zədələyən və daxili qanaxma ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bir ədəd, sağ qulaq seyvanının silinməz travmatik amputasiyası, sol əlin ovuc səthinin İİ daraq sümüyü proyeksiyası, sağ əlin ovuc səthinin İİİ barmağının İİ falanqası proyeksi yası və İİ, İİİ, İV daraq sümükləri proyeksiyası, sifətin sağ yanaq, sol burun-dodaq büküşü, sol çənəaltı nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid yaralar, sol xarici qulaq seyvanının yuxarı tini proyeksiyası, sol çiyin qurşağı və sol qoltuqaltı nahiyələrinin kəsilmiş-deşilmiş yaraları, habelə sol göz yuvası ətrafının qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs öldüyünü zənn edib Məhkum2lə birlikdə oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs dərhal qardaşı X4 və hadisə yerinə gəlmiş Beyləqan Rayon Polis Şöbəsinin (bundan sonra – Beyləqan RPŞ) post patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X5 tərəfi ndən su kanalından çıxarılıb Beyləqan Rayon Mərkəzi Xəstəxanasına (bundan sonra – Beyləqan RMX) aparılması, orada dərhal cərrahi əməliyyat edilməsi və digər tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən Məhkum1 və Məhkum2 cinayətkar niyyətlərini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs bir qrup şəxs halında qəsdən öldürməyə cəhd etmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərarın qəbul edilməsi xahiş olunur. Protest müəllifi bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum1 və Məhkum2 əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar ləğv edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi ibtidai araşdırma və birinci instansiya məhkəməsində toplanmış və tədqiq edilmiş mötəbər sübutlara deyil, təqsirləndirilən şəxslərin özünümüdafiə xarakterli ifadələrinə və məhkəmənin heç bir sübuta əsaslanmayan subyektiv mülahizələrinə və ehtimallarına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək qəsdləri olmamış, yalnız ailələrinin namusuna sataş dığı üçün onu cəzalandırmaq istəmişlər. İşin hallarından göründüyü kimi, Məhkum1 və Məhkum2 əvvəlcədən planlaşdırılmış şəkildə Zərərçəkmiş şəxsi öldürmək qərarına gəlmiş və onu söhbət etmək adı ilə aldadıb yolun kənarına aparmışlar. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən xilas olmaq məqsədilə su kanalına girdikdən sonra Məhkum1 cinayətkar qəsdini başa çatdırmaq məqsədi ilə kanala girib onun həyatı üçün mühüm orqanların çoxsaylı xəsarətlər yetirmiş, Məhkum2 isə kənar şəxslərin müdaxiləsinə imkan verməmişdir. Dövlət ittihamçısının fikrincə, təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxsin öldüyünü zənn etdiklərindən hadisə yerindən uzaqlaşmışlar. X42 su kanalından kənar şəxslər tərəfindən çıxarılıb xəstəxanaya çatdırıldığından onun həyatı xilas edilmiş və təqsirləndirilən şəxslər iradələrin dən asılı olmayaraq niyyətlərinə nail ola bilməmişlər. Protestdə qeyd olunur ki, Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsi öldürmək niyyətində olması zərərçəkmiş şəxsin, habelə şahidlər X4, X3, X6, X7 və digərlərinin, ekspert rəyləri və digər sübutlarla tam təsdiq olunur. Dövlət ittihamçısı hesab edir ki, təqsirləndirilən şəxslərin hərəkətlərinə Azərbaycan Respublikası CM-in 29, 120.2.1-ci maddəsinin tərkibi vardır və ona görə də apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarının dəyişdirilməsi, Məhkum1 əməlinin CM-in 126.2.1-ci maddəsindən həmin Məcəllənin 126.1ci maddəsinə tövsif edilməsi və barəsində həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, Məhkum1 hərəkətlərində Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Məhkum1 həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs qarşı 19 iyul 2019-cu ildə törətdiyi cinayətdə Məhkum2 iştirak etməmiş, cinayəti tək törətmişdir. Hadisə yerində Zərərçəkmiş şəxs və Məhkum1 başqa heç kim olmamışdır. Dindirilən şahidlərdən heç biri Məhkum2 hadisə yerində olduğunu təsdiq etməmişlər. Müdafiəçi həmçinin hesab edir ki, Məhkum1 zərərçəkmiş şəxsi qəsdən öldürmək fikri olmamış, yalnız arvadını şantaj etdiyinə və çörək kəsdiyi şəxsə xəyanət etdiyinə görə qulağını kəsməklə cəzalandırmaq istəmişdir. Ona görə onun hərəkətləri CM-in 126.1-ci maddəsinə tövsif edilməli və cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla ona həmin maddənin sanksiyasının aşağı həddində cəza təyin olunmalıdır. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum2 əməlində Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsinin tərkibinin olmaması əsası ilə ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, Məhkum2 əməlində Azərbaycan Respublikası CM-in 126.2.1ci maddəsinin tərkibi yoxdur. Belə ki, Məhkum2 həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı elan olunmuş ittihamda özünü təqsirli bilməmiş və 26 iyul 20 19-cu ildə Məhkum1 Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu cinayətdə iştirak etmədiyini bildirmişdir. Digər Məhkum1 da cinayət əməlini tək törətdiyini, Məhkum2lə cinayət əlaqəsinə girmədiklərini göstərmişdir. Dindirilmiş şahidlər də Məhkum2 hadisə yerində olmasını təsdiq etməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi F.Həsənovun və məhkumlar – Məhkum1 və Məhkum2, kassasiya şikayətlərinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməmə li, kassasiya protesti təmin edilməklə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instans iyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumların əməlinin tövsifi mübahisələndirilir və hesab edilir ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 hərəkətlərində Azərbaycan Respublikası CM-in 29,120.2.1-ci maddəsinin tərkibi olduğu halda, apellyasiya instansiyası məhkəməsi onların hərəkətlərini CM-in 126.2.1-ci maddəsinə tövsif etmişdir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin hüquqi tövsifi və ona təyin edi lmiş cəzanın ağır olması mübahisə edilir. Hesab edilir ki, Məhkum1 əməli CM-in 126.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddində cəza təyin olunmalıdır. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum2 əsassız olaraq məhkum edilməsi bildirilir və əməlində Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsinin tərkibinin olmaması əsası ilə ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyətini nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə əsasən “Qəsdən: 120.2.1.bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində: Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdir ilməsində ifadə olunan zərər vurma nəzərdə tutulur. Azərbaycan Respublikasının CM-in 126.2-ci maddəsinə əsasən: Eyni əməllər: 126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdəaltı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası ilkin olaraq kassasiya protestinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün cinayət qanunu normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrə müraciət etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk nö vbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında deyilir: “Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.” Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, “qəsdən adam öldürmə cinayəti CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-in 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçək mişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-in 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir.” Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, obyektiv cəhətini isə başqa şəxsin sağlamlığına ağır zərər vurulması təşkil edir. Həmin cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. CM-in 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. CM-in 25.2-ci maddəsində müəyyən edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsində təsbit edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verm işdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. CM-in 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarını hazırkı işin materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd et məyi zəruri hesab edir: Birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 29, 120.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilərək məhkum edərkən aşağıdakı sübutlara əsaslanmışdır: - Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində ifadəsində göstərmişdir ki, “.... 26 iyul 2019-u il tarixdə saat 09 radələrində o, Məhkum1 və X3 olduqları yerə gəlib və onlara X1 telefon nömrəsi və şəkilini X2 vermədiyini, X1 ilə hər hansı əlaqəsinin olmadığını və telefonla danışmadığını demişdir. Həmin ərəfədə Məhkum2 onlardan təxminən 20-30 metr məsafə aralıda, X3 məxsus “Mercedes Benz” markalı avtomobilin arxasında saxladığı, idarə etdiyi “VAZ 21099” markalı avtomobilin yanında dayanıb onlara baxdığını görmüşdür. Məhkum2 onlara tam yaxınlaşmamış, əynində tünd rəngli köynək və şalvar, gözündə gün eynəyi və üzündə azacıq tük olmuşdur. X3 əmisi oğlu X7 mobil nömrəsinə zəng etmiş, telefonunu “mikrofon” rejiminə keçirib danışıqları telefonunun yaddaşına yazmışdır. Telefon danışığı zamanı sonuncu onun X1 ilə telefonla danışdığını təsdiq etmişdir. X4 bundan əsəbləşmiş, ona boyun nahiyəsinə sillə ilə vurub “bu nə hərəkətdir eləmisən” demişdir. Məhkum1 ona “gəl, çəkilək qırağa, səninlə söhbətim var” dediyinə görə Məhkum1lə birlikdə torpaq yola dönüb bir qədər irəlilədikdən sonra dayanmışlar. X4 isə X3 əvvəl olduqları yerdə dayanıb söhbət etmişlər. Məhkum1 gedəndə arxaya dönüb baxmadığına görə Məhkum2onların arxasınca gəlməsini görməmişdir. Orada Məhkum1in müvafiq sualına cavab olaraq X1 ilə aralarında yalnız ifadəsində göstərdiyi məzmunda münasibət olduğunu demişdir. Məhkum1 qəflətən cibindən çıxardığı bıçaqla döş qəfəsi nahiyəsinə tərəf zərbə atmış, cəld arxaya çəkildiyinə görə zərbə ona dəyməmişdir. Məhkum1dən özünü qorumaq üçün oradan X4ın olduğu istiqamətdə qaçmaq istəyərkən Məhkum2onun qaçdığı istiqamətdə, yəni torpaq yolla avtomobil yolunun kəsişməsində dayandığını görmüşdür. Məhkum2 onu tutmaq və əlindəki bıçaqla zərbə vurmaq məqsədilə ona tərəf qaçıb qarşısını kəsmiş, ünvanına nalayiq söyüşlər söyərək “səni öldürəcəyik qaçma, şərəfsiz bura gəl” demişdir. Özünü müdafiə etmək məqsədilə X4ın olduğu istiqamətə, yəni sola tərəf qaçmaq istəsə də, Məhkum2 onun üzərinə hücum etməklə buna imkan verməmişdir. Buna görə də məcburiyyət qarşısında sağa tərəf qaçıb avtomobil yolunun o biri tərəfinə keçmiş, əllərində bıçaq olmuş Məhkum1 və Məhkum2 onun arxasınca qaçmışlar. Hesab edir ki, Məhkum2 onun qarşısını kəsməsəydi, X4ın yanına qaçmaqla sonuncu vasitəsilə özünü Məhkum1 və Məhkum2dən qoruya biləcəkdi. Onlardan qurtulmaq üçün səkinin kənarında yerləşən, içərisi qamışlıq olan kanala girmiş, Məhkum1 də onun arxasınca kanala girmişdir. Əvvəlcə kanalda suyun çox olacağını və suda üzüb Məhkum1gildən uzaqlaşacağını zənn etsə də, kanala girəndə suyun dizdən olduğunu görmüş, orada dərin palçıq olduğuna görə hərəkət etmək imkanı olmamışdır. Buna görə də kanalın o biri kənarı tərəfə gedib dayanmış, Məhkum1 ona tərəf gəlmişdir. Məhkum1lə qarşı-qarşıya vəziyyətdə durmuş, onun kürək nahiyəsi kanalın o biri kənarı, Məhkum1in kürək nahiyəsi avtomobil yolu istiqamətində, kanaldakı su isə dizləri səviyyəsində olmuşdur. Məhkum2 kanala girməmiş, səkidə dayanıb Məhkum1ə “sən şərəfsizi vur, öldür, mən burada dayanmışam, əgər o, qaçsa mən burada onu tutub, vurub öldürəcəm” deməklə Məhkum1dən onu öldürməsini istəmişdir. Məhkum1in bıçaqla onun döş qəfəsi nahiyəsi istiqamətdə atdığı bir neçə zərbənin qarşısını əvvəlcə əllərini qarşıya doğru aparıb bıçaqdan tutmaqla alsa da, Məhkum1in bıçaqla sol qoltuqaltı nahiyəsinə zərbə vurması nəticəsində sol qolu hərəkətsiz vəziyyətə düşdükdən sonra sonuncunun zərbələrinə qarşı müqavimət göstərmə imkanı məhdudlaşmışdır. Bundan dərhal sonra Məhkum1 bıçaqla ürək nahiyəsi istiqamətdə bir dəfə zərbə vurmuşdur. Bu vaxta kimi Məhkum1 onun qulaq nahiyəsindən tutmağa cəhd etməmişdir. Məhkum1in bıçaq olmuş sağ əlindən tuta bilməmiş və həmin əlini sağa-sola doğru hərəkət etdirməmişdir. Məhkum1in bıçaqla ürək nahiyəsinə zərbə vurmasından sonra tam halsızlaşmış və sonuncuya müqavimət göstərmək imkanı tam itmişdir. Məhkum1 bundan istifadə edib onu başından tutub arxası üstə suya yıxmış, dizlərini sinəsinə sıxıb bıçaqla sağ qulaq seyvanını kəsmiş, həmin vaxt bıçaqla sifət nahiyəsinə xəsarətlər yetirmiş, onu suya yıxılmış vəziyyətdə qoyub, kanaldan çıxa bilməyəcəyi və orada öləcəyinə əmin olduqdan sonra Məhkum2köməkliyi ilə kanaldan çölə çıxmışdır. Arxası üstə suda uzanmış vəziyyətdə olarkən kanaldakı axar su onu yavaşyavaş qarşıya doğru aparmış, bu zaman suda boğulmaq təhlükəsi yarandığına görə bunun qarşısını almaq üçün ayaq barmaqlarını yerə dirəyib təkan verməklə özünü çətinliklə də olsa, kanalın o biri kənarına tərəf apa rmağa nail olmuşdur. Bundan dərhal sonra kanalın kənarında uzanmış vəziyyətdə olarkən səki tərəfdən qaraltı görüb “kömək edin” deyib qışqırmış, X4 kanala girib onu oradan çölə çıxarmışdır. Həmin ərəfədə huşunu itirdiyinə görə bundan sonra nə baş verdiyini xatırlamır. Hesab edir ki, Məhkum1 kanaldan çıxdıqdan sonra özünü kanalın o biri tərəfinə doğru apara bilməsəydi, X4 hadisədən dərhal sonra hadisə yerinə gəlməsəydi, onu kanaldan çölə çıxarmasaydı, dərhal xəstəxanaya aparılmasaydı və cərrahi əməliyyat olunmasaydı ya hadisə zamanı Məhkum1in bıçaqla ona zərbələr yetirməsindən aldığı xəsarətlər, ya da suda boğulması səbəbindən öləcəkdi. Göstərdiklərinə əsasən Məhkum1 və Məhkum2hadisə zamanı onu öldürmək niyyətində olduqlarını hesab edir. -İş materiallarında olan, məhkəmə baxışı zamanı tədqiq edilmiş “Üzləşdirmə haqqında” 03 sentyabr 2019-cu il tarixli protokollar, 18 sentyabr 2019-cu il tarixli protokol və onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülərdən, “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 18 oktyabr 2019-cu il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən, müvafiq olaraq Məhkum2, Məhkum1 və X12 ilə üzləşdirilərkən məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunda ifadələr vermiş, ifadələrində göstərdiyi halları hadisə yerində göstərmişdir (İİ cild, səh. 214-224, 237-255, İİİ cild, səh. 126-139, 237-246). - Zərərçəkmiş şəxs həmin ifadəsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X7, X5, X14, X22 və digərlərinin ifadəl əri ilə təsdiq olunmuşdur. (cild 1, səh. 170-175, 239-247, cild 2, səh. 26-29, 49-52, 2 07-2 1 3, cild 3, səh. 106-109) -İş materiallarında olan, məhkəmə baxışı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 01 avqust 2019-cu il tarixli protokol və ona əlavə edilmiş iki ədəd diskin yaddaşına yazılmış həmin videogörüntülərdən görünür ki, 26 iyul 2019-cu il tarixdə saat 10 radələrində Məhkum1 və Zərərçəkmiş şəxs X18 şəhərində üzü Bakı şəhəri istiqamətində avtomobil yolunun sağ tərəfi ilə gedib İİ Beyləqan elektrik yarımstansiyasına gedən yola dönmüş, əynində qara rəngli köynək və şalvar olması görünən Məhkum2 bundan təxminən iki dəqiqə sonra Məhkum1 və Zərərçəkmiş şəxs gəldikləri istiqamətdə İİ Beyləqan yarımstansiyasına gedən magistral avtomobil yolunun kənarına gəlmiş, orada dayanıb Mə hkum1 və Zərərçəkmiş şəxs olduqları yerə tərəf baxmış, sonuncu İİ Beyləqan elektrik yarımstansiyasına gedən yoldan magistral avtomobil yoluna tərəf qaçmış, oraya çatanda sol tərəfə doğru qaçmaq istəyərkən yolun kənarında dayanmış Məhkum2 tutmaq üçün Zərərçəkmiş şəxs üzərinə doğru qaçıb onu tutmaq istəmiş, sonuncu Məhkum2 yayınıb sağa doğru və avtomobil yolunun əks tərəfinə qaçmış, Məhkum1 və Məhkum2 qaçaraq Zərərçəkmiş şəxs təqib etmiş, sonuncu yolun kənarında qamışla örtülmüş su kanalına girmiş, arxasınca Məhkum1 su kanalına girmiş, Məhkum2 isə əvvəlcə həmin yerdə kanalın kənarındakı səkidə, sonra isə bir qədər sağa gəlib su kanalı istiqamətində dayanıb gözləmiş, təxminən bir dəqiqə sonra X23 yaxınlıqdakı avtomobil təmiri sexindən çıxıb avtomobil yolunun kənarında dayanmış X15, X32 və X16, sonra da avtomobil yolunun əks tərəfinə keçib su kanalının kənarında dayanmış Məhkum2 yaxınlaşmış, bu zaman X8 və X9 yolun mərkəzinə doğru getmiş, su kanalının kənarında dayanmış Məhkum2 ona yaxınlaşmış X3a nə isə deyərək onu geri qaytarmış, özü isə yenidən su kanalının kənarına qayıtmış və su kanalına tərəf baxmaqda davam etmiş, təxminən yeddi dəqiqə sonra Məhkum2 su kanalının kənarından üzü Beyləqan şəhəri istiqamətində getmiş, Məhkum1 su kanalından çıxıb Məhkum2 arxasınca, avtomobil yolu ilə Beyləqan şəhəri istiqamətində getmiş, təxminən bir dəqiqə sonra X19 avtomobil yolunu əks tərəfə keçib su kanalının kənarına, yəni hadisənin baş verdiyi yerə gəlib su kanalına girmiş, həmin vaxt oraya post patrul xidməti avtomobili yaxınlaşmış, Zərərçəkmiş şəxs kanaldan çıxarılıb post patrul xidmət i avtomobilinə qoyulduqdan sonra həmin avtomobil üzü Beyləqan şəhəri istiqamətində hərəkət etmişdir (cild 2, səh. 62-70). - Şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin PPXB-nin polis nəfərləri X20 və X21 göstərmişlər ki, 26 iyul 2019-cu il tarixdə saat 10 radələrində “Chevrolet Niva” markalı post patrul xidməti avtomobilində birlikdə Beyləqan şəhərinin mərkəzindən keçən magistral küçədə xidməti gəzintidə olarkən Murtuza adlı şəxsin ona mobil telefon vasitəsilə verdiyi məlumatdan sonra “Kral” şadlıq sarayının qarşı tərəfinə gəlmişlər. Bu zaman sonradan adlarının Məhkum2 olmasını bildikləri şəxsin Zərərçəkmiş şəxs və X4 adlı şəxslərin ünvanına nalayiq söyüşlər deyərək əlindəki metal əşya ilə magistral avtomobil yolunun sağ tərəfindən sol tərəfinə doğru sürətlə getdiyini gördüklərinə görə X11 siqnal verərək Məhkum2i yanlarına dəvət etmişdir. Sonuncu onları görüb qorxduğuna görə geri qayıtmış, metal əşyanı yolun sağ tərəfində saxladığı qırmızı rəngli VAZ-21099 markalı avtomobilə qoymuş və həmin avtomobilə əyləşmişdir. Bu zaman yolun solunda olan su kanalı tərəfdən bir nəfər şəxsin “kömək edin, qardaşım ölür” deyib qışqırdığını eşitdiklərinə görə Məhkum2yanında qalmış, X5 isə xidməti avtomobili su kanalı tərəfə sürmüşdür. X4 adlı şəxsin yaralı halda olan qardaşı Zərərçəkmiş şəxs adlı şəxsi kanaldan kənara çıxarmaq istəsə də, çətinlik çəkdiyini gördüyünə görə X4 və həmin vaxt yaxınlıqda dayanmış qohumu X8 Allahverdiyevlə köməkləşib Zərərçəkmiş şəxsi kanaldan çıxarmış və xidməti avtomobilə qoymuşlar. Zərərçəkmiş şəxsi həmin avtomobildə X4la birlikdə Beyləqan RMXya aparmışlar. - X 8 göstərmişdir ki, 26 iyul 2019-cu il tarixdə saat 10 radələrində Beyləqan şəhəri, Magistral küçəsində yerləşən, çilingər işlədiyi sexdə olarkən çöldə kiminsə qışqıraraq nalayiq söyüşlərlə “öldür, anasını, bacısını belə-belə elə, vur oğraşı” deməsini eşitdiyinə görə sexdən çölə çıxmışdır. Bu zaman magistral avtomobil yolunun əks tərəfində, su kanalının kənarındakı səkidə üzü kanala tərəf dayanmış, əvvəllər tanımadığı bir nəfər cavan oğlanın kanalda olmuş şəxslərə həmin sözləri deməsini görmüşdür. Kanalın kənarında qamışlıq olduğuna görə içərisində konkret olaraq nə baş verdiyini görməmiş, amma səkidə dayanmış şəxsin dediyi sözlərdən və kanaldan səslər eşitdiyinə görə orada kimlərinsə dalaşdığını zənn etmişdir. Buna görə də qonşu sexdə çilingər işləyən tanışı X17 yanına çağırmışdır. Buna gö rə də X10 sexində olmuş, sonradan adlarının X32 və X23 olmasını bildiyi şəxslərlə birlikdə yanına gəlmişlər. Onlara gördükləri barədə demişdir. Onlar da kanalın kənarındakı səkidə dayanmış şəxsin göstərdiyi məzmunda sözlər deməsini görmüş və eşitmişlər. Orada nə baş verdiyini öyrənmək məqsədilə X3 yolun əks tərəfinə keçib səkidə dayanmış şəxsin yanına getmiş, özü və Murtuza isə yolun mərkəz xəttinə qədər getmişlər. X9 isə yolun kənarında dayanmışdır. Səkidə dayanmış şəxs X3ın yaxınlaşdığını görüb ona tərəf gəlmiş və əsəbi şəkildə əli ilə işarə edərək “siz qayıdın geri, sizlik deyil başqa məsələdir” demişdir. Buna görə də oradan sexlərin qarşısına qayıtmışlar. Səkidə üzü kanala tərəf dayanmış şəxsin hərəkətlərindən kanalda kimlərinsə dalaşdığını, buna görə onun kiminsə oraya yaxınlaşmasına imkan verməmək məqsədinin olduğunu dəqiq başa düşmüşlər. Buna görə də Murtuza həmin hadisə barədə mobil telefon vasitəsilə polis əməkdaşı İbrahim X5liyə məlumat vermişdir. Sonuncu xidməti avtomobili ilə hadisə yerinə gəldikdən sonra o, X5 və kanalda olmuş X4 adlı şəxslə köməkləşib sonuncunun kanalda yaralı vəziyyətdə olmuş qardaşını oradan çıxarıb polis avtomobilinə qoymuşlar. -Şahid qismində dindirilmiş X24, X23 və X1 X8 Masim oğlunun ifadəsində göstərdiyi hallar barədə eyni məzmunda ifadə vermişlər. -Məhkəmə-tibbi ekspertizasının 10 avqust 2019-cu il tarixli, 578 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş döş qəfəsinin sol yarısının ön səthində sol orta körpücük xətti boyunca V qabırğa proyeksiyasında döş boşluğuna keçən, ürəyin sol q ulaqcığını zədələyən və daxili qanaxma ilə müşayiət olunan bir ədəd yaradan ibarət olan xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, sifətdə yerləşdiyi üçün silinməz hesab olunan sağ qulaq seyvanının travmatik amputasiyası, sifətin sağ yanaq, sol gözün alt və sol burun-dodaq büküşü nahiyələri, çənəaltı nahiyədə solda, sol əlin ovuc səthində İİ daraq sümüyü, sağ əlin ovuc səthində İİİ barmağın İİ falanqası və İİ-İV daraq sümükləri proyeksiyalarında yaralardan ibarət olan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərər vurma, sol xarici qulaq seyvanının yuxarı tini proyeksiyası, sol çiyin qurşağı və sol qoltuqaltı nahiyələrdə yaralar, sol göz yuvası ətrafındakı qançırdan ibarət xəsarətlər isə sağlamlığa zərər vurma yan xəsarətlərə aiddir. Sol göz yuvası ətrafında qançır küt əşyanın, digər xəsarətlər isə kəsicideşici alətin təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə 26 iyul 2019cu il tarixdə ekspertizaya təqdim olunmuş bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi (İİİ cild, səh. 53-55). Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 törətmiş olduğu cinayət əməllərini Azərbaycan Respublikası CM-in 29, 120.2.1-ci maddəsindən həmin Məcəllənin 126.2.1-ci maddəsinə tövsif edərkən Məhkum1 Zərərçəkmiş şəxs öldürmək qəsdinin olmaması, ailəsinin namusuna sataşdığına görə cəzalandırmaq məqsədilə yalnız onun qulağını kəsmək istəməsini, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin sonuncunun qulağını tutduqdan sonra ona mane olmaq üçün başını sağa-sola hə rəkət etdirərkən zərərçəkənə yetirildiyinə dair vermiş olduğu ifadələrinə əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərb aycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərinə riayət edilməmiş, təqsirləndirilən şəxs Məhkum1 ifadələrinə iş üzrə toplanmış digər sübutlarla müqayisədə qiymət verilmədən mötəbər sübut kimi qəbul edilmişdir. İşin mübahisəsi halı ondan ibarətdir ki, zərərçəkmiş şəxsin bədənində kəsici-deşici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər, o cümlədən: -döş qəfəsinin sol yarısının ön səthində sol orta körpücük xətti boyunc a V qabırğa proyeksiyasında döş boşluğuna keçən, ürəyin sol qulaqcığını zədələyən və daxili qanaxma ilə müşayiət olunan bir ədəd yaradan ibarət olan xəsarət; -sifətdə yerləşdiyi üçün silinməz hesab olunan sağ qulaq seyvanının travmatik amputasiyası; -sifətin sağ yanaq, sol gözün alt və sol burun-dodaq büküşü nahiyələri; -çənəaltı nahiyədə solda; -sol əlin ovuc səthində İİ daraq sümüyü; -sağ əlin ovuc səthində İİİ barmağın İİ falanqası və İİ-İV daraq sümükləri proyeksiyalarında yaralardan ibarət olan xəsarətlər -sol xarici qulaq seyvanının yuxarı tini proyeksiyası; -sol çiyin qurşağı və sol qoltuqaltı nahiyələrdə yaralar yetirilmişdir. Zərərçəkmiş şəxs ifadələrində həmin xəsarətlərin Məhkum1 tərəfindən yetirilməsi aşağıdakı kimi təsvir edilir: “Məhkum2 kanala girməmiş, səkidə dayanıb Məhkum 1ə “sən şərəfsizi vur, öldür, mən burada dayanmışam, əgər o, qaçsa mən burada onu tutub, vurub öldürəcəm” deməklə Məhkum1dən onu öldürməsini istəmişdir. Məhkum1in bıçaqla onun döş qəfəsi nahiyəsi istiqamətdə atdığı bir neçə zərbənin qarşısını əvvəlcə əllərini qarşıya doğru aparıb bıçaqdan tutmaqla alsa da, Məhkum1in bıçaqla sol qoltuqaltı nahiyəsinə zərbə vurması nəticəsində sol qolu hərəkətsiz vəziyyətə düşdükdən sonra sonuncunun zərbələrinə qarşı müqavimət göstərmə imkanı məhdudlaşmışdır. Bundan dərhal sonra Məhkum1 bıçaqla ürək nahiyəsi istiqamətdə bir dəfə zərbə vurmuşdur. Bu vaxta kimi Məhkum1 onun qulaq nahiyəsindən tutmağa cəhd etməmişdir. Məhkum1in bıçaq olmuş sağ əlindən tuta bilməmiş və həmin əlini sağa-sola doğru hərəkət etdirməmişdir. Məhkum1in bıçaqla ürək nahiyəsinə zərbə vur masından sonra tam halsızlaşmış və sonuncuya müqavimət göstərmək imkanı tam itmişdir. Məhkum1 bundan istifadə edib onu başından tutub arxası üstə suya yıxmış, dizlərini sinəsinə sıxıb bıçaqla sağ qulaq seyvanını kəsmiş, həmin vaxt bıçaqla sifət nahiyəsinə xəsarətlər yetirmiş, onu suya yıxılmış vəziyyətdə qoyub, kanaldan çıxa bilməyəcəyi və orada öləcəyinə əmin olduqdan sonra Məhkum2köməkliyi ilə kanaldan çölə çıxmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-tibb ekspertizasıın rəyində təsvir olunan və zərərçəkmiş şəxsin bədənində aşkar olunan xəsarətlərin xarakteri, lokalizasiyası göstərir ki, həmin xəsarətlərin yetirilməsinə dair təqsirləndirilən şəxs Məhkum1 ifadələri obyektiv həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə yalnız təqsi rləndirilən şəxsin və ya zərərçəkən şəxsin ifadələrini deyil, iş üzrə toplanmış bütün sübutların təhlili əsasında həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verməli olduğu halda, apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin həmin tələblərinə əməl etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instanisya məhkəməsi Məhkum1 və Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsinə tövsif edərkən, gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır. Ona görə də dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarı ləğv olunmalı, cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilməlidir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin hüquqi tövsifi və ona təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Hesab edilir ki, Məhkum1 əməli CM-in 126.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddində cəza təyin olunmalıdır. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum2 əsassız olaraq məhkum edilməsi bildirilir və əməlində Azərbaycan Respublikası CM-in 126.2.1-ci maddəsinin tərkibinin olmaması əsası ilə ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahi ş olunur. Kassasiya protestinin dəlillərinə münasibət bildirilərkən geniş şərh verildiyindən, məhkəmə kollegiyası təkrar şərhə zərurət görməyərək hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası CPM-in 416.0.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmi n olunsun. Kassasiya şikayətləri təmin olunmasın. Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarı ləğv olunsun. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-339/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-339/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver