Məhkəmə qərarları › İş №1(102)-339/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-339/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-339/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Əliyev Nəriman İlqar oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsin in 9 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 294.1, 32.4,308.1, 32.4,309.1, 32.4,313, 32.4,320.1, 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Nəriman İlqar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2024-cü il tarixli 1(101)-655/2024 nömrəli (hakimlər: Məcidov Azad Əli Ağa oğlu (sədrliyi), Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işlə məyən, əvvəllər Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib 4.000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2014cü il tarixli 7(003)-254/2014 nömrəli qərarına əsasən təyin edilmiş cərimə cəzası islah işləri növündə cəza ilə əvəz edilərək, ona qazancından 15% pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 7(003)1820/2023 nömrəli qərarı ilə sonuncuya Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli hökmü ilə (sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli qərarı ilə) təyin edilmiş cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 294.1, 32.4,308.1, 32.4,309.1, 32.4,313, 32.4,320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun CM-in 29,178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə, CM-in 294.1-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə, CM-in 32.4,308.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə, CM-in 32.4,309.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə, CM-in 32.4,313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə, CM-in 32.4,320.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə, CM-in 320.2-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu 2 (iki) günün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 9 fevral 2024cü il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqın da iltizam qətimkan tədbirinin dəyişdirilərək onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından həbsə alınması, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsindəki müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli 1(103)-915/2024 nömrəli (hakimlər: Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrliyi və məruzəsi ilə), Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Nəriman İlqar oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2025-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsindən 20 noyabr 2024-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş ərizə ilə Məhkum məhkəməyə müraciət edərək, verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiya sı kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının və müdafiəçinin məhkəmə çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət ger i qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 294.1, 32.4,308.1, 32.4,309.1, 32.4,313, 32.4,320.1, 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Nəriman İlqar oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar