Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-34/2020 18.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10 oğlunun, mülki iddiaçı – ünvan12nin nümayəndəsi X6, bəraət almış şəxs X2 və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil X7 iştirakı ilə, Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı – ünvan10nin rəis müavini, baş vergi xidməti müşaviri X90 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.A.Cəfərov) Məhkum (xx xxxx 1963-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, XXX55nın direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 213.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, bəraət verilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Həmçinin, hökmlə mülki iddiaçı - ünvan10nin mülki iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Q.X.Babayev, hakimlər R.K.Səfərov və İ.M.Murquzovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı X80 tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı - ünvan11nin baş direktorunun müavini, baş vergi xidməti müşaviri X90 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum b arəsində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən kassasiya protesti və mülki iddiaçı – ünvan10nin rəis müavini, baş vergi xidməti müşaviri X90 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmündə təsvir edilmiş cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmaqla hüquqi və faktiki fəaliyyətini həyata keçirdiyi ünvanı ünvan 2EN: **********) təsisçisi və direktoru olarkən firmanın sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyalar ı özü yerinə yetirərək, maliyyətəsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra VM) 16.1.1, 16.1.4, 53.1, 72, 77.3, 78.1, 103, 104, 105, 150, 159, 161 və 180-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə 2011-ci il üzrə 38955,14 manat məbləğində mənfəət vergisi və həmin ilin 4-cü rübü üzrə 18 45,69 manat ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 40800,83 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" xx xxxxxxxx 2002-ci il tarixli 782 nömrəli Fərmanı, həmin Fərmana əlavə və dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli 510 nömrəli Fərmanı və Nazirlər Kabinetinin xx xxxxxx 2009-cu il tarixli 34 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada elektrik quraşdırma işlərinin görülməsi üçün XXXX65nin Tikintidə X3 Agentliyi tərəfindən verilən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan elektrik quraşdırma işləri həyata keçirib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla külli miqdar təşkil edən 161930,88 manat məbləğində gəlir əldə etmişdir. Belə ki, o, XXX55nın fəaliyyətinə rəhbərlik edərək 2011-ci il üzrə dövriyyəsi 326759,50 manat, büdcəyə ödənilməli mənfəət vergisi 43687,75 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə dövriyyəsini 326759,50 manat, xərclərini 303096,41 manat, vergiyə cəlb olunan mənfəətini 23663,07 manat və büdcəyə ödənilməli olan mənfəət vergisinin 4732,61 manat olduğunu göstərməklə 38955,14 manat mənfəət vergisini, 2011-ci ilin 4-cü rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsini təqdim etməməklə digər şəxslərə ödənilən 13183,49 manat xidmət haqqından 1845,96 manat ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə xeyli miqdar təşkil ed ən 40800,83 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan başqa, o, Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" xx xxxxxxxx 2002-ci il tarixli 782 nömrəli Fərmanı, həmin Fərmana əlavə və dəyişiklik edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2006-cı il tarixli 510 nömrəli Fərmanı və Nazirlər Kabinetinin xx xxxxxx 2009-cu il tarixli 34 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada elektrik quraşdırma işlərinin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi tərəfindən verilən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan təsisçisi və direktoru olduru XXX55 ilə “xxx x" QSC (VÖEN: **********) arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli müqaviləyə əsasən cəmiyyətin ünvan16ndə yerləşən tikilisinin ərazisində yeni transformator yarımstansiyasının inşası və əlavə elektrik avadanlıqlarının quraşdırılması, həmçinin “xxxx" MMC ilə bağlanmış xx xxxx 2011-ci il tarixli müqaviləyə əsasən cəmiyyətə məxsus Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 150 hektar sahədə elektrik quraşdırma işlərini həyata keçirib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 2011-ci il üzrə əldə etdiyi 302787,73 manat ümumi gəliri və 140856,85 manat xərcdən ibarət, ümumilikdə külli miqdar təşkil edən 161930,88 manat məbləğində gəlir əldə etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən XXX55nın yuxarıda qeyd olunan fəaliyyət dövrü üzrə müstəsna olaraq mənfəət vergisinin 6159,3 7 manat az hesablanması müəyyən edildiyinə, yəni irəli sürülmüş ittihamda göstərilən vergi məbləğinin büdcədən yayındırılması təsdiq olunmadığına, eyni zamanda firmanının “xxxx” QSC və “xxxx" MMC ilə bağlanmış müqavilələr üzrə müvafiq lisenziya almadan gördüyü işlərə görə xərclərin hesablanması, müvafiq olaraq da hansı miqdarda gəlirin əldə edilməsinin müəyyənləşdirilməsi mümkün olmadığına görə, məhkəmə Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib ona həmin əsasla bəraət vermiş, bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunun 143-146 -cı maddələrində nəzərdə tutulmuş qaydalar pozulmuş, nəticədə məhkəmə ibtidai istintaqda toplanmış sübutların məcmusu ilə, o cümlədən məhkəmə mühasibatlıq ekspertizasının rəyi, şahidlərin ifadələri, sənədlərlə Məhkum irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1 və 192.2.2-ci maddələrində göstərilən xeyli miqdarda vergidən yayınma və külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma cinayətlərini törətməkdə təqsirliliyi kifayət qədər sübuta yetirildiyi halda, lazımınca yoxlanılmayan, əvvəlki rəylə ziddiyət təşkil edən məhkəmə istintaqı zamanı əldə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən çıxış etməklə ona təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə əsassız və qanunsuz olaraq bəraət vermiş, lazımı araşdırma apa rmadan dövlət ittihamçısının apellyasiya protestini rədd edib həmin hökmü dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi də eyni qanun pozuntularına yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Mülki iddiaçı -ünvan10nin rəis müavini, baş vergi xidməti müşaviri X90 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymət ləndirilməmiş, nəticədə Məhkum XXX55nın fəaliyyətinə görə ittiham aktında göstərilən – 40.800,83 manat miqdarında vergiləri ödəməkdən yayındığı halda, onun dövlət büdcədən yayındırdığı verginin məbləği əsassız olaraq azaldılaraq 6159,37 manat miqdarında müəyyən edilmiş və bu səbəbdən, eləcə də ibtidai istintaqda Məhkum tərəfindən 20.000 manat pul dövlət büdcəsində ödənildiyinə görə əsassız olaraq XXXX75nin mülki iddiası təmin edilməmişdir. Mülki iddiaçı kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və XXXX75nin mülki iddiasının tam təmin edilməsi haqqında qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahi yyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun normalarına əməl edilmədiyini, nəticədə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 213.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsinə görə əsassız olaraq bəraət verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud də yişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Mülki iddiaçı - ünvan10nin (hazırda ünvan12nin) rəis müavini, baş vergi xidməti müşaviri X90 də kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət- prosessual qanunun normalarına əməl edilmədiyini, nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə olan ittihamla əlaqədar irəli sürülmüş 40800,83 manat məbləğində vergilərin Məhkum alınıb büdcəyə ödənilməsinə dair mülki iddianın əsassız olaraq təmin edilmədiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və həmin məbləğdə pulun Məhkum alınıb dövlət büdcəsinə ödənilməsinə dair mülki iddianın tam təmin edilməsi haqqında kassas iya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin eyni maddələri ilə əsaslandırılmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protesti və mülki iddiaçının kassasiya şikayəti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Vergiləri ödəməkdən yayınma cinayətinin əsas tərkibini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin dispozisiyasına görə xeyli miqdarda vergiləri ödəməkdən yayınma cinayət məsuliyyəti yaradır. Baxılan əmələ şamil edilmiş Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsinin xx xxxx 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə büdcədən yayındırılmı ş vergi məbləğinin cinayət məsuliyyətinə səbəb olan “xeyli” miqdar kimi qiymətləndirilməsi üçün həmin məbləğin 20000 manatdan yuxarı, lakin 100000 manatdan artıq olmaması tələb olunurdu (xx xxxx 2020-ci ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2020-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 213-cü maddəsinin “Qeyd” hissəsinə edilmiş dəyişikliyə görə CM-in 213.1-ci maddəsində göstərilən “xeyli miqdar” dedikdə 50000 manatdan yuxarı, lakin 200000 manatdan artıq olmayan məbləğ başa düşülür). Cinayət təqibi orqanı tərəfindən Məhkum əməlinə şamil edilmiş Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsinin dispozisiyası isə (hazırki işin konteksində) əsas tərkibi təsbit edən CM-in 192.1-ci maddəsi ilə birlik də götürülməklə aşağıdakı kimidir: “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma xeyli miqdarda gəlir əldə etməklə törədildikdə”. Məhkum hərəkətlərinə şamil edilmiş bu maddəyə də aid olan Cinayət Məcəlləsinin 190-cı maddəsinin “Qeyd” hissəsinin xx xxxx 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə əldə edilmiş gəlirin “külli mirqdar” hesab edilməsi üçün onun 100000 manatdan yuxarı, lakin 500000 manatdan artıq olmaması tələb olu nurdu (hazırda xx xxx 2020-ci il tarixli Qanuna əsasən “külli miqdar” dedikdə, 200000 manatdan yuxarı, lakin 500000 manatdan artıq olamayan məbləğ başa düşülür). Odur ki, qeyd olunan səbəblərdən sözügedən cinayətlərin obyektiv cəhətlərinə aid olan hallar olduğuna görə Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə şəxsin vergi öhdəliyinin olması, buna baxmayaraq vergini ödəməkdən yayınması, yayındırılmış vergi məbləğinin xeyli (yəni 20000 manatdan artıq) miqdar təşkil etməsi, Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə həyata keçirilən sahibkarlıq fəaliyyətinə lisenziyanın tələb olunması, lakin təqsirkarın lisenziya almadan müvafiq sahələr üzrə sahibkarlıq fəaliyyətini həyata keçirməsi, belə sahibkarlıq fəaliyyəti nəticəs ində əldə olunmuş gəlirdən xərclər çıxıldıqdan sonra qalan xalis gəlirin ən azından cinayət məsuliyyətinin yaranması üçün zəruri olan miqdarda olması, ittihamda göstərilən “külli miqdar” əlaməti ilə uyğunluq təşkil etməsi, müvafiq olaraq da xərclərin dəqiq miqdarı baxılan işin sübutetmə predmeti kimi çıxış edir və Cinayət Məcəlləsinin 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipinə, 139, 145, 146-cı maddələrinin tələblərinə əsasən onların mövcudluğu barədə nəticələr belə qənaətə gəlmək üçün kifayət edən sübutların məcmusu ilə təsdiq olunmalıdır. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud oldu ğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə p redmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən hallardan və onların əsaslandırılması üçün gətirilən sübutlardan isə (o cümlədən, bəraət almış Məhkum cinayət törətmədiyini və özünə qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini göstərən ifadəsindən, onun dəlilləri ilə uzlaşan Məhkum tərəfindən dövlət büdcəsinə ödənilməmiş vergi məbləğinin yalnız mənfəət vergisi olmaqla 6159,37 manat təşkil etməsi, lisenziyasız həyata keçirilən sahibkarlıq fəaliyyəti nəticəsində əldə olunmuş gəlirlərlə əlaqədar xərclərin, müvafiq olaraq da xalis gəlirin nə qədər olmasının müəyyən edilməsinin mümkün olmaması haqqında birinci instansiya məhkəməsində ic raat zamanı keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyindən, həmin rəyi tərtib etmiş ekspert X95in ifadəsindən, XXX55nın həyata keçiridiyi işlərin bəzilərinə, konkret olaraq energetika obyektlərinin, avadanlıqlarının və qurğularının quraşdırılması, sazlanması və təmiri üzrə fəaliyyətə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının xx xxxx 2016-cı il tarixli Qanununa əsasən lisenziyanın tələb olunmamasına dair İqtisad Nazirliyinin xx xxxx 2018ci il tarixli, “xxxx” ASC-nin xx xxxxx 2018-ci il tarixli və X8 Görülməsi və X11 Ağentliyinin xx xxx 2018-ci il tarixli məktublarından və digər materiallardan) görünür ki, Cinayət Məcəlləsinin 213.1 və 192.2.2-ci maddələrində göstərilən cinayətlərin obyektiv cəhətlərinə aid zəruri hallar, o c ümlədən təkibyaradıcı əlamətlər kimi çıxış edən müvafiq miqdarlar (büdcədən yayındırılmış vergi məbləğinin 20.000 manatdan artıq olması, lisenziyasız həyata keçirilən sahibkarlıq fəaliyyətinin (xx xxxx 2016-cı il tarixli Qanunun işığında) nədən ibarət olması və bu cür fəaliyyətdən əldə olunmuş gəlirin nə qədər olması, yəni istər “külli miqdar” əlamətinin şərtlərini ödəyən, istərsə də CM-in 190-cı maddəsinin “Qeyd”inə görə CM-in 192.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün zəruri olan miqdarda olması müəyyən olunmamışdır (bu və digər sübutlar birinci instansiya məhkməsində Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir olunmaqla həqiqi məzmunlarına uyğun olaraq şərh o lunduğundan, məhkəmə kollegiyası sübutların hazırki qərarda yenidən təsvir və şərh olunmasına zərurət görmür). Məhkum gətirdiyi (cinayət törətməsini, o cümlədən ona isnad edilən miqdarda vergi ödəməkdən yayınmasını, qanunsuz sahibkarlıq fəaliyyəti göstərməklə ona isnad edilən, eləcə də cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri olan miqdarda gəlir əldə etməsini inkar edən) dəlillər kifayət qədər təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 213.1 və 192.2.2-ci maddələri irəli sürülmüş ittiham üzrə cinayət-prosessual qanunun 42.1.4-cü maddəsində göstərilən əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) bəraət verməsi, apellyasiya instansiyası məhkəməsinin isə bu nəticə ilə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən nor malarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Belə olan halda, Məhkum bəraət verilməsinə və buna müvafiq olaraq da ünvan11nin mülki iddiasının təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz. Qeyd olunan səbəblərə görə məhkəmə heyəti baxılan işdə bəraət hökmünün ləğvinə səbəb ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallardan hər hansı birini, o cümlədən dövlət ittihamçısının kassasiya protesti və mülki iddia çının kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.3-cü maddələrində göstərilən pozuntuları müəyyən etmir və bu səbəbdən həmin müraciətlərin təmin edilməsini mümkün saymır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin tam, kassasiya şikayətinin isə qismən təmin edilməsinə dövlət ittihamçısının, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə dair mülki iddiaçının nümayəndəsinin, habelə kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsinə dair bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və mülki iddiaçı - ünvan10nin (hazırda ünvan12nın) rəis müavini, baş vergi xidməti müşaviri X90 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və mülki iddiaçı - ünvan10nin (hazırda ünvan12nın) rəis müavini, baş vergi xidməti müşaviri X90 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-34/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-34/2020
18.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver