Məhkəmə qərarları › İş №1(102)-34/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-34/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-34/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Zərərçəkmiş şəxs, məhkum:Məhkum, onun müdafiəçisi Mənsurova Lalə Nadir qızının, tərcüməçi: Qafarzadə Ləman İsbəndiyar qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 206.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), E.H.Vəliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) Məhkum - xx.xx.1968-ci ildə Ermənistanın Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan1-də qeydiyyat da olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 9 ay 14 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 2 (iki) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, o, həmin cəzaya şərti olaraq məhkum edilərə k üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilmiş, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyularaq hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Sabunçu rayon İcra Qrupuna tapşırılması hökm edilmişdir. X12 ona dəymiş ziyan tam olaraq ödənildiyindən vermiş olduğu mülki iddiadan imtina etdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.2 maddəsinə əsasən mülki iddia üzrə icraata xitam verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışı Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib birlikdə şərikli iş görüb xırda buynuzlu heyvan böyüdərək çəkisini artırdıqdan sonra satmaqla qazanc əldə edəcəkləri adı ilə aldadıb xx xxxx 2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Nərmin” marketin arxasında həmin dövrün məzənnəsinə görə 3921,5 manat təşkil edən 5000 ABŞ dollarını, xx xxxxx 2014-cü il tarixdə Neftçala rayonu, Qonaqkənd kəndində həmin dövrün məzənnəsinə görə 1960,75 manat təşkil edən 2500 ABŞ dollarını, xx xxxxx 2014-cü il tarixdə ünvan 2 ünvanında həmin dövrün məzənnəsinə görə 1960,75 manat təşkil edən 2500 ABŞ dollarını, ümumilikdə isə həmin dövrün məzənnəsinə görə 7843 manat təşkil edən 10000 ABŞ dolları məbləğində pulunu bir neçə dəfəyə vahid niyyətini əhatə edən qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib ünvan 3 ünvanında yerləşən evi özünə məxsus olmasını bildirib təqdim edərək həmin evi təmir etdirib, sonra ona yaşaması üçün verəcəyi adı ilə aldadaraq xx xxxxx 2014-cü il tarixdə ünvan 2 ünvanında həmin dövrün məzənnəsinə görə 5490,10 manat təşkil edən 7000 ABŞ dollarını ələ keçirib, Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib Gürcüstan Respublikasından Azərbaycan Respublikasına keçirib sonra ona təhvil verəcəyi adı ilə aldadaraq xx xxxxx 2014-cü il tarixdə Gürcüstan Respublikas ı Tbilisi şəhəri, Guliya küçəsi 2 ünvanında yerləşən avtovağzalda həmin dövrün məzənnəsinə görə 11766 manat təşkil edən 15000 ABŞ dollarını ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, sonra isə həmin tarixdə Gürcüstan Respublikasında ələ keçirdiyi həmin dövrün məzənnəsinə görə 11766 manat təşkil edən 15000 ABŞ dolları məbləğində külli miqdarda pulu Azərbaycan Respublikasının gömrük sərhədindən, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük nəzarətindən bəyan etməməklə gizli olaraq Azərbaycan Respublikasına keçirib qaçaqmalçılıq etmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Q.X.Babayev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və R.M.Abdulovdan i barət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilərək Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmlə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 04 (dörd) il m üddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 09 ay 14 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 03 (üç) il 02 (iki) ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun üzərində saxlanılmış 03 (üç) il 02 (iki) ay 16 gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilərək üzərində 02 il sınaq müddəti müəyyən edilmişdir. Məhkum üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, hökm mülki iddia üzrə icraata xitam verilməsinə aid hissədə ləğv edilərək zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmadan nəticəyə gəlmişdir, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş olsa da məhkəmənin gəldiyi nəticə işin faktiki hallarını əhatə etmir, qərar çıxarılarkən zəruri olan cinayət qanunu norması tətbiq edilməmişdir, tam və obyektiv araşdırma aparılmadığından təqsirləndirilən şəxs layiqli cəzasını almamışdır və təyin edilmiş cəzanın cinayətin ağırlığına uyğun olmamaqla təqsirləndirilən şəxsin dah a yüngül cəza alması ilə nəticələnmişdir. Apelyasiya məhkəməsi onu tərcüməçi ilə təmin etmiş olsa da, tərcüməçi işinin öhdəsindən layiqincə gəlməməsi səbəbi ilə ondan imtina etmişdir. Bu hal məhkəmə çəkişməsi prinsipinin pozulmasıdır. İşin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün apelyasiya məhkəməsi tərəfindən sənədlər, maddi və ya digər sübutlar tələb edilməmişdir, təqsirləndirilən şəxs tərəfindən guya onun adından təqdim edilən notariat qaydasında təsdiq olunmuş ərizə tədqiq edilməmişdir. Tələbinə əsasən birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi üçün adından saxtalaşdırılaraq düzəldilən saxta notariat təsdiqli sənəd barədə müvafiq sorğu verilməmiş, həmin sənəd sübutların arasında götü rülməmiş, saxta sənədlə bağlı qanunvericilik çərçivəsində tələb olunan hərəkətlər edilməmişdir. Həmin halın araşdırılmaması apelyasiya məhkəməsinin gəldiyi nəticəyə təsir etmişdir, bu isə faktiki olaraq məhkəməyə saxta sənəd təqdim edən şəxsin cəzasının ağırlaşması əvəzinə faktiki olaraq cəzada heç bir dəyişikliyin olmaması ilə nəticələnmişdir. Təqsirləndirilən şəxs barədə təyin edilən cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır. Yuxarıda qeyd edildiyi kimi təqsirləndirilən şəxs tərəfindən törədilən dələduzluq cinayəti apelyasiya məhkəməsi tərəfindən öz təsdiqini tapmışdır. Apelyasiya məhkəməsi tərəfindən faktiki olaraq təqsirləndirilən şəxsin məhkəmə zalından azad edilməsi ilə nəticələnən hökmün çıxarılmasının səbəbi təqsirləndirilən şəx s tərəfindən Türkiyə Respublikası, İstanbul şəhəri, 22-ci notariat tərəfindən xx.xx.2017- ci il tarixində təsdiq edilmiş bəyannamənin təqdim edilməsi və məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi olmuşdur. Hesab edir ki, apelyasiya məhkəməsi həmin bəyannaməni aşağıda göstərilənlərə görə sübut kimi qəbul etməməli idi: a) Adından təqdim olunan bəyannamədə qanunla müəyyən olunmuş qaydada notariat qeydi aparılmamışdır, b) Adından təqdim olunan Türkiyə Respublikası, İstanbul şəhəri, 22-ci notariat tərəfindən xx.xx.2017-ci il tarixli bəyannamə qanunvericiliklə nəzərdə tutulan qaydada “apostille” (leqallaşma) edilməmişdir, c) Həmin bəyannamədə olan imza ona məxsus deyil, d) Həmin bəyannamə ümumiyyətlə Türkiyə Respublikası, İstanbul şəhəri, 22-ci notariat tərəfindən xx.xx.2017-ci il tarixində (nə daha əvvəl və ya daha sonra) notariat kontorunda qeydə alınmayıb. e) Həmin etibarnamədə onun imzası yoxdur. Apelyasiya məhkəməsi özlüyündə şübhə doğuran sənədi sübut kimi qəbul edərkən, onun məhkəmə iclaslarında iştirakının təmin olunmaması səbəbi ilə öz tərəfindən sənədin həqiqiliyini müəyyən etmək üçün müvafiq sorğu ilə həmin notariat kontoruna müraciət edə bilərdi və ya ən azından həmin notariat kontoru ilə telefon bağlantısı yaradaraq real vəziyyəti müəyyən edə bilərdi. Təqsirləndirilən şəxs Məhkum isə Zərərçəkmiş şəxs ilə birgə ona qarşı dələduzluq edərək pulunu ələ keçirmələri məhkəmədə sübuta yetirilmiş bir cinayət əməli olduğu halda, məhkəməyə saxta sənəd təqdim edərək daha bir cinayət əməli törətmişdir. Göstərilən sənədə apellyasiya məhkəməsində ciddi yanaşılmaması məhkəmənin yanlış olaraq təqsirləndirilən şəxs tərəfindən ona pullarını qaytarmaması qənaətinə gəlməsinə səbəb olmuşdur və bundan irəli gələrək birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini tətbiq etməklə təqsirləndirilən şəxsi faktiki olaraq məhkəmə zalından azadlığa buraxmışdır. Məhkum ona vurduğu ziyanı ödəməməsi ona qarşı bu normanın tətbiq edilməsini mümkünsüz edir. Bunlarla bərabər Məhkum məhkəməyə saxta sənəd təqdim edərək guya ona dəymiş zərərin ödənilməsini bildirməsi, amma əslində ona heç bir pul ödəməməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin (şərti məhkum etmə) tətbiqini də mümkünsüz edir və əksinə onun barəsində əməlinə görə qanunvericilikdə nəzərdə tutulan cinayət qanununun ən ağır həddi təyin edilməlidir. Həmçinin qeyd etmişdir ki, onun birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi məhkəmənin əsassız olaraq ona qarşı birlikdə cinayət qanunu ilə nəzərdə tutulan əməllə pulunu ələ keçirən digər şəxs olan Zərərçəkmiş şəxs barədə işin ayrı icraata ayrılması hüquqlarının pozulmasıdır. Cinayət işinin Zərərçəkmiş şəxs barəsində hissədə ayrı icraata ayrılması qərarının ona ən azından poçt vasitəsi ilə göndərilməməsi ciddi prosessual pozuntu olmaqla onun prosessual müdafiə hüququnu məhdudlaşdırmışdır. Qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini, birinci instansiya məhkəməsində işə baxılarkən yol verilmiş qanu n pozuntularının araşdırılması məqsədilə xüsusi qərar çıxarılaraq Məhkəmə Hüquq Şürasına göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və müdafiəçisinin, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməsi barədə onun özünün və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, k assasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərər çəkmiş şəxs kassasiya şikayətində göstərmişdir ki, apelyasiya məhkəməsi onu tərcüməçi ilə təmin etmiş olsa da, tərcüməçi işinin öhdəsindən layiqincə gəlməməsi səbəbi ilə ondan imtina etmişdir. Bu hal məhkəmə çəkişməsi prinsipinin pozulmasıdır. İşin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün apelyasiya məhkəməsi tərəfindən sənədlər, maddi və ya digər sübutlar tələb edilməmişdir, təqsirləndirilən şəxs tərəfindən guya onun adından təqdim edilən notariat qaydasında təsdiq olunmuş ərizə tədqiq edilməmişdir. Tələbinə əsasən birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi üçün adından saxtalaşdırılaraq düzəldilən saxta notariat təsdiqli sənəd barədə müvafiq sorğu verilməmiş, həmin sənəd sübutların aras ında götürülməmiş, saxta sənədlə bağlı qanunvericilik çərçivəsində tələb olunan hərəkətlər edilməmişdir. Məhkəmə saxta sənəd təqdim edən şəxsin cəzasının ağırlaşması əvəzinə faktiki olaraq cəzada heç bir dəyişikliyin olmaması ilə nəticələnmişdir. Təqsirləndirilən şəxs barədə təyin edilən cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır. Hesab edir ki, apelyasiya məhkəməsi Türkiyə Respublikası, İstanbul şəhəri, 22-ci notariat tərəfindən xx.xx.2017- ci il tarixində təsdiq edilmiş bəyannaməni aşağıda göstərilənlərə görə sübut kimi qəbul etməməli idi: 1) Adından təqdim olunan bəyannamədə qanunla müəyyən olunmuş qaydada notariat qeydi aparılmamışdır; 2) Adından təqdim olunan Türkiyə Respublikası, İstanbul şəhəri, 22-ci notariat tərəfindən xx.xx.201 7-ci il tarixli bəyannamə qanunvericiliklə nəzərdə tutulan qaydada “apostille” (leqallaşma) edilməmişdir; 3) Həmin bəyannamədə olan imza ona məxsus deyil; 4) Həmin bəyannamə ümumiyyətlə Türkiyə Respublikası, İstanbul şəhəri, 22-ci notariat tərəfindən xx.xx.2017-ci il tarixində (nə daha əvvəl və ya daha sonra) notariat kontorunda qeydə alınmayıb; 5) Həmin etibarnamədə onun imzası yoxdur; Apelyasiya məhkəməsi öz tərəfindən sənədin həqiqiliyini müəyyən etmək üçün müvafiq sorğu ilə həmin notariat kontoruna müraciət edə bilərdi və ya ən azından həmin notariat kontoru ilə telefon bağlantısı yaradaraq real vəziyyəti müəyyən edə bilərdi. Məhkum məhkəməyə saxta sənəd təqdim edərək daha bir cinayət əməli törətmişdir. Məhkum ona vurduğu ziyanı ödəməməsi ilə bərabər məhkəməyə saxta sənəd təqdim etmişd ir. Bu hal məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin (şərti məhkum etmə) tətbiqini də mümkünsüz edir və əksinə onun barəsində əməlinə görə qanunvericilikdə nəzərdə tutulan cinayət qanununun ən ağır həddi təyin edilməlidir. Həmçinin qeyd etmişdir ki, onun birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi məhkəmənin əsassız olaraq ona qarşı birlikdə cinayət qanunu ilə nəzərdə tutulan əməllə pulunu ələ keçirən digər şəxs olan Zərərçəkmiş şəxs barədə işin ayrı icraata ayrılması hüquqlarının pozulmasıdır. Cinayət işinin Zərərçəkmiş şəxs barəsində hissədə ayrı icraata ayrılması qərarının ona ən azından poçt vasitəsi ilə göndərilməməsi ciddi prosessual pozuntu olmaqla onun prosessual müdafiə hüququnu məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən əsaslı hesab edilməlidir. Belə ki, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, işin ibtidai istintaqını aparmış müstəntiqin xx xxx 2017-ci il tarixli qərarında göstərilmişdir ki, X3 barəsində axtarış elan edilməsi barədə qərar çıxarılsa da onun istintaqa təqdim olunması mümkün olmadığından barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2017 və xx.xx.2017-ci il tarixli müstəntiq tərəfindən tərtib edilmiş arayışlardan müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ***-***-**-** saylı telefonuna “watsapp” proqramı vasitəsilə SMS yazaraq cinayət işinin materialları tanış olması barədə məlumatlandırılsa da o, Azərbaycan Respublikasına qayıtmadığını, cinayət işinin materialları ilə tanış ola bilməyəcəyini, cinayət işinin məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işinin 2-ci cildinin 392-ci vərəqində olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (köhnə redaksiyada) 339.1.1-ci maddəsinin tələblərini pozduğuna görə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2014 və xx.xx.2015-ci il tarixli qərarları ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 16.1.8 və 16.2-ci maddələrinin tələblərinə əsasən Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının ərazisinə girişinə 5 (beş) il müddətinə qadağa qoyulmuşdur. Beləliklə cinayət işinin materiallarından müəyyən edilir ki, Zərərçəkm iş şəxs ibtidai istintaq başa çatdıqdan sonra cinayət işinin materialları ilə tanış edilməmiş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirakı olmadan cinayət işinə baxılmışdır. Göstərilənlərlə yanaşı birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə Məhkum cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi zərəri tam ödəməsini, zərərçəkmiş şəxsin Məhkum qarşı şikayətinin və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edib nəzərə almışdır. Eyni zamanda məhkəmə məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərkən də cəzanı yüngülləşdirən halları, o cümlədən vurulmuş zərərin ödənilməsini nəzərə aldığını hökmdə göstərmişdir. Birinci instansiya məhkəməsi cinayət nəticəsində vurulmuş zərərin tam ödənilməsi barədə nəticəyə gələrkən məhkəməyə təqdim edilmiş Türkiyə Respublikası, İstanbul şəhəri, 22-ci notariat tərəfindən xx.xx.2017- ci il tarixində təsdiq edilmiş bəyannaməni və zərərçəkmiş şəxs X7 adından birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizəni əsas götürmüşdür. Həmin ərizədə göstərilmişdir ki, zərərçəkmiş şəxs X10 dəymiş ziyan təqsirləndirilən şəxs Məhkum tərəfindən tam ödənildiyindən zərərçəkmiş şəxs X7 təqsirləndirilən şəxs Məhkum qarşı heç bir maddi və mənəvi tələbi yoxdur. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının zərərçəkmiş şəxsin apelyasiya şikayəti üzrə qərarında göstərilir ki, zərərçəkmiş şəxs X7 adından birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X10 dəymiş ziyan təqsirləndirilən şəxs Məhkum tərəfindən tam ödənildiyind ən zərərçəkmiş şəxs X7 təqsirləndirilən şəxs Məhkum qarşı heç bir maddi və mənəvi tələbi yoxdur. Lakin, apelyasiya baxışı zamanı zərərçəkmiş şəxs X12 ümumiyyətlə birinci instansiya məhkəməsində onun iştirakının təmin edilməməsini, onun tərəfindən belə bir ərizənin verilməməsini qeyd etmişdir. Eyni zamanda onun adından saxta sənəd hazırlayıb məhkəməyə təqdim edən şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Belə olan halda apelyasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin ərizənin düzgün olub-olmamasını yoxlamadan, zərərçəkmiş şəxsin iştirakını təmin etmədən mülki iddiaya xitam verilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Apelyasiya məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iş materiallarından görünür ki, məhkum edilm iş Məhkum tərəfindən zərərçəkmiş şəxsə istintaq və apelyasiya baxışı zamanı 19600 manat, X3 tərəfindən isə 1000 manat məbləğində pul ödənilmişdir. Hazırkı cinayət işi materiallarında zərərçəkmiş X12 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq mülki iddia ilə bağlı ərizə vermədiyindən hökmün mülki iddiaya xitam verilməsi ləğv edilməli və zərərçəkmiş şəxsə vurulmuş ziyanın qalan hissəsinin ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında iddia vemək hüququ izah edilməlidir. Həmçinin məhkəmə kollegiyası zərərçəkmiş şəxs X7 məlumatı olmadan onun adından birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizə üzrə müvafiq araşdırma aparılaraq hüquqi qiymət verilməsi üçün qeyd edilən məlumatı hazırkı cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həy ata keçirən prokurora göndərilməsini məqsədəmüvafiq hesab etmişdir. Belə nəticələrə gəldiyi halda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etmənin tətbiq edilməsinin əsaslılığına hüquqi qiymət verməmiş və özü də məhkum barəsində şərti məhkumetmə tətbiq olunmalı olması barədə heç bir əsaslandırma göstərmədən onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair hökmün hissəsini dəyişdirilmədən saxlamışdır. Birinci instansiya məhkəməsi cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin tam ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqla həm mülki iddiaya xitam verilməsi və həm də məhkum barəsində şərti məhkumetməni n tətbiq edilməsi nəticələrinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrə tənqidi yanaşaraq, həmin ərizənin düzgün olub-olmamasını yoxlamadan, zərərçəkmiş şəxsin iştirakını təmin etmədən mülki iddiaya xitam verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin adından məhkəməyə təqdim olunmuş sənədin (ərizənin) həqiqiliyinin yoxlanması barədə araşdımanın nəticəsini gözləmədən məhkum barəsində şərti məhkumetmə tətbiq etməklə demək olar ki, birinci instansiya məhkəməsi ilə eyni məzmunlu qərar qəbul etmişdir. Apelyasiya məhkəmə kollegiyası heç bir əsaslandırma göstərmədən məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci ma ddəsini tətbiq etməklə ziddiyyətli nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənlərə istinadən hesab edir ki, bu hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilməməsi, məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsi kimi onun qərarının Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilməsinə uyğundur. Ona görə də zərərçəkmiş şəxsin kassasiya şikayətinin bu barədə dəlilləri əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci və 416.1.21-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdir ən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti qismən təmin edilərək qərar ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respub likası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 206.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar