Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-34/2023 11.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, “Ədalət” Vəkil Bürosunun vəkili Bağırov Mirbağır Mirtağı oğlunun iştirakları ilə 12 aprel 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azırbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.1, 120.2.2, 221.3, 318.2, 320.1 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, “Arbitrium” Vəkil Bürosunun vəkili X7 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: F.N.Mahmudov (sədrlik edən), Z.B.Qasımov və S.Ə.Əzizov) Məhkum - Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 221.3, 318.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 120.2.1 və 120. 2.2-ci maddələri ilə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 318.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.2-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının 08 iyul 2016-cı il tarixdən hesabl anması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), T.A.Muxtarov və F.Ə.Mehtiyev) verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, 03 avqust 2015-ci il tarixdə saat 21 radələrində Gəncə şəhərində özünə məxsus «BMW» markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi sürücüsü kimi fəaliyyət göstərən Gəncə şəhər sakini X3 digər taksi sürücüsü X48 ilə söhbət edərkən nalayiq ifadələr işlətməsi ilə əlaqədar həmin vaxt orada olan Gəncə şəhər sakini X16 bunu eşidərək X3öz iradını bildirməsi kimi cüzi səbəbdən aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün 04 avqust 2015-ci il tarixə keçən gecə saat 00:30 radələrində tanışları X16, X32, X33, X17, X22, X30, X12, X18 və başqa şəxslərlə, digər tərəfdən X3 öz tanışları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X27, Zərərçəkmiş şəxs1, X23, X13, X28, X48, X5 və başqa şəxslərlə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən “Fikrət Əmirov” adına parkda toplaşdıqdan sonra o, X16, X32 və qeyriləri ilə birlikdə bir qrup şəxs halında heç bir əsaslı səbəb olmadan, üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə etməklə ictimai qaydanı kob ud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ucadan nalayiq söyüşlər söyməklə X3və sonuncu ilə birlikdə olan digər şəxslərin üzərinə hücum edərək onlara qarşı zor tətbiq etməklə X31 müqavimətini və özünü müdafiə imkanlarını məhdudlaşdıraraq qeyrisi tərəfindən bıçaqla vurulmaqla ona sol dirsək nahiyəsinin kəsilmiş səthi yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsinə, Zərərçəkmiş şəxs1 isə yerə yıxılaraq hər iki əlin ovuc səthinin və hər iki diz nahiyəsinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən xəsarətlər alması ilə müşayiət olunan qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, sonra o, qeyrilərindən ibarət bir qrup şəxslə heç bir əsaslı səbəb olmadan X3un ünvanına ucadan nalayiq sözlərlə söyərək, c əmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayış etdirib ictimai qayda və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq xuliqanlıq niyyətilə onu qəsdən öldürmək məqsədilə qeyrisi tərəfindən bıçaqla X3un həyat üçün vacib olan sinə nahiyəsinə bir dəfə zərbə endirilərək ona sol döş boşluğuna keçməklə ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirilmiş, yaralı vəziyyətdə xilas olmaq üçün onlardan uzaqlaşıb Gəncə şəhəri, Dədə Qorqud küçəsində quraşdırılmış işıqfor istiqamətində qaçan X3u həmin şəxslərlə birlikdə əllərindəki bıçaqlarla təqib edərək ona çatıb təpik və yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə ona sol əlin İİİ barmağının səthi yarası və sağ qoltuqaltı nahiyədə qançır kimi sağ lamlığa zərər vurmayan xəsarətlər, əllərindəki bıçaqlarla X3un sağ budunun arxa səthini, sol budunun arxa səthini və sol budunun ön səthini zədələyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, qarnının sağ yan səthinə, qalxan çənbər bağırsağın müsariqəsini, sol bud nahiyəsinin yuxarı 1/3 hissəsinin arxa səthini sol bud arteriyasını zədələyən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəskin daxili və xarici qanitirməsi ilə nəticələnən və ölümünə səbəb olan ümumilikdə 7 bədən xəsarəti yetirməklə onu qəsdən öldürmüşdür. Bundan sonra, Məhkum törətdiyi cinayət əməllərinə görə istintaqdan və cinayət məsuliyyətdən yayınmaq üçün istifadə etmək məqsədilə hüquq verən rəsmi sənəd sayılan 28 avqust 1970-ci ildə Ağcabədi rayonunda anadan olmuş X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 23 may 2005-ci il tarixdə verilməklə etibarlılıq müddəti keçdiyi üçün 27 aprel 2010-cu ildə fəaliyyətsizləşdirilmiş P1442365 nömrəli Azərbaycan Respublikasının ümumvətəndaşlıq pasportunu istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və vaxtda Azərbaycan Respublikası ərazisində əldə edərək həmin pasportun 3-cü səhifəsini eyni növ texniki qurğu vasitəsilə kompyuterə köçürməklə və qrafik təminatından istifadə etməklə 22 may 1992-ci ildə Qazax rayonunda anadan olmuş X42 barədə məlumatları, özünün fotoşəkilini və pasportun 06 noyabr 2008-ci il tarixdə verilməklə etibarlılıq müddətinin 06 noyabr 2018-ci il tarixdə bitməsinə dair məlumatları daxil edərək saxtalaşdırmış, 2015-ci ilin avqust ayında qeyrilərindən ibarət qabaqcadan əl bir olan bir qrup şəxslə birlikdə Xaçmaz rayonu ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda gizli şəkildə keçməklə Rusiya Federasiyası ərazisinə getmiş, bilə-bilə həmin saxta sənəddən istifadə etməklə törətdiyi cinayət əməllərinə görə uzun müddət ərzində məsuliyyətdən yayınmağa nail olmuş, yalnız 08 iyul 2016-cı il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində polis əməkdaşları tərəfindən dövlətlərarası beynəlxalq axtarışda olması ilə əlaqədar saxlanılan zaman həmin pasport onun üzərindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2018-ci il tarixli qərarının ləğv edil məsi və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsassız, ədalətsiz və qeyri-obyektivdir. Belə ki, məhkəmə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmadan müdafiə tərəfinin apelyasiya şikayətində göstərdiyi dəlilləri yoxlamamış və əsassız olaraq birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. İş materiallarından görünür ki, Məhkum verdiyi ifadəsində göstərmişdir ki, hadisə yerində olan digər şəxslərin heç birini tanımır, onlarla heç bir münasibəti olmamışdır, parka tək özü gəzmək üçün getmiş, oraya getməkdə başqa məqsədi olmamışdır. X3u bıçaqla vurmamış, ona kim tər əfindən xəsarətlər yetirildiyini bilməmişdir. Hadisə baş verən kimi parkın ərazisini qaçıb tərk etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş və şahid qismində dindirilmiş şəxslər ziddiyyətli ifadələr vermişlər. Həmin ifadələrdən göründüyü kimi, onlar Məhkum tərəfindən kiminsə vurulmasını görməmişlər, Məhkumni ümumiyyətlə tanımamışlar və istintaq zamanı təqdim olunmuş fotoşəkillərə əsasən Məhkumni tanımışlar. Məhkum hadisə yerinə təsadüfən gəlmiş, onun X3la heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onu öldürmək üçün heç bir səbəb olmamış və belə halda qabaqcadan hansısa razılaşmadan söhbət gedə bilməz. Həm istintaq orqanı, həm də məhkəmələr Məhkum yalnız hadisə yerində olmasını sübut edə bilmişdir, onun zərərçəkənin ölümündə təqsirinin olmasını, hadisə zamanı hansısa xuliqanlıq hər əkətinin etməsini heç bir mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Bundan başqa, hökmdə göstərilir ki, Məhkum dövlət sərhədini qeyrilərindən ibarət qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə keçmişdir, lakin məhkəmə onun kimlərlə qabaqcadan əlbir olub dövlət sərhədini qanunsuz keçməsini sübut edə bilməmişdir. Belə ki, baş vermiş hadisədən bir neçə gün sonra Məhkum Xaçmaz rayonu ərazisindən qanunsuz olaraq keçmişdir, lakin dövlət sərhədini keçərkən o, tək olmuşdur. Müdafiəçi hesab edir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2 və 221.3-cü maddələri ilə olan cinayət işi bəraətverici əsaslarla xitam olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin t əmin edilməsi barədə müdafiəçi M.Bağırovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şə xslərin də xeyrinə yekun qərar qəbul edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə t əsvir edilən cinayət əməllərini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə məhkum edilmiş şəxsin verdiyi ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qəbul edilmiş qərarların qanunsuz və əsassız olduğu mübahisə edilir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsin ə əsasən “Qəsdən: 120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə; 120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürməon dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” görə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə görə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddəl ərində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsinə görə “Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə— beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 320-ci maddəsinə görə: “320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətlə ri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lak in hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə ed ilmiş sübutlarla, yəni təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasın ın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CMin 120.2.1, 120.2.2, 221.3, 318.2, 320.1 və 320.2-ci maddələri ilə tövsif etmiş, yekun qərarlar qəb ul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 221.3, 318.2, 320.1 və 320.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməkdə özünü təqsirli bilməsə də, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6, zərərçəkmiş şəxslər Zər ərçəkmiş şəxs1 və X2 ifadələri, şahidlər Zərərçəkmiş şəxs3, X34, X11, X32, X23, X30, X14, X48, X27, X28, X35, X30, X36, X43, X37, X19, X18, X8 və X15 ifadələri, “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2015-ci il tarixli protokol, “hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” xx.xx.2016-cı il tarixli protokol, məhkəmə-tibb ekspertizasının xx.xx.2015-ci il tarixli, 59 saylı rəyi, məhkəmə tibb və tibbi kriminalistik ekspertizasının 17.004.2017-ci il tarixli T98/2017 nömrəli rəyi, “ifadənin yerində yoxlanılması” barədə xx.xx.2015-ci, xx.xx.2015-ci, xx.xx.2015-ci, xx.xx.2015-ci, xx.xx.2016-cı, xx.xx.2016-cı il tarixli protokollar və protokollara əlavə edilmiş fotoşəkillər, “fotoşəkillər üzrə şəxsin tanınma üçün təqdim edilməsi haqqında” xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2016-cı, x x.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2016-cı, xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixli protokollar və protokollara əlavə edilmiş fotoşəkillər, Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş xx.xx.2017-ci il tarixli, 6/2-143 nömrəli məktub, “baxış keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən daxil olmuş 19 may 2017-ci il tarixli 17/7-908m nömrəli məktub, digər istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istif adə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.2, 221.3, 318.2, 320.1 və 320.2-ci maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə koll egiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işi n faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutar aq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2018-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-34/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-34/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver