Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-34/2024 22.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tər əfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İlham Mahmudov (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və Səbuhi Hüseynovdan ibarət tərkibdə) 20 dekabr 2022-ci il tarixli, 1(101)-296/2022 nömrəli hökmü ilə 05 avqust 1991-ci il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəza sı təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Məhkum 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan zamanda qanunsuz olaraq satış məqsədi ilə 01 (bir) ədəd sellofan torbanın içərisində ayrı-ayrılıqda 20 (iyirmi) ədəd kibrit qutularında olmaqla 4,459 qram, 4,535 qram, 4,806 qram, 4,611 qram, 4,393 qram, 4,614 qram, 4,559 qram, 4,417 qram, 4,638 qram, 4,659 qram, 4,576 qram, 4,418 qram, 4,291 qram 1,776 qram, 4,396 qram, 4,659 qram, 4,431 qram, 4,6 15 qram, 4,693 qram və 4,645 qram olan cəmi təmiz çəkisi 88,191 qram təşkil edən bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 248,661 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryəki, 10 ədəd konvalyutda, qəhvəyi rəngli, dairəvi formalı, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, cəmi 96 (doxsan altı) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 3,84 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadonu, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 6,894 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik madd ələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən həşişi, 02 (iki) ədəd qutuda ümumi sayı 456 ədəd olan tropikamidin təsir maddəsinin ümumi miqdarı 45,6 qram təşkil edən, külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan “Mydrax 1%” göstəricili tropikamid dərman preparatını şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə edib kirayə yaşadığı ünvan 2 ünvanına daşıyaraq orada saxlamış, 26 yanvar 2021-ci il tarixdə saat 06:30 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı həmin ünvana baxış keçirilərkən mənzilin qonaq otağında yerləşən ağ rəngli dolabın orta hissəsindən 01 (bir) ədəd sellofanın torbanın içərisində ayrı-ayrılıqda 20 (iyirmi) ədəd kibrit qutularında olmaqla təmiz çəkiləri 4,459 qram, 4,535 qram, 4,806 qram, 4,611 qram, 4,393 qram, 4,614 qram, 4,559 qram, 4,417 qram, 4,638 qram, 4,659 qram, 4,576 qram, 4,418 qram, 4,291 qram 1,776 qram, 4,396 qram, 4,659 qram, 4,431 qram, 4,615 qram, 4,693 qram və 4,645 qram olan cəmi təmiz çəkisi 88,191 qram təşkil edən bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 248,661 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda tiryək, 10 ədəd konvalyutda, qəhvəyi rəngli, dairəvi formalı, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan, cəmi 96 (doxsa n altı) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 3,84 qram təşkil edən narkotik vasitə hesab olunan külli miqdarda metadon, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 6,894 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən həşiş və 1 (bir) ədəd elektron tərəzi, mənzilin yataq otağında olan termonun alt hissəsindən isə 02 (iki) ədəd karton qutuda, ümumi sayı 456 ədəd olan, tropikamidin təsir maddəsinin ümumi miqdarı 45,6 qram təşkil edən, külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab olunan “Mydrax 1%” göstəricdi tropikamid dərman preparatı aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Anar Tanrıverdiyev) 1(103)-574/2023 nömrəli 16 mart 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 1(103)-574/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum bəraət verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməmiş, iş tam, hərtərəfli, obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə istintaqında Məhkum ifadə verərək heç bir narkotik vasitədən istifadə etməməsinə baxmayaraq, ona qarşı Azərbaycan Respublikası DİN-in BNMİ əməkdaşları tərəfindən ona edilmiş fiziki və psixi təsirlərə məruz qalmışdır. Həmçinin Məhkum əsəb xəstəliyindən əziyyət çəkir və 2008-ci ildən ruhi-əsəb dispanseridə qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in Baş Narkotıklərə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirlərinin nəticəsində müəyyənləşdirilmiş hal və Yasamal RPİ-nin İstintaq Şöbəsi tərəfindən guya sübut edilmişdir ki, Məhkum 26 yanvar 2021-ci il tarixdə saat 04 radələrində ünvan 3 ünvanın qarşısında saxlanıla raq, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş üzərindən hər hansı narkotik vasitə aşkar edilməsə də, daha sonra onun evindən müxtəlif adlarda narkotik vasitələr aşkar edilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas 26 yanvar 2021-ci İl tarixdə DİN-nin BNMİ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat tədbirləri nəticəsində Məhkum kirayə yaşadığı ünvan 4 ünvandan külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin aşkar olunması faktı üzrə toplanmış materiallar olmuşdur. Məhkəmə istintaqında tədqiq olunmuş iş materiallarında olan baxış keçirilməsi və götürülməsi haqqında 26 yanvar 2021-ci il tarixli protokolun məzmunundan aydın olur ki, baxış və götürmə istintaq hərəkəti saat 06:30-dan saat 07:12-dək keçirilmşdir. Həm in protokolun tərtib olunması isə saat 08:45-də başlamış, 09:35-də inzibati binada bitmişdir. Həmçinin məhkəmə istintaqında tədqiq olunmuş CD diskdən aydın olur ki, evə baxışın keçirilməsi ilə bağlı videoçəkiliş mənzilin giriş qapısının Məhkum tərəfindən açıldıqdan sonra başlamamış, əksinə videoçəkiliş evin içərisində dəhlizdən başlamış və növbə ilə digər otaqlarda davam etdirilmişdir. Həmin videoçəkilişdə də təhqiqatçı Vusal Həsənquliyev tərəfindən çəkilişin 06:30-da başlandığını qeyd edir. Daha sonra çəkilişin 07:12-də bitdiyini elan edir. Video diskə baxan zaman çəkilişin qaranlıq şəraitdə aparılması təəssüratı yaransa da dəhlizdə olan zaman görsənən otağın divarlarında və studio mənzilin mətbəx hissəsindəki pəncərədən düşən işıqlardan bəlli olur ki, çəkiliş deyildiyi kimi 26 yanvar 202 1-ci il tarixdə 06:30-da başlayıb, 07:12-də bitməmişdir. Tədqiqatın sonrakı mərhələsində alınan nəticələr də qeyd olunan effektin yazılışdan sonra həyata keçirilmiş redaktənin nəticəsi olduğunu göstərir. Belə ki, videofonoqramın qeydə alındığı faylın struktur analizi faylın yazılışdan sonra təkrarkodlaşmaya məruz qaldığını, faylın strukturunda isə istifadəçinin ad və soyadının (Murad Aslan) qeydə alındığını göstərmişdir. Mütəxəssis rəyini aldıqdan və videoçəkilişdəki görüntünün gündüz saatlarında çəkildiyi aydın olduqdan sonra 26 yanvar 2021-ci il tarixdə Bakı şəhərində Günəşin hansı saatda doğması ilə bağlı məlumatın rəsmi qaydada verilməsinə dair 02 dekabr 2021-ci il tarixdə vəkil sorğusu göndərmişəm. Sorğuya cavab olaraq bildirilmişdir ki, məktubda göstərilən 26 yanvar 2021-ci il tarixi ndə Azərbaycan Respublikasının Bakı şəhərində Günəşin doğması Günəşin doğması və batmasını göstərən cədvələ əsasən saat 07:55-də, işıqlanması isə 07:26-da baş vermişdir. Bu mütəxəssis rəyi və CD iş materiallarına əlavə edilmişdir. İttiham aktından da göründüyü kimi ittiham tərəfinin şahidləri ilə digər tərəfin şahidlərinin ifadələrində ziddiyyət vardır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 və Azər Hüseynov ifadələrində qeyd edir ki, 26 yanvar 2021-ci il tarixdə saat təxminən 3-4 radələrində Məhkum evinin qarşısında saxlamışdılar. Daha sonra Azər Hüseynov həmin vaxt gecə saat 3 radələrində Məhkum taksi çağırdığını və taksini gözlədiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində ifadəsi alınmış taksi sürücüsü X4 bildirmişdir ki, 26 yanvar 2021-ci il tarixdə saat 01 radələrində ünvan 5 ünvandan Qara Qarayev prospekti istiqamətində taksi sifarişi qəbul etdiyini *9933 tətbiqi (proqramı) vasitəsi ilə həmin müştəri danışıb ünvanı dəqiqləşdirdiyini ünvana çatdıqdan sonra yenidən müştəriyə bu barədə məlumat verdiyini bildirmişdir. Eyni zamanda cinayət işi üzrə digər şahid qismində dindirilmiş X7 qeyd etmişdir ki, 26 yanvar 2021-ci il tarixdə saat 01 radələrində Məhkum taksi sifariş verərək gəlib onunla görüşmək istədiyini bildirmiş, lakin Məhkum vəd verdiyi vaxtda gəlməmişdir. Bundan başqa iş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli Məhkum saxlanılan zaman üzərində olan XİAOMİ markalı mobil telefona baxış keçirilməsi barədə protokoldan aydın olur ki, X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə si ilə Məhkum arasında 26 yanvar 2021-ci il tarixdə saat 01:14-da 35 saniyə olmaqla, 01:28-də 02 dəqiqə 12 saniyə telefon danışığı olması öz əksini tapmışdır. Bu hal bir daha Şahid2 və Şahid1 məhkəmə istintaqında düzgün olmayan ifadə verdiklərini təsdiq edir. Bundan başqa iş materiallarından olan məhkəmə istintaqında dindirilmiş şahid ifadələrindən məlum olur ki, təqsirləndirilən şəxs Məhkum 26 yanvar 2021-ci il tarixdə saat 01 radələrində tutulduqdan sonra kirayə yaşadığı mənzilin açarları polis əməkdaşları tərəfindən alınmış və təxminən səhəri gün saat təxminən 12 radələrində onların iştirakı ilə mənzilə baxış keçirilmək üçün gedilmişdir. Həmçinin, cinayət işinin materialları ilə tanış olan zaman Məhkum 26 yanvar 2021-ci il tarixdə saat 04 radələrində kirayə yaşadığı evin həyətində saxla nıldığı göstərilsə də, bu yalandır. Belə ki, Məhkum 26 yanvar 2021-ci il tarixdə saat 01 radələrində taksi sifariş edərək onu həyətdə gözləməsini bildirmişdir. Evdən çıxdıqdan sonra yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq avtomobilə mindirilib aparılmışdır. İs üzrə taksi sürücüsü, binada mağaza işlədən şəxs, təsdiq ediblər ki, Məhkum polis əməkdaşları saat təxminən 01 radələrində saxlayıb aparıblar. Bütün bu hallar telefonların anten dairəsi ilə təsdiq edilir. Cinayət işi üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş dindirilmiş X8 və ifadəsi elan edilərək tədqiq edilmiş X9 öz ifadələrində qeyd etmişlər ki, Vusalı sonuncu dəfə 2021-ci ilin yanvar ayının sonlarında saat 12 radələrində görmüşlər. Belə ki, onlar həyətdə dayanan zaman Vusalı yanında 4-5 nəfər mülki geyimdə şəxs ilə görmüşdür. Məhkum həmin şəxslər ilə kirayə qaldığı binanın blokundan çıxıb və hal-hazırda marka və modelini xatırlamadığı avtomobilə minərək oradan getmişdir. Bir qədər sonra o, Məhkum yanında olan şəxslərin polis əməkdaşı olduğunu və Məhkum tutulduğunu başa düşmüşlər. Burdan aydın olur ki, Məhkum evinə baxış gündüz 12-13 radələrində baş tutmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mar 2023-cü il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələ blərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin ilkin dəlili ondan ibarətdir ki, məhkəmələr cinayət işinin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, nəticədə Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq aşağıda göstərilən səbəblərə görə nəticəyə gəlir ki, məhkəmələr tərəfindən cinayət işi üzrə sübutların tədqiq edilməsi və cinayət işin halların tam, hərtərəfli və obyektiv araşdırılması barədə cinayət-prosessual qanununun tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusu na isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İlk öncə kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum psixi xəstəliyindən əziyyət çəkir və psixi dispanserində qeydiyyatdadır. İbtidai istintaq orqanı Məhkum hər hansı bir psixi pozuntu və xəstəliyin olmasını, olduğu halda isə törətdiyi əməl barəsində onun anlaqlı olub-olmaması müəyyən etmək üçün cinayət işi üzrə ambulator məhkəmə-psixiatrik ekspertizasını təyin etmişdir. Cinayət işinə əlavə edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 iyul 2021-ci il tarixli 1529 №-li rəyindən görünür ki, Məhkum “yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu” aşkar olunur. Ekspert qeyd etmişdir ki, Məhkum aşkar edilən yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dö vründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Rəydə ekspert nəticəyə gəlmişdir ki, Məhkum aşkar edilən yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusunun aşkar edilməsinə baxmayaraq o, ona ittiham olunun əməl barəsində anlaqlı hesab edilməlidir. Digər sübutlarla yanaşı məhkəmələr ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 iyul 2021-ci il tarixli 1529 №-li rəyinə əsasən nəticəyə gəlmişlər ki, Məhkum törətdiyi əməl barəsində anlaqlı olmuş və ona elan edilmiş ittiham üzrə təqsirlidir. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi sübut hesab edilir. Azərbaycan Respublikası CPM-in 265.1-ci maddəsinə əsasən ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər. Həmin Məcəllənin 265.5-ci maddəsinə əsasən şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İş materiallarından görünür ki, iş üzrə ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilmişdir. Ekspertiza rəyindən görünür ki, məhkumun anlaqlılığı ilə bağlı rəy bir ekspert psixiatr tərəfindən verilmişdir. Beləliklə hazırki cinayət işi üzrə ambulator məhkəmə-psixiatrik ekspertizası Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinin kobud pozuntusu ilə aparılmış və həmin ekspertizasının 13 iyul 2021-ci il tarixli rəyi sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi sübutları n əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Göründüyü kimi məhkəmələr məhkumun anlaqlılığı barədə nəticəyə mümkün olmayan, yəni qanun tələblərinin kobud pozuntusu ilə əldə edilmiş ekspertiza rəyi əsasında gəlmişdir. Bununla əlaqədar məhkəmənin gəldiyi bu nəticə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələblərinə görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Lakin məhkəmələr tərəfindən CPM-in 267.2-ci maddəsinin tələblərinə riayət etməmiş, məhkumun anlaqlılığı ilə əlaqədar təkrar məhkəmə-psixiatrik ekspertiza təyin edilməmişdir. Azərbayca n Respublikası CPM-in 416.1.19-cu maddəsinə əsasən məhkəmə bu Məcəllənin 140.0.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə-psixiatriya ekspertizasının keçirilməsini təyin etmədikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya şikayətinin ikinci dəlili Məhkum elan edilmiş ittihamda təqsirinin mötəbər sübutlarla təsdiq olunmaması, lakin məhkəmələr tərəfindən məhkumun təqsirini təsdiq edən sübutların mötəbərliyinə qiymət verilməməsi, müdafiə tərəfinin bu barədə vəsatətlərə baxılmaması ilə əlaqədardır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış, məhkəmə iclasında tədqiq edilmiş sübutları və əlavə sübutların tədqiq ed ilməsi barədə müdafiə tərəfinin vəsatətləri təhlil edərək qeyd edir ki, həmin sübutlarla təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni hər hansı bir konkret şəxsdən alması və ya kiməsə satması, onun tutulanadək narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinməsi barədə hökm yalnız kirayə yaşadığı mənzildə külli miqdarda narkotik vasitələrin və güclü təsir edən maddələrin aşkar edilməsinə əsaslanır. İttihamın əsasını təşkil edən bu hal isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı tərəfindən tərtib edilmiş 26 yanvar 2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokolla müəyyən ol unmuşdur. Təqsirləndirilən şəxsin təqsirini müəyyən edən digər sübutlar isə 26 yanvar 2021-ci il tarixdə axtarışda iştirak etmiş polis əməkdaşlarının həmin istintaq hərəkətlərinin aparılması barədə ifadələri, axtarış və baxış zamanı aşkar edilmiş maddələri barədə ekspertiza rəyi. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir k i, 24 yanvar 2021-ci il tarixdə axşam saatlarında valideynlərinə baş çəkmək üçün dostu ilə birgə Neftçala rayonuna getmişdir. 25 yanvar 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində olan yaşadığı mənzilə gəlmişdir. 26 yanvar 2021-ci il tarixdə təxminən gecə 01 radələrində Günay adlı tanışı ilə görüşmək üçün həyətə düşmüş, belə ki, o, getmək üçün *9933 taksi sifariş vermişdir. Blokun qarşısında onu Azər adlı və digər 3 nəfər polis əməkdaşı onu saxlamış və avtomaşına mindirərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. Orada səhər saatlarında Azər, adını bilmədiyi polis əməkdaşları bir yerdə onu döyməyə başlamışlar. Bunun səbəbini soruşduqda isə Müşviq adlı şəxsin onlara lazım olduğunu və onun yerini deməsini bildirmişlər. Bundan sonr a onun narkotik vasitələrlə əlaqəsi olduğunu bildirmişlər. Saat təxminən 11 radələrində yaşadığı Dadaş Bünyatzadə 10 ünvanına getmişlər, polis əməkdaşları onun kirayə qaldığı evinə narkotik vasitələri və dərmanları yerləşdirmiş və onlar idarəyə qayıtmışlar. Orada müstəntiqin və vəkilin iştirakı ilə yaşadığı mənzilə baxış keçirmək üçün yenidən gedəcəklərini bildirmişlər. O, polis əməkdaşların təzyiqi altında razılıq vermiş və axtarış vaxtı narkotik vasitələr və dərmanları təqdim etmişdir. Mənzilinə baxış keçirilən zaman saat təxminən 13 radələri olmuşdur. Cinayət işinə əlavə edilmiş 26 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Məhkum kirayədə yaşadığı Bakı şəhəri, Dadaş Bünyatzadə küçəsi,10 saylı evin 63 nömrəli mənzilinə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Vusal Həsənquliyev, həmin idarənin əməkdaşları Şahid2 və Şahid1 iştirakları ilə 26 yanvar 2021-ci il tarixdə saat 06:30-dan saat 07:12-dək baxış keçirilmiş, baxış zamanı Məhkum hökmdə göstərilən narkotik vasitələri və güclü təsir edən maddələr təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Məhkum onun yaşadığı evin yanında 26 yanvar 2021-ci il tarixdə saat 04 radələrində saxlanması, onun üzərində axtarış və sonuncunun kirayədə qaldığı mənzilə baxış keçirilməsi barədə 26 yanvar 2021-ci il tarixli protokollarda göstərilən hallara uyğun ifadə verib, ibtidai istintaq zamanı vermiş olduqları ifadələri təsdiq etmişlər. Şahidlər X7 və taksi sürücüsü X4 məhkəmə iclasında Məhkum ifadəsində göstərilən xüsusatları təsdiq edərək onun polis əməkdaşları tərəfindən 26 yanvar 2021-ci il tarixdə saat 01 radələrində tutulmasına dəlalət edən ifadələr vermişlər. Məhkumun, şahidlər G.H.İmanovanın və A.Q.İsmayılovun bu ifadələri həmçinin cinayət işinə əlavə edilmiş onların istifadəsində olan mobil telefon nömrələrinin danışıqları və dislokasiya haqqında mobil operatorların məlumatları ilə təsdiq olunur. Bundan başqa, şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Məhkum səhər saat 10 radələrində mülki geyimdə olan şəxslərlə evin yanında görmüşdür. Həmçinin, cinayət işində olan polis əməkdaşları Şahid2 və Şahid1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrin dislokasiya haqqında mobil operatorların məlumatlarından görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** mobil t elefon nömrəsi 26 yanvar 2021-ci il tarixdə saat 00:44-dan saat 01-dək Məhkum kirayədə yaşadıqı evin yaxılığında, saat 01:51-dən saat 09:42-dək Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının yerləşdiyi yerin yaxınlığında, saat 10-dan saat 10:15-dək və saat 13:25-dən saat 13:28-dək isə yenidən Məhkum kirayədə yaşadıqı evin yaxılığında yerləşən antenlərin dairəsində qeydiyyatda olmuş, Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi isə 26 yanvar 2021-ci il tarixdə saat 01-də Məhkum kirayədə yaşadıqı evin küçəsində yerləşən anten dairəsində olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şahidlər X4, X7 və X5 ifadələri, habelə işdə olan mobil operatorların A.Q.İsmayılovun, G.H.İmanovanın, Şahid1 və Şahid2 istifadəsində olan mobil telefon nömrələrinin danışıqlar və dislokas iya haqqında məlumatları ilə uzlaşır və məhkumun təqsiri müəyyən edən polis əməkdaşları Şahid1 və Şahid2 ifadəsi ilə ziddiyyətlər təşkil edir. Belə olan halda Müdafiəçi birinci instansiya məhkəməsində həmin ziddiyyətlərin aradan qaldırılması üçün polis əməkdaşları Şahid1 və Şahid2 məhkəmə iclasında əlavə dindirilməsi barədə vəsatət qaldırmışdır. Lakin birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan həmin vəsatəti təmin etməmişdir. Bundan başqa, müdafiəçi kassasiya şikayətində məhkumun ifadəsinə və digər sübutlara istinadən qeyd etmişdir ki, məhkumun kirayə qaldığı mənzildə baxış protokolda qeyd edildiyi kimi günün qaranlıq vaxtı deyil, gündüz vaxtı keçirilmiş, lakin istintaq orqanı tərəfindən baxışın sutkanın qaranlıq vaxtında keçirilməsi barədə görüntünü yaratmaq üçün baxışı n videoçəkilişə müdaxilə edilərək qaranlıq fonu yaradılmışdır. Həmin dəlili əsaslandırmaq üçün müdafiəçi məhkəməyə Müstəqil Ekspertiza Mərkəzinin mütəxəssisi tərəfindən 26 yanvar 2021-ci il tarixdə keçirilmiş baxışın videoçəkilişi üzrə verilmiş 18 noyabr 2021-ci il tarixli rəyi təqdim etmiş, həmin rəyin sübut qismində cinayət işinə əlavə edilməsi və müdaxilənin olub-olmaması müəyyən etmək üçün müvafiq ekspertiza təyin edilməsi barədə vəsatət qaldırmışdır. Birinci instansiya məhkəməsi mütəxəssisin rəyinin cinayət işinə əlavə edilməsi və yekun qərarda ona qiymət verilməsi barədə qərar qəbul etsə də, cinayət işinə əlavə edilmiş CD diskdə olan videoçəkilişlə əlaqədar müvafiq ekspertizanın təyin edilməsi barədə vəsatətlə bağlı heç bir qərar qəbul etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, işdə olan məhkumun üzərində axtarış aparılması və onun yaşadığı mənzildə baxış keçirilməsi barədə protokollardan və həmin istintaq hərəkətlərinin videçəkilişlərini əks etdirən CD disklərdə olan fayllardan görünür ki, hər iki videoçəkiliş 26 yanvar 2021-ci il tarixdə sutkanın qaranlıq vaxtı – axtarış saat 05:30-dan saat 05:40-dək, baxış isə saat 06:30-dan saat 07:12-dək eyni texniki vasitə “Soni” markalı videokamera ilə eyni şəxs – Şahid1 tərəfindən binalarda, yəni xidməti otaqda və mənzildə aparılmışdır. Axtarışın aparılması barədə videoçəkiliş işiqlıdır və aydın görünür, mənzilə baxış keçirilməsi barədə videoçəkiliş isə qaranlıq olduğundan aydın görünmür. Bundan başqa, qeyd edilməlidir ki, hər iki istintaq hərəkəti eyni tarixdə, yəni 26 yanvar 2021-ci il tarixdə keçirilsə d ə, onların çəkilişi barədə faylların yaratma tarixləri fərqlidir. Belə ki, axtarışın videoçəkiliş faylı 26 yanvar 2021-ci il tarixdə yaradılmış, baxışın videoçəkiliş faylı isə 27 oktyabr 2021-ci il tarixdə yaradılmışdır. Qeyd edilməlidir ki, cinayət işinə əlavə edilmiş baxış protokolundan görünür ki, müstəntiq CD diskdə olan mənzilə baxış keçirilməsi barədə videoçəkilişə 10 fevral 2021ci il tarixdə, yəni həmin faylın yaradılmasından əvvəl baxış keçirmişdir. Göründüyü kimi müdafiə tərəfi məhkuma qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən mənzilə baxış keçirilməsi barədə protokolla və polis əməkdaşlarının ifadələri ilə olan ziddiyyətlərin və şübhələrin araşdırılması barədə məhkəmədə vəsatətlər vermişdir. Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə ə sasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq, hesab edir ki, müdafiəçi tərəfindən qaldırılmış vəsatət cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldilmiş vəsatətlər olduğundan birinci instansiya məhkəməsi tərəfindən onun əsaslandırmadan rədd edilməsi CPM-in 121.2-ci maddə sinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli № 15 qərarının 14-cü bəndində də məhkəmələrə izah olunmuşdur ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Analoji məsələlər təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi hökmdən verilmiş apellyasiya şikayətində qaldırılmış və şikayətə istintaq aparılmaqla baxılması barədə xahiş olunmuşdur. Göründüyü kimi məhkəmələr Azərbaycan Respublikası CPM-in 121.2-ci maddəsinin tələblərinə riayət etməyərək təqsirləndirilən şəxsin təqsirini müəyyən edən sübutların tədqiq edilməsi və yoxlamasına dair Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələri ilə üzərilərinə qoyulmuş vəzifə yerinə yetirməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına əməl etməmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə ic raatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Beləliklə məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilərkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Birinci instansiyası məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş və xahiş edilmişdir ki, hökm ləğv edilsin və cinayət işi üzrə sübutlar araşdırılsın. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır k i, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti üzrə işə baxarkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı ma ddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqi liyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəz li” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinin əsasız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edi r. Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.19-cu maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, bu Məcəllənin 140.0.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə-psixiatriya ekspertizasının keçirilməsini təyin etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2023-cü il tarixli Məhkum barəsin dəki qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.19 və 419.10.2 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-34/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-34/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver