Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-34/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlu katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, Məhkum - Məhkum, Müdafiəçi - Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olun ması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-112/2024 saylı, 4 mart 2024-cü il tarixli (X12 (sədrlik edən və məruzəçi), Cavid Səfərli və müşviq Məmmədov) hökmü ilə xx xxxx 1993-cü ildə Lənkəran rayonu, Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məkum olunmamış, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, hal hazırda Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilmişdir. Həmin hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-476/2024 saylı, 31 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: Əhmədov İsmayıl Həmid oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X9 ibarət tərkibdə) apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2024-cü il tarixli 1(099)-112/2024 saylı hökmü Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1- ci maddəsi ilə təqsirli bilinərə k ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 29 mart 2023-cü il tarixdən 04 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 11 ay 5 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növdə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəza çəkmə müddətinin başlanğıcının 31 may 2024-cü il tarixdən hesablanması, Məhkum dərhal məhkəmə zalından həbs edilməsi hökm edilmişdir. İşin halları: Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, ibtidai istintaq orqanının qənaətinə görə o, 2023cü i lin mart ayının sonlarında Lənkəran rayonunda istintaqla müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi olmadan öz istifadəsi üçün qanunsuz olaraq 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 11,259 qram olub külli miqdar təşkil edən ağ rəngli, kristal formada olan psixotrop maddə metamfetamini əldə edərək, həmin psixotrop maddə metamfetamini qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 29 mart 2023cü il tarixdə saat 18:00-də keçirdikləri əməliyyat tədbirləri zamanı Lənkəran rayonu, Sütəmurdov kəndində piyada hərəkət edərkən saxlanılaraq ünvan 1 ünvanında yeləşən polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə psixotrop maddə metamfetamin əyni ndə olmuş göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkum qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin birinci instansiya məhkəməsində sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 kassasiya şikayətlərində göstərmişlər ki, Məhkum məhkəmədə verdiyi ifadəsi əsasında onun üzərində psixotrop maddə olan metanfetamin daşımasının sübuta yetirilmədiyinin hesabedilməsini düzgün hesab etməmiş, bunu Məhkum birinciinstansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən fərqli olaraqibtidai ist intaq zamanı özünü təqsirli biməsi ilə əsaslandırmağa çalışmışdır. Hörmətli Məhkəmə Kollegiyasınin diqqətinə çatdırmaq istəyirəm ki, müdafəçisiolduğum Məhkum istər ibtidai istintaq (xx.xx.2023 -cü il ve xx.xx.2023-cü il tarixli ifadələrində) istərsə də məhkəmə istintaqları zamanı özünü ona elan olunmuş ittihamlarda göstərilən cinayət əməllərini törətməkdə heç vaxt təqsirli bilməmişdir. (Bu fakt Şirvan Apellyasiya Məhkəməsinin qeyd olunan məhkəməkollegiyasının işlə tanış olmamağının, onu mənimsəməməsinin bariz göstəricisidir) Belə ki, ibtidai (xx.xx.2023-cü il tarixli ifadəsində, xx.xx.2023-cü il tarixliüzləşmədəki ifadələrində) və məhkəmə istintaqlarında dindirmə zamanı RzazadəKamran Rafiq oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək qeyd olunanpsixotrop maddənin ona məxsus ol madığını, ümumiyyətlə heç vaxt narkotik vasitə və psixotrop maddə tapmadığını, əldə etmədiyini, üzərində saxlamadığını, qəbul etmədiyini,narkotik vasitə və psixotrop maddələrin ad və növləri haqqında məlumatı olmadığınibildirərək həmin maddəni xx.xx.2023-cü il saat 20-21 radələrində sonradan adını bildiyiCeyhun adlı polis əməkdaşının aşağıda qeyd etdiyi şərhi yazdığına görə onsuzda həbsediləcəyini əsas gətirərək Lənkəran rayon polis şöbəsinin inzibati binasında "pati” adı ilə ona təqdim edib həmin maddənin ona məxsus olduğunu boynuna götürməyi, əks təqdirdəisə 1 kq "patını" yaşadıqları evdən çıxaracaqlarını bildirdiyindən, o ailəsinin başına bir işgələcəyindən qorxaraq psixoloji təsir altında Ceyhun adlı polis əməkdaşının (LənkəranŞRPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1) əvvəlcədən de diyi və planlaşdırdıqları kimi videoçəkiliş zamanı Ceyhunun ona "pati" adı iləqabaqcadan verdiyi bükümü şalvarının cibindən çıxararaq, onu xx.xx.2023-cü ildə, saat 10radələrində Sütəmurdov kəndində küçədə (digər ifadəsində çay qırağında kəzərkən tapdığını- nə təhqiqat nə də ki, istintaq buna aydınlıq gətirməyib) tapıb üzərində gəzdirdiyini bildirmişdir. Müdafiəçisi olduğum Məhkum ibtidai istintaqa və məhkəməyəvermiş olduğu ifadələrində və onunla görüşümüz zamanı Lənkəran Rayon Polis Şöbəsinəgətirilməsinin əsil səbəbini izah edərək bildirmişdir ki, xx.xx.2023-cü ildə hörmətli millətvəkilmiz Fazil Mustafaya sui-qəsd ediləndə az sonra onun müxalifətdə olduğunu güman etdiyindən adına olan ***-***-**-** saylı nömrəsi olan "Samsunq galaxy a51" markalımobil telefonunun «Facebook» səhifəsində "kim edibsə yaxşı edib" şərhini yazdığına görəxx.xx.2023-cü il gecə saat 02-30 radələrində sonradan adını bildiy, Lənkəran rayon Polis şöbəsinin CABnin rəisi Şahid4, CAB-nin əməliyyat müvəkkili Şahid5 birqrup polis əməkdaşları ilə birlikdə post patrul və ağ rəngli sedan tipli avtomobillərlə onun yaşadığı Sütəmurdov kəndindəki evlərinə gələrək onu həmin vaxt adına olan yuxarıdanömrəsi və markası göstərilən mobil telfonu ilə birlikdə ev paltarında rayon polis şöbəsinininzibati binasına aparmışlar. Polis əməkdaşlarının xx.xx.2023-cü il tarixdə gecə saat 02- 30-da Məhkum yaşadığı, atası Rafiq Rzayev məxsus evə gəlib həyət darvazasının bağlı olması səbəbindən darvazanın üstündən aşıb həyətə daxil olarkən darvaza üzərində polis əməkdaşının çəkməsinin qoyduğu izin, polis əməkdaşının uniforması olan ç əkmənin və darvazanın içəridən zəncirlə bağlandığı halqanı qırmaqla qapını açmalarınıözündə əks etdirən foto və video görüntülər, habelə polis əməkdaşlarının Məhkum həmin vaxt evdən götürüb polis şöbəsinə apararkən Məhkum ifadələrindəqeyd etdiy post patrul və ağ rəngli sedan tipli minik maşınının xx.xx.2023-cü il tarixde gecə saat 02-43-də yaşadığı Sütəmurdov kəndindəki ticarət obyektlərindən birininmüşahidə kamersına düşmüş foto ve video görüntülərin əks olunduğu FLASH kart,disk və fotoşəkillər ibtidai istintaqa və məhkəməyə təqdim olunub. Məhkum onu da bildirmişdir ki, polis şöbəsində Şahid4 ona "sən dövlətçiliyə qarşı çıxmış, millət vəkili Fazil Mustafaya qəsd edəni dəstəkləmiş,«Facebook» səhifəndə sui-qəsd edənlərə "kim edibsə yaxşı edib" şərhini yazmısan İfadəsini söylədikdən sonra o, şöbəyə gətirilməsinin səbəbini bilmiş, Şahid4yuxarıda qeyd etdiyi səbəbdən ondan xoşu gəlmədiyi üçün belə bir şərh yazdığını, az sonra isə polis şöbəsinə gəlib onun şöbəyə gətirilməsinin səbəbini bilib əsəbindən ona biriki şillə vurub Fazil Mustafanın onun tələbə yoldaşı olduğunu ona söyləyən atası Rafiq Rzayevə bunu bilmədiyini və əməlindən peşman olduğunu söyləmişdir. Məhkum onu da bildirmişdir ki, xx.xx.2023-cü ildə gecə saat 03 radələrindən həmin gün saat 13-ə kimi polis şöbəsinin inzibati binasında saxlanılmış,saat 10-11 radələrində polis şöbəsi rəisinin qəbulundan çıxarkən həmin vaxt qəbula gəlmişatası Rafiq Rzayevlə görüşmüş, qeyd olunan vaxt atasının ona eve qayımaq məqsədi ilə 3 verdiyi 16 manat pulu almaqla yanaşı evdən gətirdiyi göy rəngli cins şalvarını və göy rəngliuzunqol kö ynəyini əynində olmuş nimdaş ev paltarları ilə dəyişmiş, saat 13 radələrindəondan iltizam alıb evə buraxsalar da adına olan ***-***-**-** saylı nömrəsi olan"Samsunq galaxy a51" markalı mobil telefonunu ona qaytarmamışlar. Qeyd olunan mobil telefon hazıra kimi ona və yaxınlarına qaytarılmamışdır. Mobil telfonu hazira kim irayon polis şöbəsində saxlanılır. Onu da qeyd etmək istəyirəm ki, xx.xx.2023-cü il saat 13-də Məhkum polis şöbəsindən buraxdıqlarından sonra onun piyada evə gələrkən saat13-43-də qonşuları X10 ilə görüşüb gecə polis əməkdaşlarının nə səbəbə olara gəlməsi barədə söhbət etmələri Sütəmurdov kəndindəki ticarət obyektlərininbirinin müşahidə kamersına düşmüş, həmin video görüntünün əks olunduğu FLASH kart,disk və fotoşəkillər ibtidai istintaqa və məhkəməyə təqdim olunmuşdur. M əhkum ifadəsində onu da bildirmişdir ki, o, xx.xx.2023cü ildə saat 14-denhəmin gün saat 16-05 dəqiqəyə kimi yaşadığı Sütəmurdov kəndindəki evlərində olmuş,onun polis şöbəsinə gətirilməsi barədə atası Rafiq Rzayevə əməliyyat müvəkkili RuslanMiriyev tərəfindən olunan zənglə əladədar atasının onu maşınla götürüb polis şöbəsinəgətirməsi barədə əmisi Fəxrəddin Rzayevə verdiyi tapşırığa uyğun olaraq əmisi Fəxrəddin(Tofiq) Rzayev saat 16-03 dəqiqədə onun yaşadığı evə gələrək onu idarə etdiyi VAZ 2106markalı, qəhvəyi rəngli, ** BK *** dövlət nömrə nişanlı avtomobili ilə rayon polis şöbəsininqarşısına gətirmiş,( Fəxrəddin Rzayevin idarə etdiyi qeyd olunan markalı avtomaşınlaMəhkum xx.xx.2023-cü ildə polis şöbəsinə apararkən saat 16-10-da Sütəmurdovkəndindəki ticarət obyektlərinin müşahidə kamersına düşmüş avtomaşınınin videogörüntülərinin əks olunduğu FLASH kart disk və fotoşəkillər istintaqa və məhkəməyətəqdim olunub) həmin vaxt onları polis şöbəsinin qarşısında gözləyən atası ilə birlikdəsaat 16-25-də polis şöbəsinin inzibati binasına qalxaraq CAB-nin rəisi Şahid4iş otağına daxil olmuşlar. Qeyd olunan vaxt atası X19 Mirzəyevdən onun ue seqeqe təkrar çağırıldığını soruşmuş, Şahid4 ona araşdırma aparıldığını,narahat olmamağını bildirərək getməsini məsləhət bilmişdir. O həmçinin bidirmişdir ki, atası təqribən 5-10 dəqiqədə sonra Şahid4 işotağını tərk edib getsə də o həmin vaxtdan, yəni xx.xx.2023-cü il saat 16-25-dən xx.xx.2023-cü il saat təqribən 19 radələrinədək, yəni sanksiya ilə əlaqədar rayonməhkəməsinin inzibati binasına aparılanədək rayon polis şöbsinin inzibati binasındasaxla nılmış, bu müddətdə şöbənin inzibati binasını tərk etməmişdir. Bu səbəbdən polisşöbəsinin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1oğiunun, CABnin əməliyyat müvəkkili polis baş leytenantı X5, PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 onu güyaxx.xx.2023-cü il tarixdə saat 18-00 radələrində Sütəmurdov kəndində narkotik vepsixotrop maddələrin satışında şübhəli şəxs kimi saxlamaları və rayon polis şöbəsinəgətirmələri barədə tərtib etmiş olduqları raport və protokollar hesab edirik ki, saxtaolmaqla xüsusi araşdırma tələb edir. Apellyasiya İnstansiyası Məhkəməsi müdafiəçisi olduğumuz Məhkum məkəmədə verdiyi ifadəsində göstərdikləri faktların işdə olan ibtidai istintaqın ilkinmərhələsində verdiyi izahat və ifadələri,(29-xx.xx.2023-cü il tarixli) " Şəxsi axtarışkeçirilməsi haqqında poto kol" la təkzib olduğunu qeyd etsə də Məhkum ibtidaiistintaqda verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində, xx.xx.2023-cü il tarixli üzləşdirməprotokollarında göstərdikləri faktlara nədənsə toxunmamış, həmin ifadələrdəgöstərilən faktlara hüquqi qiymət verməmiş. Məhkumn həmin izahat və ifadələrinpsixoloji təziq və hədə qorxu, aldatma yolu ilə alınmasına, onun özünə qarşıetirafedici ifadələr vermək məcburiyyətində qalmasına nədənsə toxunmamış, qeydolunan izahat və ifadələrin işdə olan digər sübutların məcmusu ilə təsdiq edilmədiyinəəhəmiyyət verməmiş, qərarını işdə olan saxta raport ve protokolla əsaslandırmağaçalışmışdır. Bu faktın özü ədalət mühakiməsinin prinsiplərinə -işin tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinə tam ziddir və qeyd olunan iş üzrə hökmün ləğv4 edilməsinin əsası kimi qəbul edilməlidir.(iş üzrə ibtidai istintaq zamanı verilmiş izahatvə ifadələr əsas götürüləcəkdisə bəs onda ədalət mühakiməsi -məhkəmə istintaqı nə üçündür ?....). Belə ki, Məhkum iş üzrə ilkin izahatı alınarkən və şübhəli şəxs kimidindirilərkən, habelə ilk dəfə ona elan olunmuş ittihamın mahiyyəti üzrə ifadə verərkən(xx.xx.2023-cü il tarixli) özünü ona elan olunmuş ittihamda təqsirli bilmədiyi halda (CPM-nin müvafiq maddəsinə əsasən o ittihama münasibətini öz dəsti xətti ilə ifadəsində qeyd etməklə bildirməli idi) psixoloji təsir altında vermiş olduğu izahat və ifadələrinde )hətda sanksiya zamanı məhkəməyə vermiş olduğu ifadəsində) Ceyhun adlı polisəməkdaşının (Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1) Lənkəran rayon polis şöbəsinin inzibati binasında "pati" adı ilə ona təqdimetdiyi qeyd olunan psixotrop maddəni onun əvvəlcədən dediyi və planlaşdırdıqları kimi güya xx.xx.2023-cü il saat 10 radələrində Sütəmurdov kəndində küçədə, digər ifadəsində isə cay qırağında gəzərkən tapdığını və həmin maddənin onda maraq doğurmasİsəbəbindən götürüb üstündə gəzdirməsini, həmin maddənin satışı ilə məşğul olmadığınıvə istifadəçisi olmadığını bildirsə də iş ürə istintaq aparan müstəntiq bu xüsusata diqqət yetirməmiş və müvafiq suallar verməklə həmin xüsusatlara aydınlıqgətirməmişdir. Cinayət işinin istintaq materialarından göründüyü kimi qeyd olunan cinayət işi fakta görə xx.xx.2023-cü il tarxdə saat 10-00-da başlanmış və həmin vaxt müstəntiq Sərxan Rzayev işi icraatına qəbul edərək istintaq aparmışdır. Belə olan halda müstəntqS.Rzayevin Məhkum hələ cinayət işi başla nana qədər hansı əsasla xx.xx.2023-cü il saat 09-45-dəşübhəli şəxs kimi dindirməsi sual doğurur? Bundan başqa təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında xx.xx.2023-cü iltarixli qərarda ittihamın elan edildiyi saata dəyişklik edilərək saat 10-00 müvafiq olaraq saat 1200 kimi və təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda dindirmə saatına dəyişiklik edilərək dindirmənin başlama tarixi 10-20-dən saat 12-20-yə, bitirmə tarixi isə saat 10-45-dən saat 12-45-ə dəyişdirilmiş, qeyd olunan ifadədə Məhkum doğum tarixi xx.xx.1993-cü il olduğu halda xx.xx.1982-ci il, ailəvəziyyəti isə subay olduğu halda evli kimi qeyd olunmuşdur. Bu faktların özü işin nə qədər saxta olmasının barizgöstəricisidir. (Bax cinayət işi materiallarına) İstintaq materiallarına əlav ə olunmuş Məhkum izahatından,onun şübhəli şəxs və təqsirləndirilən şəxs kimi ilkin dindirmə protokollarından (xx.xx.2023-cü il tarixlipotokollar) göründüyü kimi Məhkum adından yazılmış ifadələr cümləbəcümlə,nöqtəbənöqtə (həttda orfoqrafik səhvlər də daxil olmaqla) digər ifadələrə köçürülmüş,ifadələrə digər əlavələr edilməmişdir. Maraqlıdır ki, dövlət hesabına təyin edilmiş mdafiəçidə göstərilən xüsusatlara heç bir reaksiya verməmişdir. Həmin hal bir daha təsdiq edir ki, həmin ifadələr həqiqəti əks etdirməməklə formal olaraq yazılmış və imza etdirilmişdir. Bu faktların özü hüquqlqrını müdafiə etdiyim Məhkum müdafiə hüququnun pozulması kimi diymətləndirilməli idi və haqlı olaraq birinci instansiyaməhkəməsinin məhkəmə kollegiyasi tərəfindən qiymətləndirildi də. Məhz yuxarıda göstərilən səbəbl ərdən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Məhkəmə Kollegiyası iş üzrə çıxarmış olduğu əsaslandırılmış hökmündə istintaq hərəkətlərinin formal xarakter daşıması və Cinayət Prosesual Məcəlləsinin tələblərinə uyğun şəkildə icra edilməməsi qərarına gəlmiş, iş üzrə obyektiv həqiqəti əks etdirən qərar qəbul etmişdir. Belə ki, məhkəmə tərkibi Məhkum ibtidai araşdırma və istintaq zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə münasibət bildirərək qeyd etmişdir ki, Cinayət Prosesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törəməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün subutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, təqsirləndirilən şəxsin etirafedici ifadələri bi r sübut kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə 5 sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhz bu səbəbdən məhkəmə tərkibi haqlı olaraq KamranRzazadənin məhkəməyədək icraat zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini (xx.xx.2023-cü il tarixli) mötəbər sübut kimi qəbuletməmiş, onları sübutlar siyahısından çıxarmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyas! hökmündə RzazadəKamran Rafiq oğlunun CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi "şəxs axtarış keçirilməsi haqqında"" protokolu, həmin protokola əlavə edilmişvideo çəkiliş və şahid ifadələti ilə kifayət qədər sübuta yetirilməsini göstərmişdir. Hök mdə göstərilən həmin xüsusatlara münasibətdə bildirmək istəyirəm ki,müdafiəçisi olduğum Məhkum bildirdiyinə görə həmin maddəni xx.xx.2023-cü il saat 20-21 radələrində sonradan adını bildiyi Ceyhun adlı polis əməkdaşınınLənkəran rayon polis şöbəsinin inzibati binasında "pati" adı ilə ona təqdim edib həminmaddənin ona məxsus olduğunu boynuna götürməyi, əks təqdirdə isə 1 kq "patını"yaşadıqları evdən çıxaracaqlarını bildirdiyindən, o ailəsinin başına bir iş gələcəyindənqorxaraq psixoloji təsir altında Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkiliŞahid1 əvvəlcədən dediyi və planlaşdırdıqları kimivideoçəkiliş zamanı Ceyhunun ona "pati" adı ilə qabaqcadan verdiyi bükümü şalvarınıncibindən şıxararaq, onu xx.xx.2023-cü ildə, saat 10 radələrində Sütəmurdov kəndindəküçədə tapıb üzərində gəzdirdiyin bildirmişdir. Qeyd olunan həmin psixotrop maddəni xx.xx.2023-cü il saat 20-21 radələrində Lənkəran rayon polis şöbəsinin inzibati binasında "pati" adı ilə ona təqdim edib həmin maddənin ona məxsus olduğunu boynuna götürməyi, əks təqdirdə isə 1 kq "patını"yaşadıqları evdən çıxaracaqlarını ona bildirməsini Məhkum Lənkəran ŞRPŞ-nin CАВnin əməliyyat müvəkkili Şahid1 ilə üşləşməsində onun üzünə belə demiş, C. Cahangirzadə həmin fakta qarşı əsaslı dəlillər gətirə bilməmişdir. Məhkum şəxsi axtarış zamanı psixoloji gərginlik və təzyiq altında olmasınımüəyyən etmək üçün həm vaxt çəkilmiş videogörüntüyə baxmaq ve onun etdiyihərəkərlərə diqqət etmək (Məhkum qeyd olunan bükümü cibindən çıxarıbtəhqiqatçıya verdikdən sonra təhqiqatçının masanın üzərinə qoyduğu həmin kütləyəəyilərək diqqət və maraqla b axmasl) kifayət edir. Bundan başqa şəxsi axtarışın keçirilməsi haqqında tərtb olunmuş protokolda və həmin vaxt çəkilmiş videogörüntüdə təhqiqatçı Məhkum üzərinə baxışın xx.xx.2023-cü il saat 18-20-də keçirilməsini qeyd və elan etmiş olsa da faktiki olaraqşəxsi axtarış xx.xx.2023-cü il saat 21-11-də keçirilmiş və həmin vaxt video çəkilişaparılmışdır. Bu fakt video görüntünün yaranma tarixi və saatında özünün tam əksinitapib. Bundan başqa videoçəkiliş aparılan otağın pəncərəsindən havanın qaranlıqgörsənməsi də bu faktı bir daha təsdiq edir. Bu faktları Məhkum və ittiham tərəfini təmsil edən iş üzrə məhkəmədə şahid kimi dindirilən, saxta "əməliyyat qrupunun" üzvü, Lənkəran rayon Polisşöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 da ifadələrində təsdiq etsələrdə, ittiham tərəfi göstər diyim faktı təkzib edən heç bir sübuttəqdim edə bilməmişdir. Bundan başqa video çəkiliş zaman Məhkumin güya "cibindən çıxarıb" təhqiqata təqdim etdiyi kütlə iştirakçıların iştirakı ilə açılmır, onun neçə hissədən ibarət olması təsvir olunmur, xarakrerik əlamətləri sadalanmır. Həmin vaxt işdə iştirak edeu müdafiəçi F.Əmənullayev qeyd olunan xüsusatlara (şəxsi axtarışın keçirilməsi saatına)münasibət bildirməmiş, Məhkum prosses başlanmazdan əvvəl onunla konfidensialgörüş keçirməsini təklif etməmiş, təhqiqatçıya şübhəli şəxsə hüquq və vəzifələrini izah etməməyi nöqsan tutmamış, ona iş üzrə həqiqəti bildirməsini teklif etməmiş, sadəcə seyirçi mövqe tutataq işini təqdim oluumuş seuədləri imzalamaqla bitirmiş hesab etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən müdafiəçilər Şirvan Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 31 may 2024-cü il tarixli hökmünün ləğv edilərək bəraət verici əsaslarla xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə Məhkum istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi müba hisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əs aslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərkən CPM-in 144-145-ci maddələrinin tə ləblərinə riayət etməyərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş, şahid ifadələrində və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə qeyd edilmişdir ki, məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunm asında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Məhkum bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Məhkum isti ntaqın sonrakı mərhələsində ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, 28 mart 2023-cü il gecə saat 02:30 radələrində yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində olan zaman fərdi yaşayış evinin darvazasından bir neçə şəxsin həyətə daxil olaraq evin qapısının bərkdən çırpıldığını eşitmişdir. Qapının yan hissəsində olan pəncərədən çölə baxdıqda bir qrup mülki və polis formasında olan şəxsin həyətdə olduğunu görmüşdür. Evin qapısını açdıqda, mülki formada olan şəxslərdən biri ona Məhkum kim olduğunu soruşduqda o, özünü təqdim etmişdir. Polis əməkdaşları ona istifadə etdiyi mobil telefonla birlikdə Polis şöbəsinə gəlməyini və müvafiq araşdırmaların aparılmasının zəruriliyinin olduğunu bildirmişlər. O da polis əməkdşaları ilə birgə rayon polis şöbəsinə gəlmişdir. Həmin günü ona Mil li Məclisin deputatı Fazil Mustafa haqqında sosial şəbəkədə mənfi rəy yazdığını bildirmişlər, bu əsəsla o, səhərə kimi polis şöbəsninin inzibati otağının birində saxlanmışdır. Səhəri gün, yəni 29 mart tarixdə saat 13 radələrində saxlanıldığı otaqda tanımadığı polis işçisi ondan başqa yerə getməmək və çağırışa dərhal gəlmək haqqında iltizam alaraq onu evə buraxmışdır. Lakin mobil telefonu polis şöbəsində qalmışdır. Polis şöbəsinin inzibati binasından çıxdıqdan sonra piyada yaşadığı evə getdiyi zaman Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən «Xəzər Lənkəran» futbol klubuna məxsus olmuş stadionun giriş hissəsnin yaxınlığında yerləşən kənd təsərrüfat təyinatlı dükanın qarşısından keçən zaman həmin dükanda satıcı işləyən qonşusu X10 onunla salamlaşıb söhbətləşmişdir 29 mart 2023-cü tarixdə o nu yenidən polis şöbəsinə çağırdıqları üçün saat 16:30-da atası polis şöbəsinin inzibati otağına daxil olduğunu və saxlanıldığını bildirmişdir. Sonradan adını Ceyhun kimi bildiyi şəxs ona tutulacağını və ona bir bükümdə bağlama göstərib «patı» olduğunu ona məxsus olduğunu və boyununa götürməyəcəyi təqdirdə isə 1 kq «patını» yaşadığı evdən çıxaracaqlarını bildirmişlər. O da razılaşmışdır. O, üzərində axtarış aparılması ilə bağlı videoçəkiliş keçirilən zaman həmin bükümü 29 mart 2023-cü il tarixdə saat 10 radələrində çay kənarında gəzərkən tapıb cibinə qoymağını rayon polis şöbəsində üzərinə keçirilmiş şəxsi xatarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tapdığını bildirmişdir. Halbuki, təqsirləndirilən şəxsin atası X15 Rzazadənin 29 mart 2023-cü il tarixdə saat 02:33-d ə Lənkəran rayonu, Sütəmurdov kəndində yaşadıqları evdən Lənkəran ŞRPŞ-nin əməkdaşları Şahid4, Şahid5 və digərləri tərəfindən ŞRPŞ-yə aparılması, polis şöbəsinə gedərək oğlunun hansı səbəbdən saxlanılmasını soruşduqda əməliyyat müvəkkili Şahid5 28 mart 2023-cü il tarixdə millət vəkili Fazil Mustafaya sui-qəsd olunduqdan sonra Məhkum həmin hadisə ilə bağlı sosial şəbəkədə yayılmış məlumatın şərh hissəsində «kim edibsə yaxşı edib» şərhini yazıdığını bildirməsi, verdiyi göy rəngli cins şalvarı və göy rəngli uzun qol köynəyi Məhkum ŞRPŞ-də əyninə geyinməsi, Məhkum 29 mart 2023-cü il tarixdə saat 13 radələrində ŞRPŞ-dən yaşadığı evə buraxılması, Məhkum saat 13:41-dən saat 13:44-dək Sütəmurdov kəndinin ticarət obyeklərinin video kameralarında əks olunması, yolda olarkən Xanlar Nəzərov ilə görü şməsi, 29 mart 2023-cü il tarixdə saat 15:57-də polis zabiti Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***-***-**** nömrəsinə zəng edərək Məhkum ŞRPŞ-yə aparılmasını bildirməsi, Məhkum əmisi Fəxrəddin Rzayev istifadəsində olan «Vaz-2106» markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə Məhkum ŞRPŞ-yə apararaq təhvil verməsi, bundan sonra Məhkum ŞRPŞ-dən sərbəst buraxılmaması, guya Məhkum ŞRPŞ-nin əməkdaşlarının 29 mart 2023-cü il tarixdə saat 18:00-də keçirdikləri əməliyyat tədbirləri zamanı Lənkəran rayonu, Sütəmurdov kəndində piyada hərəkət edərkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda-11,259 qram psixotrop maddə metamfetamin əynində olmuş göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülməsinin sənədləşdirilməsi, Məhkum yaşadığı evdən 1 kq narkotik vasitə çıxarılacağı ilə hədələnərək təzyiq olunması nəticəsində etiraf edici izahat və ifadələr alınması barədə dəlilləri, habelə ibtidai araşdırmanın aparılması zamanı kobud qanun pozuntularına yol verilməsi halları araşdırılmamışdır. Həmin ərizəni ibtidai araşdırmaya prosessual rəhbərliyi həayat keçirən prokuror 08 iyun 2023-cü il tarixli, 436Ş-2023 nömrəli məktubu ilə cinayət işinə əlavə edilməklə, ərizədə göstərilən xüsusatlar araşdırılmaqla, obyektiv ibtidai istintaq aparılmasından ötrü Lənkəran ŞRPŞ-yə göndərilmişdir. Hansıkı Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqı nda fiziki şəxs tərəfindən daxil olmuş məlumatı dərhal qeydə almaq və ona baxmaq, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək hərəkətlərini yerinə yetirməli idi. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə təqsirləndirilən şəxs Məhkum məhkəmədə verdiyi ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Belə ki, istintaq orqanı tərəfindən təqdim edilmiş cinayət işinin 97-126-ci səhifəsində olan ərizə, disk, telefon məlumatları, o cümlədən məhkəmə istintaqı zamanı alınmış şahid ifadələri və digər sənədlər ilə müəyyən edilmişdir ki, Məhkum 29 mart 2023-cü il tarixdə saat 02: 30 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində yaşadığı evdən Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış, saat 13 radələrində ŞRPŞ-dən yaşadığı evə buraxılmış, əməliyyat müvəkkili Şahid5 çağırması əsasında əmisi Fəxrəddin Rzayev tərəfindən saat 16 radələrində ŞRPŞ-yə aparılaraq təhvil verilmiş, ŞRPŞ-də Məhkum saat 18:00- da Lənkəran rayonu, Sütəmurdov kəndində piyada hərəkət edərkən saxlanılması sənədləşdirilmişdir. Cinayət işinin 101-ci səhifəsində olan disk və 121-126-ci səhifələrində olan fotoşəkillər ilə müəyyən olunur ki, Məhkum 29 mart 2023-cü il tarixdə saat 13:43-də küçə piyada hərəkət etmiş, şahid Xanlar Nəzərov ilə görüşərək əl ilə salamlaşıb söhbət etmişdir. Cinayət işinin 126-cı səhifəsində olan «baxış keçirilməsi haqqında» 10 iyun 2023cü il tarixli protokoldan gör ünür ki, bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı həmin diskdə 148 fayl aşkar edilmişdir. Həmin fayılların 18 ədədi videoçəkiliş, 3 səs və 127 şəkil fayıllarıdır. Həmin video çəkilişlərindən birincisində şahid Rafiq Rzayev yaşadığı evin həyətinin darvazasının üzərində ayaq izlərinin olduğunu və polis əməkdaşlarının 29 mart 2023-cü il tarixdə gecə saatlarında gələn zaman evin darvazasından keçdiyini və ayaqqabı izlərinin qalmasını bildirmişdir. 14 ədəd videoçəkilişdə Məhkum 29 mart 2023-cü il tarixdə saat 13:43-də Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən «Xəzər Lənkəran» stadionunun qarşısından keçdiyi və bir şəxslə görüşüb onunla söhbət etdiyi görülür. Digər videoçəkilişlərdə müşahidə kamerasının isə gecə və gündüz çəkilişləri vardır. Həmin diskdə olan foto şəkillərə bax ış keçirildikdə isə mobil telefonda zəng tarixçələrin şəkilləri, Məhkum müşahidə kameralarına düşməsinin şəkilləri, darvazada ayaqqabı izlərinin şəkilləri vardır. Diskdə olan 3 səs yazıları dinlənildikdə, 1-ci səs yazısında «Ruslan mənə zəng elə», 2-ci səs yazısında «Rafiq əmi əlimdə işim var bir azdan zəng edərəm» və 3-cü səs yazısında «yaxşı zəngini gözləyirəm» kimi səslər yazılar müəyyən olunmuşdur. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismi ndə tutlan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X1 hüquqlarını müdafiə etdiyi təqsirlədirilən şəxs Məhkum xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, hədələnməsi ilə bağlı hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs Məhkum müqavilə üzrə müdafiəçisi Müdafiəçi1 isə 03 aprel 2023-cü il tarixli müqavilə bağlamasına baxmayaraq ilk vəsatətini istintaq orqanına 2 ay sonra təqdim etmiş, həmin müddət ərzində Məhkum mənafeyinə uyğun olan hər hansı bir fəaliyyətlə məşğul olmamış, yalnız iş materiallarının 132-ci səhfəsində olan «müdafiəçinin təqdim edilməsi haqqında» protoko l ilə təqsirləndirilən şəxsə təqdim edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə et mək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi «praktik və səmərəli» hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs Məhkum vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş və müqavilə üzrə vəkillər öz fəaliyyətlərini CinayətProsessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkil Feyruz Əmənullayev, müqavilə üzrə Müdafiəçi1 təqsirləndirilən şəxs Məhkum ilə gizli ünsiyyətləri olmamış, onların həmin hüquqları məhdudlaşdırılmamışdır. Mübahisəsiz dir ki, müdafiəçinin bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, müdafiəçilər Məhkum ilə gizli ünsiyyətdə olsa idilər, sonuncunun 29 mart 2023-cü il tarixdə saat 02:30 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində yaşadığı evdən Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılması, saat 13 radələrində ŞRPŞ-dən yaşadığı evə buraxılması, əməliyyat müvəkkili Şahid5 çağırılması əsasında əmisi Fəxrəddin Rz ayev tərəfindən saat 16 radələrində ŞRPŞ-yə aparılaraq atası Rafiq Rzayev tərəfindən polis şöbəsinə təhvil verilməsi, saat 18:00-da Lənkəran rayonu, Sütəmurdov kəndində piyada hərəkət edərkən saxlanılmaması və üzərində külli miqdarda-11,259 qram psixotrop maddə metamfetamin olmaması barədə məlumat vermiş olardı. Məhkəmə tərkibi qeyd edir ki, Məhkum azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında ona verilmiş külli miqdarda11,259 qram psixotrop maddə metamfetaminin ona məxsus olmasına dair etirafedici izahat və ifadələri, həmin sözləri şəxsi axtarış istintaq hərəkəti icra edilərkən, videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən hədələnməsi və psixi təzyiqlərə məruz qalması nəticəsində alınmışdır. Bu hal isə Məhkum ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin hədələnməsi və psixi təzyiq hərəkətlərinin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Qeyd edilən əsaslara görə də «şəxsi axtarış aparılması» haqqında protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkum ilkin ibtidai araşdırma zamanı özünə qarşı ifadə verərək göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən yaşadığı evdən çıxıb piyada şəkildə həmin kənd yolu ilə hərəkət etməyə başladığı zaman yol üstə qarşısına şəffaf rəngli sellofana bükülmüş bükülü çıxmış və həmin bükülüdə nə olar marağına görə onu götürmək qərarına gəlmişdir. Bu zaman onu götürüb içərisinə baxdıqda içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu görmüşdür. O da həmin maddəni maraq yaratdığına görə şalvarının cibinə qoymuşdur. Lakin həmin maddədən heç kimə verməmiş və ya göstərməmişdir. Həmin günü saat 18 radələrində yaşadığı evdən çıxıb Lənkəran rayonu Sütəmurdov kəndi ərazisindən keçəndə piyada şəkildə hərəkət edərkən mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşaraq, özlərinin polis əməkdaşı olduğunu tədim edib və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirib onu Lənkəran ŞRPŞ-yə aparmışılar. Polis şöbəs ində olan otaqların birində onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil X1 dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin, polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş. Sonra ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisindən tapdığı və cibinə qoyduğu bir ədəd şəffaf rəngli bükümdə ağ rəngli, kristal formalı maddəni təqdim edib içərisində metamfetamin olduğunu bildirib, saxlanıldığı gün onu yaşadığı Sütəmurdov kəndindən, keçəndə piyada gedərkən tapdığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd bükümdə olan psixotro p maddə metamfetamin bükümü elekton tərəzidə çəkilmiş və həmin bükümün ümümi çəkisinin 11,85 qarm olması məlum olmuşdur. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmə tərkibi Məhkum ibtidai araşdırma zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, «Dikmə Türkiyəyə qarşı» məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə tərkibi Məhkum məhkəmyədək icraat zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini mötəbər sübut kimi qəbul etməməklə yanaşı polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Məhkum üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Məhkum verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Eyni ilə polis əməkdaşları Şahid1 və Rafiq Əliyevin ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də (hətta təqsirləndirilən şəxsin soyadının Rzayev kimi yazılması da) daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş PPXB-nun polis nəfəri Şahid3 ifadəsində 06 may 2023-cü il tarixdə saat 18:00-dan saat 18:25-dək müstəntiq tərəfindən ondan ifadə alınmadığını, polis şöbəsinə zəng əsasında çağırıldıqdan sonra Məhkum polis şöbəsində gördüyünü, ibtidai istintaq zaman verdiyi ifadəsində göstərilmiş «X2» adlı şəxsi tanımadığını, Məhkum saxlanılmasında iştirak etmədiyini, şəxsi axtarış videoçəklişlə saat 23 radələrində olduğunu, Kamranın üzərində şəxsi axtarışın 2023-cü il tarixdə «orucluq» ayında olduğunu, Kamranla bir yerdə iftar açdığını, özü yemək aldığını, Kamranla bir yerdə iftar açdığını bildirmişdir. Şahid3 Cinayət-Prosessual Məcəlləsinin 327.1.3 və 329.1ci maddələrinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra müstəntiqə ifadə vermədiyini, Kamrannın saxlanılmasında, polis şöbəsinə gətirilməsində iştirak etmədiyini, Kamran ilə iftarı açdıqlarından sonra vidoçəkliş olduğunu, polis şöbəsində olan zaman Kamranın qolları açıq olduğunu, Kamrana qandal tətbiq olunmadığını, iftarı açıb ye mək yeyən vaxtı Kamranın üzərində şəxsi axtarış aparılmadığını, yemək yedikdən sonra Kamranın üzərində şəxsi axtarış aparıldığını demişdir. Şərh olunanlara və Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyindən, eləcə də onun məhkəməyədək icraat zamanı verdiyi ifadənin mötəbərliliyi şübhə altına alındığından Məhkum təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin ifadə ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən də aydın olunur ki, Məhkum üzərində şəxsi istintaq hərəkəti aparılmamışdan əvvəl psixotrop maddə metamfetamin, o cümlədən qanunsuz hər hansı predmet olmuşdursa, həmin predmetləri atamağa kifayə t qədər imkanı olmuşdur. Şahid3 ifadəsi Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həqiqət olduğunu təsdiq etməklə, obyektiv həqiqətin müəyyən edilməsinə, şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1 və Rafiq Əliyevin ifadələrinin təkzib olunmasına xidmət etmişdir. Cinayət işinin materiallarının 144-145-ci səhifələrində olan 12 iyun 2023-cü il tarixli «üzləşdirmə dindirmə protokolu»ndan görünür ki, Şahid1 ilə Məhkum arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Məhkum ifadəsində göstərdiyi faktları Şahid1 üzünə qarşı demiş, müdafiəçinin sualına cavab olaraq Şahid1 Məhkum Lənkəran rayonu, Sütəmurdov kəndinin harasında saxladıqlarını xatırlamadığını, onu həmin kəndin ərazisində saxladığını, istifadə etdiyi mobil nömrəni demədiyini, tez-tez nömrəsini dəyişdiyini bildir mişdir. Protokoldan göründüyü kimi Məhkum saxlanılmasından cəmi 2 ay 13 gün keçməsinə baxmayaraq Şahid1 Məhkum kəndin hansı hissəsində saxlamasını xatırlamamış, həmçinin əməliyyat və istintaq orqanları tərəfindən tərtib edilmiş rəsmi sənədlərdə Məhkum məhz kəndin hansı hissəsində saxlanılması göstərilməmiş, sadəcə olaraq piyada hərəkətdə olarkən saxlanıldığının yazılması ilə kifayətlənilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Şahid1 həmin ifadəsi səmimi və inandırıcı deyil, əgər Məhkum Şahid1 dediyi kimi Lənkəran rayonu, Sütəmurdov kəndində saxlanılmış olsaydı konkret olaraq kəndin hansı hissəsində və ya nəyin yanında saxlanılması göstərilmiş olardı. Şahid1 telefon nömrəsini verməməsinə məhkəmə tərkibi tənqidi yanaşaraq qeyd edir ki, istintaq orqanı özü tefefon nömrələrinin əldə edilərək anten dairələrinin çıxarılmasında maraqlı olmalı, şahidin əsassız formada verilən suala cavab olaraq «istifadə etdiyi mobil nömrəni demədiyini» bildirməsi ilə kifayətlənməməli idi. Cinayət işinin materiallarının 157-158 səhifələrində olan «cinayət prosesi iştirakçısının vəsatətinin təmin edilməsi haqqında» 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Müdafiəçi1 polis əməkdaşlarının anten məlumatlarının götürülməsinə dair vəsatətinin əsassız olduğu əsas gətirilərək rədd edilmişdir. Hansıkı qərarın adı «cinayət prosesi iştirakçısının vəsatətinin təmin edilməsi haqqında» qərar olmuşdur. 12 iyun 2023-cü il tarixli «üzləşdirmə dindirmə protokolu»nda Şahid1 şahid olmasına baxmayaraq adının qarşısında «təqsirləndirilən şəxs» yazılmış, şahidə də Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Eyni xarakterli hallara cinayət işinin materiallarının 146-147-ci səhifələrində olan şahid Rafiq Hüseynov ilə təqsirləndirilən şəxs Məhkum arasında aparılan üzləşdirmə istintaq hərəkətinin nəticəsində tərtib edilmiş 12 iyun 2023-cü il tarixli «üzləşdirmə dindirmə protokolu»nda da yol verilmişdir. Bu da onu deməyə əsas verir ki, «üzləşdirmə» istintaq hərəkətləri formal şəkildə aparılmış, bir-birindən köçürülmüş, Cinayət-Prosessual Məcəlləsinin 235-ci maddəsində qeyd edilən məqsədlərə xidmət etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinin məzmunu qeyd olunmaqla sadalansa da, həmin ifadələr təhlil edilməmiş, bir-biri ilə müqayisə edilməmiş və həmin ifadələ rin hansının Məhkum həmin cinayətin törədilməsində iştirakını təsdiq edən sübut kimi qəbul edildiyi göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə toplanmış digər sübutları, ayrı-ayrılıqda təhlil etmədən, sübutları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X11rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekab r 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən y eganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ba rbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmi şdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı v ə araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)476/2024 nömrəli, 31 may 2024-cü il tarixli hökmü ləğv edilsin. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin. Məhkum dərhal məhkəmə iclas zalından azad edilsin.
Məhkəmə qərarları › İş №1(102)-34/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-34/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver