Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-340/2019 12.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)340-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 12 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1, 229.1 və 29,120.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2017-ci il tarixli qərarından müdafiəçi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır CinayətlərMəhkəməsinin 28 aprel 2016-cı il tarixli hökmü ilə (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə) Məhkum – 06avqust1981-ci il tarixdə Salyan rayonunun Qubalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Hacıqabul rayonu, Qubalıbalaoğlan kəndində daimi qeydiyyatda olan və həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1 və 29,120.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin228.1-cimaddəsiilə 1 (bir) il 6 (altı) aymüddətə, CM-nin 229.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 29, 120.1-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə barəsində qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqla müəyyən edilməyən mənbədən əldə etdi yi zavod üsulu ilə hazırlanmış, «İJ K» modelli, L 54453 nömrəli, xarici çaxmaqlı, 16 kalibrli, hamarlüləli, təklülə, yivsiz odlu ov tüfənginin lüləsini və qundağını 2015-ci ilin əvvəllərində yaşadığı Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndində yerləşən evinin həyətində elektrik mişarı ilə kəsib, qanunsuz olaraq odlu silah hazırlayaraq, həmin silahı yaşadığı evin həyətindəki ot tayasının altında qanunsuz olaraq saxlamışdır. Bundan sonra o, 06 oktyabr 2013-cü il tarixdə dayısı oğlu X3 yaşadıqları kənddəki evlərinin həyətində keçirilən toy məclisində həmkəndlisi X6 onun arvadı X4 tez-tez nəzər yetirməsindən şübhələnib, sonuncudan X8lə aralarında intim münasibət olub-olmadığını xəbər almış, X7nin X8lə aralarında heç bir münasibət olmadığını deməsinə baxmayaraq, buna inanmayıb eyni məzmunda te z-tez suallar verməkdə davam etmiş, nəhayət, arvadının həmkəndlisi X8 ilə intim münasibətdə olması qənaətinə gələrək, qısqanclıq zəminində sonuncudan qisas almaq məqsədi ilə onu öldürmək qərarına gəlib, bu niyyətini həyata keçirmək üçün münasib şəraitin yaranmasını gözləmiş, nəhayət, X8in 14 avqust 2015-ci il tarixdə saat 01 radələrində qonşuluqdakı Hacıqabul rayonunun Rəncbər kəndində yaşayan nişanlısıgilə getdiyini bilib, lüləsini və qundağını kəsməklə, qanunsuz olaraq hazırladığı və saxladığı tüfəng kəsiyini özü ilə götürüb, özünə məxsus atla həmin ünvana getmiş, X8in «VAZ 21015» markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin nişanlısının darvazasının qabağında dayandığını görüb, atdan düşərək yaxınlıqdakı xəndəkdə oturub onun geri qayıtmasını gözləmişdir. Bir qədər sonra X8i n oradan çıxıb idarə etdiyi avtomobildə kəndə qayıtmaq üçün ona tərəf gəldiyini və avtomobildə tək olduğunu görüb qəsdən öldürmək məqsədi ilə qanunsuz olaraq gəzdirdiyi həmin tüfəng kəsiyindən sükan arxasında oturmuş X8ə tərəf təxminən 7 metr məsafədən bir dəfə atəş açaraq ona həyat üçün əhəmiyyətli orqan sayılan başın təpə nahiyyəsinin dəlib keçən, alın nahiyyəsinin kor odlu silah yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, sonuncu sürəti artırıb hadisə yerindən uzaqlaşdığı üçün növbəti atəşi açmağa imkan tapmadığından bilavasitə X8nı qəsdən öldürməyə yönəltdiyi əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd etmişdir Hökmdən məhkum tər əfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Dosiyev Amil Qaraxan oğlu (sədrlik edən və məruzəçi), Babayev Zəki Baba oğlu və Novruzov X7 ibarət tərkibdə) 30 mart 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 mart 2017-ci il tarixli qərarından müdafiəçi Müdafiəçikassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək vəsatətinin təmin edilməsini xahiş etmişdir. Vəsatətin dəlilləri: Müdafiəçi kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatətini onunla əsaslandırmışdır ki, Məhkum qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verə bilməməsinin əsas səbəbi onun keçirdiyi stressdən dolayı cəzaçəkmə müəssisəsində keçirdiyi xəstəlik, eyni zamanda hüquqi baxımdan savadsızlığı olmuşdur. Qeyd olunanlara əsasən müddəti üzrlü səbəbdən ötürdüyündən kassasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkumun məhkəmə iclasında iştirakının təmin edilməsi barədə vəsatətinə baxaraq, vəsatətin təmin olunmaması barədə dövlət ittihamçısının rəyini nəzərə alaraq qərara aldı ki, müddətin bərpası barədə vəsatətə baxılmasında onun iştirakı təmin edilməsin. Müddət bərpa edilərsə kassasiya şikayətinə baxılmasında məhkumun iştirakı təmin edilsin. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, vəsatətin dəlillərini müzakirə edib, vəsatətin təmin edilmə məsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət təmin edilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı 30 mart 2017-ci il tarixdə qəbul edilmiş və həmin qərardan kassasiya şikayəti vermə müddəti 30 sentyabr 2018-ci il tarixdə bitmişdir. Müdafiəçi Müdafiəçitərəfindən Məhkum barəsində ka ssasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 30 mart 2017-ci il tarixli qərarının elan edildiyi vaxtdan 01 (bir) il 07 (yeddi) ay 16 (on altı) gün vaxt keçdikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına 16 noyabr 2018-ci il tarixdə daxil olmuşdur. Göstərilənlərdən müəyyən edilir ki, müdafiəçi qanunda nəzərdə tutulan 18 ay ərzində kassasiya şikayəti verməyərək müddəti buraxmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkum vəsatətində kassasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən ötürülməsi, vaxtında kassasiya şikayəti verilməsinə mane olan qanunda göstərilən ağır xəstəliyə tutulması və ya fövqəladə hadisənin baş verməsi kimi səbəblərə istinad etməmiş, belə halların mövcudluğunu təsdiq edən sübutları vəsatətinə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Müdafiəçinin Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 30 mart 2017-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2017-ci il tarixli qərarından müdafiəçi Müdafiəçinin kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti təmin edilməsin. Kassasiya şikayəti vermə müddəti bərpa edilməsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-340/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-340/2019
12.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver