Məhkəmə qərarları › İş №1(102)-340/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-340/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-340/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs qızı və onun nümayəndəsi, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Yusubov Orxan Hümbət oğlunun, Bəraət almış şəxs X2 müdafiəçiləri, “Femida” Vəkil Bürosunun vəkili Rzazadə Cavid Əfsər oğlunun və Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Quliyev Sahib Şahbala oğlunun i ştirakları ilə xx xxxxxx 1987-ci ildə Sabirabad rayonu, Azadkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortaixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan qeydiyyatda olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 149.2.4, 149.2.4, 149.2.5 və 150.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X22 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs qızı tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında ba xaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: M.A.Bayramov (sədrlik edən), R.V.Salmanov və S.İ.Əliyev) X9 CM-in 29, 149.2.4, 149.2.4, 149.2.5 və 150.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 29, 149.2.4, 149.2.4, 149.2.5-ci maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 150.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM- in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məh kəmənin həmin hökmündən zərərçəkmiş şəxs, məhkum və onun müdafiəçiləri Rzazadə Cavid Əfsər oğlu, X44 və Quliyev Sahib Şahbala oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: S.A.Mirzəyev (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməmiş, məhkum və onun müdafiəçilərinin apellyasiya şikayətləri təmin olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ləğv edilmiş və X5 CM-in 29, 149.2.4, 149.2.4, 149.2.5 və 150.1-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X9 təqsirli bilinib məhkum olunmuşdur, ondan ötrü ki, o, xx.xx.2014-cü il tarixdə Abşeron rayonunun ərazisində yerləxxxx “xxxx” MMC-yə məxsus “Neapol” istirahət mərkəzinin motelində zərərçəkmiş şəxs X36 qarşı zor tətbiq edib, öldürməklə hədələyərək onunla cinsi əlaqədə olmağa cəhd etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixə keçən gecə Bakı şəhəri, Səbail rayonunun ərazisindəki “Şıxov” çimərliyində zorlamışdır. Belə ki, təqsirləndirilən şəxs X9 2014-cü ilin sentyabr ayında “instaqram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu və nikaha daxil olacağını vəd etdiyi 1988-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs qızı ilə cinsi əlaqədə olmaq qərarına g ələrək, idarə etdiyi avtomobillə xx.xx.2014-cü il tarixdə saat 2 radələrində onu Abşeron rayonu, BakıSumqayıt şossesinin 33-cü kilometrliyində yerləxxxx “xxxx” MMC-yə məxsus “Neapol” istirahət mərkəzinin motelinə gətirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs avtomobildən düşürüb əvvəlcədən sifariş verdiyi istirahət mərkəzinin 22 nömrəli otağına gətirmişdir. Onunla zorla cinsi əlaqədə olmaq məqsədilə Zərərçəkmiş şəxs üz və bədən nahiyəsinə zərbələr vurmaqla itələyib çarpayının üstünə yıxmışdır. Saçlarını dizinin altına qoyub cibindən çıxardığı bıçağı boyun nahiyyəsinə dirəyib öldürəcəyi ilə hədələmişdir. Bu zaman sol əlinin üçüncü barmağının orta falanqasının arxa səthinə dərəcəsinə görə sağlamlığa zərər vurmayan (dərəcəsi təyin edilməyən) xəsarət yetirib kəsmişdir. Hədənin real və həyata keçi rilə bilən olmasını nümayiş etdirib Zərərçəkmiş şəxs müqavimət göstərmək imkanından məhrum edərək onu soyundurmuşdur. Özü də soyunduqdan sonra Zərərçəkmiş şəxs “tursik”ini çıxardarkən onun “menstruasiya (ay başı)” olduğunu görüb öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmişdir. Zərərçəkmiş şəxs zor tətbiq edib öldürməklə hədələyərək iradəsi əleyhinə onunla cinsi əlaqədə olmaqla zorlamağa cəhd etmişdir. Bundan sonra cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına sürtüb Zərərçəkmiş şəxs qızına qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs X9 öz cinayətkar niyyətinə nail olmaq məqsədilə, xx.xx.2015-ci il tarixdə saat 22:00 radələrində Zərərçəkmi ş şəxs ilə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində “Qız qalası” abidəsinin qarşısında görüşmüş və onu idarə etdiyi ağ rəngli “Rang Rover” markalı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Bakı-Salyan şossesinin 14cü kilometrliyində “Şıxov” çimərliyinə gətirmişdir. xx.xx.2015-ci il tarixdə saat 02:00 radələrinədək olan müddət ərzində avtomobilin sağ ön oturacağında oturmuş Zərərçəkmiş şəxs etirazına və müqavimət göstərməsinə baxmayaraq zor tətbiq etməklə avtomobilin içərisində təhlükəsizlik kəmərini onun boyun nahiyyəsinə dolayaraq baş və sifət nahiyyəsinə, eləcə də bədəninin digər yerlərinə çoxsaylı zərbələr vurmuşdur. Ona dərəcəsi təyin edilməyən sol qulaqarxası nahiyyədə təxminən 8x3,5 sm, sol gözaltı nahiyyədə təxminən 5x3,5 sm sahədə qeyri-müəyyən formalı qançır, həmçinin sa ğlamlığa zərərvurma dərəcəsi nəzərə alınmayan üst çənədə sağdan XVİİ dişin mina qatının ovxalanma tipli defekti xəsarətləri yetirmişdir. Avtomobildən götürdüyü biz və bıçaqla öldürməklə hədələyərək hədənin real və həyata keçirilə bilən olmasını nümayiş etdirməklə Zərərçəkmiş şəxs müqavimət göstərmək imkanından məhrum etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs soyundurmuş və özü də soyunduqdan sonra oturacağın üstündə sonuncu ilə onun iradəsi əleyhinə cinsi əlaqədə olaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq edib öldürməklə hədələyərək Zərərçəkmiş şəxs qızını, təkrarən, zorlamışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verimiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və işin apellyasi ya instansiya məhkəməsində yeni baxışa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməmiş, əsassız olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qızının ifadələrinin yalan olması nəticəsinə gəlmiş, bu niyyətini həyata keçirmək üçün iş materiallarını yanlış təhlil etməkdən çəkinməmişdir. Dövlət ittihamçısı hesab edir ki, X2 CM-in 29, 149.2.4, 149.2.4, 149.2.5 və 150.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri aparılan ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Protest müəllifinin fikrincə, apellyasiya instansiyası məhkəməsi iş üzrə obyektiv ifadə verən Zərərçəkmiş şəxs və onunla oxşar məzmunda ifadə verən şahidlərin ifadələrini qəbul etməməsinin səbəblərini əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və iş üzrə obyektiv qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmə kollegiyası toplanılmış sübutlar əsasında deyil, şəxsi mülahizələr əsasında əsassız nəticəyə gəlmiş, məhkəmənin müəyyən etdiyi hallar işin faktiki hallarına uyğun olmamış, məhkəmə işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini pozmuş, bunun nəticəsi olaraq zərərçəkmiş şəxsə qarşı zorlama, seksual xarakterli digər zorakı hərəkətlə ri ağır cinayət törətmiş X5 guya təqsirliliyinin sübuta yetirilmədiyi əsası ilə bəraət vermişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyev, Zərərçəkmiş şəxs və nümayəndə O.Yusubovun, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçilər C.Rzazadə və S.Quliyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası m əhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hall ara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest və şikayət müəllifləri qeyd edirlər ki, Xnin əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət veril məlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixl i qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Xyə bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham aktı və birinci instansiya məhkəməsinin hökmünə əsasən X9 iki epizod üzrə təqsirli hesab edilmişdir. Məhkəmə kollegiyası CPM-nin 143-145-ci maddələrinin tələblərinə uyğun hər epizod üzrə mövcud sübutların yoxlanılmaqla qiymətləndirilməsini zəruri hesab edir. İttihama görə xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 201 4-cü il tarixə keçən gecə X3 zərərçəkmiş Zərərçəkmiş şəxs “xxxx” MMC-yə məxsus “Neapol” istirahət mərkəzinin 22 saylı kotejinə gətirib zorlamağa cəhd və ona qarşı zorakı seksual xarakterli hərəkətlər etmiş, bu zaman zərərçəkmiş Zərərçəkmiş şəxs X3nin zorakı hərəkətlərinin qarşısını almaq məqsədilə stəkanı sındıraraq qolunu kəsmişdir. İbtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi ittihamın zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər X32, X10, X15, X19, X27, X28, X11, X12, X7, X33, X16, X20 və təqsirləndirilən şəxsin atası X17 ifadələri və məhkəmə tibb ekspertizasının rəyi ilə təsdiq edildiyi qənaətinə gəlmişdir. Həm Zərərçəkmiş şəxs, həm də təqsirləndirilən şəxs X3 “Neapol” istirahət mərkəzində olduqlarını təsdiq etmişlər. Təqsirləndirilən X “Neapol” istirahət mərkəzinə X2la kotejdə deyil, X2un xahişi ilə “salat” yemək üçün restorana getdiklərini, zərərçəkmiş Zərərçəkmiş şəxs isə “Neapol”da Məsləhətin onu zorla kotejə aparıb orada zorlamaq istədiyini göstərmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsindən belə görünür ki, X3 onu heç kəsin olmadığı, lakin istirahət üçün lazımlı şərait yaradılan bir yerə gətirib onunla istədiyi kimi davranmışdır. Apellyasiya instansiyası məhkəməsi baxışı zamanı “Neapol” istirahət mərkəzində Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halların mümkün olub-olmaması ilə bağlı aparılan araşdırma nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələri toplanmış sübutlarla təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, “Neapol” istirahət mərkəzi BakıSumqayıt yolunun 33-cü kilometrliyində yerləşir və girişləri ayrı olan otel, restoran və kotejlərdən ibarətdir, kotejlərin giriş qapısı Sumqayıt yolundadır, sağa dönüb tağdan keçdikdən sonra bir qədər irəlidə mühafizə otağı, onun qarşısında dəmir barmaqlıqlardan ibarət şlaqbaum vardır, şlaqbaumdan həyətə girərək sağa döndükdə iki mərtəbəli “Г” formasında daş tikili kotejlər yerləşir, kotejlərin birinci mərtəbəsində avtomaşınlar üçün qaraj və ikinci mərtəbəsinə qalxan pilləkənlər vardır, 9-22 saylı kotejlər bir-birindən pilləkənlərin yerinə və uc quruluşuna görə fərqlənir. Zərərçəkmiş şəxs 22 saylı kotejdə zorlandığını göstərmişdir ki, kotejə giriş daş pilləkənlə qarajdan qalxır. Müəyyən edilmişdir ki, “Neapol” istirahət mərkəzində kotejlər Zərərçəkmiş şəxs göstərdiyi kimi “domik” formasında deyil, “Г” şəkilli ikimərtəbəli vahid tikilidən ibarətdir. İbtidai istint aq və məhkəmədə dindirilmiş “Neapol” istirahət mərkəzinin işçilərinin ifadələrindən görünür ki, “Neapol” istirahət mərkəzinə gəlmək istəyən şəxslər kotejlərdə yer götürmək üçün girişdəki mühafizə otağına yaxınlaşmaqla, yaxud da bu məqsədlə quraşdırılmış ***-***-**-** nömrəli telefona zəng vurmaqla kotejləri sifariş edə bilərlər. X3nin həmin telefon nömrəsinə zəngi aşkar olunmamışdır. Həmçinin müəyyən olunmuşdur ki, istirahət mərkəzinin kotejlər olan hissəsi xüsusi mühafizəçilərlə qorunur, onlar maşınların düzgün saxlanılmasına, gələn şəxslərin onlara ayrılan kotejlərə getmələrinə nəzarət edirlər, müştəri çıxıb gedən zaman şlaqbaumda saxlanılır, müştərinin ödənişləri etdiyi yoxlanıldıqdan sonra şlaqbaum açılaraq buraxılır. Zərərçəkmiş şəxs ifadəsində göstərir ki, X3 onu “Neapol” istirahət m ərkəzinə gətirərkən şlaqbaum açıq olmuş, orada heç kəs olmamış, X3 maşını sürərək istirahət mərkəzinə keçmiş və maşından düşüb onun saçlarından tutub sürüyərək onu otağa aparmışdır. Məhkəmədə şahid kimi dindirilən “Neapol” İstirahət Mərkəzinin işçiləri - X23, X24, X21, X11, X13 və X6 ifadələri ilə müəyyən olunmuşdur ki, “Neapol” İstirahət Mərkəzində kotejlərə gedən qapıdakı şlaqbaum daim bağlı saxlanılır və orada maşınların giriş-çıxışına mühafizəçi nəzarət edir, giriş üçün maşınlar yalnız boş kotej olduğu halda içəri buraxılır, çıxış zamanı isə istirahətə görə otağın və əlavə sifarişlərə görə pulun ödənildiyi yoxlanıldıqdan sonra avtomaşınlar buraxılır. Həmçinin dindirilən şəxslərin ifadələri ilə heç kəsin xəbəri olmadan hər hansı avtomaşının içəri keçə bilməsinin qeyri-mümkün olduğu müəy yən edilmişdir. Ona görə də toplanmış sübutlarla Zərərçəkmiş şəxs qapıda heç kim olmaması, şlaqbaumun açıq olması və X3nin maşından düşüb onun saçlarından tutub sürüyərək otağa aparması barədə ifadəsi təsdiq olunmamışdır. Zərərçəkmiş şəxs kotejdə X3nin onu zorlamaq istəyərkən qolunu kəsməsi, döşəmənin, çarpayının, vanna otağının, dəsmalın qan olması barədə ifadəsi də məhkəmədə dindirilmiş “Neapol” istirahət mərkəzinin kotej otaqlarını yığışdıran xidmətçi qadınlar X4, X5, X6 və xidmətçi-ofisiant X7 ifadələri ilə təsdiqini tapmamışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, “Neapol” istirahət mərkəzindən çıxdıqdan sonra saat 00-01 radələrində X3 onun qolunu sarıtmaq üçün Masazır dairəsindəki “Vita” aptekinə gətirmiş, orada olan aptek işçisi-X29 onun qolunun yarasını təmizləyi b sarımış, ona sərf olunan dərmanları aptekin kompüterində qeydiyyatını aparmışdır. Zərərçəkmiş şəxs deməsinə görə xx.xx.2014-cü ildə onun qolunda xəsarətin olmasını görən birbaşa şahid Ramal Əhmədov olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi həmin xüsusatlarla əlaqədar apelyasiya instansiyası məhkəməsinin qərarında geniş təhlil verildiyindən, məhkəmə kollegiyası sübutların geniş şərhini zəruri hesab etmir və apelyasiya instansiyasının gəldiyi nəticələrlə razılaşır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq Zərərçəkmiş şəxs “Neapol” istirahət mərkəzində zorlanmaya cəhd edilməsi və ona qarşı seksual xarakterli zorakı hərəkətlər edilməsi barədə toplanılmış sübutlar təsdiqini tapmadığından həmin epizod üzrə X5 verilmi ş ittihamı sübuta yetirilməmiş hesab etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən X9 zərərçəkmiş Zərərçəkmiş şəxs qızına qarşı təkrar zorlama cinayəti törətməyə görə təqsirli bilinmişdir ona görə ki, o, xx.xx.2015-ci ildə Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Neftçilər prospektindəki “Qız qalası” abidəsinin qarşısında görüşüb onu idarə etdiyi “Range Rover” markalı maşına mindirərək Bakı-Salyan şosesinin 14-cü kilometrliyindəki “Şıxov” çimərliyinə gətirmiş və xx.xx.2015-ci il saat 02:00 radələrinədək olan müddət ərzində avtomaşının sağ ön oturacağında oturmuş Zərərçəkmiş şəxs baş, üz və bədən nahiyələrinə çoxsaylı zərbələr vurub dərəcəsi təyin olunmayan xəsarət yetirib, biz və bıçaqla öldürməklə hədələyib onu müqavimət göstərmək imkanından məhrum etməklə zorlamışdır. İbtidai araşdır ma orqanı və birinci instansiya məhkəməsi Xni həmin cinayəti törətməyə görə təqsirli bilərkən zərərçəkmiş şəxs və onun bacısı X8, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləmiş X32 ifadələri, X2 və x3ların ibtidai araşdırma orqanına təqdim etdikləri 4 ədəd fotoşəkil, Azercell və Bakcell MMC-dən götürülmüş telefonların anten məlumatları, Zərərçəkmiş şəxs bakirə olmaması və təqdim etdiyi şəkillər üzrə dərəcəsi təyin olunmayan bədən xəsarətlərinin yetirilməsi barədə məhkəmə-tibb ekspertizasının rəylərini sübut kimi qəbul etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci instansiya məhkəməsi Xni həmin epizod üzrə təqsirli bilərkən sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallar ından görünür ki, Zərərçəkmiş şəxs həmin epizod üzrə verdiyi izahat və ifadələr ziddiyyətli olmaqla iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. O cümlədən, Zərərçəkmiş şəxs ilkin izahatlarında xx xxxxxx 2015-ci il tarixdə, saat 18 radələrində “İçərişəhər”dəki restorandan çıxarkən Məsləhət Zərbalıyevin qəflətən maşınla gəldiyini və sonrakı xx.xx.2016-cı il tarixli ifadəsində Məsləhət Zərbalıyevin ona zəng vurub görüşə çağırdığını bildirsə də, onun Məsləhət Zərbalıyevin ***-***-**-** nömrəli telefonuna xx.xx.2015-ci ildə saat 20:00-da yazdığı “o gecə də sənə hər şeyi demək üçün çağırmışdım, amma getdim, lap pis oldu mənə, hər şey getdi, mən yalan onunçün dedim ki, atmayasan məni” sms-ləri ona təqdim olunarkən o, həmin gün axşam Məsləhəti özü görüşə çağırdığını etiraf etmişdir. Həmçinin, zərərçəkmiş Zərərçəkmiş şəxs “Şıxov” epizodu üzrə olan ifadələrindən belə görünür ki, görüşə gələn X3 maşından düxxxx kimi onun sifətindən şillə ilə vurur, zorla onu maşına oturdub aparır, sonra onlar maşından düşüb parkda birlikdə gəzir, Zərərçəkmiş şəxs geri qayıtmaq istədikdə X3 maşını sürüb onu “Şıxov” çimərliyinə gətirir, X2a onu sevdiyini deyir, bıçaq çıxarıb boğazına dirəyir, onu şillə ilə vurur, oturacağın söykənəcəyini endirib onu öpür, sonra gecə saat 03-ə qədər onu döyür, şalvarını və trusikini aşağı çəkib onu zorlayır. Təqsirləndirilən şəxs X3nin barəsində təyin edilən məhkəmə psixiatrık ekspertizasının xx.xx.2017-ci il tarixli 1817 saylı rəyindən görünür ki, X3 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. X ünsiyyətcilik, öz niyyətlərini axıra qədər həyata keçirmək istəyinin güclü olması, inadkarlıq, özünə hörmət tələb etmək və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Onun əqli inkişaf səviyyəsi və psixoloji emasional durumu normaya uyğundur. X3 hər hansı xroniki psixi xəstəliyin, pxisi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və s. psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olan şəxsdir. İbtidai istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs barəsində psixoloji ekspertiza təyin edilərək ekspert qarşısına onun özündən uydurmağa və fantaziyaya meylliliyi olubolmaması məsələsi qoyulmuş, o, təyin olunmuş ekspertizaya getməkdən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs X tərəfindən “Şıxov” ərazisində zo rlanması epizodu üzrə verdiyi izahat və ifadələrin ziddiyyətli olması, birinin digərinin tamamlamaması ilə əlaqədar apelyasiya instansiya məhkəməsinin qərarında geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qərarında verilən əsaslandırmalarla razılaşır və həmin sübutların təkrarən şərhini zəruri hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, X3yə elan edilmiş ittihamlarda istinad edilmiş sübutlardan Zərərçəkmiş şəxs bacısı x3nın və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləmiş X32 ifadələri də mötəbər hesab edilə bilməz. Belə ki, şahid x3nın ifadələri bacısının sözlərinə istinad edilməklə verilmişdir. x3nın xx.xx.2015-ci ildə X2 evə gələrkən onun üzündə xəsarətləri görüb şəklini çəkməsi barədə ifadəsi isə həmin şəkillərin xəsarətlərin mövcudluğunu təsdiq edən sübut kimi qəbul edilməməsi səbəbindən qeyd olunan şəkillər yalnız şəkilin çəkilməsi faktının təsdiqi kimi qəbul edilə bilər. Bundan əlavə x3 xx.xx.2015-ci ildə axşam X2u axtararkən X9 zəng vurması, X10 danışması faktı digər sübutlarla müqayisəli şəkildə tədqiqə əsaslanaraq birbaşa zorlama hadisəsinin baş verməsinin sübutu kimi deyil və “zəng”in olunması faktını təsdiq edə bilər. Zərərçəkmiş Zərərçəkmiş şəxs da “Şıxov” hadisəsi gecəsi bacısı x3nın onu axtaran zaman X9 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə “bacım yoxdur, niyə açmırsınız” deyə mesaj göndərdiyini bildirsə də, ***-***-**-** telefon nömrəsinin X9 məxsus olmadığı, onun istifadəsində ***-***-**-** saylı telefon nömrəsinin olduğu müəyyən olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univ ersitetində işləmiş X32 ifadəsində ittihamın əsasına qoyulub sübut kimi qəbul edilmişdir. Lakin cinayət işinin istintaq materialları və Xnın özünün ifadələrindən görünür ki, istər “Neapol” epizodu üzrə, istərsə də “Şıxov” epizodu üzrə Xnın ittiham faktının təsdiq edən hər hansı ifadəsi mövcud deyildir. O, bu hadisələr barədə sonradan məlumatı olduğunu bildirmişdir. Onun ifadəsinin təhlili göstərir ki, Xnın cinayət işinin materiallarındakı ifadəsi ittihamın təsdiqi kimi deyil, X3nin təqsirsizliyinə dəlalət edən sübut kimi qəbul oluna bilər. Belə ki, X45 cinayət işindəki xx.xx.2017-ci il tarixli ifadəsində göstərmişdir ki: “2015-ci ilin təxminən mart ayında universitetdə dəhlizdə dedi ki, o,(burada X2 nəzərdə tutulur) x3 adlı oğlanla nişanlanıb, həmin oğlanla internetdə tanış olublar, evlənə cəklər. Bir müddət sonra X2 mənə danışdı ki, onun problemi var, ona məsləhət lazımdı, nişanlısı x3 onu məcbur edir ki, X2 onunla yatsın, yoxsa onunla evlənməyəcək. Mən ondan soruşdum ki, x3lə onun arasında intim münasibət olubdurmu, o bildirdi ki, belə bir şey mümkün deyil. Bir müddət sonra mənimlə görüşərkən bildirdi ki, x3 onu Şıxov çimərliyinə aparaq orada onu maşında döyərək zorlayıb, həmin vaxt onun gözü və boynu qaralmışdı, mən dərhal həmin xəsarətləri xatırladım, ona dedim ki, o polisə məlumat versin, amma X2 dedi ki, istəmir, x3 onunla evlənəcək. Mənim ona yazığım gəldiyindən x3ə zəng vurmasını dedim, X2 öz telefonundan ona zəng vurub məni x3lə danışdırdı. x3ə X2la belə rəftar etməməsini onu ortalıqda qoymamasmı dedim, x3 isə cavabında X2 onunla yatmasa onunla evlənməyəcəyini ded i və telefonu bağladı. Bundan sonra onunla əlaqəm olmayıb, daha sonra X2un sözlərindən bildim ki, o, x3 barədə polisə şikayət edib”. X53 bu ifadəsindən görünür ki, X2 ondan x3in onu onunla yatmağa məcbur etdiyinə görə məsləhət istəmiş, o, X2dan x3lə arasında intim münasibətlər olub-olmadığını soruşduqda, X2 belə bir şeyin mümkün olmadığını bildirmişdir. Şahid X onunla X2 arasında olan bu söhbətin 2015-ci ilin mart ayında olduğunu göstərir, lakin Zərərçəkmiş şəxs iddiasına görə Məsləhətin onu xx.xx.2015-ci ildən xx.xx.2015-ci il tarixə keçən gecə zorladığı bildirilir. Eyni zamanda bu söhbətlə bağlı həmin vaxt X57 telefonla danışdığını, x3in də X2un onunla yatdıqdan sonra onunla evlənəcəyini bildirdiyini qeyd edir. Şahidin bu ifadəsinə görə həm X2, həm də x3in 2015-ci ilin mart ayları ərəfəs inə kimi aralarında intim münasibətin olmadığını bildiriblər, bu əsasda Xnın ifadəsinin xx.xx.2014-cü ildə “Şıxov” çimərliyində zorlanmasının sübutu kimi qəbul edilməsi əsaslı olmamışdır. Birinci instansiya məhkəməsinin hökmündə X10, X34, X19, X28, X14, X12 və X20 ifadələri ittihamın sübutların sırasında göstərilsə də, cinayət işinin materialları və həmin şəxslərin ifadələrindən görünür ki, onların heç biri istər “Neapol”, istərsə də “Şıxov” epizodları üzrə şahid olmamış, onlar qeyd olunan epizodlar barədə məlumatları zərərçəkmiş Zərərçəkmiş şəxs sözlərindən bilmiş, bəzilərinin isə hadisə barədə hər hansı məlumatlarının olmadığını göstərmişlər. Ona görə də onların ifadələrinin mötəbər və mümkün sübut kimi qəbul olunmasına hər hansı qanuni əsas mövcud olmamışdır. Bundan əlavə, birinci insta nsiya məhkəməsi həmin şəxslərin zərərçəkmişə yaxınlıqları baxımından onun xeyrinə ifadə verə bilmələrinə tənqidi yanaşaraq onların ifadələrini digər sübutlarla müqayisədə araşdıraraq qiymətləndirməmişdir. Bundan əlavə “Şıxov” epizodu üzrə təqsirləndirilən X2 istifadəsində olmuş telefon anten məlumatları ittihamı sübutu olaraq zərərçəkmişin ifadəsini təsdiq edən hal kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsin bu hissədə ifadələri nəzərə alınmamışdır. Cinayət işinin materiallarına və məhkəmədəki ifadələrinə əsasən hər iki şəxstəqsirləndirilən və zərərçəkmiş şəxs “Şıxov” çimərliyi adlanan sahədə olduqlarını etiraf etmişlər. X1 xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilə keçən gecə həmin ərazidən yalnız magistral şosse yolu ilə Qaradağ postuna qədər X2la söhbət edə-edə gedib, sonra da həmin yoll a geri qayıtdığını, yoldan heç bir yerə dönmədiyini və heç bir yerdə maşın saxlamadığını, yalnız yolda bir qızın “Porshe” markalı avtomaşınla qəza törətdiyini gördükdə maşını saxlayıb düşərək həmin hadisə yerinə getdiyini, həmin müddət ərzində X2un maşında oturduğunu göstərmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs isə ifadəsində “Qız Qalası”nın yanında maşından düşmək istəyərkən x3in (Məsləhətin) qapıları bağlayıb yüksək sürətlə maşını sürərək onu “Şıxov” çimərliyinə gətirib 4-5 saat döydükdən sonra müqavimətini qırıb onu zorladığını göstərmişdir. Birinci instansiya məhkəməsi hər hansı təhlil aparmadan X1nin istifadəsində olmuş ***-***-**-** telefonun anten əhatə dairəsi üzrə məlumatları zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin təsdiqi kimi qəbul edib ittihamın sübutu kimi qiymətləndirmişdir. Lakin təqsirləndirilən şəxsin qeyd olunan ***-***-**-** mobil nömrəsindən başqa istifadəsində ******-**-** saylı telefonun anten əhatə dairəsi nəzərə alınmamışdır. Hər iki telefonun birgə araşdırılaraq qiymətləndirilməsindən görünür ki, telefon anten əhatə dairələri üzrə olan məlumatlar məhz X3nin ifadəsində göstərdiyi xüsusatları təsdiq edən, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halların, yəni onu Bakı-Salyan yolunun 14-cü kilometrliyindəki “Şıxov” çimərliyinə aparıb 4-5 saat döydükdən sonra orada onu zorlamasının qeyri mümkün olmasını göstərən sübut kimi qəbul edilə bilər. Belə ki, X3nin istifadəsində olan ***-***-**-** saylı telefonun anten əhatə dairəsindən görünür ki, xx.xx.2015-ci il saat 21:38-dən saat 23:30 radələrinə kimi olan müddət ərzində X3 Bakı şəhəri Neftçilər prosp ekti və Milli park ərazilərində olduğu, daha sonra saat 23:56dan saat 00:37-dək Bakı-Salyan şossesinin 63-cü kilometliyində qeydiyyatı olmuşdur. Həmin faktı X3 də təsdiq edərək göstərmişdir ki, o, magistral şose yolundan çıxmamış, Qaradağ postuna qədər gedib oradan geri qayıtmışdır. Zərərçəkmiş şəxs ifadəsinə görə isə Məsləhət onu Binə Ticarət Mərkəzinə çatmamış, Şıxov çimərliyinə gətirib orada zorlamış və sonra onlar geri qayıtmışlar. İş üzrə hadisə yerinin müayinə protokolundan görünür ki, “Şıxov” çimərliyi Bakı-Salyan yolunun 14-cü kilometrliyində yerləşir, lakin Məsləhətin istifadəsində olan yuxarıda qeyd olunan telefonun anten əhatə dairəsinin göstəricilərindən onun 63-cü km-də yəni X2un göstərdiyi yerdən 50 kilometr aralı məsafədə olduğu təsdiq edilir və 50 km məsafəni geri qayıtma q üçün azı 30-40 dəqiqə müddət tələb olunur. Eyni zamanda həmin gün X3nin istifadəsində olmuş ***-***-**-** telefonun anten əhatə dairəsini nəzərdən keçirdikdə görünür ki, o, xx.xx.2015-ci il saat 20:40-da “Qız Qalası”, Neftçilər prospekti, saat 21:00-da Füzuli meydanı, saat 22:22-də Milli park, saat 02:38-də Badamdar qəsəbəsi, saat 02:43-də “Şıxov”, saat 03:10-da “Metro Nizami” ərazisində, saat 03:17-də Müzəffər Hüseynov küçəsində olmuşdur. Bu anten əhatə dairəsinin ərazi qeydiyyatı və arasındakı məsafələr Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi zaman və məkanla (4-5 saat dayanmaq) üst-üstə düşmür və ona görə də zərərçəkmişin ifadəsi “Şıxov” çimərliyində 4-5 saat dayanmasının sübutu kimi qəbul oluna bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində Mə sləhətin onu “Şıxov” çimərliyi ərazisinə gətirib orada onu döyüb zorladığı zaman ərzində ona hər hansı bir zəngin olması, Məsləhətin telefonla kimləsə danışması barədə heç bir məlumat verilmir, yalnız onlar “Qız Qalası”nın yanında olarkən Məsləhətin telefonuna bir zəng gəldiyini bildirir, lakin Məsləhətin istifadəsində olmuş ***-***-**-** saylı telefonda olan zənglərinin çıxarışından görünür ki, xx.xx.2015-ci il saat 19:32-dən başlayaraq fasilələrlə Məsləhətin atası ona zəng vuraraq onunla dəfələrlə telefonda danışmış, saat 19:32-də 92 saniyə, saat 19:34-də 32 saniyə, saat 20:28-də 87 saniyə, saat 20:34-də 118 saniyə, saat 02:38-də 125 saniyə, saat 02:43-də 91 saniyə, saat 03:10da 18 saniyə, saat 03:17-də isə 47 saniyə telefonla danışmışdır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, Mə sləhətin istifadəsində olan telefon nömrələrinə gələn zəngləri və həmin zaman qeydə alınan anten əhatə dairələri məlumatları ittihamın sübutu kimi deyil, X3nin ifadəsinin təsdiqi olub onun təqsirsizliyinin sübutu kimi qəbul oluna bilər. Bundan əlavə Məhkəmə Tibb Ekspertizasının xx.xx.2015-ci il tarixli 330 saylı rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuş və pozulma müddəti müayinədən 2-3 həftədən artıq müddətə təsadüf edir, bu isə o deməkdir ki, Zərərçəkmiş şəxs qızlıq bəkarətinin pozulmasının müddətini müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığının pozulmasının aşkar olunması özlüyündə X3nin onu zorlayaraq bəkarətinin pozulmasının sübutu kimi qəbul edilə bilməz. Hökmdə qeyd olunan toplanmış sübutların təhlili isə X18 X12a ilə zorla cinsi əlaqədə olmağa cəhd etmə və onunla belə zorakılıq göstərərək cinsi əlaqədə olmasını sübuta yetirmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Xnin əməlində Azərbaycan Respublikası CM-in 29, 149.2.4, 149.2.4, 149.2.5 və 150.1-ci maddələrinin tərkibinin olması sübuta yetirilmədiyindən haqlı olaraq ona bəraət vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştira k edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apell yasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Xnin zərərçəkmiş şəxsə qarşı zor tətbiq edib, öldürməklə hədələyərək onunla cinsi əlaqədə olmağa cəhd etmə, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə və zor tətbiq edib öl dürməklə hədələyərək təkrarən zorlama cinayətlərinin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin və şikayətin təmin edilmədən, həmin hökmün isə dəyişi klik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin X9 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlansın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar