Məhkəmə qərarları › İş №1(102)-340/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-340/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-340/2022 29.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tari xli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.4,312.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü ilə (hakimlər Qəribov Fikrət Atlıxan (sədrlik edən və məruzəçi), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx xxx il tarixdə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2010-cu il tari xli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsdə saxlandığı müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilməklə məhkəmə iclas zalında həbsdən azad edilmiş, Sumqayıt şəhər məhkəməsinin 26 dekabr 2013-cü il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, heç yerdə işləməyən, ünvan 1-də qeydiyyatda olan və ünvan 2-də yaşamış, CM-nin 32.4,312.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddə tə, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə, CMnin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə həmin cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 3 (üç) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, cəzasının əvvəli 28 avqust 2020-ci il tarixdən hesablanmaqla üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X10 da CM-nin 32.4,312.2, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum e tmə cəzasına məhkum olunmuş və CM-nin 70.1 və 70.3-cü maddələrinə əsasən ona təyin edilmiş həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə bilə qanunsuz hərəkətə görə birbaşa yolla qeyrisi vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı o lmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsində işləmiş X10 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib 2015-ci ilin yanvar ayının əvvəllərində özünə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri, Nərimanov rayon məhkəməsi tərəfindən 22 noyabr 2014-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş qardaşı X2 əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə sonuncunun həbsdən azad etdirilməsində köməklik göstərilməsi məqsədilə müraciət edən tanışı - Hacıqabul şəhər sakini Şahid2 həmin işin müsbət həll edilməsində köməklik göstərilməsi adı ilə qabaqcadan əlbir olduğu X5lə tanış etdikdən sonra sonuncu özünün Azərbaycan Respublikası DİN-də işləməklə həmin Nazirliyin səlahiyyətli yüksək vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxs vasitəsilə qeyd edilən cinayət işi üzrə X6un əməlinin tövsifi və həbsdən azad edilməsində köməklik göstərmək imkanında olmasını, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar X6un xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla X5 vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib aldatmaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şa hid2 inam və etibarını qazanıb razılığını almaqla onunla sövdələşib, həmin adla X5 vasitəsilə 15 yanvar 2015-ci il tarixdə ünvan 1 ünvanın qarşısında 2.500 manat, 2015-ci ilin yanvar ayının sonlarında şəxsən ünvan 1 ünvanın qarşısında 2.500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.961 manat, 2015-ci ilin mart ayında şəxsən Hacıqabul rayonu ərazisində üç dəfəyə hissə-hissə olmaqla cəmi 7.500 manat, 2015-ci ilin aprel ayında şəxsən ünvan 1 ünvanın qarşısında 5.000 manat olmaqla, ümumilikdə 16.961 manat məbləğində pul vəsaitini Şahid2 almaqla X5lə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 16.961 (on altı min doqquz yüz altmış bir) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, X5lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar X6un xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla X5 vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Şahid2 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Səbail rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsində işləyən X10 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs qismində birləşib 2016-cı ilin yanvar ayının əvvəllərində oğlu Şahid3 Səbail rayon polis idarəsinə polis nəfəri k imi işə düzəldilməsində köməklik göstərilməsi məqsədilə özünə müraciət edən tanışı-Hacıqabul şəhər sakini Şahid1 həmin işin müsbət həll edilməsində köməklik göstərilməsi adı ilə qabaqcadan əlbir olduğu X5lə tanış etdikdən sonra sonuncu özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxslər vasitəsilə Şahid3 qeyd edilən məsələdə köməklik göstərmək imkanında olmasını, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla X5 vasitəsilə maddi nemət olan 6.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yalandan bildir ib aldatmaqla Şahid1 inam və etibarını qazanıb razılığını alaraq onunla sövdələşib, həmin adla şəxsən 16 iyun 2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Sarı market” adlanan ərzaq mağazasının yaxınlığında 2.000 manat, 20 iyun 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkında 2.000 manat, 25 iyun 2016-cı il tarixdə "xxxx" ASC-nin ünvan 2 ünvanında yerləşən “Yasamal” filialının qarşısında 2.000 manat olmaqla, ümumilikdə 6.000 (altı min) manat məbləğində pul vəsaitini Şahid1 alıb X5lə aralarında bölməklə şəxsi ehtiyaclarına xərcləyərək sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 6.000 (altı min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən X5lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla X5 vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişdir. Hökmdən məhkum müdafiəçisi Muradov Elsevər İsmayıl oğlu, məhkum X7in müdafiəçisi Şükürov Elxan Şükür oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə və müdafiəçi E.Ş.Sükürovun kassasiya şikayətinə edilmiş əlavəyə, eləcə də dövlət ittihamçısı Rüstəmov Hüseyn Həsən oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Hab il Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 12 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, apellyasiya protesti isə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum X10 təqsirli bilindiyi CM-nin 32.4,312.2, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə CM-nin 46.2, 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzalar qismən toplanılmaqla və toplanılan əlavə cəza toplanılan əsas cəzaya birləşdirilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, cəzasını isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin məhkum Məhkum cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəa hökmdən xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verərək ona təyin olunmuş cəzanın digər alternativ, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəza növü ilə əvəz edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ədalət və humanizm prinsiplərini pozmaqla ona həddindən artıq sərt cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi isə onun apellyasiya şikayətini təmin etməyərək həmin cəzanı yüngülləşdirməmişdir. Kassator bildirir ki, məhkəmələr onun oğlunun Qarabağ qazisi olmasını nəzərə almamışdılar. Belə olan halda, o, apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında dəyişidirilməklə ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin alternativ cəza növü ilə əvəz edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddə sində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni ape llyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəy yən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası əvvəla vurğulayır ki, həmin şikayətin məzmununa görə, məhkum Təqsirləndirilən şəxs öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və məhkəmələr tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz y ekun aktlarının qəbul edilməsini iddia edir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Belə tələb cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. C M-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə əd alətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən b u Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin tələblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edil miş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, m əhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcras ı Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin ş ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsini n mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və ş ərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlili k dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyat a keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictim ai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də Məhkum müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində razılaşdığı birinci instansiya məhkəməsinn 28 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilindiyi CM-nin 32.4,312.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cəza təyin edilərkən onu n törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, habelə onun əvvəlki məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlər törətməsinin CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran hal nəzərə alınmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi Məhkum bundan əvvəl qəsdən deyil, ehtiyatsızlıqdan cinayət törətdiyinə görə məhkum olunmasını (Məhkum əvvəllər Sumqayıt şəhər məhkəməsinin 26 dekabr 2013-cü il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir), habelə Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli h ökmünə əsasən yaranmış məhkumluğunun ödənilməsini nəzərə alıb haqlı olaraq iş üzrə CM-nin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halın olmasına dair müddəaları hökmdən xaric etmiş, ona həm təqsirli bilindiyi maddələrlə, həm də cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların yüngülləşdirilməsi üçün isə əsas görməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyininin ümumi prinsiplərini, həm törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alan apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə bağlı məsələni həll edərkən ona istər təqsirli bilindiyi CM-nin 32.4,312.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyalarında nəzə rdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı hədlərində (CM-nin 32.4,312.2-ci maddəsinin sanksiyasında səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında isə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur), istərsə də cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları dəyişdirmədən saxlayarkən kifayət qədər obyektivlik və ədalətlilik nümayiş etdirmiş və eyni zamanda düzgün olaraq məhz bu cəzaların cəza təyin etmə ilə bağlı prinsiplərə və şərtlərə uyğun olması barədə nəticəyə gəlmişdir. Məhkəmə kol legiyası apellyasiya instansiyası məhkəməsinn bu nəticəsi ilə razılaşaraq vurğulamağı lazım bilir ki, həm apellyasya şikayətlərinə və apellyasiya protestinə, həm də məhkumun kassasiya şikayətinə baxılarkən göstərilən cəzaların növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilməmiş, onun oğlunun Qarabağ qazisi olmasını təsdiq edən sübutlar isə məhkəmələrə təqdim olunmamışdır. Məhkuəmə kollegiyasının qənaətinə görə, kassasiya şikayətində göstərilən bu halı təsdiq edən sübutlar məhkəmələrə təqdim edilsə idi belə, həmin halın hətta CM-nin 59.2-ci maddəsinə istinad edilməklə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması mümkünsüz olardı ona görə ki, bu hal məhkum olunmuş şəxsin şəxsiyyətini səciyyələndirən, habelə onun özünün və törətdiyi cinayətlərin ictimai təhlükəliliyini azaldan hallara aid deyil. İş materiallarının təhlili göstərir ki, əvvəlki məhkumluğu üzrə cəzasını çəkib qurtardıqdan sonra Məhkum islah yoluna qədəm qoymaq, cəmiyyətə qovuşmaq, ictimai faydalı əməklə məşğul olaraq özünün və ailəsinin maddi və digər tələbatlarını təmin etmək, öz davranışı ilə islah olunmasını sübuta yetirmək üçün kifayət qədər imkanlar yaradılmış, lakin o, bu imkanlardan istifadə etməyərək cinayətkar fəaliyyətlə məşğul olmağa üstünlük vermiş və məhkəmələr ona CM-nin 32.4,312.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cəza təyin edərkən həm də bu halı nəzərdən qaçırmamışlar. Belə olan halda, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayaraq hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edir və buna görə həmin şikayətin təmin edilməməsini məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi haqda məhkum Məhkum, şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, həmin şikayət təmin edilməməklə Məhkum CM-nin 32.4,312.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarı adı çəkilən məhkum barəsində və onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarı Məhkum barəsində və onun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar