Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-341/2020 11.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi X8, mülki iddiaçı – “xxxx” QSC BOKT-ın nümayəndəsi – Bakı Şəhəri 13 sayl ı Vəkil Bürosunun vəkili X1, Məhkum müdafiəçisi – Bakı Şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X80nın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarındanMəhkum müdafiəçisi X80 və zərərçəkmiş hüquqi şəxs «xxxx» ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi nümayəndəX90 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Z.Q.Ağayev, hakimlər A.Ə.Məcidov və S.S.Hüseynovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1967-ci ildə ünvan2də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan2də qeydiyyatda olmaqla, ünvan3də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 179.3.2, 29,318.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla və əsas cəzaya əlavə cəza bir ləşdirilməklə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməklə 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, mülki iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən Məhkum qarşı irəli sürülmüş 17 304 717,99 manat (on yeddi milyon üç yüz dörd min yeddi yüz on yeddi manat doxsan doqquz qəpiq) məbləğində pulun tutulmasına dair mülki iddia qismən təmin edilməklə Məhkum 8 027 446,19 manat (səkkiz milyon iyirmi yeddi min dörd yüz qırx altı manat on doqquz qəpiq) məbləğində pulun a lınaraq mülki iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.E.Rəhimov, hakimlər M.Ə.Abbasov və V.Ə.Mursaqulovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X80, zərərçəkmiş hüquqi şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X11 və mülki iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum m üdafiəçisi X80 və zərərçəkmiş hüquqi şəxs «xxxx» ASC-nin nümayəndəsi nümayəndəX90 kassasiya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən Məhkum Azərbaycan Respublikasının vətəndaşı olmaqla eyni zamanda ünvan4nda yaşayarkən orada soyadını, adını və atasının adını dəyişdirib X12 kimi xx xxxxxx 1997-ci ildə ünvan4nın vətəndaşlığına qəbul edildiyindən fiziki şəxs olaraq bu adla özü, eləcə də tanışı digər şəxslə birlikdə ünvan4nınünvan5ndə fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib ona faktiki rəhbərlik edərək öz qulluq mövqeyindən istifadə etməklə həmin cəmiyyətin direktoru olan şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə «xxx x» Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuş, hüquq verən və ya vəzifədən azad edən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırıb qanunsuz hazırlamış, bilə-bilə həmin saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan ünvan4ndan Azərbaycan Respublikası istiqamətində qanunsuz olaraq keçməyə cəhd etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı ünvan4nda yaşayarkən adını və soyadını dəyişdirib X12 kimi xx xxxxxx 1997-ci ildə ünvan4nın vətəndaşlığına qəbul edildiyindən fiziki şəxs olaraq bu adla qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında müvafiq qaydada rəsmiləşdirilməmiş formal girovlar qoyub «xxxx» Açıq Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə istehlak təyinatlı xx xxxxx 2011-ci il tarixli, 11/04-26F-R nömrəli kredit müqaviləsi bağlayaraq həmin günün məzənnəsi ilə 864.000 manat təşkil edən 30.000.000 Rusiya rublu məbləğində pula dair kredit rəsmiləşdirmiş, bundan sonra qeyd olunan puldan xx xxxxx 2011-ci il tarixli, 384 nömrəli kassa məxaric orderinə əsasən həmin günün məzənnəsi ilə 145.872 manat təşkil edən 5.065.000 Rusiya rublu məbləğində pulu və xx xxx 2011-ci il tarixli, 385 nömrəli kassa məxaric orderinə əsasən həmin günün məzənnəsi ilə 720.630,66 manat təşkil edən 24.935.317 Rusiya rublu məbləğində pulu, ümumilikdə xx xxxxx 2011-ci il və xx xxx 2011-ci il tarixlərdə həmin dövrün məzənnəsi ilə 866.502,66 manat təşkil edən 30.000.317 Rusiya rublu məbləğində pulu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin aidiyyəti əməkdaşları vasitəsi ilə həmin Cəmiyyətin kassasından nağd qaydada götürərək şəxsi məqsədləri üçün sərf edib etibar edilmiş özgə əmlakı olan pulu vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq mənimsəyib israf etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən X12 kimi, ünvan4nın vətəndaşı olan tanışı ilə birlikdə ünvan4nınünvan5ndə fəaliyyət göstərən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib ona faktiki rəhbərlik edərək öz qulluq mövqeyindən istifadə etməklə digər şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında müvafiq qaydada rəsmiləşdirilməmiş formal girovlar qoyub «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan «xxxx» Məhdud Məsuliyyətli Cəmiy yəti arasında dövriyyə vəsaitlərinin artırılması təyinatlı xx xxxx 2011-ci il tarixli, 11/xx-xx-1026 nömrəli kredit müqaviləsi bağlayaraq həmin günün məzənnəsi ilə 1.415.000 manat təşkil edən 50.000.000 Rusiya rublu məbləğində pula dair kredit rəsmiləşdirmiş, bundan sonra qeyd olunan puldan xx xxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 283.000 manat təşkil edən 10.000.000 Rusiya rublu məbləğində pulu, xx xxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 285.000 manat təşkil edən 10.000.000 Rusiya rublu məbləğində pulu, xx xxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 178.980 manat təşkil edən 6.280.000 Rusiya rublu məbləğində pulu, xx xxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 90.060 manat təşkil edən 3.160.000 Rusiya rublu məbləğində pulu, xx xxxx 2011-ci il tarixdə həmi n günün məzənnəsi ilə 43.569,86 manat təşkil edən 1.528.767,12 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 146.640 manat təşkil edən 5.200.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 10.363,86 manat təşkil edən 367.512,66 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 106.020 manat təşkil edən 3.800.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 39.060 manat təşkil edən 1.400.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 188.703 manat təşkil edən 6.989.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 14.304,83 manat təşkil edən 545.985,84 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 13.953,48 manat təşkil edən 509.251,18 Rusiya rublu məbləğində pulu, ümumilikdə xx xxxx 2011-ci il tarixdən xx xxxxxx 2011-ci il tarixədək olan dövr ərzində həmin dövrün məzənnəsi ilə 1.399.655,03 manat təşkil edən 49.780.516,80 Rusiya rublu məbləğində pulu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin aidiyyəti əməkdaşları vasitəsi ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, oradan isə şəxsi məqsədləri üçün müxtəlif istiqamətlərə köçürərək sərf edib etibar edilmiş özgə əmlakı olan pulu vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq mənimsəyib israf etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən X12 kimi, tanışı digər şəxslə birlikdə ünvan4nınünvan5ndə fəali yyət göstərən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib ona faktiki rəhbərlik edərək öz qulluq mövqeyindən istifadə etməklə X65 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında müvafiq qaydada rəsmiləşdirilməmiş formal girovlar qoyub «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dövriyyə vəsaitlərinin artırılması təyinatlı xx xxxxxxxx 2011-ci il tarixli, 11/xx-xx-1026 nömrəli kredit müqaviləsi bağlayaraq həmin günün məzənnəsi ilə 795.000 manat təşkil edən 30.000.000 Rusiya rublu məbləğində pula dair kredit rəsmiləşdirmiş, bundan sonra qeyd olunan puldan xx xxxxxxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 662.500 manat təşkil edən 25.000.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxxxx 2011-ci il tarixdə həmin günün məzənnəsi ilə 132.500 manat təşkil edən 5.000.000 Rusiya rublu məbləğində pulu, ümumilikdə həmin günün məzənnəsi ilə 795.000 manat təşkil edən 30.000.000 Rusiya rublu məbləğində pulu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin aidiyyəti əməkdaşları vasitəsi ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, oradan isə şəxsi məqsədləri üçün müxtəlif istiqamətlərə köçürərək sərf edib etibar edilmiş özgə əmlakı olan pulu vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq mənimsəyib israf etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən X12 kimi, tanışı digər şəxslə birlikdə ünvan4nınünvan5ndə fəaliyyət göstərən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib ona faktiki rəhbərlik edərək öz qulluq mövqeyind ən istifadə etməklə digər şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında müvafiq qaydada rəsmiləşdirilməmiş formal girovlar qoyub «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin törəmə müəssisəsi olan «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dövriyyə vəsaitlərinin artırılması təyinatlı xx xxxxxx 2012-ci il tarixli, 12/11-107-1026 nömrəli kredit müqaviləsi bağlayaraq həmin günün məzənnəsi ilə 7.012.414,63 manat təşkil edən 283.903.426,19 Rusiya rublu məbləğində pula dair kredit rəsmiləşdirmiş, bundan sonra qeyd olunan puldan xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 370.500 manat təşkil edən 15.000.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 3.414.537,37 manat təşkil edən 133.903.426, 19 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 306.000 manat təşkil edən 12.000.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 126.225 manat təşkil edən 4.950.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 121.125 manat təşkil edən 4.750.000 Rusiya rublu məbləğində pulu,xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 30.600 manat təşkil edən 1.200.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 25.500 manat təşkil edən 1.000.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 33.825,75 manat təşkil edən 1.326.500 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 40.800 manat təşkil edən 1.600.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 12.750 manat təşkil edən 500.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 16.245,73 manat təşkil edən 637.087,54 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 503.635,20 manat təşkil edən 19.750.400 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 15.300 manat təşkil edən 600.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 116.085,62 manat təşkil edən 4.570.300 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 117.479,32 manat təşkil edən 4.625.170 Rusiya rublu məb ləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 55.198,94 manat təşkil edən 2.173.186,75 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2012-ci il tarixdə həmin günün məzənnəsi ilə 35.149,74 manat təşkil edən 1.373.036,62 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin günün məzənnəsi ilə 103.600 manat təşkil edən 4.000.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin günün məzənnəsi ilə 74.074 manat təşkil edən 2.860.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin günün məzənnəsi ilə 29.526 manat təşkil edən 1.140.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin günün məzənnəsi ilə 214.840 manat təşkil edən 8.200.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin günün məzənnəsi i lə 204.360 manat təşkil edən 7.800.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin günün məzənnəsi ilə 222.700 manat təşkil edən 8.500.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin günün məzənnəsi ilə 13.296,38 manat təşkil edən 507.495,46 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2013- cü il tarixdə həmin günün məzənnəsi ilə 195.750 manat təşkil edən 7.500.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin günün məzənnəsi ilə 156.600,26 manat təşkil edən 6.000.010 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin günün məzənnəsi ilə 200.200 manat təşkil edən 7.700.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin günün məzənnəsi ilə 195.000 manat təşkil edən 7.500.000 Rusiya rublu məbləğində pulu,xx xxxxxx 2013-cü il tarixdə həmin günün məzənnəsi ilə 154.440 manat təşkil edən 5.040.000 Rusiya rublu məbləğində pulu, xx xxxxxx 2013-cü il tarixdə həmin günün məzənnəsi ilə 151.580 manat təşkil edən 5.830.000 Rusiya rublu məbləğində pulu, ümumilikdə xx xxxxxx 2012-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək olan dövr ərzində həmin dövrün məzənnəsi ilə 7.256.924,31 manat təşkil edən 283.436.612,56 Rusiya rublu məbləğində pulu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin aidiyyəti əməkdaşları vasitəsi ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına, oradan isə şəxsi məqsədləri üçün müxtəlif istiqamətlərə köçürərək sərf edib etibar edilmiş özgə əmlakı olan pulu vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq mənimsəyib israf etməklə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurm uşdur. Bundan başqa, o, ünvan4 ərazisində cinayət törətdiyinə görə istintaqdan gizlənərək axtarışda olmaqla məsuliyyətdən yayınmaq üçün ünvan4nın ünvan5ndə qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının ünvan4ndakı Səfirliyindən istifadə etmək məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşı X9 adına hüquq verən və vəzifədən azad edən, rəsmi sənəd hesab edilən xx xxxxxx 2017-ci il tarixli, xx xx xx seriyalı, ******* nömrəli, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini saxtalaşdırmaqla qanunsuz hazırladaraq əldə etmiş, bundan sonra Azərbaycan Respublikasına gəlmək üçün bilə-bilə həmin saxta qayıdış şəhadətnaməsindən istifadə edərək xx xxxxxx 2017-ci il tarixdə, saat 22 radələrində onu Dövlət Sərhəd Xidmət inin X10 rayonu ərazisində yerləşən «X75» Sərhəd Nəzarəti Məntəqəsində sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan ünvan4ndan Azərbaycan Respublikasına qanunsuz olaraq keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından biləvasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi X80 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutların tədqiqinə dair 143-146-cı maddələrinin tələbləri pozulmuş, nəticədə sübutlar kifayət etmədiyi, Məhkum əməlində Cinayət Məcəlləsini n 179.3.2-ci maddəsində nəzərə tutulmuş külli miqdarda özgə əməlakını mənimsəmə cinayətinin tərkibi olmadığı, X55lə, eləcə də onun təsis etdiyi “xxxx” MMC ilə “xxxx” arasında X55in - fizki şəxs kimi və MMCnin hüquqi şəxs kimi formal deyil, gercəkdən müvafiq əmlakların ipoteka ilə yüklü edilməsi ilə rəsmi kredit müqavilələrinə əsasən müxtəlif məbləğlərdə kreditləri götürməsindən irəli gələn mülki-hüquqi xarakterli münasibətlər olduğu halda, əsassız və qanunsuz olaraq həmin müddə ilə təqsirli bilinib ağır cəzaya məhkum edilmişdir. Kassasiya şikayətinin digər dəlili isə odur ki,ünvan5 Taqanski Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ittihamda göstərilən kredit məbləğlərinin tutulması, tələbin ipotekanın predmetlərinə yönəldilməsi haqqında “xx xx”nın mülki iddiası təmin edildiyi halda cinayət işi üzrə mülki iddiaçı “xxxx” QSM-nin 17.304.717,99 manat məbləğində pulun Məhkum tutulması haqqında mülki iddiası qismən təmin edilmiş, ondan iddiaçının xeyrinə (ödənilmiş məbləğ nəzərə alınmaqla) 8.027.446,19 manat məbləğində pulun tutulmasına qərar verilmişdir. Halbuki, Məhkumlə “xxxx” arasında münasibətlərin mülki-hüquqi xarakterli olduğunu və müvafiq daşınmaz əmlakların girov qoyulmasının formal olmadığını təsdiq edən həmin qətnamənin icrasına başlanılmış, o cümlədən ünvan9 ünvanında yerləşən daşınmaz əmlak və torpağa icarə hüququ hərrəcda satılaraq, əldə olunmuş puldan 86.308.006,02 rubl ziyanın ödənilməsinə yönəldilmişdir. Müdafiəçi X85 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının x x xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin tərkibi olmadığından, bu hissədə cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs «xxxx» ASC-nin nümayəndəsi nümayəndəX90 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət nəticəsində vurulmuş ziyanın böyük hissəsi ödənilmədiyi halda Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X90 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edi lməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməs i və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi X80 kassasiya şikayətində məhkəmələrin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinə əməl etmədiklərini, nəticədə sübutlar kifayət etmədiyi və əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə - külli miqdarda özgə əmlakını mənimsəməkdə təqsirli blindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın Məhkum Cinayət Məcəlləsinin 17 9.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissəsində ləğv edilməsi, həmin hissədə cinayət işi üzrə icraata xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6, 416.1.11-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş hüquqi şəxs «xxxx» ASC-nin nümayəndəsi nümayəndəX90 isə kassasiya şikayətində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların düzgün nəzərə alınmadığını, xüsusilə ziyanın böyük hissəsinin ödənilmədiyinə əhəmiyyət verimədiyini, nəticədə Məhkum barəsində yüngüllüyünə görə onun şəxsiyyətinə, əməllərinə uyğun olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Cinayət-Prosessual Məcəllənin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əsaslandırmışdır. Müdafiəçinin kassasiya şikayəti ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallar ını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq Məhkum Cinayət Məcəlləsinin 179.3.2-c i maddəsi ilə təqsirli bilinməsinə və bu ittihamla bağlı irəli sürülmüş mülki iddianın əsassız olaraq təmin edilməsinə dair dəlillərin) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Müdafiəçinin kassasiya şikayətində göstərdiklərindən deyil, məhz məhkəmələrin müəyyən etdikləri faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, Məhkum Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə (eynilə CM-in digər maddələrilə) irəli sürülmüş ittiham üzrə cinayət əməllərini təşkil edən faktiki hallar müəyyən edilərkən birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin istər Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi, istərsə də CM-in 29,318.1, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətlərinin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi onun apellyasiya şikayətinə baxılması nəticəsində sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmişdir (apellyasiya məhkəməsinin öz nəticələrini əsaslandırdığı sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Odur ki, məhkəmə kollegiyası Məhkum birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş, apellyasiya məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməllərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin və bu cinayətin əsas tərkibini nəzərdə tutan CM-in 179.1-ci maddəsinin, habelə CM-in 318.1, 320.1, 320.2-ci maddələrinin dispozisiyalarından, eləcə də cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə (eynilə ona isnad edilən Cinayət Məcəlləsinin digər maddələri ilə) onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlir. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən Məhkum qarşı irəli sürülmüş 17 304 717,99 manat (on yeddi milyon üç y üz dörd min yeddi yüz on yeddi manat doxsan doqquz qəpik) məbləğində pulun tutulmasına dair mülki iddia üzrə onun qismən təmin edilməli olması haqqında nəticəyə gələrkən də birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə olan ittihamın həcmindən, tələbin hansı hissədə sübuta yetirilmiş olmasından, hökm çıxarılanadək ziyanın hansı hissəsinin ödənilməsindən, eləcə də mülki iddiaya dair məsələləri tənzimləyən Cinayət-Prosessual Məcəlləsinin XİX fəslinin və 354-cü maddəsinin müddəalarından düzgün çıxış etmişlər. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları müdafiəçinin kassasiya şikayətinin məzmunu ilə ehtiva olanan (məhkəmələrin cinayət-prosessual qanunun 416.0.1-416.0.3, 416.0.6, 416.0.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməl əri barədə) iddiaları təkzib etməklə bu müraciətin əsassız olduğunu göstərir. Hökmlə Məhkum təyin olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış cəzanın mübahisələndirilməsinə həsr olunmuş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətinə gəldikdə, kollegiya bu məsələ üzrə də birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşmamaq üçün əsas görmür. Çünki, baxılan işdə Məhkum zərərçəkmişə vurduğu ziyanı tam həcmdə ödəməsə də, birinci instansiya məhkəməsi bunu Cinayət Məcəlləsinin cəzanın təyin edilməsinin ümümi əsaslarını təsbit edən 58.3-cü maddəsinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmyyətli olan digər əsaslarla (Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş və digər cinayətlərin xarakteri, ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, o cümlədən ailəli olması, əvvəllər məhkum olunmaması, “şəkərli diabet” və “mədə xorası” xəstəliklərindən əziyyət çəkməsi, dəymiş ziyanın əhəmiyyətli hissəsini (100.785,93 + 2.189.849,88 manat) ödəməsi kimi şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə nəzərə almış və Məhkum Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi və digər cinayətlərə görə istər ayrı-ayrılıqda, istərsə də onların məcmusu üzrə ədalətli, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət edən cəzalar təyin etmişdir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsi də tələb edir ki, törədilmiş cinayətə görə nəzərdə t utulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmədiyi hallarda təyin olunsun. Odur ki, zərərçəkmiş hüquqi şəxsin nümyəndəsinin Məhkum ayrı-ayrı cinayətlərə görə və cinayətlərin məcmusu üzrə təyin olunmuş (1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 3 ay müddətə azadlıqdan məhrum etmə) cəzasının həddindən artıq yüngül cəza olması və CM-in 8, 41.2, 58.3, 61-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmələrin Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi) barədə iddiası da əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası müdafiəçinin özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş hüquqi şəxsin kassasiya şikayətinin isə təmin edilməməsi, zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndələrinin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, müdafiəçinin kassasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısının isə hər bir kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi X80nın və zərər çəkmiş hüquqi şəxs «xxxx» ASC-nin nümayəndəsi nümayəndəX90nın kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-341/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-341/2020
11.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver