Məhkəmə qərarları › İş №1(102)-341/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-341/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-341/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi Sadıqov Qardaşxan Dadaş oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fərzi oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1986-cı il tarixdə Saatlı rayonunun Oktyabrabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, heç yerdə işləməyən, əv əllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə, CM-nin 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2018-ci ilin may ayının əvvəllərində özündə olan 500 ədəd narkotik xassəli çətənə (kannabis) bitkisi toxumlarını Saatlı rayonu Qarayevkənd (indiki Orta Muğan) kəndində icarəyə götürdüyü 3 ha torpaq sahəsinin 220 m x 47 m ölçülü kəsiyində qarğıdalı, boranı və yemiş bitkilərinin arasında qanunsuz olaraq torpağa əkmiş, sonrakı 4 ay ərzində torpağı yumşaldıb mütəmadi şəkildə suvararaq, böyüyən şitillərə qulluq edib külli miqdarda, cəmi 410 ədəd çətənə (kannabis) citkisi yetişdirib kultivasiya etmiş, sonda da onların hissələrini toplamaqla 2018-ci ilin sentyabr ayının əvvəllərində həmin torpaq sahəsində qurudaraq külli miqdarda-2700 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş və saxlamışdır. Bu barədə daxil olmuş məlumat əsasında xx xxxxxxxx 2018-ci il tarixdə saat 14:50 radələrində Saatlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin sahəyə baxış keçirilərkən 410 ədəd kök üstə olan çətənə (kannabis) bitkiləri və 2700 qra m ümumi təmiz çəkidə qurudulmuş marixuana aşkar edib götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Əzimov Əbdülhəsən Əliş oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-nin 234.4.3-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 3 (üç) aya və CM-nin 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib t əyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilədək, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanın müddəti isə 5 (beş) il 6 (altı) ay müddətə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Q.D.Sadıqov kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, məhkumun əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və ya ona ədalətli cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Q.D.Sadıqov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı z amanı düzgün araşdırma aparmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, Məhkum həm ibtidai, həm də məhkəmə istintaqı zamanı bildirmişdir ki, çətənə (kannabis) bitkisi toxumalarını icarəyə götürdüyü torpaq sahəsində əkməkdə məqsədi satış deyil, özünün istifadə etmək olmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli, 1843 saylı rəyi ilə də Məhkum çətənə bitkisi preparatlarından sui-istifadə etməsi və onda narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması təsdiq edilmişdir. Buna görə müdafiəçi hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin 410 ədəd kök üstə olan çətənə (kannabis) bitkilərini və 2700 qram çəkidə qurudulmuş marixuananı əldə etməsi və saxlaması satış məqsədi ilə olmadığından və bu hal h eç bir mötəbər sübutla təsdiq edilmədiyindən Məhkum əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd olunanlara əsasən müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin müdafiəçi Q.D.Sadıqov naməlum səbəbələrdən məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına xəbər verməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun və onun müdafiəçisinin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından müdafiəçisi Q.D.Sadıqov tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Məhkumun ərizəsi 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış xx xxxxxx 2021-ci il tarixli 17/25-349 saylı məktubla müşaiyət edilmişdir. CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdə keçirib kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.4.3 və 237.2.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlər ə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Sadıqov Qardaşxan Dadaş oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar