Məhkəmə qərarları › İş №1(102)-341/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-341/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-341/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Saatlı Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə Azərbay can Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və onun nümayəndəsi-vəkil Əliyev Mehman Qardaşxan oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Saatlı Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim: İ.Ə.Abuşov) Məhkum - xx xxxx 1995-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkd ə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 11 fevral 2021-ci il tarixdən 13 fevral 2021-ci il tarixə kimi şübhəli şəxs qismində tutularaq 3 (üç) gün saxlanılması və 22 fevral 2021-ci il tarixdən 13 aprel 2021-ci il tarixə kimi 1 (bir) ay 23 (iyirmi üç) gün ev dustaqlığında saxlanılması ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 10 (on) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını məntəqə tipli cəzaçəkmə müə ssisələrində çəkməklə, cəza çəkməsinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılması hökm edilmişdir. İşin halları: Məhkum Saatlı şəhəri H.Əliyev prospektində 08 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi "Ford Fusıon" markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60-70 km/saat sürətlə Saatlı rayon bazarı istiqamətindən Saatlı rayon İcra Hakimiyyətinin inzibati binası istiqamətində hərəkətdə olarkən, “Nə alsan 1 manat” mağa zasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin “Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməlidir” tələblərini pozaraq, avtomobil yolunun sağından soluna keçən piyada Zərərçəkmiş şəxs yolun orta hissəsində idarə etdiyi avtomobillə vurmuş, sonra isə idarəetməni itirərək yol kənarında dayanmış vəziyyətdə olan “Volkswagen” markalı **-LL-*** dövlət qeydiyyat nişanlı və “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, “Ford Fusıon” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində sahibi “PSG Finans” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyətinə 4650 manat, “Volkswagen” markalı **-LL*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində sahibi X1 4610 manat və “VAZ-21033” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində sahibi X4 499 manat miqdarında maddi zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), M.Ə.Bağırov və K.S.Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli hökmü kassasi ya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2021-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və nümayəndəsi-vəkil Əliyev Mehman Qardaşxan oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi-vəkil Əliyev Mehman Qardaşxan oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər ibtidai istintaq orqanı, istərsə də məhkəmələr cinayət işinin materiallarını, işin obyektiv hallarını, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış və zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs dəymiş maddi və mənəvi ziyanın məbləğini müəyyən etməmişlər. Hətta ziyanın ödənilməsi üçün də heç bir qanunamüvafıq tədbirlər görülm əmiş və Məhkum son dərəcə yüngül və ədalətsiz cəza təyin olunmuşdur. Odur ki, Məhkum təyin olunmuş cəzanın yüngüllüyünə, cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza olduğundan Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2021-ci il tarixli qərarını ləğv edərək cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansi yası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasi ya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi-vəkil Əliyev Mehman Qardaşxan oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətində istər ibtidai istintaq orqanı, istərsə də məhkəmələr cinayət işinin materiallarını, işin obyektiv hallarını, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırılmadığı və zərərçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs dəymiş maddi və mənəvi ziyanın məbləğinin müəyyən edilməməsinə baxmayaraq Məhkum son dərəcə yüngül və ədalətsiz cəza təyin olunduğunu bildirərək sonuncu barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2 021-ci il tarixli qərarını ləğv edərək cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Saatlı Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış, məhkəmə iclasında tədqiq edilmiş və qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsaslanmaqla məhkumun cinayət əməlini hüquqi tövsif etmişdir. Məhkəmə kollegiyasının hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən büt ün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 13 aprel 2021-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş bu sübutlar əsasında Saatlı Rayon Məhkəməsi düzgün olaraq Məhkum ittiham oldunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə tövsif etmişdir. Kassasiya şikayətində yalnız məhkuma təyin edilmiş cəzanın sərtləşdirilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məsələsi xahiş edildiyindən məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hökmünü göstərilən məsələlə r dair kassasiya şikayətinin dəlilləri üzrə yoxlamışdır. Cinayət işi materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslər X2, X6 və X7 cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Məhkum cəzasını yüngülləşdirən hallar kimi, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci mаddəsində göstərilən cəzаnı аğırlаşdırаn hаllаrın оlmаmаsını nəzərə alaraq cəzаnın ümumi məqsədinə хidmət edən qanuni və ədalətli cəza təyin etmişdir. Gö ründüyü kimi, Birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini kifayət qədər nəzərə almış və məhkum olunmuş şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olub-olmaması, təyin olunmuş cəzanın çəkilməli olub-olmadığı məsələlərini müzakirə edərək cəzanın məqsədinə, cəza təyin etmənin ümumi əsaslarına, iş materialları ilə müəyyən olunmuş faktiki və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara uyğun qərar qəbul etmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərarı ilə düzgün olaraq birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Cinayət işi üzrə Saatlı Rayon Məhkəməsinin hakimi tərəfindən qəbul edilmiş hökm və həmin hökmün dəyi şdirilmədən saxlanması barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı qanuni və əsaslı olduğundan, zərərçəkmiş şəxsin kassasiya şikayətinin məhkuma təyin olunmuş cəzanın yüngül olması ilə bağlı dəlili əsassız olduğundan təmin edilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törəd ilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində nəzərdə tutulmuş cəza təyin etmənin ümumi əsasları da nəzərə alınmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə t utulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Həmçinin zərərçəkmiş şəxsin və nümayəndəsinin kassasiya şikayətinin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı zərəçəkmiş kimi Zərərçəkmiş şəxs dəymiş maddi və mənəvi ziyanın məbləğini müəyyən edilməməsi ilə bağlı dəlilinə dair münasibət bildirən Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericilik cinayət nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu zərərçəkmişə aid etmiş, bundan sonra onun mülki iddia verməsindən asılı olaraq onun mülki iddiaçı kimi tanınması qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziy an vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəlləsinin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ə rizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. İş materiallarından müəyyən olunur ki, cinayət işinin ibtidai araşdırma zamanı və işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə istintaqı başlananadək Zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilməmiş, o, mülki iddiaçı qismində tanınmamışdır. Odur ki, qeyd olunanlara əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2020-ci il tarixli tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs və onun nümayəndəsi-vəkil Əliyev Mehman Qardaşxan oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar