Məhkəmə qərarları › İş №1(102)-341/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-341/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-341/2023 14.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Həsənova İlhamə Zakir qızının iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkə məsinin 15 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Həsənova İlhamə Zakir qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 1(099)-60/2021 nömrəli (hakimlər Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Abdullayev İlkin Qismət oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1968-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmu ş, məhkumluğu olmayan, xxx qeydiyyatda olmaqla orada yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu 21 mart 2020-ci ildən hesablanması, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Mirzəyev Ruslan Soltanağa oğlu, məhkum edilmiş şəxs Məhkum2 və onun müdafiəçisi Məmmədov Pənah Murad oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sucəddin oğlundan ibarət tərkibdə) 23 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum1 müdafiəçisi Həsənova İlhamə Zakir qızı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2023-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum1 08 fevral 2023cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş ərizəyə əsasən məhkə məyə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısı və müdafiəçinin çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Həsənova İlhamə Zakir qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar