Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-341/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli 1(103)-1560/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Aytən Əliyeva (sədrlik edən və məruzəçi), Siyavuş Hacıyev və Vüqar Quliyev) 08 aprel 2024-cü il tarixli, 1(101)-343/2024 nömrəli hökmü ilə xx xxxxxx 2000-ci il tarixdə Xocavənd rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sen tyabr 2021-ci il tarixli 1(001)-450/2021 nömrəli hökmü ilə Məhkum təyin edilmiş və çəkilməmiş qalan 9 (doqquz) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, CM-in 67.1-ci maddəsinə əsasən 4 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı 25 yanvar 2023cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, qab aqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək Bakı şəhərinin Binəqədi rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 3025 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyrilərinin göstərişinə əsasən satışını həyata keçirmək üçün razılaşıb üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 25 yanvar 2023-cü il tarixdə saat 22:15-də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmiş, orada həmin tarixdə saat 23:55-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı sellofan torbanın içərisindən qablaşdırılmış bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 3025 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 30 iyul 2024-cü il tarixli 1(103)-1560/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 1(101)-343/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 1(103)-1560/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandır mışdır ki, məhkəmələr iş üzrə sübutları araşdırmadan, məhkumun ifadəsinə diqqət yetirməyərək, qanunsuz olaraq tutulduğu, həbs olunduğu halda, günahsız olduğu məhkəmə araşdırılması zamanı sübuta yetirildiyi halda, cəza tətbiq edərək, ədalətsiz hökm çıxarmışdır. İş materiallarında olan, məhkəmə iclaslarında tədqiq olunmuş məktubdan görünür ki, həbs edilmiş şəxs Məhkum 27 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, bədəninə baxış keçirilərkən sol körpücük üstü nahiyədə üç ədəd təqribən 2 sm ölçüdə tünd bənövşəyi rəngli qançır aşkar edilmişdir. Təqsirləndirilən şəxsin xəsarət alıb almaması ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 11 sentyabr 2023-cü il tarixli göndərdiyi cavabla həbs olunan Məhkum BMCMİ-nin Müvəqqəti Saxlama Yerinə qəbul edilərkən bədən i üzərində xəsarət izlərinin olmadığı bildirilmişdir. Bu ziddiyyətlərin aradan qaldırılması ilə bağlı ekpertiza təyin edilmiş, ekspert X1 Rəhman Əlizaman oğlunun həbs olunduğu və təcridxanaya daxil olduğu 27 yanvar 2023-cü il tarixdən, 36 gün sonra yəni xəsarət izlərinin tamamən çəkilməsi, sağalması, xəsarətin dərəcələrinin azalmasına gətirib çıxararaq döyülmə izlərini çəkilib getməsinə şərait yaradaraq demək olar 1 ay yarımdan sonra gedib çıxmışdır. Bundan başqa məhkəmə iclasında 3-4 dəfə şübhəli, ziddiyyətli bir-birinə zidd ifadələr verən digər ekspert Ceyhun Allahverdiyev ilk ifadəsində həbs olunan zaman dərhal 27 yanvar 2023-cü il tarixdə Məhkum Əlizaman oğlunun yanına onu müayinə üçün Bakı İstintaq Təcridxanasına getdiyini, daha sonra ifadəsində Məhkum Səhiyyə Nazirliyinin ekspert Mər kəzində müayinə etdiyini, çoxlu sayda şübhəli ifadələr verdiyindən üst-üstə düşmədiyindən sonda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Məhkum müayinə etdiyini bildirərək şübhəli, ziddiyyətli hallar yaratmışdır. Eyni zamanda Bakı İstintaq Təcridxanasının 15 noyabr 2023-cü il tarixdə verilən cavabla ekspert X2 Rəhman Əlizaman oğlunu müayinə etmək üçün Bakı İstintaq Təcridxanasına daxil olmadığı qeyd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, təzyiq, təsir, döymə, fiziki işgəncə, zor tətbiq etmə sübut olunmamışdır. Ekspertlərin vaxtında müayinə etməsi halında bütün xəsarətlər, döyülmə faktları aşkara çıxarılaçaqdır ki, bütün bu faktlar gizlədilmiş, aşkara çıxarılmaması üçün yalan ifadələr verilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı təzyiq, təsir və fiziki zorakılıq altına alınmış şübhəli və heç bir əsası olmayan ifadələri ilə hökmü əsaslandırmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü m addəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, Məhkum birinc i instansiya məhkəməsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab etməyərək ifadəsində göstərmişdir ki, o, tanımadığı şəxsdən cəmi üç qram miqdarında marixuananı almaq razılığa gəlmiş,lakin sonuncunun göstərdiyi yerə gəldikdən sonra orada istədiyi çəkinin olmadığını və yekə sellofan olduğunu görərək götürməyib geriyə qayıtmışdıq. Həmin vaxt polis işçiləri onu tutmuş və sellofanı götürüb ona məxsus olduğunu demişlər. Onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmış, orada döyüb ifadə verməyə məcbur etmişlər. Özü narkotik vasitələrdən istifadə edir. Məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində isə Məhkum göstərmişdir ki, saxlanılmamışdan təxminən 5-6 gün əvvəl istifadəsində olan telefon nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə tanımadığı bir İran İslam Respub likasının mobil telefon nömrəsindən ona məlumat verilmişdir ki, həmin şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur. Söhbət zamanı o həmin şəxsə bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir. Həmin şəxs ona ilk əvvəl təklif etmişdir ki, pul müqabilində iş birliyi qursunlar və o, narkotik vasitələrin satışında həmin şəxsə köməklik etsin. Belə ki, sözügedən şəxsin göndərdiyi narkotik maddələri deyilən yerdən götürüb özündə saxlayaraq deyiləcək ünvanlara çatdırmalı imiş və əvəzində həmin şəxs ona pul və narkotik vasitələr verəcəkmiş. Odur ki, elə həmin ərəfədə ona ilk əvvəl təklif etmişdir ki, Biləsuvar rayonuna göndərdiyi narkotik malları gedib götürüb özündə saxlasın. Lakin o, həmin vaxt uzaq yerə yollana bilməyəcəyini həmin şəxsə bildirib bu işdən qorxduğunu və edə bilməyəcəyin i bildirmişdir. Lakin sonrakı vaxtlarda maddi imkanı zəif olduğu üçün o, məcbur olub sonrakı danışıqlar vaxtı həmin şəxsin yenidən ona etdiyi bu kimi təklifini qəbul etmiş və aralarında olan danışığa əsasən həmin şəxs ona göndərdiyi koordinatlara uyğun o, həmin ünvana gedərək oradan qoyulmuş narkotik maddə olan nəşəni götürməli imiş və az bir qismini özündə saxlayıb, əsas bir hissəsini isə sonradan həmin şəxsin dediyi yerlərə yerləşdirməli imiş. Buna görə də həmin şəxs ona 500 manat pul da verməli imiş. Qeyd etmiş ki, son vaxtlar mobil telefonu yararsız vəziyyətə düşdüyünə görə o, məcbur olub anasına məxsus olan mobil telefona sözügedən yuxarıda qeyd olunan ünsiyyət tətbiqini yükləyib özünə məxsus olan mobil telefon nömrəsi ilə həmin tətbiqdən qeydiyyatdan keçərək həmin İranlı şəxslə əlaqə saxlayırmış. Sonuncu danışıqları da həmin mobil telefonda olan mobil telefon tətbiqinin vasitəsilə aparılırmış. O, həmin vaxt anasına məxsus olan telefonla həmin şəxslə əlaqə saxlayıb dediyi kimi, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon deyilən əraziyə yollanmışdır. Həmin yeri tanıdığına görə mobil telefonu özü ilə götürməmiş, həm də anasına məxsus olduğu üçün götürə də bilməmişdir. Odur ki, telefonda həmin iranlı ilə aparılan danışıqları mobil tətbiqindən silmiş və telefonu anasına geri qaytarmışdır. Deyilən yerə gedib çatanda isə həmin yeri tapıb orada gizlədilmiş yerdə taxta parçasının altında bir ədəd sellofan torbada olan maddələri oradan götürüb əlində saxlayaraq bir qədər aralanmışdır. Həmin vaxt ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını və onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirmişlər. Bundan sonra o, polis idarəsinə dəvət edilmiş və onun üzərində axtarış keçirilmişdir. Axtarış zamanı o, polis əməkdaşlarına sellofan torbanı təqdim etmişdir. Torbanın içərisində yaşıl rəngli qurudulmuş ota bənzər maddə kütləsinin olması məlum olmuşdur. Sorğu zamanı o, bildirmişdir ki, həmin maddələri tanış olduğu adını bilmədiyi İran İslam Respublikası vətəndaşının vasitəsi ilə elə həmin gün Binəqədi rayonu ərazisində gizlədilmiş yerdən götürmüş və həmin narkotik vasitələri özündə saxlayaraq sonradan iranlı şəxsin dediyi yerlərə qoymaq müqabilində həmin maddələrdən bir qədər özündə saxlayacaqmış və əlavə də 500 manat məbləğində pul qazanacaqmış. Məhkəmələr Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr digər sübutlarla təsdiq edildiyindən onları düzgün və həqiqətə uyğun, məhkəmə iclasında verdiyi ifadə isə özünü müdafiə və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası Məhkum ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin digər sübutların məcmusu ilə uyğunluq təşkil etməsi ilə yanaşı aşağıda göstərilən işin hallarına əsasən məhkəmələrin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sü but kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkum ilkin ifadələri polis əməkdaşları tərəfindən ona təzyiq edilməsi ilə əlaqədar verilməsini göstərsə də, onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokoldan görünür ki, o həmin ifadələri müdafi əçinin iştirakı ilə vermişdir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Məhkum bədəninin üzərinə onun polis əməkdaşları tərəfindən tutulması tarixə aid heç bir bədən xəsarəti aşkar edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə həmin sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkə mə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli 1(103)-1560/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2024-cü il tarixli 1(103)-1560/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-341/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-341/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver