Məhkəmə qərarları › İş №1(102)-342/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-342/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-342/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Mənsurova Lalə Nadir qızının iştirakları ilə Lənkəran Ağır Cinayə tlər Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 151 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Mənsurova Lalə Nadir qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.Quliyev, hakimlər X.Nuriyev və O.Cəlilovdan ibarət tərkibdə) xx xxxxx 1992-ci ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran Dövlət Humanitar Kollecin 4-cü kurs tələbəsi, Lənkəran rayonunun Şürük kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 151 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 151-ci maddəsi ilə 01 il 06 ay, CM-nin 182.2.2-ci maddəsi ilə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən cəzalar qismən toplanılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, seksual xarakterli digər hərəkətlərə məcbur etmiş, habelə təkrarən, zərərçəkmiş şəxsin haqqında rüsvayedi ci məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmişdir. Belə ki, o, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakının tələb etmək və barəsində rüsvayedici 2 məlumatları yayma imkanı ilə əlaqədar zərərçəkmiş şəxsin asılılığından istifadə eməklə onu cinsi əlaqəyə girməyə, seksual xarakterli digər hərəkətlərə məcbur etmək məqsədilə hərəkət edərək, Lənkəran şəhərində 16 noyabr 2017-ci il tarixdən 24 noyabr 2017-ci il tarixədək olan dövr ərzində Lənkəran Dövlət Humanitar Kollecinin dördüncü kursunda bir qrupda təhsil aldığı X3 ilə tanışı X6 arasında istifadələrində olan smartfonlarla internet şəbəkələri vasitəsilə şəxsi münasibətlərinə dair yazışmalarının mətni ilə X6 smartfonundan tanış olduqdan sonra, X3 bu barədə bil dirib, həmin məlumatları kollecdə digər tələbə yoldaşları arasında yaymaqla, X3 ailə üzvlərinə və ərinə çatdırmaqla sonuncunu rüsvay edəcəyi ilə hədələyərək, məlumatları yaymamaq üçün sonuncudan 200 manat miqdarında pul tələb etmiş, eyni zamanda göstərilən müddətdə barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələdiyi X3 ondan asılılığından istifadə etməklə sonuncunu onunla Lənkəran şəhəri ərazisində yerləşən oteldə görüşüb cinsi əlaqədə olmağa, telefon bağlantıları zamanı bədən nahiyələrinin çılpaq foto və video görüntülərini nümayiş etdirməsini tələb edib buna nail olmaqla cinsi ehtirasını soyutmasında iştirak etməyə və seksual xarakterli digər hərəkətlər etməyə məcbur edərək, otelin otaq ödənişi üçün təkrarən 70 manat miqdarında pul tələb etmiş, 24 noyabr 2017-ci il tarixdə saat 143 5-də onun bu kimi hərəkətləri barədə artıq məlumat almış Lənkəran şəhər-rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı polis əməkdaşlarının müşahidəsi altında ünvan 1 ünvanda yerləşən Lənkəran Dövlət Humanitar Kollecinin inzibati binasında X3dən hədə-qorxu ilə tələb etdiyi 270 manat pulu alıb ələ keçirmişdir. Daha sonra, o, təkrarən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakının tələb etmək məqsədilə, Lənkəran şəhərində 24 noyabr 2017-ci il tarixdə, saat 1440-dan etibarən, Lənkəran Dövlət Humanitar Kollecinin dördüncü kursunda bir qrupda oxuduğu X3 tanışı X6 arasında istifadələrində olan smartfonlarla internet şəbəkələri vasitəsilə şəxsi münasibətlərinə dair yazışmalarından X6 sma rtfonunda tanış olduğu məlumatları kollecdə tələbə yoldaşları arasında yaymaqla, X3 ailə üzvlərinə və ərinə çatdırmaqla sonuncunu rüsvay edəcəyi ilə hədələyərək, istifadəsində olan «xxxx» MMC-nin ***-***-**-** nömrəsi ilə işləyən smartfonundan X3 istifadəsində olan «xxxx» MMC-nin ***-***-**-** nömrəsi ilə işləyən smartfonuna «Whatsapp» internet şəbəkəsi vasitəsilə hədə-qorxu məzmunlu məlumat göndərərək barəsində rüsvayedici məlumatları yaymamaq üçün 2017-ci ilin dekabr ayının 20-dək ona 300 manat miqdarında pul verməsini tələb etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.Camalov, hakimlər Ə.Novruzov və R.Cəfərovdan ibarət tərkibdə) 15 oktyabr 2018-ci il tarixli qərarı ilə Lə nkəran Ağır Cinayətlər Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə məhkum edilmiş şəxs Məhkum CM-nin 182.2.2-ci maddəsi ilə təyin olunmuş 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 il 06 aya endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü ilə CM-nin 151-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Məhkum üzərində qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Mənsurova Lalə Nadir qızı kassasiya şikay əti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılan zaman Məhkum müdafiəçisi Mənsurova Lalə Nadir qızı məhkəmə kollegiyasına ərizə təqdim edərək verilmiş kassasiya şikayətinin məhkum tərəfindən geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə müdafiəçi və dövlət ittihamçısının çıxışlarını dinləyib (zərərçəkmiş şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 151 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Mənsurova Lalə Nadir qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar