Məhkəmə qərarları › İş №1(102)-342/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-342/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-342/2022 31.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkumn müdafiəçisi Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2021-ci il tarixli, 1(106)-187/2021 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi I. İşin halları

1. Məhkum 31 yanvar 1967-ci il tarixdə Pakistan İslam Respublikasının Lahor şəhərində anadan olmuş, Pakistan vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Pakistan İslam Respublikasının Lahor şəhəri, Yakkı Gate küçəsi, ev 434 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 03 aprel 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halların a görə, Məhkum külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma barədə məlum olmayan vaxtda Pakistan İslam Respublikasında və İran İslam Respublikasında şəxsiyyətləri məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun üzvləri məlum olmayan vaxtda və yerdə qəsdən qanunsuz olaraq satış məqsədilə külli miqdarda - 970 qram heroin narkotik vasitəsini əldə etmiş, 1 sellofan bağlamada qablaşdırıb malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə üzərində “Samsonite" sözləri yazılmış çamadanın alt divarı ilə astarının arasında gizlədərək ona təhvil vermiş, o isə əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvlərindən qəsdən qanunsuz olaraq satış məqsə dilə həmin çamadanın içərisinə yerləşdirilmiş həmin narkotik vasitəsini əldə edib saxlamış, İrandan tranzit keçməklə, Pakistandan Azərbaycan Respublikasına daşımış və 23 yanvar 2020-ci il tarixdə, saat 14 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük idarəsinin 'Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirərkən saxlanılmışdır.

4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 1(099)255/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 yanvar 2020-ci il tarixdənhesablanması və Azərbaycan Respublikası CM-nin 52.1 və 52.1-1-ci maddələrinin tələblərinə əsasən cəzasını çəkdikdən sonra onun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, Azərbaycan Respublikasına gəlmək hüququnun hazırki hökmlə məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılması hökm edilmişdir.

5. Məhkəmənin həmin hökmündən məhkum ed ilmiş şəxs tərəfindən apellyasiya şikayəti verib, təyin edilmiş cəza müddətinin minimal həddə qədər azaldılmasını xahiş etmişdir. Apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hökm çıxararkən onun ağır xəstəliyini, yəni hipertoniya İİİ dərəcə, işemik ürək xəstəliyi, miokard infarktı, qara ciyərin struktur dəyişikliyi və s. xəstəliklərini, arvadının vəfat etdiyini və himayəsində üç azyaşlı uşağının qaldığını nəzərə almamışdır. Bundan başqa, Pakistan İslam Respublikasının vətəndaşı olmaqla, ixtisasca beynəlxalq dərəcəli politoloqdur, Pakistanın Lahor şəhərində “Yaşıl” partiyasının şöbə müdiridir. Azərbaycan dövlətinin ərazi bütövlüyünü dəstəkləmiş, bu sahədə fəal iştirak etmiş, partiyanın iclaslarında bu barədə çıxışları vardır. Ermənistanın aqressor dövlət olduğunu və Azərbaycanın haqlı olduğunu dəfələrlə başqa ölkələrdə təbliğ etmişdir. Törətdiyi əmələ görə çox peşmandır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2021-ci il tarixli, 1(106)-187/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə yüngülləşdirilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 08 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

7. Hazırda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2021-ci il tarixli, 1(106)-187/2021 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

8. Məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, kassasiya şikayətinin müəllifi onları təkrarlamaqla məhkəmə kollegiyasından ona daha yüngül cəza təyin etməsini xahiş edir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

11. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

12. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xa rakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

13. Məhkəmə ko llegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşar və hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum Pakistan İslam Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasının ərazisində əvvəllər məhkum olunmamasını və törətdiyi əməldən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alaraq, cəzasının yüngülləşdirilməsini məqsədə müvafiq hesab etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respubl ikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasını 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldaraq, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Məhkum qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərək, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə ta m riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

14. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim edilməsində və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

15. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2021-ci il tarixli, 1(106)-187/2021 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar