Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-342/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum Sərdər oğlunun iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Sərdər oğlunun Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarından Məhkum Sərdər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Məhkəməsinin (sədrlik edən hakim X3) 13 oktyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1978-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, orta təhsilli, evli, məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonu, Sor-sor kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış Məhkum Sərdər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş və ödənilməmiş 2000 (iki min) manat cərimə cəzası tam birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə və 2000 (iki min) manat cərimə cəzaları təyin edilmişdir. Cərimə cəzasının CM-in 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması, cəza çəkməsinin başlanğıcının həbsə alındığı gündən, yəni 26 may 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi, Kürdəmir rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməsi hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən), X7, X4 ibarət tərkibdə) 7 aprel 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum Sərdər oğlunun müdafiəçisi Müdafiəçi və Məhkum Sərdər oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Sərdər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum edilməsi barədə Kürdəmir Rayon Məhkəməsinin 13 oktyabr 2021-cu il tarixli, 1(041)-94/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Sərdər oğlu is tintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə təmiz çəkisi 0,741 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0,426 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən 0,058 qramını 25 may 2021-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanda yerləşən evdə Kürdəmir şəhər sakini X10 85 manat müqabilində qanunsuz olaraq satmış, 26 may 2021ci il tarixdə saat 20:25-də keçirilmiş əməliyat-axtarış tədbirləri zamanı Ş.Ş.Qarayev Kürdəmir şəhəri, S.Şıxalıyev küçəsində saxlanılaraq Kürdəmir RPŞ-yə gətirilib, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ arxa cibindən 01 ədəd polietilen kəsiyi bükümd ə təmiz çəkisi 0,058 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, bundan sonra saat 21:45-də keçirilmiş əməliyat-axtarış tədbirlərinin davamı olaraq o ünvan 2 ünvanda saxlanılarkən üzərində olan bir ədəd kibrit qutusunun içərisində saxladığı bir ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,513 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 01 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,426 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini yerə atmış, bundan sonra Kürdəmir RPŞ-yə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan cins şalvarın sol arxa cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,170 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin aşkar olunaraq götürü lmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisidir, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Həm ibtidai istintaq zamanı, həm də məhkəmələr tərəfindən aparılan araşdırma zamanı narkotik vasitələrin istifadəçisi olmasını səmimi şəkildə etiraf etmiş, barəsində ilk cəlb etmə qərarı da məhz CM-in 234.1ci maddəsi ilə olmuşdur. Məhkəmə hökmündə narkotik vasitənin satdığı, şərti alıcı kimi qeyd edilən Şahin Qarayev sonradan ondan narkotik vasitə alması barədə ifadəni istintaq zamanı ona edilmiş təzyiq nəticəsində verdiyini bildirmişdir. O, cəzalandırıldığı cinayət əməli üzrə təqsirli deyil və məhkəməyə təqdim edilmiş sübutlar saxtadır, onların yetərliliyi və mötəbərliliyi şübhə doğurur. Üzərinə aparılan baxış zaman ı heç bir narkotik vasitə aşkar olunmamış, sadəcə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün həmin qaydada sənədləşmə aparılmışdır. O həbs olunarkən işgəncə və təzyiqlərə məruz qalmış və ona yetirilmiş bədən xəsarətləri barədə məhkəmə-tibbi ekspertizasının rəyi də mövcuddur. İş üzrə sübutlar- şərti alıcının ifadəsi, telefon danışıqlarının mətni məhkəmələr tərəfindən düzgün qiymətləndirilməmiş və əməli səhv tövsif edilmiş, ona çox ağır cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində cinayət işi üzrə barəsində çıxarılmış ittiham hökmünün əsasını yetərliliyi və mötəbərliyi baxımından şübhə doğuran sübutların təşkil etdiyini nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarının ləğv edilməklə, əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə, həmin maddənin sanksiyası həddində mərhəmətli və ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiy a şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının m üəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qaz andıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsasla ndırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmas ının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə h ökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əmə lin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Sərdər oğlunun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edi lməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum Sərdər oğlunun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsii ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, üzləşdirmə protokolları, 26 may 2021-ci il tarixli “Şahin Qarayevin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə” protokolla, isifadəsində olan mobil telefonu ilə narkotok maddələrin alqı-satışı ilə bağlı apardığı danışıqlarla və ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. İbtidai araşdırma və birinci instansiya məhkəməsi qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla Məhk um ittiham olunan cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011 -ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla v ə əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternat iv əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Ali Məhkə məsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir.Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Məhkum olunmuş şəxs Məhkum kassasiya şikayətində əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmiş, həmçinin onun polis işçiləri tərəfindən döyüldüyünü, ba rəsində olan cinayət işinin polis tərəfindən uydurma dəlillər əsasında hazırlandığını, Şahin Qarayevə heç vaxt narkotik satmadığını, narkotik vasitələri şəxsi isehlak miqdarında özünün istifadəsi üçün əldə etdiyini, mobil telefonunda aşkar edilən danışıqların yalnız özü üçün narkotik vasitələr əldə etməsindən ibarət olduğunu, buna görə də özünü təqsirli hesab etdiyini göstərərək əməlinin CM-nin 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq məhkumun əməlinin tövsifi və ona cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya şikayətinin əməlin CM-in 234.2-ci maddəsindən 234.1-ci maddəyə tövsif olunması və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının daha da yüngülləşdirilməsi barədə dəlilləri hər hansı hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Belə ki, Məhkum CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə ibtidai istintaq və aşağı instansiya məhkəmələrində tədqiq olunmuş sübutlarla tamamilə sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkumun ona zor tətbiq edilməsi ilə bağlı iddiası ilə əlaqədar həmçinin qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 27 may 2021-ci il tarixli 264 №-li rəyinə əsasən Məhkum Sərdər oğlunun bədən səthində sağ dirsək nahiyəsinin və sol saidin arxa səthinin sıyrıqları, sağ qoltuqaltı nahiyənin,hər iki sağrı nahiyəsinin,qarnın sağ yan hissəsinin, sağ dizin ön səthinin qançırları kimi xəsarə tlər vardır. Qeyd olunan xəsarətlər küt əşya (alətin) təsirindən törənmişdirlər,törənmə müddəti qərarda göstərilən vaxta-yəni 26.05.21-ci il tarixinə uyğun gəlir və xəsarətlərin hər bri ayrı-ayrııqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər müxtəlif şəraitdə həmçinin qərardagöstərilən şəraitdə əmələ gəlməsi mümkündür. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Məhkum xx.xx.2021-ci il tarixdə təcridxananın həkimi tərəfindən tibbi baxışdan keçirilən zaman sağ bazuda, sağ qoltuqaltında, hər iki sağrı nahiyyələrində çoxsaylı qançırlar, qarnının sağ nahiyəsində, sağ dizində çoxsaylı sıyrıqlar, sol diz nahiy əsində şişkinlik aşkar edilməsinin xx.xx.2021-ci il tarixdə Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən həbs olunan zaman aldığını göstərməsi ilə bağlı toplanmış material aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir. Hadisənin necə, hansı şəraitdə baş verməsinin müəyyən edilməsi məqsədi ilə material prokurorluqda törədilmiş və ya hazırlanan cinayətlərin qeydiyyatı kitabında 14 iyun 2021-ci il tarixdə 33-C-21 nömrəsi ilə qeydə alınaraq araşdırmanın aparılması prokuroruluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 həvalə edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Məhkum 26 may 2021-ci il tarixdə yaşadığı evin küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə şübhəli olduğuna görə saxlanılarkən polis əməkdaşalrının qanuni tələblərinə tabe olmayaraq qaçmış, yaxalanan z aman polis əməkdaşlarına müqavimət göstərdiyi zaman onun bədənində sağ bazuda, sağ qoltuqaltında, hər iki sağrı nahiyələrində çoxsaylı qançırlar, qarnının sağ nahiyyəsində, sağ dizində çox saylı sıyrıqlar, sol diz nahiyyəsində şişkinliklər yaranmışdır. Məhkum bədən səthində yaranmış xəsarətlərin polis əməkdaşlarına müqavimət göstərdiyi zaman yaranması özünün etirafedici izahatı, məhkəmə tibbi ekspertizasının rəyi, Kürdəmir RPŞ-nin CAB-nin rəisi Zamin Sadıqovun izahatı ilə təsdiq olunur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Kürdəmir RPŞ-nin İB-də istintaq edilən ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum müvəqqəti saxlama yerində saxlanılan vaxt döyülməsi ilə bağlı hər hansı şikayət etməmişdir. Məhkum polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı 2 saylı İstintaq Tə cridcanasına verdiyi izahatında göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. 24 iyun 2021-ci il tarixdə Kürdəmir rayon prokuroruluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X8 tərəfindən 33-C21 saylı material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Məhkum polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı göstərdiyi xüsusatların öz təsdiqini tapmaması nəzərə alınmışdır. Göründüyü ki, Məhkum saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi, ona fiziki zor tətbiq edilməsi aşağı instansiya məhkəmələri tərəfindən aparılan araşdırma zamanı öz təsdiqini tapmamışdır. Buna görə də Məhkum polis əməkdaşları tərəfindən döyülməsi xüsusatının məhkəmələr tərəfindən özünü müdafiə kimi qiymətləndirilməsi əsaslıdır. Bundan əlavə, Məhkum tutularkən üzərindən atdığı bir kibrit qutusundakı nark otik vasitənin və şəxsi axtarış aparılarkən üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, üzərində qoyulduğu xüsusatlar özünü müdafiə etmək məqsədi ilə onun əsassız iddiası kimi düzgün qiymətləndirilmişdir. Belə ki, ibtidai və məhkəmə istintaqlarında dindirilmiş şahidlər göstərmişlər ki, Məhkum yaşadığı evin qarşısında polis əməkdaşlarını görən kimi üzərində olan kibrit qutusundakı narkotik vasitəni yerə atmış və qaçmağa başlamışdır. Eyni zamanda Məhkum məhkəmə istintaqında ifadəsində özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1ci maddəsi ilə təqsirli bilmişdir. Buna görədə Məhkum üzərindən aşkar edilmiş və yerə atdığını narkotik vasitələrin ona məxsus olmaması barədə söylədiyi halların inandırcı olmaması barədə aşağı instansiya məhkəmələrinini qənaəti haqlıd ır. Cinayət işinin materiallarında olan Məhkum Sərdər oğlunun telefon danışıqlarına Kürdəmir rayon Məhkəməsinin 5(041)-11/2021-ci il tarixli qərarı əsasında qulaq asılmış, narkotik vasitələrin dövriyyəsi ilə bağlı olan mətnlər istintaq bölməsinə təqdim edilmiş, həmin mətnlərə baxış keçirilmişdir. Məhkum adına qeydiyyatda olan və tutulmamışdan əvvəl istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə xx.xx.2021-ci il taixdən 12 may 2021-ci il tarixədək olan danışıqlarıdır. Baxış zamanı Məhkum narkotik vasitələrin ayrı-ayrı növlərinin müxtəlif insanlara satması və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə mətnlər vardır. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, Məhkum Sərdər oğlu satış məqsədi ilə təmiz çəkisi 0,741 qra m kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroini və təmiz çəkisi 0,426 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindən 0,058 qramını 25 may 2021-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanda yerləşən özünə məxsus evində Kürdəmir şəhər sakini X10 85 manat müqabilində qanunsuz olaraq satmışdır. Məhkum Sərdər oğlu da satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etmiş, Kürdəmir rayon ərazisində narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmuşdur. Bundan başqa Məhkum Sərdər oğlu heç bir yerdə işləməməklə, tüfeyli həyat tərzi sürür. O narktoik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olaraq gəlir əldə et mişdir. X1 şəhər ərazisində yaşamaqla narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Bu səbəbdən Məhkum narkotik vasitə almışdır. Məhkum Sərdər oğlunun Kürdəmir rayonu və digər əraziləridə başqa hər hansı cinayət törətməsi müəyyən edilməmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Məhkum Sərdər oğlu narkotik vasitələri müxtəlif şəxslərdən qanunsuz olaraq əldə etmişdir. Məhkum Sərdər oğlunun psixotrop maddəni və narkotik vasitəni müxtəlif şəxslərdən əldə etməsi barədə məlumatlar daxil olsa da, həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkum Sərdər oğlunun narkotik vasitə və psixotrop maddəni hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir. Məhkum Sərdər oğlunun istifadəsində olan mobil nömrələrin telefon danışıqlarını qulaq asılması zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayon ərazisində narkotik vasitələrin və psixotrop maddəllərin alqı-satqısı, dövriyyəsi işlərinə nəzarət edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkum Sərdər oğlunun özünü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilməyərək onunun üzərindən aşkar edilərək götürülən narkotik maddələrin ona aid olmadığını, Şahin Qarayevə narkotik vasitə satmadığını, Şahin Qarayevin ona böhtan atdığını, lakin onunla bir yerdə narkotik vasitə istifadə etdiklərini, polis əməkdaşlarının ona böhtan atmasını bildirsə də, iş üzrə dindirilmiş şahid ifadələri, telefon danışıqları, habelə iş materialları ilə, sübut olunur ki, Məhkum Sərdər oğlu narkotik vasitələrin satışı ilə məşğul olmuş, o cümlədən Şahin Qarayevə 85 manat müqabilində narkotik vasitə satmış, üzərindən narkotk vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Sərdər oğlunun üzərindən satış məqsədi ilə saxladığı narkotik vasitə aşkar olunması, həmçinin Şahin Qarayevə narkotik vasitə satması cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla məhkum qəbul olunmasının yolverilməzliyini iddia etsə də, öz təsdiqini tapmışdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Sərdər oğlunun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cina yət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum Sərdər oğluna istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqli olar aq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası K onstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə ed ilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəm ə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin t övsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsi ni tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsin i, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum Sərdər oğlunun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmiş, onun əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin Məhkum Sərdər oğluna təyin olunan və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və icti mai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən Məhkum Sərdər oğlunun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmış, onun məs uliyyətini ağıraşdıran hallar müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25- ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata ke çirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narko tik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum Sərdər ocluna cəza təyini məsələsini həll edərkən yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını nəzərə almış, ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasının həddində azadlıqdan məhrum etmə növündə qanuni, ədalətli və əsaslı cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edi lmiş 2000 (iki min) manat cərimə cəzasını tam birləşdirilməklə ona qəti olaraq cəza təyin edilməsi və cərimə cəzasını CM-in 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsi barədə düzgün qənaətə gəlmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşmışdır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, q ərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Sərdər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Sərdər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-342/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-342/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver