Məhkəmə qərarları › İş №1(102)-343/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-343/2019

13.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-343/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ailəli, himayəsində iki azyaşlı uşağı olan, Naxçıvan Muxtar Respublikası Ordubad şəhəri, ***********-da qeydiyyatda olan və Bakı şəhəri, ******************* *************də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ə.Sadıxov) Təqsirləndirilən şəxs - Аzərbаycаn Respublikаsı CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzasının əvvəli 17 iyun 2016-cı ildən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə zərərçəkmiş şəxslər in mülki iddiasının maddi zərərin399.709 manat pulun tutulması hissəsində təmin edilməsi, zərərçəkmiş şəxslərə vurulmuş mənəvi zərərə görə Təqsirləndirilən şəxs 5000 manat tutulmaqla hər birinə verilməsi və mülki iddianın bu hissədə qismən təmin edilməsi hökm eilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarı ilə (hakimlər: E.Y.Şamayev (sədrlik edən), S.A.Mirzəyev və F.A.Qasımov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2017-ci il tarixli hökmü dəyişdirilmiş və məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası onun ba rəsində Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsi tətbiq olunmaqla cəzasının müddəti 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddialarından imtinaları qəbul edilmiş və mülki iddia üzrə icraata xitam verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını küllü miqdarda ələ keçirmək məqsədi ilə 2007-ci ilin fevral ayının 2-ci yarısında ünvan 1 ünvanında yerləşən “S-Market” firmasının ofisində firmanın direktoru Zərərçəkmiş şəxs2 və direktor müavini Zərərçəkmiş şəxs1 ilə görüşərək, özünü 30 saylı Mənzil-Kommunal İst ismar sahəsinin rəisi kimi təqdim edib xidmət etdiyi ərazidə, yəni Bakı şəhəri, ************************** küçəsində yerləşən FHN-nin Yanğından Mühafizə idarəsinin arxa hissəsində olan dəmir qarajların söküntü planına düşdüyünü və həmin qarajların məhkəmə yolu ilə təxminən 6 ay və yaxud 1 il müddətində boşaltdıracağını bildirərək, qeyd edilən yerdən və həmin əraziyə bitişik olan boş torpaq sahəsindən onların hər birinə 0,02 hektar torpaq sahəsini satacağına, təsvir edilən sahədən torpağın 0,01 hektarına görə 140.000 ABŞ dolları, cəmi 0,04 hektar torpaq sahəsinə görə isə ümumilikdə 560.000 ABŞ dollarından ibarət pul vəsaitinin ona verilməli olduğuna yalan vəd verərək inandırmaqla 14 mart 2007-ci il tarixdə “S-Market” firmasının ofisində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onların şərikli mülkiyyətində olan 48.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 41.644,80 manat, 19 mart 2007-ci il tarixdə 22.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 19.087,20 manat, 31 mart 2007-ci il tarixdə 30.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 26.016 manat, 06 aprel 2007-ci il tarixdə 20.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 17.324 manat, 05 sentyabr 2007-ci il tarixdə 50.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 42615 manat, 01 oktyabr 2007-ci il tarixdə 30.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 25.530 manat, 15 oktyabr 2007-ci il tarixdə 30.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 25.512 manat, 22 oktyabr 2007-ci il tarixdə 20.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 16.998 manat, 29 oktyabr 2 007-ci il tarixdə Bakı şəhəri, ****************************** ünvanında yerləşən “LİDO” restoranının yanında 30.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 25.485 manat, 10 dekabr 2007-ci il tarixdə 50.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 42.320 manat, 2008-ci ilin yanvar ayının təxminən 26-27-də 20.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 16.910 manat, 08 fevral 2008-ci il tarixdə 20.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 16.890 manat, 05 mart 2008-ci il tarixdə Bakı şəhərində yerləşən ******************** prospektində 20.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 16.862 manat, 16 mart 2008-ci il tarixdə 10.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 8.388 manat, 20 mart 2008-ci il tarixdə 10.000 ABŞ dolları pulu Bakı ş əhəri, ******************** prospekti 118-də yerləşən “Hundai Servis’ln qarşısında, milli pul vahidi ilə məzənnəyə görə 8.385 manat, 03 aprel 2008-ci il tarixdə 10.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 8.324 manat, 16 aprel 2008-ci il tarixdə 10.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 8.303 manat, 28 aprel 2008-ci il tarixdə 10.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 8.291 manat, 06 may 2008-ci il tarixdə 10.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 8.280 manat, 13 may 2008-ci il tarixdə 10.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 8.269 manat və 15 may 2007-ci il tarixdə 10.000 ABŞ dolları, milli pul vahidi ilə məzənnəyə görə 8.275 manatdan ibarət cəmi 470.000 (dörd yüz yetmiş min) ABŞ dolları, təsvir edilən tarixlərdə qüvvədə olan milli pul vahidi ilə məzənnəyə görə cəmi 399.709 (üç yüz doxsan doqquz min yeddi yüz doqquz) manat məbləğində pul vəsaitindən ibarət əmlakı ələ keçirərək zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tətbiq edilməsi barədə müddəaların qərardan xaric edilməsi və ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmaqla, maddənin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzasının t əyin edilməsi xahiş olunur. Həmçinin şikayət müəllifləri qeyd edirlər ki, apellyasiya instansiyası məhkəməsinin qərarında zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tətbiq edilmişdir. Əslində isə Təqsirləndirilən şəxs 18 dekabr 2017-ci il tarixdə onlarla notarial qaydada müqavilə bağlayaraq 154.854 manat 50 qəpik pulu 18 iyun 2018-ci il tarixədək qaytamağı öhdəsinə götürərək onları yenidən aldatmış və ötən müddət ərzində heç bir ödəniş etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edi r ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya in stansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya şikayətində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Odur ki, məhkəmə kollegiyası cinayət işi üzrə məhkumun təqsirliliyi və əməlinin tövsifi ilə bağlı işin hallarının təhlilini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məh kəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 62.1-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən hall arın tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarını n təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırla şdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətiə əfv olunması haqqında” 24 may 2018-ci il tarixli 137 nömrəli Sərəncamına əsasən 25 may 2018-ci il tarixdə Penitensiar xidmətin Müalicə müəssisəsindən azad olunmuşdur. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, haz ırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq məhkum Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsindən ötrü apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əs aslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar