Məhkəmə qərarları › İş №1(102)-343/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-343/2020

26.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-343/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçisi – XX45nun vəkili Müdafiəçi iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçitərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.M.Əliyev, hakimlər X.H.Səmədov və C.C.Ramazanovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxx 1995-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 03 noyabr 2017-ci il tarix dən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Şükürov, hakimlər M.M.Hüseynov və R.Ə.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçiləri X1 və X6 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü Məhkum cəzanın təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkum hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) ildən 8 (səkkiz) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2018-ci il tarixli qərarından Məhkum mü dafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaşayış yerinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 noyabr 2017-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz olaraq girməklə, sonuncunun həyat və sağlamlığı üçün təhlükəli olan zorakılıqla basqın edib, Zərərçəkmiş şəxs iki əli ilə boğaraq, həmçinin yumruğu ilə sifət və baş nahiyəsindən dəfələrlə zərbə endirərək, başın ənsə nahiyəsinin, sol qaşaltı nahiyənin yaraları, boynun ön, hər iki yan səthinin və döş qəfəsinin arxa səthinin çoxsaylı sıyrıqları, alt çənədə altı dişin travmatik itirilməsi ilə müşayiət olunan, ümumi əmək qabiliyyətinin 10%-ə qədər itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib, boynundan bir ədəd 583 əyarlı, 18 qram çəkidə, 900 (doqquz yüz) manat dəyərində qızıl boyunbağısını, bir ədəd sadə qaşlı, 583 əyarlı,1,6 qram çəkidə, 80 (səksən) manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd qaşsız, 583 əyarlı, 1,5 qram çəkidə, 75 (yetmiş beş) manat dəyərində qızıl qadın üzüyünü, hər biri 3 (üç) manat olmaqla ümumi 6 (manat) dəyərində 2 ədəd sarı rəngli metal qolbağını, bir ədəd 6 (altı) manat dəyərində gümüşü rəngli metal qolbağını, bir ədəd bəzi qaş yerləri boş olan 0,50 manat (əlli qəpik) dəyərində gümüşü rəngli metal üzüyünü, bir ədəd qırmızı rəngli və rəngsiz, şəffaf qaşları o lan badam formalı 3 (üç) manat dəyərində metal üzüyünü, bir ədəd yaşıl, çox sayda rəngsiz, şəffaf qaşları olan 4 (dörd) manat dəyərində metal üzüyünü, bir ədəd göy rəngli və rəngsiz, şəffaf qaşları olan 0,50 manat (əlli qəpik) dəyərində metal üzüyünü, ağzından düşmüş 200 (iki yüz) manat dəyərində 4 ədəd qızıl materiallı, 2 ədəd isə titan materiallı dişini və evdəki stolun üzərində olan qara rəngli əl çantasından 980 (doqquz yüz səksən) manat məbləğində nağd pulunu tamah məqsədilə ələ keçirərək zərər çəkmiş şəxsə ümumilikdə 2255 (iki min iki yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla quldurluq cinayətini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs əvvəlcədən tanıdığın a və onların arasında yaxın münasibətlər olduğuna, bu səbəblər üzündən Zərərçəkmiş şəxs evinə qanuni şəkildə daxil olduğuna görə, onun əməli düzgün olmayaraq yaşayış sahəsində qanunsuz daxil olmaqla törədilən quldurluq kimi – Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Kassasiya şikayətinin digər dəlili mübahisələndirilməsinə həsr olunmuşdur. isə Məhkum təyin olunmuş cəzanın Müdafiəçi hesab edir ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən, onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə əsas verən hallar, o cümlədən əməlindən səmimi peşman olması, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı tam ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəmiyyət üçün təhlükəli olmaması, habelə cəzanı ağı rlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmamış, nəticədə Məhkum həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2018-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum əməlinin Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsinindən 181.1-ci maddəsinə tövsif edilməsini və ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həmin maddəninin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən az cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyy ətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə tə sbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə Məhkum cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-cü maddəsi ilə (sadə quldurluq kimi) tövsif edilməli olduğu halda, əsassız olaraq Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədilən quldurluq kimi tövsif olunduğunu və Məhkum həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud də yişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.15 və 416.0.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum Zərərçəkmiş şəxs ilə əvvəlcədən yaxın münasibətlərdə olduğu üçün sonuncunun evinə açıq qapıdan həmişə olduğu kimi qanuni şəkildə daxil olduğunu, lakin evə ondan sonra gələn XXX36 içkili olmasına görə o nu evdən qovmaq istədiyinə görə, yəni artıq yaşayış sahəsində qanuni şəkildə olduğu müddətdə XXX80nın əmlakını zor tətbiq etməklə ələ keçirmək fikrinə düşüb quldurluq etdiyini iddia etməklə, Məhkum əməlinin Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə deyil, 181.1-cü maddəsi ilə tövsif edilməli olmasına dair qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, əməlin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 181.1-ci maddəsinə dəyişdirilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə to planmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halla rın müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası Müdafiəçi kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının dəyişdirilməsi barədə tələbin (o cümlədən, Məhkum əməlinin Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilməli olmasında dair iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni olan dəlillər Məhkum müdafiəçiləri tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, cinayəti təşkil edən faktiki hallar müəyyən olunarkən və Məhkum təqsirlilik məsələsi həll edilərkən məhkəmələr tərəfindən sübutların tədqiqi qaydalarının pozuntularına yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, s übutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, Zərərçəkmiş şəxs məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində verdiyi ifadələrində ardıcıl olaraq Məhkum tanım adığını, evdə olmadığı müddətdə Məhkum onun yaşadığı evin həyətinə qanunsuz daxil olub darvazanın arxasında gizləndiyini və o, evə qayıtdıqda gözlənilmədən ona hücum edib sürüyərək evin içərisinə saldığını və orada döyüb ona xəsarətlər yetirdiyini, nəticədə hüşunu itirməsindən istifadə edib əmlakını taladığını bildirmişdir. Hadisədən sonra birinci olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs evinə gələn və Zərərçəkmiş şəxs tibbi yardımın göstərilməsi üçün onun təcili tibbi yardım avtomobili ilə XXX668na çatdırılmasını təşkil edən bacısı X5 da qeyd olunan hallarla yanaşı Zərərçəkmiş şəxs ona gözlənilmədən hücum edib evinə zorla daxil olan və döyülmə nəticəsində huşunu itirməsindən istifadə edib əmlakını talayan şəxsi tanımadığını, sonradan – cinayət işi üzrə icraat dövründə həmin şəxsin adının Məhku m olduğunu bildiklərini göstərmişdir. Bu və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə təqsirli olması haqında yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Məhkumə cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum əməlini etiraf edib peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ailəsinin zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam şəkildə ödəməsi kimi onun cəzasını yüngüllə şdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum hökmlə müəyyən edilmiş 9 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə müqayəsidə bir il az olmaqla Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən (8 il müddətə) azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı hallları fərqli şəkildə, o cümlədən Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydalarına müvafiq surətdə cəzanın daha çox azaldılmasını, başqa cür yüngülləşdirilməsini mü mkün edən müstəsna hallar kimi qiymətləndirmək üçün əsas görmür. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.15 və 416.0.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilə nlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hafiz Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar