Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-343/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3 və Məhkum iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 234.1-ci maddəsi ilə təqsirsiz bilinərək barəsində bəraət verilmiş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Ziya Əliyev) 1(032)-02/2020 nömrəli 0 yanvar 2020-ci il tarixli hökmü ilə 07 aprel 1994-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: İttiham aktına əsasən Məhkum sat ış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,570 qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib, qanunsuz olaraq üzərində daşıyaraq saxlamış və 04 iyul 2019-cu il tarixdə, saat 22:30 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, S.Vurğun küçəsində yerləşən “Şirvan” kinoteatrının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman bir ədəd siqaretin qızılı kağızına bükülmüş təmiz çəkisi 0,570 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Etibar Camalov və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)153/2020 04 mart 2020-ci il tarixli hökmü ilə Şirvan Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş, çəkilməmiş 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılm ası cəzası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdıırlması cəzasının 2 (iki) günü həbs etmənin 1 (bir) gününə bərabər tutulmaqla 1 (bir) il 2 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdrilməklə ona qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 mart 2020-ci il tarixdən hesablanmışdır. Dövlət ittihamçısı X8 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2020-ci il tarixli qərarı ləğv edilsin və bar əsində bəraət qərarı çıxarılması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, ibtida istintaq zamanı ona qarşı işgəncələr verilməklə təqsiri sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv edilsin və cinayət təqibinə xitam verilsin. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə c inayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili onun barəsində apellyasiya instansiya məhkəməsi tərəfindən ittiham hökmünün çıxarılması və əsassız olaraq təqsirli bilinməsinin qanu nsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ittiham verilmişdir ona görə ki, o, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,570 qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib, qanunsuz olaraq üzərində daşıyaraq saxlamış və 04 iyul 2019-cu il tarixdə, saat 22:30 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Şirvan şəhəri, S.Vurğun küçəsində yerləşən “Şirvan” kinoteatrının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman bir ədəd siqaretin qızılı kağızına bükülmüş təmiz çəkisi 0,570 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. İşə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmə istintaqı zamanı məhkumun təqsiri sübuta yetirilməmiş və ona təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiya məhkəməsi hökmündə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bəraət hökmü çıxararkən yalnız, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi barədə ifadəsinə və polis əməkdaşlarının şübhəli şəxsin saxlanılarkən dərhal üzərinə baxış keçirilməməsinə istinad olunduğu, onun narkomaniyadan əziyyət çəkməsini istisna etmədiyini qeyd edilmişdir. Bu kimi səbəbdən də apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bəraət hökmünü ləğv edərək yeni hökmlə məhkumu təqsirli bilib cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin hökmü ağıdakılara əsasən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir k i, Məhkum Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə verilmiş ittihamı təsdiq edən sənədlər onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət deyildir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayə t qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Təqsirləndrilən şəxs Məhkum məhkəmə iclasında ifadəsində qeyd etmişdir ki, o həbsdə olsa da polis nəfəri X5 oğlu və əməliyyat müvəkkili X2 tərəfindən zorakılığa məruz qalması barədə Şirvan şəhər prokurorluğuna şikayətlə müraciət etmişdir. Lakin, Şirvan şəhər Prokurorluğunun 07 avqust 2019-cu il tarixli qərarı ilə polis nəfəri X5 oğlu və əməliyyat müvəkkili X2 barəsində əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. İş materiallarından görünür ki, Məhkum 20 iyul 2019-cu il tarixdə ərizə ilə müstəntiqə müraciət edərək ondan əlavə ifadənin alınmasını xahiş etmişdir.X7 həmin gün Məhkum əlavə olaraq dindirmiş və sonuncu əvvəllər etiraf edici ifadələrini təsdiq etməyərək polis əməkdaşları tərəfindən döyüldüyünü, onlardan qorxub narkotik vasitənin tapmasını və üzərində saxlanmasını və daşımasını bildirmişdir. Polis əməkdaşları olan X2 və X1 ilə Məhkum arasında üzləşdirmə keçirilmiş və həmin vaxt sonuncu bir daha narkotik vasitənin tapmadığını, üzərində olmadığını, döyüldüyünü bildirmişdir. Bundan başqa iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsiləndirilən şəxsin dəlillərini yoxlamaq məqsədlə ilə Şirvan şəhər polis şöbəsindən «əməliyyat işi» tələb olu nmasına baxmayaraq məhkəmənin sorğusu icra olunmamışdır. Həmçinin təqsirləndirilən şəxs Məhkum tutulduğu andan polisin nəzarətinə keçmiş və ona edilən təzyiqlər nəticəsində narkotik vasitənin tapmasını, saxlanmasını və daşımasını etiraf etməyə məcbur olmuşdur. Bu təzyiqlərdən qorxaraq vəkilinə və video çəkiliş vaxtı bildirməmiş və yalnız həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxılması üçün gətirilərək məhkəməyə ona olan təzyiqlər haqda məlumat vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək v əzifəsi ittiham tərəfinin üzərinə düşür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməməsi halları sadalanmışdır: 125.2.1-cı maddədə- İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblər inin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə. İş üzrə təqsirləndirilən şəxs Məhkum üzərində axtarış onun həbsindən, yəni onun Şirvan şəhəri, S.Vurğun küçəsində yerləşən «Şirvan» kinoteatrının yaxınlığında saxlamasından dərhal sonra həyata keçirilməmişdir.Məhkum polis şöbəsinə gətirilməsindən sonra polis şöbəsində saxlanması zamanı tamamilə polisin nəzarəti altında olmuşdur. İşdə Məhkum üzərində axtarışın onun həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı x üsusi halın olmasını güman etməyə əsas verən heç bir hal yoxdur. Məhkum barəsində əməliyyat hazırlayan polis əməkdaşları onun tutulmasını həyata keçirən zaman, onun üzərində axtarışın həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri görməli, yəni axtarışın həmin ərazidə keçirildiyi yeri müəyyən etməli, video çəkiliş aparmalı, təqsirləndirilən şəxsin prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsinə şərait yaratmalıydılar. Lakin bunlar həmin vaxt, həmin an edilməmişdir. İttiham tərəfi də Məhkum tutulan zaman(nəzərdə tutular «tutulan an») onun üstündə axtarışın dərhal həyata keçirilməsini mümkünsüz edən halların olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Cinayət qanunvericiliyinə görə cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə büt ün halları hərtərəfli, tam və obyektiv araşdırılması vəzifəsini daşıyır. Azərbaycan Respublikası CPM-nin 8.0.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaqdan ibarətdir. Azərbaycan Respublikası CPM-nin 85.2.1, 86.2.1 və 207-209-cu maddələrinə əsasən müstəntiq və təhqiqatçı törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifəsini daşıyır. Bu vəz ifələr həmçinin həmin mərhələdə şəxsin işinin ədalətli aradırılması hüququnun təmin edilməsi zərurətindən doğur ki, təhqiqatçı və müstəntiq də ibtidai araşdıma mərhələsində həmin hüququ təmin etməmişlər. Məhkəmə hazırki işlə bağlı təqsirləndirilən şəxsin üstündə tapılmış maddi sübutun ona qarşı verilmiş üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizlər təqsirləndirilən şəxs Məhkum qarşı ibtidai istintaqda istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulunun və bu sübutun mötəbərliliyi ilə bağlı onun prosessual hüquqlarının təmin olunması və qanunun tələbləri zərurətinə istintaq orqanı tərəfindən baxılmaması bu məhkəməyəqədərki proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Məhkəmə gəldiyi bu nəticəni həm də onu nla əsaslandırır ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və ona qarşı ittihamın əsasını təşkil edən sübutlar cinayət-prosessual qanunvericiliyinin normalarının pozulması ilə əldə edilmişdir. Belə ki, Əliyev X4 şəhəri, S.Vurğun küçəsində yerləşən “Şirvan” kinoteatrının yaxınlığında polis əməkdaşları tərəfindən tutularkən, onun prosessual statusu, yəni hansı qismidə-şübhəli və ya təqsirləndirilən şəxs qismində və ya digər statusda tutulması, tutulmanın əsasları və halları müəyyən olunmamış, ona tutulmanın əsasları barədə hər hansı məlumat verilməmiş, onun həmin vaxt tutulması sənədləşdirilməmiş, yəni tutulma faktı qeydə alınmamış, hüquq və vəzifələri, o cümlədən özünə və yaxın qohumalarına qarşı ifadə verməmək, tutulduğu and an müdafiəçinin yardımından istifadə etmək, tutulmadan dərhal sonra tutulmasını, o cümlədən yaxın qohumlarına xəbər vermək hüququ izah edilməmiş, onun tutulma faktının qeydə alınması, tutulma sənədləri ilə tanış edilməsi, tutulma barədə ailə üzvlərinə xəbər verməsi, tutulduğu andan öz vəkili və qanun nümayəndələri ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüquqları pozulmuşdur. Qanunda təxirə salına bilməyən hallarda axtarış, həmçinin o cümlədən şübhəli şəxs tutulduqda və polis və digər hüquq-mühafizə orqanlarına gətirildikdə onun üstündə şəxsi axtarışın müstəntiq və təhqiqatçı tərəfindən aparılması nəzərdə tutulmuşdur. Axtarışın və götürmənin, o cümlədən şübhəli şəxsin üzərində şəxsi axtarışın və götürmənin aparılmasının təxirəsalınmazlı ğı məhz bu axtarış və götürməni təxirəsalınmaz edən halların aradan qaldırılmasını təmin etmək, başqa şəxslərin hüquq və azadlıqlarını qorumaq, onların təhlükəsizliyini təmin etmək, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri götürməkdən ibarətdir. Bu hərəkətlərin təxirəsalınmazlığı məhz onların dərhal həyata keçirilməsini labud və zəruri deyir və qanun da bunu cinayət prosesini həyata keçirən orqandan tələb edir. Amma bu xüsusda məhkəmə üçün qətiyyən aydın və başadüşülən deyildir ki, Məhkum şübhəli şəxs qismində, özü də narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olunması göstərilməklə, tutulması 04 iyul 2019-cu il tarixli protokol üzrə saat 23.05-da rəsmiləşdirildiyi halda, onun üzərində axtarış və götürmənin aparılması bundan 15 dəqiqə sonra, yəni 04 iyul 2019-cu il tarixdə, saat 23:20-da həyata keçirilir. Belə ki, qanunun tələbinə və sadə məntiqə görə əgər o, narkotik vasitələrin qanunsuz saxlanmasında şübhələnib, buna görə tutulmuşdursa, onda tutulma həyata keçirildikdən dərhal sonra onun üstündə bu narkotik vasitənin və digər iş üçün əhəmiyyət kəsb edən əşya və sənədlərin olub-olmamasının müəyyən edilməsi, müəyyən olunduqda isə götürülməsi üçün təxirəsalınmaz axtarış və götürmə aparılmalı idi. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi əməldə cinayət tərkibi olmadıqda cinayət təqib ini istisna edən hal kimi nəzərdə tutur. Həmçinin həmin Məcəllənin 39.3-cü maddəsinə görə isə bu Məcəllənin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya şikayətlərinin təmin edilməməsinə, Məhkum kassasiya şikayətinin təmin edilməsinə dair çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməklə Şirvan Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli hökmü və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019-cu il tarixli hökmü ləğv edilməli, cinayət işi üzrə icraata təqsirliliyinin sübuta yetirilməməsinə görə - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2 və 42.1.4-cü maddəsində göstərilən bəraətverici əsasla xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 43.1.1, 416.1.11, 419.10.3 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsindəki 04 mart 2020-ci il tarixli hökmü ləğv edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində həmin maddə ilə olan cinayət işinə xitam verilsin. Məhkum üzərində Şirvan Şəhər Məhkəməsinin 18 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəza saxlanılsın. Məhkum həbsdə qaldığı 1 (bir) il 7 (yeddi) gün müddət 1 günə 2 gün hesabı ilə və azadlığın məhdudşaldırıması cəzasına qaldığı 6 (alt) gün müddət ona təyin edilmiş cəzada hesablanmaqla üzərində 2 (iki) il 20 (iyirmi) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın. Üzərində qəti olaraq 5 (beş) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum dərhal həbsdən azad edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan Şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daim yaşayış yerini hər gün saat 21:00-dan saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə orqanı olmadan yaşayış yerini dəyişdirməmək hadelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatl andırmaq vəzifələrinin yerinə yetirmək vəzifəsi qoyulsun. qayıbov
Məhkəmə qərarları › İş №1(102)-343/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-343/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver