Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-343/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu Məhkumlar - X11, Məhkum, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Məmmədov Zaur İsa oğlunun iştirakları ilə Masallı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən və məhkum X6 müdafiəçisi Məmmədov Zaur İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Firdovsi Zülfü oğlu) 08 dekabr 1987-ci il tarixdə Masallı rayonu, Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndəşı, evli, orta təhsilli, «Atlas-S» şirkətində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan1 kəndind ə qeydiyyatda olan X11 Azərbaycan Respublikası CM-nın 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 14 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. 04 mart 1960-cı il tarixdə Masallı rayonu, Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndəşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan1 kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş inayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Məhkum üzərinə cəzaçə kmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməməsi, elektron nəzarət vasitəsini gəzdirməsi, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi, Masallı rayonunun ərazi hüdudlarını tərk etməməsi, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməsi, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırması, kütləvi ə digər tədbirlər təşkil etməməsi və belə tədbirlərdə iştirak etməməsi vəzifələrinin qoyulması, Məhkum cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasıya Şöbəsinə həvalə edilməsi və cəzaçəkmə müddətinin əvvəlinin həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Həmçinin həmin hökmlə X14 da təqsirli bilinib məhkum edilmişd ir. Hökmdən məhkum edilmiş şəxslər Məhkum, Seymur İsmayılov və Vüqar İsmayılov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 08 oktyabr 2021-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qərarından Məhkum və məhkum X6 müdafiəçisi Məmmədov Zaur İsa oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: X7 CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə ittiham olunaraq məhkəmə yə verilmişlər ona görə ki, o, 29 iyul 2020-ci il tarixdə saat 13 radələrində idarə etdiyi avtomobil ilə atası Məhkum və qardaşı Vüqar İsmayılovla birlikdə yaşadığı Masallı rayonu, Əhmədli kəndində yerləşən fərdi yaşayış evinə gedən zaman qonşusu və əvvəllər aralarında ədavəti olan X8 gəlini X5 onun qardaşı şəxs1 aralarında olmuş münasibəti əsas gətirib yaşadığı fərdi yaşayış evinin darvazasının qarşısında ov tüfəngi ilə sonuncuya atəş açmasından sonra Məhkum şəxs1 üzərinə hücum edib onunla tutaqlaşaraq qəsdən yerə yıxmış, daha sonra o, qardaşı Vüqar İsmayılov və atası Məhkum ilə bir qrup şəxs halında birləşərək şəxs1 üzərinə hücum etmiş, nəticədə şəxsi münasibətlər zəmində başlanmış davranışları ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərək, ətrafda olan şəxslərə qarşı əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına saymazlıq göstərib, ətrafda olan vətəndaşların yanında şəxs1 qaş nahiyyəsindən yumruqla bir dəfə qəsdən vuraraq ona başın sol gicgah nahiyyəsinin əzilmiş yarası və ağız nahiyyəsindən yumruqla bir dəfə qəsdən vuraraq ona yuxarı dodağın iç hissəsinin əzilmiş səthi yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, daha sonra münaqişə zamanı şəxs1 harayına gələn sonuncunun arvadı X2 şəxs1 əlindən aldığı “ij-5” markalı, 5662 nömrəli ov tüfənginin qundağını silah qismində tətbiq edib xuliqanlıq niyyəti ilə baş nahiyyəsindən qəsdən bir dəfə vu raraq ona başın təpə nahiyyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər və təpiklə bir dəfə qəsdən bel nahiyyəsindən vuraraq ona döş qəfəsinin sağ yarısının arxa hissəsinin sıyrıqları və sağ Vİİ-Vİİİ qabırğaların yerini dəyişməyən sınığı kımı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə 15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkum CM-nin 221.2.1-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, 29 iyul 2020-ci il tarixdə saat 13 radələrində qardaşı Seymur İsmayılovun idarə etdiyi avtomobil ilə atası Məhk umla birlikdə yaşadığı Masallı rayonu. Əhmədli kəndində yerləşən fərdi yaşayış evinə gedən zaman qonşusu və əvvəllər aralarında ədavəti olan X8 gəlini X5 onunla aralarında olmuş münasibəti əsas gətirib yaşadığı fərdi yaşayış evinin həyət darvazasının qarşısında ov tüfəngi ilə ona atəş açmasından sonra atası Məhkum şəxs1üzərinə hücum edib onunla tutaqlaşaraq qəsdən yerə yıxmış, daha sonra o, qardaşı şəxs1 və atası Məhkum ilə bir qrup şəxs halında birləşərək şəxs1 üzərinə hücum etmiş, nəticədə şəxsi münasibətlər zəmnində başlanmış davranışları ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərək, ətrafda olan şəxslərə qarşı əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əx laq və mənəviyyat normalarına saymazlıq göstərib, ətrafda olan vətəndaşların yanında şəxs1 döş qəfəsindən təpiklə bir neçə dəfə qəsdən vuraraq ona sağ Vİİ qabırğanın yerini dəyişməyən sınığı və döş qəfəsinin sağ arxa hissəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə 15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiə tərəfi eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışdır ki, məhkumlar barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, eyni şahid ifad ələri, eyni sübutlarla Lənkəran Ağır Cinayətlər Məhkəməsində onlar zərərçəkmiş kimi tanınmış Hafiz məhkum edilmişdir. Heç bir əlavə şahid ifadəsi və sübut olmadan Masallı rayon məhkəməsi Məhkum və 2 oğlunu ağır cəza ilə cəzalandırıb. Bundan başqa, onlara açılan cinayət maddələrinin ən yuxarı hədləri ilə “iş kəsilib”. şəxs1 qoyulan maddənin ən yuxarı həddi l(bir) ildir və bir il də “iş kəsilib”. Hətta zərərçəkmiş şəxslərə xəsarəti yetirsəydilər belə az-ağır və yüngül xəsarət aldıqlarına görə onlara cinayət işi açılması yolverilməz idi. Bunu zəruri müdafiə haqqında qanun tələb edir. Həmçinin, zəruri müdafiə həddini aşıb zərərçəkmiş şəxslərə az ağır və yüngül xəsarət yetirsəydik belə məhkəmə birinci dəfə cinayət etdiklərini, sadə əməklə məşğul olan və özlərini müdafiə zamanı qanunları bilmədə n həddimizi aşmağımıza görə ən ağır şərti məhkum etmə cəzası təyin edə bilərdi. Odur ki, yuxarıda yazılanları nəzərə alaraq, bu işə düzgün hüquqi qiymət verib barələrində nə qədər qanunsuz, əsassız, ədalətsiz hökm çıxarıldığını nəzərə alıb, Şirvan Apellyasiya Məhkəməsinin Qərarını ləğv edib onlara bəraət verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Z.İ.Məmmədov çıxış edərək, cinayət işi ayrılarkən maddi və prosessual hüquq normalarının pozulduğunu, Azərbaycan Respublikası CPM-nin tələbləri zidd olaraq cinayət işinin materiallarına əlavə sübutların əlavə olunmadığını, əməlin sırf zəruri müdafiə həddini aşması ilə yarandığını, bu əməlin sağlamlığa yüngül və az ağır xəsarət yetirməklə törədildiyini, qanunvericilikdə isə zəruri müdafiə həddini aşma yüngül və ya az ağır xəsarət yetirmə ilə nəticələndiyi təqdirdə cinayət məsuliyyətini nəzərdə tutmadığını bildirib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qərarını ləğv edərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkum S.Məhkum çıxış edərək, kassasiya şikayətində qeyd edilənləri bir daha vurğulayaraq şikayətin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qərarını ləğv edərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, müdafiəçinin mövqeyi ilə razı olduğunu bildirib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qərarını ləğv edərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkumlar tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının həmin məhkumlara aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin q ərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumların təqsirsiz olduqları halda məhkəmələr tərəfindən barələrində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciə tləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin t əqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən normaların göstərişlərindən çıxış edərək törədilən cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasına uyğunluğunu müəyyən edərək aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Seymur İsmayılovun məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin dispozisiyası - zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma kimi, Məhkum olunduğunu CM-nin 128-ci maddəsinin dispozisiyası – sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Seymur İsmayılov və Məhkum verilmiş qəsdən sağlamlığa az ağır zərər vurma və qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində gö stərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. şəxs1 və Məhkum əməllinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 127.1 və 128-ci maddələr ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Kassasiya şikayətlərində məhkumlar zəruri müdafiə hüququndan istifadə etdiklərini, yəni öz həyatlarını və sağlamlıqlarını şəxs1 qəsdindən müdafiə etmələrini və bu niyyətlə yalnız onun əlindən ov tüfəngini alarkən tutaşdıqlarını, nə şəxs1a, nə də həyat yoldaş ı şəxs1 xəsarət yetirməmələri ilə bağlı dəlillər qeyd edilmişdir. Belə ki, CM-nin 36-cı maddəsinə əsasən zəruri müdafiə zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. İş materiallarından, apellyasiya məhkəməsində tədqiq olunmuş bir birini tamamlayan, mötəbər sübutların məcmusundan görünür ki, hadisə vaxtı məhkumlar ov tüfəngini Hafiz Cəfərovun əlindən aldıqdan sonra sonuncu tərəfindən onların həyat və sağlamlığı üçün yaranan təhlükə tam aradan qaldırılmış, başqa sözlə zəruri müdafiə vəziyyəti aradan qalxmışdır ki, bu halda da məhkumların törətdikləri cinayət əməlləri nə zəruri müdafiə vəziyyətində, nə də zəruri müdafiə vəziyyətini aşmaqla zərərçəkmiş şəxslərə yüngül və az ağır xəsarət yetirmə kimi deyil, qisas almaq məqsədi ilə törədilən cinayət hadisəsi kimi qiymətləndirilməlidir. İş materiallarında olan MTE və PA şöbəsinin 03 avqust 2020-ci il tarixli 558 saylı rəyindən görünür ki, X3 Vİİ qabırğanın yerini dəyişməyən sınığı və döş qəfəsinin sağ arxa hissəsinin qançırı, başın sol gicgah nahiyəsinin əzilmiş yarası, yuxarı dodağın iç hissəsinin əzilmiş səthi yaraları (iki ədəd), sağ diz nahiyəsinin və qarnın ön divarının sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyan ın əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29.07.2020-ci il tarixə uyğun gəlir. X9 aşkar olunan sağ Vİİ qabırğanın yerini dəyişməyən sınığı və döş qəfəsinin sağ arxa hissəsinin qançırı, başın sol gicgah nahiyəsinin əzilmiş yarası dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan MTE və PA şöbəsinin 03 avqust 2020-ci il tarixli 561 saylı rəyindən görünür ki, X1 başın təpə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin sağ yarısının arxa hissəsinin sıyrıqları və sağ Vİl- Vİlİ qabırğalarının yerinin dəyişməyən sınığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt ə şyanın (əşyalarının) təsirindən törənmişdir, tüfəngin qundaq hissəsi ilə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 29.07.2020-ci il tarixə uyğun gəlir. X1 aşkar olunan başın təpə nahiyyəsinin əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya döş qəfəsinin sağ yarısının arxa hissəsinin sıyrıqları və sağ Vll-Vlll qabırğaların yerini dəyişməyən sınığı vahid kompleks təşkil etməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, iş materiallarına olan sübutlarla müəyyən edilir ki, hadisə vaxtı məhkumlar ov tüfəngini şəxs1 əlindən aldıqdan, onların həyat və sağlamlığı üçün yaranan təhlükə tam aradan qaldırıldıqdan sonra sonuncuya yüngü l, zərərçəkmiş şəxs şəxs1 isə az ağır xəsarət yetirmişlər. şəxs1 və Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci inst ansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları b ir daha təhlil edərək hesab edir ki, onlar şəxs1 və Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində məhkumlara bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən b əraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, S.İsmayılov və Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumlar kassasiya şikayətlərində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, A zərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolun madığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlillə ri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumlar S.İsmayılov və Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə olaraq cinayət əməlini törətmələrini, yaşayış yerindən müsbət xarakterizə olunmalarını), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun və CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumların və müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, yuxarıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qərarı həmin məhkumlara aid hissədə dəyişdirilmədən saxlanı lmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və məhkum X6 müdafiəçisi Məmmədov Zaur İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli qərarı Məhkum və məhkum X6 müdafiəçisi Məmmədov Zaur İsa oğlunun kassasiya şikayətlərinə əsasən həmin məhkumlara aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-343/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-343/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver