Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-343/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Məhkum və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmünə əsas ən Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən:X7) 06 may 2022-ci il tarixli, 1(099)23/22 saylı hökmü ilə xx xxxxxx 1979-cu il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsind ə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 06 may 2021-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə narkomaniyadan məcburi müalicə təyin edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın həm maddi, həm də mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək, Məhkum iş üzrə zərərçəkmiş şəxsin müalicəsinə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə 6159 manat, vurduğu mənəvi ziyana görə 3000 manat olmaql a, cəmi 9159 (doqquz min bir yüz əlli doqquz) manat məbləğində pulun tutulub Zərərçəkmiş şəxs ödənilməsi, mülki iddianın qalan hissələrdə təmin edilməməsi hökm edilmiş; habelə iş üzrə maddi sübutun taleyi məsələsi həll olunmuşdur. Hökmdən məhkum edilmiş şəxs-mülki cavabdeh Məhkum müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X8 (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə) 1(106)-639/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qərarı ilə Apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli, 1(106)-639/2022 saylı hökmü zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və məhkum edi lmiş şəxs-mülki cavabdeh Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və məhkum edilmiş şəxsmülki cavabdeh Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları:
2. Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 06 may 2021-ci il tarixdə saat 05 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən, birgə yaşadıqları fərdi yaşayış evində arvadı X2 başqa kişilərlə əlaqədə olmaqla ona xəyanət etməsini hesab etdiyinə və faizə pul verməsinə son qoyması barədə tələbinə etiraz etməsinə görə aralarında yaranmış mübahisə zamanı qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə əvvəlcədən yaşadıqları evdən götürdüyü vintaçanla Sevinc Nəsirovanın bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurması, bu ərəfədə sonuncunun qışqırıq səslərini eşitmiş yetkinlik yaşına çatmamış övladı Şahid4 olduqları otağa daxil olmasını gördüyünə görə sonuncuya aşkar surətdə xüsusi əzab və iztirab verəcəyini dərk etdiyi halda, niyyətini başa çatdırmaq və Sevinc Nəsirovaya şiddətli ağrılar vermək məqsədilə buna şüurlu surətdə yol verərək, vintaçanı sonuncunun kürək nahiyəsinə vurub saxlaması nəticəsində döş qəfəsinin sağ yarısının arxa hissəsində 7-8-ci qabırğalararası məsafədən döş və qarın boşluğuna nüfuz edən, sağ ağciyər, diafraqma və qaraciyəri zədələyən bi r ədəd deşilmişkəsilmiş yara, hemopnevmotoraks (plevra boşluğuna sərbəst qanın və havanın yığılması), qarnın ön divarının qarın boşluğuna nüfuz edən çoxsaylı deşilmiş-kəsilmiş yaraları, sol böyrəyin açıq zədələnməsinə səbəb olan, qarnın sol yarısının qarın boşluğuna nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət, yetirilmə anında həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid, sağ biləyin və əlin çoxsaylı deşilmiş-kəsilmiş yarası, hər iki göz və yanaq nahiyəsinin yumşaq toxumalarının əzilib şişkinləşməsi və hemotomasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmiş, olduqları otağa daxil olmuş uşaqları Rəmzi və Əlinin ona Sevinc Nəsirovaya vintaçanla növbəti zərbələr vurmasına mane olması səb əbindən sonuncuya zərbələr vurmağı dayandırsa da, Sevinc Nəsirovanın yetirdiyi həyat üçün təhlükəli olan xəsarətlərdən öləcəyini zənn edib hadisə yerindən qaçmış, sonuncunun ailə üzvlərinin köməyi ilə “Bioloji Təbabət” Klinikasının Masallı filialına aparılması, orada dərhal cərrahi əməliyyat edilməsi və digər tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən, cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, Sevinc Nəsirovanı xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətlərinin dəlilləri:
3. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı əsassız və əda lətsizdir. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti tam, hərtərəfli obyektiv araşdırılmamışdır. Belə ki, 05 may 2021-ci il tarixindən 06 may 2021-ci il tarixinə keçən gecə vintaçan ilə uşaqlarının gözü qarşısında yatdığı yerdə köməksiz vəziyyətdə xüsusi amansızlıqla işgəncə verərək 18 zərbə vintaçan ilə daxilə keçən xəsarətlər yetirmişdir. Axırıcı usar kürək nahiyyəsindən vurmuş və vintaçan qızımın kürək nahiyyəsində qalmışdır. Qızım belində vintaçan xəstəxanaya çatdırılmış və həkimlərin səyi nəticəsində qızımın həyatı xilas olmuşdur. Lakin baş vermiş hadisə (cinayət əməli) qızımın psixikasının pozulmasına və psixoloji durumunda ciddi problemlərə yaradaraq sonda qızımın özünü asaraq intihar etməsinə gətirib çıxarmışdır. Belə ki, qızım Sevinc 27 may 2021-ci il tarixdə özünü asaraq intihar edərək ölmüşdür. Kassator qeyd edir ki, 05 may 2021-ci il tarixindən 06 may 2021-ci il tarixinə keçən gecə Məhkum qızı Sevinci vurduqdan sonra onu köməksiz vəziyyətdə qoyub getmişdir, təcili tibbi yardım belə çağırılmamışdır, qızımın öıdüyü zənn edərək çıxıb getmişdir. Bundan əlavə kassasiya şikayətində qeyd edilir ki, Məhkum Sevinci vurması və bunun psixoloji peoblemləri yarandığından özünü asaraq ölməsi nəticəsində Zərərçəkmiş şəxs xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Məhkəmə isə zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddianı çox az təmin etmiş, əslində isə ona çox miqdarda ziyan dəymişdir. Bioloji Təbabət klinikasında əməliyyat və müalicə xərclərinə görə 6.159 manat, evdə müalicə olunduğu müddətdə 1673 manat, 500 manat dəfn pulu xərci, 5.000 manat məzarı üzərinə qoyulmuş baş daşının xərci, 2.600 manat yas mərasimində alınmış ərzaqların xərci, ümumilikdə 15.932 manat pul Zərərçəkmiş şəxs tərəfindən xərclənilmişdir. Belə ki, İbtidai istintaq və məhkəmə istintaqı işi düzgün aparılmamış, Məhkum qəsdən adam öldürmə ilə bağlı (120.2.4-cü maddəsi ilə) cinayət işi açılmalı olan halda ibtidai istintaqla 29, 120.2.4-cü maddəsi ilə yəni, adam öıdürməyə cəhd ilə verilmiş, məhkəmədə işə düzgün qiymət verilməyərək qanunsuz hökm çıxarılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsini və cinayət nəticəsində vurulmuş maddi ziyana görə ümumilikdə 15.932 man at pulun və 10.000 manat mənəvi ziyanın Məhkum tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətində məhkum edilmiş şəxsin iradəsini ifadə edərək çıxarılan hökmlə və təyin olunan cəza ilə razılaşmayaraq hesab edilir ki, əməlin tövsifi dəyişdirilməli olduğunu qeyd edir. Belə ki, iş üzrə şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərir ki, əvəllər atası Məhkum həbsindən sonar anası Sevinc babası Vüqarın pullarını faizə verməklə məşğul olmuşdur, atasını saymamışdır və qonşuluqda yaşayan Ramil və Ariz adlı şəxslə gizli münasibətdə olmuşdur.Bu səbəbdən də atası Rəşadla anası Sevinc arasında münasibətlər pisləşmişdir. Hətta onlar bir evdə ayrı-ayrı yaşamışlar. 05 may 2021-ci il tarixdə səhər t ezdən səsə oyanmışdır, anası yatan otağa daxil olanda atası Rəşadın anasına nalayiq hərəkətlərə görə irad tutaraq onu vintaçanla vurduğunu görmüşdür. Anasının bədəninin müxtəlif yerlərindən qan axan zaman anasını vurmaması üçün atasından getməsini xahiş etmişdir. Anası Sevinc “102” xidmətinə və babasına zəng etmişdir. Babası Vüqar isə onu gelib xəstəxanaya aparmışdır və nəticədə əməliyyat olunaraq sağ qalmışdır. Anası xəstəxanadan babası Vüqarın evinə gələn zaman babası Vüqar anasının telefonunda bir neçə yad kişilərlə danışdığını bilmiş və onun qardaşı Əlinin yanında gərək səni xəstəxanaya aparmazdım - evdə ölərdin sözlərini işlətmişdir. Anası Ariz və Ramillə əlaqəsi olduğunu etiraf etmişdir. Babası Vüqar anasına özünü öldürməyi dəfələrlə demiş və nəticədə anası hadisədən 21 gün sonra bab ası Vüqarın evində intihar etmişdir. Bu ifadəndə açıq məlum olur ki, Məhkum Sevincə ancaq xəsarət yetirib və onun əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə düzgün tövsif olunmamışdır.İş üzrə şahid kimi dindirilən Şahid2 isə məhkəmədə göstərmişdir ki, Rəşad Sevinci ona xəyanət etdiyi üçün bıçaqlayıb və öldürmək niyyəti olmamışdır. İş hallarından göründüyü kimi, təqsirkar zərərçəkmiş şəxs daxilə keçən 4 ədəd ağır xəsarət yetirmişdir. Lakin oğulları otağa daxil olan kimi onların xahişi ilə Sevincə xəsarət keçirməsini dayandıraraq otaqdan çıxıb getmişdir. Halbuki, Məhkum Sevinc daha yenə zərbələr vurmaq, hətta onu öldürmək imkanı olmuşdur, lakin bunu eşitməmişdir. Bundan əlavə kassator onu da qeyd etmişdir ki, azyaşlı oğlu Rəmzi ondan xahiş edib, lakin fiziki cəhətdən tə qsirkardan zəif olduğundan, onun qarşısını ala bilməzdi. Eyni zamanda təqsirkar Şahid4 oğlunun xahişi olə Sevincə daha xəsarət yetirməmiş, özü könüllü olaraq hadisə yerindən çıxıb getmişdir. İşin bu real halı Məhkum Sevinci öldürmək məqsədi olmadığını sübut edir. Belə ki, hökmlə məhkum edilmiş şəxs Məhkum 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bu qanun tələbinə görə ən yüksək həddə cəza təyin olunması deməkdir. Halbuki, məhkumun özünü təqsirli bilib, əməlindən peşman olması, hadisənin ailə-məişət mübahisəsi zəminində baş verməsi, himayəsində 2 övladının olması halları nəzərə alınmalı idi və ona daha az cəza təyin olunmalı idi. Bu halın özü məhkəmənin ona işdəki yüngülləşdirici halları hökmdə qeyd etsə də, faktiki nəzərə alınmadığı sübut edir. Məhkumun müdafiəçisi t ərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarının dəyişdirilməsinin və Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. Hüquqi məsələlər:
5. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
6. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliy i, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
7. Məcəllənin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
8. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kass asiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
9. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 oğlu kassasiya şikayətində məhkum edilmiş şəxsin əməlində daha ağır cinayətin tərkibini olduğunu iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
10. Odur ki, məhkəmə kollegiyası hazırki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
11. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs kassasiya şikayətində irəli sürdüyü tələbin əsaslılığını yoxlayarkən, aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.
12. İşin müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə məhkəmə kollegiyasının mövqeyi həm də məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin müddəalarına əsaslanır. Belə ki, həmin maddəyə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.
13. Qanunverici tərəfindən məhkəmə baxışının hədlərinə qoyulan belə məhdudiyyət onu ehtiva edir ki, kassasiya instansiyası məhkəməsinə zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə əsasən təqsirkarın əməlində sonuncuya qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağ ır cinayətin tərkibinin olubolmaması kimi məsələni araşdırmağa yol verilmir.
14. İkincisi, həmin norma apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasının apellyasiya instansiyası məhkəməsi tərəfindən də araşdırılması üçün işin apellyasiya baxışına qaytarılmasının qarşısını alır.
15. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irə li sürülməsi üçün apellyasiya instansiyası məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaətində haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Na xçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).
16. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir.
17. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsi, sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin daha ağır maddəsi ilə tövsif edilməli olduğunun mübahisələndirilməsi üzrə qaldırdılan dəlilləri əsassız hesab edir ona görə ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı yalnız Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutu lan cinayətin törədilməsi barədə ittiham irəli sürülmüşdür. Bu vəziyyətdə məhkəmələr Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməzdirlər.
18. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək həmçinin qeyd edir ki, onlar apellyasiya şikayətində qaldırılan iddialardan fərqlənmir, kassasiya şikayətinin müəllifi hər hansı yeni və diqqətəlayiq amilə istinad etməmiş və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmamışdır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətində mübahisələndirilən məsələlərə dair müvafiq geniş əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nə ticələr şikayət müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
19. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarını mülki i ddia hissəsində də mübahisələndirmişdir.
20. Göstərilən məsələyə dair məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
21. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1 və 183.2-ci maddələrinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bil ər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “Biloji Təbabət “Klinikasının Masallı filialının ödəniş cədvəlinin əsas götürüb maddi ziyan qismində 6.159 manat miqdarında vəsait tutmaqda haqlı olmuş, mənəvi ziyana görə müəyyən etdiyi 3.000 manat məbləğində vəsait də Məhkum hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs keç irdiyi mənəvi iztirab və sarsıntılara, törədilmiş cinayətin xarakterinə və ağırlığına, bu məsələ ilə bağlı milli və beynəlxalq norlamaların tətbiqi zamanı formalaşmış məhkəmə təcrübəsinə uyğun olmuşdur.
25. Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətinə münasibət bildirən kassasiya məhkəməsi qeyd edir ki, Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
26. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əm əldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tap an və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
29. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
30. Belə ki, apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğ u cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
31. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələ rinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
32. Məhkəmə kollegiyası, həmçinin məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmələrin bu hissədə qəbul etdiyi qərar da maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə Məhkum cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı, 1 nəfər də yetkinlik yaşına çatmamış uşaqının olmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasının ağırlaşdıran halın olmamasını, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi və məhkumum şəxsiyyətini səciyyələndirən halları nəzərə alm ış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
33. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1- ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
34. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
35. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
36. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, ş ərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarı məhkum edilmiş şəxs-mülki cavabdeh Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs-mülki cavabdeh Məhkum müdafiəçisi Müdafiəçi4 və zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin.