Məhkəmə qərarları › İş №1(102)-343/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-343/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-343/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 2024-cü il 23 iyul tarixli, 1(105)-504/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin (X11) 2023-cü il 16 oktyabr tarixli, 1(012)-368/2023 nömrəli hökmü ilə, 16 avqust 1997-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran şəhəri, Şəhidlər Xiyabani küçəsi, ev 68-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. "AAAF park” yaşayış kompleksində kirayədə yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərd ə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X7 (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və Azər İsmayılovdan ibarət tərkibdə) 2024-cü il 23 iyul tarixli, 1(105)-504/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Yadigar Abiyevin vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs2 sonuncunun oğlu X8 Respublikasında yerləşən hərbi a kademiyalardan birinə tələbə kimi düzəldəcəyini vəd verərək aldadıb, bu məqsədlə 16 avqust 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "Naxçıvan” kafesində 2000 manat, 18 avqust 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "Naxçıvan” kafesində 1500 manat, 30 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "Naxçıvan” kafesinin yaxınlığında yerləşən marketin içərisində olan "Milliön” ödəmə terminalından adında olan "Unibank” AsC-yə məxsus 4098-5***-*******6 seriyalı "Leo bank” kartına göndərilmiş 1362 manat, ümumilikdə vahid niyyətlə 4862 manat pulunu alıb ələ keçirərək, vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başq a, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanış olduğu X1 oğlu X9 Respublikasında yerləşən universitetlərdən birinə tələbə kimi düzəldəcəyini vəd verərək aldadıb, bu məqsədlə 04 avqust 2022-ci il tarixdə saat 11:29 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi "Araz” marketin içərisində olan "Milliön” ödəmə terminalından adında olan "Unibank” ASC-yə məxsus 4098-5***-*******6 seriyalı "Leo bank” kartına göndərilmiş 500 manat, həmin tarixdə saat 20:04 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsi "Al” marketin içərisində olan "Milliön” ödəmə terminalından adında olan "Unibank” ASC- yə məxsus 4098-58446492-4446 seriyalı "Leo bank” kartına göndərilmiş 378 manat, 06 avqust 2022- ci il tarixdə saat 15:13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsi "Al” marketin içərisində olan "Milliön” ödəmə terminalından adında olan "Unibank” ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı "Leo bank” kartına göndərilmiş 410 manat, 07 avqust 2022-ci il tarixdə saat 15:23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsi "Al” marketin içərisində olan "Milliön” ödəmə terminalından adında olan "Unibank” ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı "Leo bank” kartına göndərilmiş 500 manat, 10 avqust 2022-ci il tarixdə saat 01:43 radələrində Bakı şəhəri, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sağ tərəfində yerləşən "Araz” marketin içərisində olan "Expressbank” ödəmə terminalından adında olan "Unibank” ASCyə məxsus 4 098-5844-6492-4446 seriyalı "Leo bank” kartına göndərilmiş 100 manat, 12 avqust 2022ci il tarixdə saat 20:07 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsi "Al” marketin içərisində olan Milliön” ödəmə terminalından adında olan "Unibank” ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı "Leo bank” kartına göndərilmiş 126 manat, 17 avqust 2022-ci il tarixdə saat 18:36 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zaqulba qəsəbəsi, R.İmanov küçəsi "Zaqulba” marketin içərisində olan "Milliön” ödəmə terminalından adında olan "Unibank” ASC-yə məxsus 4098-5***-*******6 seriyalı "Leo bank” kartına göndərilmiş 95 manat, 29 avqust 2022-ci il tarixdə saat 19:47 radələrində ünvan 1 ünvanında yerləşən "Araz” marketin içərisində olan "Emanat” ödəmə terminalından adında olan "Unibank” ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı "Leo bank” kartına göndərilmiş 100 manat, 04 sentyabr 2022-ci il tarixdə saat 17:23 radələrində ünvan 1 ünvanında yerləşən "Araz” marketin içərisində olan "Emanat” ödəmə terminalından adında olan "Unibank” ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 125 manat, 09 sentyabr 2022-ci il tarixdə saat 22:10 radələrində ünvan 1 ünvanında yerləşən "Araz” marketin içərisində olan “Emanat” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5***-*******6 seriyalı “Leo bank” kartına göndərilmiş 362 manat, həmçinin 12 sentyabr 2022-ci il tarixədək hissə-hissə olmaqla 1217 manat, ümumilikdə vahid niyyətlə 3913 manat pulunu alıb ələ keçirərək, vədinə əməl etməyib zərərçəkmiş şəxs Yadigar Abiyevə həmin məbləğdə ziyan vurmaqla dələd uzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstaqram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs1 sonuncunun oğlu X4 Rusiya Federasiyasında yerləşən İdman Akademiyasına tələbə kimi düzəldəcəyini vəd verərək aldadıb, bu məqsədlə 18 iyul 2022- ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən “Bro” marketin yaxınlığında həmin dövrün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları, 28 iyul 2022- ci il tarixdə saat 19:50 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 100-də mobil telefon vasitəsi ilə adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492- 4446 seriyalı “Leo bank” kartına gö ndərilmiş 300 manat, 29 iyul 2022-ci il tarixdə saat 17:58 radələrində həmin ünvanda mobil telefon vasitəsi ilə adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 100 manat, 03 avqust 2022-ci il tarixdə saat 19:13 radələrində ünvan 2 ünvanında yerləşən “A+” marketin içərisində olan “Milliön” ödəmə terminalından adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilmiş 450 manat, 19 avqust 2022-ci il tarixdə saat 14:13 radələrində yaşadığı evdənmobil telefon vasitəsi ilə adında olan "xxxx" ASC-yə məxsus 4098-5844-6492-4446 seriyalı “Leo bank” kartına göndərilən 200 manat və 14 sentyabr 2022-ci il tarixdə saat 21:58 radələrində eyni qayda ilə yaşadığı evdə mobil telefon vasitəsi ilə adında olan "xxxx" ASC-yə məxsus 4098-58446492-4446 seriyalı “Leo bank” kartına göndərilən 525 manat, ümumilikdə vahid niyyətlə 1915 manat pulunu alıb ələ keçirərək, vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 qızma həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Abşeron rayon məhkəməsi ona cəza təyin edərkən qismən ağır cəza təyin etmişdir. Belə ki, onun gənc olmağını, ali təhsilli olmağını, əməlindən səmimi peşiman olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, ata və anasının xəstə olmasının, ilk dəfə məhkum olunmağını nəzərə almamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Mə hkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi b irinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəl illərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməs i və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məh kəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirməsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olma sı cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağ ırlaşdıran halların olmaması, zərərçəkmiş şəxslərlə barışmaması, onlara vurulmuş maddi zərərin ödənilməməsi nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2023-cü il 16 oktyabr tarixli, 1(012)-368/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 iyul tarixli, 1(105)-504/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar