Məhkəmə qərarları › İş №1(102)-344/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-344/2020

18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-344/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qədirov Elçin Qədir oğlu, Məhkum iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.A.Allahverdiyeva, hakimlər N.A.Kərimov və R.Ə.Sadıxovdan ibarət tərkibdə) xx xxxxxx 1993-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər 1) Gəncə Hərbi Məhkəməsinin 27 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə 07 ay müddətə; 2) Bakı şəhəri Nizami rayon Mə hkəməsinin 29 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 09 ay müddətə; 3) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 04 il müddətə məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 may 2015ci il tarixli hökmü ilə təqsirli bilindiyi CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, üzərində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü madd əsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 04 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 180.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 180.1-ci maddəsi ilə 01 il 06 ay müddətə, CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nın 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli hökmü ilə Məhkum t əqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını açıq yolla talama, silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək, təkrarən, quldurluq cinayətlərini törətmişdir. Bələ ki, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 yanvar 2019-cu il tarixdə, saat 1600 radələrində, ünvan 1 ünvanda Zərərçəkmiş şəxs1 məxsus olan içərisində olan 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** abonent nömrə kartları ilə işləyən 400 manat dəyərində «Samsung» markalı «J3» modelli mobil telefonunu danışmaq adı ilə alıb onun gözü qarşısında götürüb qaçmaqla, Zərərçəkmiş şəxs1 cəmi 410 manat məbləğində maddi ziyan v urmaqla açıq talama yolu ilə özgəsinin əmlakını ələ keçirib, soyğunçuluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 fevral 2019-cu il tarixdə, saat 1000 radələrində, Bakı şəhəri, Sabunçu rayonu, Aydmbəyov küçəsində yerləşən 215 saylı orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib üzərinə basqm edərək silah qismində istifadə etdiyi bıçağı ona yaxınlaşdırıb görməsi üçün nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 içərisində olan 5 manat dəyərində ***-***-**-** abonent nömrə kartı ilə işləyən 1.324 manat dəyərində «İphone 7» markalı mobil telefonunu ələ keçirib, Zərərçəkmiş şəxs2 cəmi 1.329 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş ape llyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim V.Ə.Mursaqulov, hakimlər M.Ə.Abbasov və E.E.Rəhimovdan ibarət tərkibdə) 29 avqust 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətində onun ailə vəziyyətini nəzərə alıb, qanunun humanizm prinsiplərinə əsaslanaraq ona təyin edilmiş cəza müddətinin azaldılmasını xahiş edir. A zərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin kassasiya şikayətinin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏ R: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Məhkum hərəkətləri Azərbaycan Respublikası CM-nin 180.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onun əməlləri düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər məhkumun apellyasiya şikayətində də göst ərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya şikayətinin təmin edilməməsi haqqında fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 1(101)- 688/2019 saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Məhkum təqsiri özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 180.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 may 2019-cu il tarixli tələbnaməsindən (əlavə edilmiş hökmdən) görünür ki, Məhkum əvvəllər 1) Gən cə Hərbi Məhkəməsinin 27 noyabr 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir; 2) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 may 2015-ci il tarixli hökmü ilə 178.1-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; 3) Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib AR Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə cinayətlərin məcmusu əsasında 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərarı ilə AR Cinayət Məcəlləsinə dəyişiklər edilm əsi haqqında 20 oktyabr 2017-ci il tarixli qanun tətbiq edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 may 2015-ci il tarixli hökmü ilə təqsirli bilindiyi AR Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir, üzərində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 04 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq zərərçəkmiş şəxslərdən biri ilə barışmasını, həmin zərərçəkmiş şəxsin şikayəti, tələbi və iddiasının olmamasını məhkumun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1 -ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Məhkum tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilm əsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai- təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm m əhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, Məhkum təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən halın mövcudluğu, həmçinin cəzasını ağırlaşdıran halı, törədilmiş cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, l(101)-688/2019 saylı hökmü Məhkum barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmişdir. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırl aşdıran hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 180.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar