Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-344/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 Şəmsəddin oğlunun iştirakları ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və məhkumun özü tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə (X11 sədrliyi, hakimlər Zeynal Ağayev və Səbuhi Hüseynovdan ibarət tərkibdə) xx xxxxxxxx 1983-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 139-da yaşamış, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda az adlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 308.1, 32.4, 312.2, 313, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29, 318-1.2.1, 29, 318-1.2.2, 29, 318-1.2.3, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 29.178.3.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.2.1, 318- 1.2.2, 318-1.2.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanların da rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 29, 318-1.2.1, 29,318-1.2.2, 29,318- 1.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 313, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum həmin maddələrlə cəza təyin edilməmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaların qismən toplanılması yolu ilə Məhkum 2 (iki) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məh rum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Füzuli rayon Məhkəməsinin 3 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzası ilə qismən toplanmaqla Məhkum 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzası təyin edilmişdir. Məhkum 10 iyul 2021-ci il tarixdən 26 noyabr 2021-ci il tarixədək həbsdə olduğu 4 (dörd) ay 16 (on altı) gün müddət nəzər ə alınaraq,ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Məhkum qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli 26 noyabr 2021-ci il tarixdən hesablanmaqla, 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 7 (yeddi) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli 1(103)-325/2023 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş və Məhkum barəsində yeni hökm çıxarılmış, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilmiş, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 29,178.3.1, 308.1, 318-1.2.1, 318-1.2.2, 318-1.2.3, 29,318-1.2.1, 29,318-1.2.2, 29,318-1.2.3, 313, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313, 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən təqsirləndirilən şəxs Məhkum həmin maddələrlə cəza təyin edilməmiş, təqsirləndirilən Məhkum Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 29,178.3.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 308.1- ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları; Cinayət Məcəlləsinin 318-1.2.1, 318-1.2.2 və 318-1.2.3-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 29,318-1.2.1, 29,318-1.2.2 və 29,318-1.2.3-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilsin. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla, 2 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər v ə maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Füzuli rayon Məhkəməsinin03 fevral 2022- ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzası ilə qismən toplanılmaqla, ona 03 (üç) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzaları təyin edilmiş, Cinayət Məcəlləsinin 6 9.3-cü maddəsinə əsasən, onun 10 iyul 2021-ci il tarixdən 26 noyabr 2021ci il tarixədək həbsdə olduğu 4 (dörd) ay 16 (on altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəlinin 26 noyabr 2021-ci il tarixdən hesablanmaqla, onun üzərində qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunmaqla, 7 (yeddi) il 1 (bir) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.500 (bir min beş yüz) manat cərimə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlaklarını vahid niyyətlə ələ keçirərək tə krarən dələduzluq etmiş, mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgələrin xeyli miqdarda əmlaklarını vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etməyə cəhd etmiş, mütəşəkkil dəstə tərkibində tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi və blankı təkrarən istifadə etmək məqsədilə vahid niyyətlə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və dəstə üzvləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 2-ci maddəsi ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, ölkədən gediş-gəlişin yalnız qanuni əsaslarla mümkün olması kimi prinsip və müddəalarının ciddi zədələnməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Kassasiya protesti onunla əsaslandırılmışdır ki, hökmün nəticəvi hissəsinə görə məhkəmənin bəraətlə bağlı gəldiyi nəticənin əsasını Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi təşkil etmişdir. Lakin qanunvericilik normaları və Ali Məhkəmə Plenumunun izahları nəzərə alındıqda məhkəmənin bəraət qənaətinin əsasını təşkil edən xüsusatın düzgün olmaması aşkar məlum olur. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hazırki iş üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamdan CM-in 32.4, 312.2-ci maddəsini çıxarmalı olduğu halda, səhvən bəraət hökmü çıxarmış, həmçinin gəldiyi nəticənin əsasını düzgün müəyyən etməmişdir. Kassator kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayəti məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmişdir. Kassator bildirmişdir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən bir çox mühüm olan faktorlar, ərizəçinin işinin daha çox mülki xarakterli işlər sırasına aid olması, Raminin kimlərinsə əmlakını ələ keçirmək niyyətinin sübuta yetirilməməsi, başqaları qarşısında öhdəliklərini özündən asılı olmayan üzrlü səbəblərdən (işinə qanunsuz müdaxilələr, qanunsuz həbsi, pandemiya və s.) vaxtında yerinə yetirə bilməməsi, borclarını qaytarmaq niyyətinin ən müxtəlif formalarda nümayiş etdirməsi (borc müqavilələrinin bağlanması, borclarını tamamilə ödəməsi), mütəşəkkil dəstənin üzvü olmasının təsdiqini tapmaması, dövlət əleyhinə olan cinayətlərdə yer almaması, ittihamlar üzrə təqsirsizliyi, istintaqa və məhkəmələrə səmimi ifadə verməsi nəzərə alınmamışdır. Kassator kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 202 3-cü il tarixli hökmünün qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməsi və ərizəçiyə bəraət verilməsi haqqında yeni qərar çıxarılmasının xahiş etmişdir. Məhkum kassasiya şikayətinə əlavə verərək müdafiəçinin kassasiya şikayətində göstərdiklərinə uyğun münasibət bildirərək, CM-in 29,178.3.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamın onun ittihamından xaric edilməsini, əvvəllər həbsdə olduğu 09 ay 10 gün müddətin onun cəzasından qanunsuz olaraq çıxılmadığını, cəzaçəkməsinin əvvəlinin 09 iyul 2021-ci il tarixdən hesablanmalı olduğunu bildirmişdir. Kassasiya məhkəmə baxışında məhkum və müdafiəçisi çıxış edərək kassasiya şikayətində və əlavədə qeyd edimiş halları bir daha vurğulayaraq kassasiya şikayətinin və əlavənin təmin edilməsini, kassasiya protestinin təmin olunmamasını xahiş etdi lər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməllərinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, kassasiya şikayətinin və əlavənin təmin edilməməsini, kassasiya protestinin əsaslı olduğundan təmin edilməsini, apellyasiya məhkəməsinin qərarının ləğv edilərək yenidən baxılması üçün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya k assasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi ki mi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçi və məhkum kassasiya şikayətində və əlavədə Məhkum bəraət verilməli olmasını mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.6 maddələrində nəzə rdə tutulan hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı kassasiya protestində məhkuma CM-in 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsini mübahisələndirərək hökmün ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-cı maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Kon stitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhl il etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudla şdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə i stintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 32.4, 312.2-ci maddəsi ilə bəraət verərkən öz mövqeyini əsaslandıraraq göstərmişdir: “...312.2-ci maddəsi ilə əməlinə aşağıdakılara əsasən qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası cinayət prosesi tərəflərinin ifadələrini və iş materiallarını müqayisəli tədqiq edərək, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə cinayət əməlini törətməsində onun təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gəlir. Cinayət işi üzrə toplanmış sübütlardan görünür ki, təqsirləndirilən Məhkum 18 epizod üzrə keçən şəxslərdən pu lları məhz müvafiq işin görülməsi üçün hər hansı bir vəzifəli şəxsə vermək məqsədi ilə əldə etməmiş, bu zaman hərəkətləri rüşvət verməyə təhrik etmə kimi görünən hərəkətləri əslində dələduzluq cinayətinin üsulu kimi çıxış etmişdir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə özgə əmlakını (əmlak hüququ) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üs ulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən, ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, təqsirkarın qulluq səlahiyyətlərinin keçirilməsi, zərərçəkmişlə yaxın şəxsi və ya qohumluq münasibətləri ilə də bağlı ola bilər. Göstərilənlər onu deməyə əsas verir ki, istintaq orqanı iş materiallarında olan sənədlərə və sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə düzgün hüquqi qiymət verməmiş və yalnız ona müraciət etmiş şəxsə xaricə getməsinə köməklik edib vizanın alınmasının həll olunması və bu niyyətlə müəyyən məbləğdə pul əldə etmək məqsədi ilə saxta sənədlərin hazırlanmasından istifadə edilməsini məqsədə müvafiq hesab etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum verilmiş pulun təyinatına və həmin pulun rüşvətin predmeti olub-olmamasına əhəmiyyət vermədən, hazırkı iş üzrə təqsirləndirilən şəxsə digər dələduzluq cinayət əməli ilə yanaşı, onun əlavə Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddələri ilə təqsirli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu (əmlakı) alan və vədinə əməl etmək niyyətində olmayaraq, pulu (əmlakı) ö- xeyrinə ələ keçirən şəxsin hərəkəti yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, rüşvət verməyə təhrik kimi görünən hərəkətlər dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğun mənafeyinə deyil, müstəsna əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Qeyd edilməlidir ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, yalançı vasitəçinin niyyəti digər iştirakçılarla birgə bir cinayəti törətməyə (rüşvət vermək) deyil, digər şəxslərin əmlakını ələ ke çirməyə şərait yaratmağa yönəlmiş, hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin tarixli qərarına əsasən, yalançı vasitəçilik birbaşa olaraq dələduzluğun üsulu kimi göstərilmişdir. Cinayət işinin materiallarına nəzər yetirildikdə müəyyən edilir ki, təqsirləndirilən şəxsin niyyəti həmin şəxslərin əmlakını ələ keçirmək məqsədi daşıdığından, ümumiyyətlə, hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından, göstərilən əməlin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməllər yekunda Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.3-cü maddələrəri ilə tam əhatə edildiyindən, Məhkum Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilən məsələ barəsində izahını nəzərə alır. Beləliklə, təqdiq edilmiş iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə lazımi və kifayət qədər əm əl etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarını düzgün təhlil etməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək, Məhkum Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinməsində nəticəyə gəlmişdir...” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə tam razılaşır və hesab edir ki, kassasiya protestinin dəlilləri əsasında hökmün ləğv edilməsi üçün hüquqi və faktiki əsaslar yoxdur. Bu səbəbdən kassasiya protesti təmin edilməməlidir. Məhkumun müdafiəçisinin kassasiya şikayətinə və məhkumun kassasiya şikayətinə əlavəsinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qey d edilməsini vacib bilir. Belə ki, müdafiə tərəfi kassasiya şikayətində məhkuma qarşı irəli sürülmüş bütün ittihamlar üzrə ona bəraət verilməsini, məhkum tərəfindən hər hansı bir cinayət əməlinin törədilmədiyini iddia etmiş, ayrı-ayrı şəxslərdən pulu borc olaraq almış, şəxslər arasında olan münasibətlər mülki xarakterli olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum eyni dəlilləri istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində irəli sürmüş, bu dəlillər məhkumun özünün iştirakı ilə araşdırılmış və məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkumun təqsirliliyini təsdiq edən sübutları yenidən sadalamadan hesab edir ki, məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunan əməllər tö rədilmişdir və məhkuma onun apellyasiya instansiyası məhkəməsinin hökmü ilə təqsirli bilindiyi maddələrlə ona bəraət verilməsi üçün hər hansı bir əsas yoxdur. Kassasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, məhkuma qarşı irəli sürülmüş ittihamda ona iki epizod üzrə qanunsuz olaraq CM-in 29, 178.3.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Həmin məsələ üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili bağlı aşağıdakıların qeyd edilməsini vacib bilir. Belə ki, məhkum R. Hacılıya qarşı iki epizod üzrə irəli sürülmüş ittihamlardan görünür: 1-ci epizod: Bundan başqa, Məhkum qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstədə birləşib təkrar 2015-ci ilin sentyabr ayında naməlum gündə həmin vaxt rəsmi olaraq işləməyən X3 özü, arvadı X7, övladları 2013-cü il təvəllüdlü X4 və 2013-cü il təvəllüdlü X5 ilə birlikdə Almaniya Federativ Respublikasına səfər etmək üçün viza verilməsi üçün səfirlik tərəfindən tələb edilən hüquq verən zəruri rəsmi sənədlərin hazırlanması, səfirlik tərəfindən viza verilməsi və səfərin təşkil edilməsində köməklik göstərilməsi ilə bağlı Nərimanov rayonu Heydər Əliyev prospekti 95A ünvanda ofisdə özünə müraciətini mütəşəkkil dəstənin şəxsiyyəti istintaqla araşdırılan digər üzvlərinə çatdırmış, dəstə üzvləri ilə aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən, Nurlan Məmmədova xarici ölkələrin Azərbaycanda olan səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını və tanışların vasitəsilə onlara viza alınması və qanuni yolla xarici ölkələrə getmələrini təmi n etmək kimi imkana malik olduğunu yalandan bildirib həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nurlan Məmmədovun və onun ailə üzvlərin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni Nurlan Məmmədov və Lalə Məmmədovanın rəsmi olaraq heç bir yerdə işləmədikləri halda bunların əksini təsdiq edən səfirlik tərəfindən viza verilməsi üçün tələb edilən digər hüquq verən zəruri rəsmi sənədlərin hazırlanmaqla yoxlamadan və əlavə problem yaradılmadan, Almaniyaya səfər etmək üçün vizanın əldə edilməsi və səfərin təşkil edilməsi üçün 9000 manatın ilkin olaraq 5000 manatının, viza alındıqdan sonra qalan 4000 manatın birbaşa yolla verilməsi müqabilində həmin məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib, Nurlan Məmmədovu aldadaraq, sonuncunun xeyli miqdarda yəni 9000 manat əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz öz mülkiyyətlərinə keçirmə məqsədilə özünə və dəstə üzvlərin vəzifələrinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edib işləri müvəffəqiyyətlə icra edə biləcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2015-ci ilin sentyabr ayında naməlum gündə ünvan 1 ünvanda olan ofisdə Nurlan Məmmədovdan ilkin 5000 manatı şəxsən aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alıb mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra bu pulun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun şəxsiyyəti naməlum “Talıb” adlı dəstə üzvü səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən zər uri saxta rəsmi sənədləri istifadə etmək məqsədi və tamah niyyəti ilə 2015-ci ilin oktyabr ayının əvvəlində naməlum gündə və yerdə qanunsuz hazırlayıb ona vermiş, saxta sənədləri Nurlan Məmmədova çatdırmış, özü və dəstə üzvlərinin göstərişi ilə həmin saxta sənədləri 2015-ci ilin oktyabr ayının ortalarında naməlum gündə Fransanın ünvan 2 ünvanda Azərbaycandakı səfirliyinə təqdim edən Nurlan Məmmədova və onun ailə üzvlərinə səfirlik tərəfindən viza verilməsindən imtina olunduğundan onların Azərbaycandan qanunsuz getməsini nəzərdə tutan cinayəti özü və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş və əməlləri ilə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Nurlan Məmmədovun 5000 manatı nı ələ keçirib təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərin icrası ilə bağlı Nurlan Məmmədovun və ailə üzvlərin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkət müqabi- lində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Nurlan Məmmədovu mütəşəkkil dəstə tərkibində təkrar təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrar dörd nəfərin Azərbaycandan qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, viza verilməsindən imtina edildiyindən, Nurlan Məmmədovun aldadıldığını başa düşüb qalan 4000 manatı verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini özü və dəstə üzvlərin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Nurlan Məmmə dovun xeyli miqdarda, yəni 9000 manatı dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmiş, mütəşəkkil dəstə tərkibində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və biləbilə hüquq verən saxta sənəddən istifadə edilməsinə nail olmuşdur. 2-ci epizod: Bundan əlavə, Məhkum yenidən qəsdən “X14 Agency MMC” məhdud məsuliyyətli cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərkən, təkrar qeyriləri ilə eyni məqsədlə yaradılmış mütəşəkkil dəstənin tərkibində eşitmə və nitq qabiliyyəti məhdud olan, heç bir yerdə işləməyən, səfirlik tərəfindən viza verilməsinə tələb edilən hüquq verən rəsmi sənədləri olmayan X2 Avropa ölkələrinə səfər etməsinə viza alınması üçün tələb edilən zəruri sənədlərin hazırlanması, səfirlik tərə findən viza verilməsinin təşkil edilməsində köməklik göstərilməsi ilə bağlı Məlahət Salmanovanın qohumu Şahid23 2017ci ilin noyabr ayının sonlarında naməlum gün cəmiyyətin Nəsimi rayonu Bülbül prospekti 42- də yerləşən ofisində özünə etdiyi müraciətini mütəşəkkil dəstənin şəxsiyyəti naməlum üzvünə çatdırmış, dəstə üzvləri arasında əldə olunmuş razılaşmaya əsasən, Şahid23 bu sahədə xarici ölkələrin Azərbaycandakı səfirliklərində fəaliyyət göstərən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Məlahət Salmanovaya viza alınması və qanuni yolla xarici ölkələrə getməsini təmin etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Məlahət Salmanovanın xeyrinə edəcəkləri bilə- bilə qanunsuz hərəkətə görə, yəni səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri olmadığı halda həmin rəsmi sənədlərin hazırlanmaqla yoxlanmadan və əlavə problemlər yaradılmadan Avropa ölkələrinə səfər etmə üçün vizanın əldə edilməsi və səfərin təşkil edilməsinə 3000 manatın hissə-hissə, yəni 1500 manatın əvvəlcədən, qalan 1500 manatın viza alındıqdan sonra verilməsinə razılaşaraq pulun verilməsi müqabilində məsələni qanuni yolla müsbət həll edəcəklərini yalandan vəd verib Şahid23 aldadaraq, öz qulluq mövqeyindən istifadə edib sonuncunun əmlakını mütəşəkkil dəstə tərkibində əvəzsiz və qanunsuz öz mülkiyyətlərinə keçirmək üçün özünə və dəstə üzvlərinin vəzifələrinə olan inamdan və aralarında yaranan etibarlı münasibətdən istifadə edib işləri müvəffəqiyyətlə icra edəcəklərinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, 2017-ci ilin noyabr ayının sonlarında naməlum gündə Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi 44-də olan “Caspian Plaza” iş mərkəzinin qarşısında 1500 manatı Şahid23 şəxsən aidiyyəti səfirliyin vəzifəli şəxslərinə çatdırılması adı ilə nağd qaydada alaraq özü və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında böldükdən sonra, bunun qarşılığında mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinə uyğun olaraq, şəxsiyyəti naməlum dəstə üzvü səfirlik tərəfindən viza verilməsi üçün tələb olunan hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi və tamah niyyəti ilə 2018-ci ilin aprel ayının əvvəlində naməlum gündə və yerdə qanunsuz hazırlayaraq ona vermiş, özü isə saxta sənədləri Məlahət Salmanovaya çatdırmış, özü və dəstə üzvlərin göstərişi ilə saxta sənədləri xx.xx.2018-ci ildə Fransanın Azərbaycandakı səfirliyinin ünvan 3 ünvanındakı “Globus Center” iş mərkəzində yerləşən viza mərkəzinə təqdim edən Məlahət Salmanovaya səfirlik tərəfindən viza verilməsindən imtina edildiyindən sonuncunun Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özü və dəstə üzvlərin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib qanunsuz miqrasiyanın təşkilinə cəhd etmiş, həmin əməlləri ilə öz qulluq mövqeyindən istifadə etməklə mütəşəkkil dəstə tərkibində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid23 1500 manatını ələ keçirib təkrar dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Məlahət Salmanovanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkə tin müqabilində birbaşa yolla özü və dəstə üzvləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid23 mütəşəkkil dəstə tərkibində təkrar təhrik etmiş, mütəşəkkil dəstə tərkibində təkrar bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək üçün tamah niyyətilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən təkrarən istifadə edilməsinə nail olmuş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib təkrar bir şəxsin Azərbaycandan qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, vizanın verilməsindən imtina edildiyindən Şahid23 aldadıldığını başa düşüb qalan 1500 manatı verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini özünün və dəstə üzvlərinin iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilm əyərək, mütəşəkkil dəstə tərkibində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatmaqla Şahid23 3000 manatını təkrar ələ keçirməyə cəhd etmişdir. Qeyd eilən hər iki epizod üzrə Məhkum qarşı həm CM-in 178.3.1-ci maddəsi, həm də CM-in 29.178.3.1-ci maddəsi ilə ittiham irəli sürülmüş, o həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir. Bu ittihamların qısa mahiyyəti ondan ibarətdir ki, 1-ci epizod üzrə məhkum N.Hacılı qanunsuz miqrasiyanın təşkil edilməsi məqsədi ilə Nurlan Məmmədovla 9000 manata razılaşmış, ilkin olaraq bu məbləğdən 5000 manatını almış, N.Məmmədov aldadıldığını başa düşdüyü üçün yerdə qalan 4000 manatı verməkdən imtina etmiş, yəni məhkum N.Hacılı N.Məmmədovun 5000 manat pulunu mütəşəkkil dəstənin tərkibində ələ keçirmiş, 9000 manat məbləğind ə pulun eyni yolla ələ keçirilməsinə isə cəhd etmişdir. 2-ci epizod üzrə isə məhkum N.Hacılı qanunsuz miqrasiyanın təşkil edilməsi məqsədi ilə Məlahət Salmanova ilə 3000 manata razılaşmış, ilkin olaraq bu məbləğdən 1500 manatını almış, M.Salmanova aldadıldığını başa düşdüyü üçün yerdə qalan 1500 manatı verməkdən imtina etmiş, yəni məhkum N.Hacılı M.Salmanovanın 1500 manat pulunu mütəşəkkil dəstənin tərkibində ələ keçirmiş, 3000 manat məbləğində pulun eyni yolla ələ keçirilməsinə isə cəhd etmişdir. Məhkəmə kollegiyası hesab edir, Məhkum bu əməllərini həm başa çatmış, həm də başa çatmayan cinayət kmi qiymətləndirib həmin əməlləri yuxarıda göstərilən qaydada tövsif edən ibtidai araşdırma orqanı və məhkəmələr cinayət qanunu normalarını düzgün tətbiq etməməklə yanaşı həm də Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında əksini tapmış izahı da nəzərə almamışlar. Məhkəmə kollegiyası hesab edir ki, bu halda Məhkum törətdiyi bu əməllərinin həm başa çatmamış cinayət, yəni mütəşəkkil dəstə tərəfindən ziyan vurmaqla dələduzluğa cəhd etmə, həm də başa çatmış cinayət, yəni yenə də mütəşəkkil təstə tərəfindən ziyan vurmaqla dələduzluq kimi qiymətləndirilməsi və bir əməlin həm CM-nin 29,178.3.1-ci maddəsi ilə, həm də CM-nin 178.3.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır, çünki qanunun mənasına görə, bu kimi hallarda əməl yalnız başa çatmış kimi qiymətləndirilməlidir. Məhkəmə kollegyasının qənaətinə görə, törədilmiş dələduzluq əməli yalnız həmin cinayəti törətməyə cəhd kimi o ha lda qiymətləndirilə bilər ki, təqsirkar zərər çəkmiş şəxsin xeyli və ya külli miqdarda əmlakını ələ keçirmək niyyəti izləyərək buna müvafiq hərəkətlər etmiş olsun, məsələn yalançı vədlər versin, lakin onun iradəsindən asılı olmayan səbəblərə görə zərərçəkmişin xeyli və ya külli miqdarlarda əmlakını deyil, bundan az məbləğlərdə əmlakını ələ keçirmiş olsun. Məsələyə bu mövqedən həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da yanaşmışdır. Belə ki, həmin Qərarın 33-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə, xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respubliaksı CM-in 29, 178.3.1-ci maddəsi ilə iki epizod üzrə irəli sürülmüş ittiham, eləcə də həmin maddə ilə təqsirli bilinməsinə və ona cəza təyin edilməsinə dair müddəlar ümumi ittihamdan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü i l tarixli hökmündən xaric edilməlidir. Müdafiə tərəfinin kassasiya şikayətinin növbəti dəlili ondan ibarətdir ki, Məhkum Binəqədi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ilə həbs olunsa da, həbsdə olmasının başlanğıcı 10 iyul 2021-ci il tarixdən hesablanmışdır. Bundan başqa, N.Hacılıya təyin edilmiş ümumi cəzada onun 2018-2019-cu illərdə həbsdə saxlandığı 9 ay 10 gün müddət heç bir halda nəzərə alınmayıb. Halbuki Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Məhkum 4 cinayət işinin məcmusu üzrə cəza təyin edilmişdir. Bu isə Konstitusiyanın 28-ci maddəsinin İİ hissəsinin pozuntusudur. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 iyun 2021-ci i l tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 29,318.1-ci maddələri ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə görə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsinə əsasən cəzası şərti hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində olan Nərimanov rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmiş, CM-nin 70-ci maddəsi ilə bağlı müddəalar hökmdən xaric edilmiş, ona Cinayət Məcəlləsinin 46.2ci maddəsinə görə 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilib Cinayət Məcəlləsinin 178.2.2 178.2.3 və 178.2.4-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və hökmlə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki qərarla təyin edilmiş cəza ilə birləşdirilməklə, qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 iyun 2018-ci ildən 14 mart 2019cu ilədək həbsdə olduğ u 09 ay 10 gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 8 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Füzuli Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib 1.500 manat cərimə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 08 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş cəza i lə tam toplanmaqla qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilərək 2 il 8 ay 20 gün müddətə azadlıqdan məhrum etmə və 1.500 manat cərimə cəzalarına məhkum edilmişdir. Göründüyü kimi, hazırki hökmdən əvvəlki olan Füzuli Rayon Məhkəməsinin hökmündə cəzalar CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun toplanmalı olduğu təqdirdə, CM-in 67-ci maddəsinin tələbləri qaydasında toplanmış, yəni Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə N.Hacılıya 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsinə və məhkəmə də məhz həmin cəzanı təyin etdiyi cəza ilə toplamalı olduğu halda, qəti cəzanı CM-in 67-ci maddəsinin tələblərinə uyğun təyin etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyası da xx.xx.2023-cü il tarixli hökmdə həmin yanlışlığı təkrar edərək hazırki hökmlə məhkuma təyin edilmiş cəzanı Füzuli Rayon Məhkəməsinin hökmü ilə toplayarkən CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş olan cəzanı (3 il 6 ay) deyil, 9 ay 10 gün həbsdə olma müddəti çıxılmış cəzanı toplamış, bununla da məhkumun hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu yanlışlıq aradan qaldırılmalı, məhkuma cəza CM-in 67-ci maddəsinin deyil, CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Bundan əlavə, Bakı şəhər Buinəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində Məhkum da iştirak etdiyi məhkəmə iclasında məhkəmə nəzarəti qaydasında işə baxan məhkəmə Məhkum barəsində həbs qətimkan tədbiri seçir və həbsetmənin əvvəlini həbsin seçildiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablamalı olduğu halda, bir gün sonradan, yəni xx.xx.2021-ci il tarixdən hesablamış, lakin bununla bağlı qərarda hər hansı əsaslandırma aparmamışdır. ( bax c.i. cild 3, i.v.64-67). Məhkəmə kollegiyası hesab edir ki, bu yanlışlıq da aradan qaldırılmalı, məhkumun cəzaçəkmə müddətinin əvvəli onun real olaraq həbsə alındığı 09 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, hazırki işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2023-cü il tarixli hökmdə heç bir əsaslandırma aparmadan Məhkum cəzaçəkmə müddətinin əvvəlini hesablayarkən yanlışlığa yol vermiş, Məhkum həbsdə saxlandığı 4 ay 16 günü ona təyin edilmiş yekun cəzadan çıxmış və cəzaçəkmənin əvvəlini 26 noyabr 2021-ci il tarixdən hesablamışdır, halbuki Məhkum hazırki iş üzrə 09 iyul 2021-ci il tarixdən etibarən fasiləsiz olaraq həbsdə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu yanlışlıq da aradan qaldırılmalıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya proteti təmin edilməməli, kassasiya şikayəti və əlavə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum Ramin Haçılının müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və Məhkum kassasiya şikayət inə əlavə qismən təmin edilsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.20213-cü il tarixli 1(103)-325/2003 nömrəli hökmü kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.1-ci maddəsi ilə iki epizod üzrə irəli sürülmüş ittiham, eləcə də həmin maddə ilə təqsirli bilinməsinə və ona cəza təyin edilməsinə dair müddəalar ümumi ittihamdan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmündən xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququnda n məhrum edilməklə 06 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təyin edilmiş həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 1500 manat cərimə cəzası ilə qismən toplanmaqla, ona 3 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il müddətinə azadlıqdan məhrumetmə və 1500 manat cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2018-ci tarixdən xx.xx.2019-cu i l tarixədək həbsdə olduğu 09 ay 10 gün müddət ona təyin olunmuş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 02 (iki) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə və 1500 (bir min beş yüz) manat cərimə cəzaları saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 1500 manat cərimə cəzası müstəqil icra edilsin. Məhkum cəzaçəkmə müddətinin əvvəli 9 iyul 2021-ci il tarixdən hesablansın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü məhkumun müdafiəçisinin kassasiya şikayətinə və məhkumun kassasiya şikayətinə əlavəyə münasibətdə, qalan hissədə dəyişdir
Məhkəmə qərarları › İş №1(102)-344/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-344/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver