Məhkəmə qərarları › İş №1(102)-345/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-345/2019

02.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-345/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, bəraət almış şəxs X14, zərərçəkmiş şəxsin hüquqi varisi X15, zərərçəkmiş şəxsin hüquqi varislərinin nümayəndəsi X12, müdafiəçi X10 işt irakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü ilə X19Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxslərin hüquqi varisləri X25 və X5 nümayəndəsi X22 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü ilə (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Ramazanov Camal Cümar oğlu və Hüseynov Rəşid İnqilab oğlundan ibarət tərkibdə) xx.xx.1963-cü ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fə rdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Bum qəsəbəsində daimi qeydiyyatda olmaqla orada yaşayan X26 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxslərin hüquqi varislərinin nümayəndəsi X22 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Əliyev Rəfail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 03 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apelyasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanıl mışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxslərin hüquqi varisləri X25 və X5 nümayəndəsi X22 isə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İbtidаi аrаşdırmа orqаnı tərəfindən X19 qarşı Azərbaycan Respublikası CM-in 263.3-ci maddəsi ilə ittihаm irəli sürülərək məhkəməyə verilmişdir оnа görə ki, о, 30 avqust 2016-ci il tarixdə təxminən saat 12:30 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonundan keçən 40-cı kilometrində idarə etdiyi “Ford Transit” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla İsmayıllı istiqamətində hərəkət edərkən «X40» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3ci bəndinin və 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq qarşısında hərəkət edən avtomobili ötmək üçün avtomobilini qarşı hərəkət zolağına çıxarmış, bu zaman idarə etdiyi mikroavtobusun sol yan hissəsi Muğanlı istiqamətində hərəkət edən X16 idarə etdiyi “Mitsubishi Canter” markalı H-***** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərində üfiqi yüklənmiş dəmir konstruksiyalı reklam lövhəsinin sol küncü ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Ford Transit” markalı mikroavtobusda olan sərnişinlər X13 müştərək travma, açıq kəllə-beyin travması, kəllə əsası sümüyünün sınığı, baş beynin əzilməsi, sol gicgah sümüyünün basılmış qəlpəli sınığı, beyin qişa və maddələri nə qansızma, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri yetirilməklə ölümünə, X17 müştərək travma, açıq kəlləbeyin travması, kəllə əsası sümüyünün sınığı, baş beynin əzilməsi, sol gicgah sümüyünün basılmış qəlpəli sınığı, beyin qişa və maddələrinə qansızma, sol gicgah nahiyəsinin əzilmiş cırılmış yarası xəsarətləri yetirilməklə ölümünə, X7 üzün sol nahiyəsinin yumşaq toxumalarının əziyi, müxtəlif ölçülü sıyrıqları xəsarətləri yetirilməklə sağlamlığına yüngül, X8 təpə nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri yetirilməklə sağlamlığına yüngül zərər vurulmasına, habelə X20 2710 manat məbləğində maddi ziyan vurulmaqla “Ford Transit” markalı 36-BH*** dövlət qeydiyyat nişanlı mikroavtobusun zədələnməsinə səbəb olmuşdur. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəli lləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırarkən apellyasiya protestinin dəlillərinə münasibət bildirməmiş, qanunsuz və əsassız olaraq cinayət işinin materiallarında X7un əməlində CM-nin 263.3-cü maddəsinin tərkibinin olmasını təsdiq edən kifayət qədər sübutlar olmasına baxmayaraq, həmin sübutlara əhəmiyyət vermədən əsassız nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsi xahiş edilmişdir. Nümayəndə tamamilə eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışdır ki, istintaq orqanı tərəfindən aparılmış istintaqla Ford Transit markalı **BH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X14 «X40» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəs inin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq idarə etdiyi mikroavtobusun yan hissəsinin reklam lövhəsi ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan iki nəfər şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsi və bu cinayətin tam sübuta yetirilməsi nəticəsinə gəlinmişdir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsələsinin həll edilməsinə öz təsirini göstərmişdir, təqsirli şəxsin barəsində əsassız olaraq bəraət hökmünün çıxarılması ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətini təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öy rənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin, kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməməsi barədə bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına qaytarmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə və kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməlidir. X26 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 avqust 2016-cı il tarixdə səhər saat 09 radələrində Bakı şəhəri Beynəlxalq Avtovağzalından 15 nəfər sərnişin götürüb Qəbələ rayonuna yola düşmüşdür. Həmin vaxt səhhətində hər hansı bir problem olmamışdır. İdarə etdiyi mikroavtobus texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Saat 12:30 radələrində Muğanlıİsmayıllı yolu ilə İsmayıllı istiqamətində 60 km/saat sürətlə hərəkət edərkən “Abu Petrol” yanacaq doldurma məntəqəsinə çatmamış qarşıdan əks istiqamətli yolla hərəkət edən ağ rəngli yük avtomobilinin gəldiyini görmüşdür. Qarşıdan gələn yük avtomobilinin üzərində kənarlara çıxıntısı olan dəmiri əvvəl görməm iş, həmin avtomobilin ona çatmasına az qalmış avtomobilin yük yerində dəmir konstruksiyanın olduğunu, həmin konstruksiyanın avtomobilin kənarlarından xeyli çıxdığını görüb onun mikroavtobusa dəyəcəyini düşünərək dərhal sükanı sağa burub maneədən yayınmağa cəhd etmişdir. Buna baxmayaraq həmin konstruksiyanın sol küncü mikroavtobusun sol hissəsinə çırpılmışdır. O dərhal mikroavtobusu sağa çəkib saxlayaraq yerə düşmüş, mikroavtobusda arxada oturan iki nəfər qadın sərnişinin və iki nəfər azyaşlı qız uşağının xəsarət aldıqlarını görmüşdür. Özü və avtomobildə olan digər sərnişinlər isə heç bir xəsarət almamışlar. Hadisə baş verdikdən sonra görmüşdür ki, onun idarə etdiyi avtomobilə “Mitsubishi” markalı yük avtomobilinin üzərinə yüklənmiş dəmir konstruksiyalı reklam lövhəsi çırpılmış, reklam lövh əsi “Mitsubishi”nin yük yerinə eninə, yəni hər tərəfdən təxminən 1,5 metrdən çox çıxmaqla yüklənmiş, lövhə təxminən bir metrə yaxın məsafədə onun yoluna çıxmış, toqquşma da onun hərəkət zolağında baş vermişdir. Hadisədən əvvəl idarə etdiyi avtomobilin qarşısında ağ rəngli VAZ 2104 markalı avtomobil hərəkət etmiş, həmin avtomobil onu ötüb keçərək ondan aralanmışdır. “Mitsubishi” markalı yük avtomobilini təxminən 1 km məsafədən görmüş, dəmir reklam lövhəsinin onun və sərnişinlərin çoxunun xəsarət almasına səbəb olmaması üçün avtomobilin sükanını sağa çevirmiş, həmin vaxt heç bir ötmə əməliyyatı yerinə yetirməmiş, belə ki, həmin asfalt yol düz xətlə işarələnməklə ötmə əməliyyatı qadağan olunmuş, öz yolu ilə asta sürətlə hərəkət etmişdir. Hadisə baş verəndən sonra reklam lövhəsi yük avtomobi linin üzərində olmuş, “Mitsubishi” markalı avtomobilin sürücüsü maşının üzərində olan kranla lövhəni qaldırıb yolun kənarına atmışdır. Zərərçəkmiş şəxsin hüquqi vаrisi X25 ifаdəsində göstərmişdir ki, 30 avqust 2016-cı il tarixdə səhər saat 10 radələrində azyaşlı qızı X4 və həyat yoldaşı X5lə birlikdə Bakı Beynəlxalq Avtovağzalından “Ford-Transit” markalı mikroavtobusla Bakı şəhərindən Qəbələ rayonuna yola düşmüşlər. X5 mikroavtobusda pəncərənin yanındakı oturacaqda əyləşmiş, qızı onun yanında, o isə ortada açılan oturacaqda əyləşmişdir. Yol boyu normal qaydada heç bir problem olmadan hərəkət etmişlər. Saat 12:30 rədələrində Muğanlıİsmayıllı yolu ilə İsmayıllı istiqamətində təxminən 90-100 km/saat sürətlə hərəkət etmişlər. İsmayıllı şəhərinə çatmağa az qalmış sərnişini olduğu mikroavtobus q arşıda hərəkət edən markasına diqqət yetirmədiyi avtomobili ötmək üçün qarşı hərəkət zolağına çıxmış və bu anda toqquşma baş vermişdir. Onlar həyəcanlı şəkildə mikroavtobusdan düşmüş və görmüşlər ki, X5in sifəti qanlıdır və hərəkətsizdir. X5in meyitini morqdan götürüb kəndə gətirmişlər. Hadisədən əvvəl “Ford” markalı və “Mitsubishi” markalı avtomobillərin sürücülərini tanımamış, onlarla heç bir münasibəti olmamışdır, sürücü “Ford” markalı avtomobili qəzadan ani əvvəl sola meyl etdirmiş, qarşıda olan sarı rəngli minik avtomobilini ötmək istəmiş, məhz ötmə əməliyyatını yerinə yetirmək istəyərkən mikroavtobus reklam lövhəsinə dəymiş, sürücü qəzadan əvvəl maşını sağa çəkməmişdir. X49 Şəmil оğlu ifаdəsində göstərmişdir ki, 30 avqust 2016-cı il tarixdə səhər saatlarında iş yoldaşları X2 və X1lə birlikdə X1in idarə etdiyi şirkətə məxsus “Mitsubishi Canter” markalı yük avtomobili ilə Bakı şəhərindən çıxıb İsmayıllı rayonuna gəlmişlər. Saat təxminən 12 radələrində İsmayıllı rayonunda Peşə məktəbinin yaxınlığında “Bakcell” şirkətinə məxsus reklam lövhəsini çıxarıb “Mitsubishi Canter” markalı avtomobilə yükləmişlər. Həmin lövhəni İsmayıllı YPX postundan bir qədər irəlidə yolun kənarında aparıb quraşdırmalı olmuşlar. Həmin vaxt reklam lövhəsini avtomobilə uzununa yükləyərək enli kəmərlərlə möhkəm bağlamışlar. Lövhənin uzunluğu 6 metr, eni isə 3 metr olmaqla avtomobilin sol tərəfindən 0,38 m, sağ tərəfdən 0,57 m kənara çıxmış, lövhəni yerə bərkitmək üçün olan dəmir boru isə sağ tərəfdən kənara çıxmışdır. Yol boyu normal qaydada hərəkət etmişlər. Saat təxminən 12:30 radələrində Muğanlı-İ smayıllı yolu ilə Muğanlı istiqamətində asta, yəni təxminən 40-50 km/saat sürətlə hərəkət edərkən “AbuPetrol” yanacaqdoldurma məntəqəsini keçdikdən bir qədər sonra qarşıdan əks istiqamətli yolla hərəkət edən ağ rəngli “Ford Transit” markalı sərnişin mikroavtobusunun gəldiyini görmüşlər. Həmin mikroavtobusdan qabaqda mikroavtobusa nisbətən bir qədər asta sürətlə “VAZ 2104” markalı avtomobil də hərəkət etmişdir. Mikroavtobusa çatan zaman mikroavtobus qarşısında hərəkət edən “VAZ 2104” markalı avtomobili ötmək üçün sola istiqamətlənmiş, həmin anda mikroavtobus onların avtomobilinin yük yerində olan reklam lövhəsi ilə toqquşmuşdur. Bundan sonra avtomobildən düşərək birlikdə həmin mikroavtobusa tərəf getmişlər. Həmin mikroavtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət almış və onları təcili x əstəxanaya yola salmışlar. Reklam lövhəsi isə zərbənin təsirindən yerindən tərpənib sağ tərəfə düşmüşdür. Lövhənin yerə basdırılması üçün istifadə edəcəyi digər dəmir borunu o, yerə düşürən zaman borunun bir tərəfi ayağına dəyib zədələmişdir. Sonradan bilmişdir ki, sərnişinlərdən ikisi vəfat etmiş, ikisi isə xəsarət almışlar. X2 və X1 isə heç bir xəsarət almamışlar. “Ford” markalı mikroavtobusun sürücüsü yolun ortasındakı düz ağ xətdən onların hərəkətdə olduğu zolağa tərəf keçməklə “VAZ 2104” markalı avtomobili soldan ötmək istəyən anda avtomobilin üzərindəki reklam lövhəsi ilə toqquşmuşdur. Şahid DİN BİTİ-nin YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi işləyən X33 ifаdəsində göstərmişdir ki, X7 reklam lövhəsinin avtomobilin üzərinə hər tərəfdən 1,52,0 metr kənara çıxmaqla eninə y ükləndiyini və “Mitsubishi” avtomobilinin sürücüsü tərəfindən yükdaşıma qaydalarının pozulduğunu iddia etmişdir. Lakin ifadələrin yerində yoxlanması və istintaq eksperimentləri aparılmaqla müəyyən edilmişdir ki, reklam lövhəsi “Mitsubishi” avtomobilinə uzununa yüklənmiş və avtomobilin bortundan sol tərəfə 0,38 metr çıxmışdır. Həmçinin müəyyən olunmuşdur ki, toqquşma “Mitsubishi” avtomobilinin yolunda baş vermiş, yəni toqquşmadan bilavasitə əvvəl “Ford” avtomobili ayırıcı üfiqi xətdən sola, qarşı hərəkət zolağına keçmişdir. İş materiallarına əlavə olunmuş 30 avqust 2016-cı il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonundan keçən 40-cı kilometridir. Yolun hərəkət hissəsi üf iqi düz, asfalt-beton örtüklüdür. Yol örtüyünün eni 7,4 metrdir. 2 hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7,4 metrdir. Hadisə yerində hərəkət zolaqlarını ayıran ağ rəngli üfiqi nişanlanma xətti bütövdür. İsmayıllı istiqamətində getdikdə xətt qırıq-qırıq olur. Sağdan və soldan yol çiyni 1 metrdir. Toqquşma yeri Muğanlı istiqamətində üfiqi nişanlanma xəttindən sağa 0,2 metr məsafədədir, sağdan sola 3,5 metrdir. “Ford Transit” markalı mikroavtobus İsmayıllı istiqamətində sağ hərəkət zolağında, “Mitsubishi” markalı avtomobil isə Muğanlı istiqamətində sağ hərəkət zolağında ehtiyat hissəyə yaxın dayanmışdır. Muğanlı istiqamətində üfiqi nişanlanma xəttindən sağ tərəfdə xətt boyunca şüşə qırıntıları tökülmüşdür. “Ford Transit” markalı mikroavtobusun qabaq sol qapısının şüşəsi istisna olmaqla s ol yan tərəfində olan şüşələr sınmış, sol orta dayaq əzilmiş, ondan arxada yerləşən dayaq yerində yoxdur. Reklam lövhəsinin qabaq sol küncü zərbə nəticəsində içəriyə doğru əyilmiş, dəmirin qabaq hissəsinin sol tərəfində taxta və elastik üzlük yerində yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 29 noyabr 2016-cı il tarixli 23943 saylı rəydən görünür ki: - İstintaq tərəfindən təqdim olunmuş məlumatlara görə “Ford-Transit” markalı **-BH*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü X14 hərəkətlərində «X40» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq o lmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin ittihamın məzmunu ilə bağlı yol verdiyi pozuntunu aradan qaldırmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslılığını yoxlamamışdır. X40 Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün müm kün olan tədbirləri görməlidir. Bu qanunun mənasına görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmürsə deməli o X40 Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmuşdur. Məhkəmələr X7un özünü müdafiə xarakterli ifadəsinə, eləcə də işin faktiki hallarına uyğun olmayan ifadələr vermiş şahidlər X24. X18, X9 və X1 ziddiyyətli ifadələrinə istinad edərək həmin ifadələri işin faktiki hallarına uyğun olan ifadə kimi qəbul etmişdir. Halbuki, məhkəmə tərəfindən işin faktiki hallarına uyğun olan ifadələr kimi qəbul etmiş həmin şəxslərin ifadələri həm toplanmış sübutlarla, həm də biri digəri ilə kifayət qədər ziddiyyət təşkil edir. Belə ki, X26 ibtidai istintaq zamanı vermiş olduğu ifadələr ində qarşı hərəkət zolağı ilə hərəkət edən Mitsubishi Canter markalı avtomobilin yük yerində 6x3 metr ölçüdə olan reklam lövhəsinin avtomobilin yük yerinə sağ və sol tərəfdən 2 metr kənara çıxmaqla yükləndiyini qeyd etdiyi halda, məhkəmə istintaqı zamanı artıq həmin reklam lövhəsinin kənarlardan 2 metr deyil, 1.5 metr çıxdığını, onun yoluna isə 1 metr keçdiyini, qarşıda hərəkətdə olan yük avtomobilini gördüyünü göstərmişdir. Göründüyü kimi reklam lövhəsinin 6 metr hissəsi eninə hərəkət zolağına yerləşdirilsə hərəkət zolağında cəmi 1 metr böş məsafə qalır ki, oradan nəinki mikroavtobus, ümumiyyətlə heç bir kiçik qabaritli avtomobilin keçməsi mümkün deyildir. Məhkəmələr X7un ifadələrinə istinad etməklə hadisənin reklam lövhəsinin yük avtomobilinin sol qabaritindən 0,38 metr kənara çıxması vəziyyətində baş verməsinin müəyyən şübhələr doğurması nəticəsinə gələrkən, onun ifadələrinin işin faktiki halları ilə uzlaşmadığına diqqət yetirməmişdir. Məmmədov İlqar ifadələrində hadisədən bir qədər əvvəl onun idarə etdiyi avtomobili VAZ 2104 markalı, həmçinin qırmızı rəngli üstündəki yük yerində divan aparan başqa avtomobillərin ötüb hərəkət etmələrini göstərmişdir. Cild-02, iş vərəqə 58-59; cild-4. Məhkəmə iclas protokolu vərəqə

41. Bu zaman təqsirləndirilən şəxs X7un bir tərəfdən Mitsubishi Çanter markalı avtomobilin yük yerində sağ və sol tərəfdən 2 metr çıxıntısı olan reklam lövhəsi ilə nəinki öz yolu, hətta onun yoluna keçməklə hərəkət etdiyini göstərdiyi halda, digər tərəfdən həmin vəziyyətdə üzərində divan daşıyan avtomobilin həmin reklam lövhəsi ilə toqquşmadığını, sürücünün toqquşmaması üçün avtomobili sağa doğru manevr etmədiyini də bildirmişdir. Hadisə yerinə baxış protokoluna əsasən hadisə yerində yolun ümumilikdə eninin 7 metr, sağ və sol zolaqların isə 3,5 metr olması, eləcə də X7un ifadəsinə istinad edilsə yəni 3.5 metr yolun 1 metri reklam lövhəsi ilə tutulmuş olsa, onun hərəkət zolağında boş 2.5 metr məsafə qaldığı, digər tərəfdən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə istinad edilsə onun hərəkət zolağında boş yolun 1.5 metr enində qaldığı aşkar olunur. Protokola əlavə edilmiş foto-şəkillərdən və sxemdən də görünür ki, şüşə qırıntıları Ford Tranzit deyil, hər iki zolağı ayıran orta bütöv xətdən 20 sm Mitsubishi Canter markalı avtomobilin yoluna tökülmüşdür. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair c inayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 12-ci bəndində izah edimişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası işin hallarını nəzərə alıb hesab edir ki. Məhkəmələr tərəfindən sübutlar Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilməmişdir. Məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilərək Şəki Apellyasiya məhkəm əsinin Cinayət kollegiyasının qərarı ləğv edilərək cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməli, yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə əməl edilməklə sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edildikdən sonra elan edilmiş ittiham üzrə X14 təsirlilik məsələsinə düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti və kassasiya şikayətləri təmin edilsin. X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar