Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-345/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum X3 iştirakları ilə xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bunda n sonra CM-in) 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: Ə.M.Abasov (sədrlik edən), M.M.Ağalarov və E.Ə.Mikayılov) X6 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Xin ibtidai istintaq zamanı xx xxxxxxx 2016-cı ildən xx xxxxx 2017-ci ilədək həbsdə olduğu 05 (beş) ay 16 (on altı) gün hazırkı hökmlə təyin edilmiş cəzadan çıxmaqla qəti olar aq 02 (iki) il 06 (altı) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən X6 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə 07 (yeddi) il 09 (doqquz) ay 09 (doqquz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası CM-in 70 maddəsi tətbiq edilməklə 04 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti məhkum etmə cəzası ləğv edilmiş və Azərbaycan Respublikası CM-in 67-ci maddəsinə əsasən hökmlə onun barəsində təyin edilmiş cəzaya qismən birləşdirilərək ona qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəza çəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmaqla 09 (doquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin e dilərək barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, mülki iddia təmin edilərək Zərərçəkmiş şəxs3 İsmail oğlunun xeyrinə 8000 manat pul X2 tutulmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: N.Şahid6 (sədrlik edən), Ə.N.Bayramov və Ə.İ.Qasımov) verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli, 1(101)-478/2014 saylı hökmü "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli, 816-VQD saylı Qanununa uyğunlaşdırılmış, hökmdə «külli miqdar» ifadələri «xeyli miqdar» ifadələri ilə əvəz edilmişdir. Həmin hökmlə X3 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə tövsif olunmuş əməli CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunmuş və ona həmin maddələrlə 02 (iki) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, X3 həmin iş üzrə xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2014-cü il tarixədək həbsdə olduğu 11 (on bir) ay 21 (iyirmi bir) müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 (bir) il 06 (altı) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. X3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddəl əri ilə təyin tolunmuş 03 (üç) il azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 06 (altı) aya endirilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən X3 bu iş üzrə ibtidai istintaq zamanı xx xxxxxxx 2016-cı il tarixdən xx xxxxx 2017-ci il tarixə kimi həbsdə olduğu müddət yəni 05 (beş) ay 16 (on altı) gün hökmlə təyin edilmiş və hazırkı qərarla 02 (iki) il 06 (altı) aya endirilmiş cəzadan çıxmaqla ona qəti olaraq 02 (iki) il 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)815/2019 hökmü ilə onun barəsində Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4cü maddələri ilə təyin olunmuş və hazırkı qərarla 02 (iki) il 14 (on dörd) gün mü əyyən edilmiş azadlıqdan məhrumetmə cəzası hazırkı qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli, 1(101)-478/2014 hökmünün tənzimlənməsi nəticəsində təyin olunmuş 01 (bir) il 06 (altı) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək X5 qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmaqla 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 İsmail oğlunun mülki iddiasından imtinası qəbul olunmuş və hökmdən mülki iddianın qismən təmin olunmasına dair hissə xaric edilməklə onun X2 xeyrinə 8000 (səkkiz min) manat pulun tutulması tələbinə dair iddiası üzrə icraata xitam verilm işdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, X6 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2013-cü il tarixdə başqa cinayət işi üzrə məhkum olunmuş tanışı X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək vətəndaş Zərərçəkmiş şəxs1, ona 6700 manat borc pul verəcəyi təqdirdə istifadəsində olan «Hyundai Elantra» markalı **VR-*** qeydiyyat nişanlı avtomobili onun adına qeydiyyata aldıracağını, borcunu ödədikdən sonra avtomobili yenidən öz adına qaytarıb rəsmləşdirəcəyi adı ilə aldadıb Zərərçəkmiş şəxs1 xx xxxxxx 2013-cü il tarixdə ünvan 2 ünvanda yerləşən ofisdə 6700 manat pul almış, həmin gün təminat kimi qeydiyyatdan çıxarılmış «Hyundai Elantra» markalı **-VR-*** qe ydiyyat nişanlı avtomobili Baş Dövlət Yol Polisi idarəsində Zərərçəkmiş şəxs1 adına rəsmləşdirmiş, xx xxxxxx 2013-cü il tarixdə X2 tərəfindən istintaqa məlum olmayan yerdə və şəraitdə xx xxxxxx 2013-cü il tarixli Bakı şəhəri, 26 saylı dövlət notariat kontorunun guya mülkiyyətçi Zərərçəkmiş şəxs1 Şahid11 idarə edilməsi və onun üzərində sərəncam verməsinə dair təsdiq edib tərtib edərək X2un hazırladığı saxta ümumi etibarnamədən istifadə edib Baş Dövlət Yol Polisi idarəsində avtomobili öz adına qeydiyyata aldıraraq satmış, xx xxxxxx 2013-cü il tarixdə tanışı X8 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək vətəndaş X4, onlara həmin dövr Azərbaycan manatı məzənnəsi ilə 5460 manat təşkil edən 7000 ABŞ dolları borc pul verəcəyi təqdirdə «Mersedes Benz E 240» markalı **-BM-*** qeyd iyyat nişanlı avtomobili onun adına qeydiyyata aldıracaqlarını, borc ödənildikdən sonra avtomobili yenidən öz adlarına qaytarıb rəsmləşdirəcəyi adı ilə aldadıb Zərərçəkmiş şəxs1 xx xxxxxx 2013-cü il tarixdə ünvan 2 ünvanda yerləşən ofisdə 7.000 ABŞ doları pul almış, həmin gün təminat kimi qeydiyyatdan çıxarılmış «Mersedes Benz E240» markalı avtomobili Baş Dövlət Yol Polisi idarəsində Zərərçəkmiş şəxs1 adına rəsmləşdirərək **-RO-*** qeydiyyat nişanı almış, xx xxxxxx 2013-cü il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, 6 saylı notariat kontorunda ona avtomobilin yalnız idarə edilməsi üçün etibarnamə verdikdən sonra xx xxxxxx 2013-cü il tarixdə X2 tərəfindən istintaqa məlum olmayan yerdə və şəraitdə xx xxxxxx 2013-cü*il tarixli Bakı şəhəri, 24 saylı dövlət notariat kontorunun guya mülkiyyətçi Zə rərçəkmiş şəxs1 Şahid11 idarə edilməsi və onun üzərində sərəncam verməsinə dair təsdiq edib tərtib edərək X2un hazırladığı saxta ümumi etibarnaməsindən istifadə edib Baş Dövlət Yol Polisi idarəsində onun adına qeydiyyata aldıraraq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin «Bakıxanov» filialına girova qoymuş, xx xxxxxx 2013-cü il tarixdə avtomobili girovdan azad edərək həmin gün X9 qeydiyyata aldıraraq satmış və bununla da x3a ümumilikdə 12160 manat maddi ziyan vurmaqla xeyli midarda özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxx 2015-ci il tarixdə Zərərçəkmiş şəxs2 aldığı 3400 manat muqabilində satdığı «BYDF 3» markalı ** MP *** dövlət qeydiyyat nömrə li avtomobilin qısa müddətdə münasib qiymətə satılmasına köməklik edəcəyinə dair vəd verərək aldadıb inandırdıqdan sonra, 2015-ci ilin dekabr ayının sonlarında Bakı şəhəri Xətai rayonu Cavanşir küçəsi 15 B saylı binanın həyətində qeyd edilən «BYDF 3» markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq adı ilə aparmaqla həmin avtomobili ələ keçirərək vədinə əməl etməyib dələduzluq etməklə Zərərçəkmiş şəxs2 3400 manat miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 müxtəlif markalı avtomobillər göstərərək satacağına inandıraraq və axırıncı dəfə Şahid16 məxsus «Hyundai-Qrandeur» markalı avtomobili sonuncuya satmaq adı ilə aldadıb inandırdıqdan sonr a, 2015-ci ilin iyun ayından 2016-cı ilin mart-aprel aylarına kimi olan müddət ərzində Bakı şəhərində Bakıxanov qəsəbəsində dəmir-yolu stansiyasının yaxınlığında hissə-hissə 8000 manat pulunu ələ keçirtmiş və həmin avtomobil Şahid16 qaytarıldığından vədinə əməl etməyib dələduzluq etməklə Zərərçəkmiş şəxs3 8000 manat xeyli miqdarda ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarının dəyişdirilməsi və onun ailəli olmasını, himayəsində 3 azyaşlı uşağının və yaşlı xəstə anasının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasının nəzərə alınarq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Hüquqi mə sələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə məhkum X4in, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutları n mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məh kum еdilmiş şəхs X4in təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkəmə kоllеgiyаsı X4ə təyin edilmiş cəza ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı b ir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azər baycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakte ri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkə məsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, ş ikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X6 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-345/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-345/2020
18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver