Məhkəmə qərarları › İş №1(102)-345/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-345/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-345/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayə t işi üzrə Cəbrayıl Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 avqust 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1(072)-006/2022 saylı (hakim Tərlan Nüsrətov) hökmü ilə xx xxxxxx 1997-ci ildə Ağcabədi rayonu, Rəncbərlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olmamış, fərdi əməklə məşğul olan, xxx qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilini b, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum şübhəli şəxs kimi tutulduğu 2 gün müddətin hər bir günü 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablanaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzanın əvvəli Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Həmin hökmdən Məhkum apellyasiya şikayəti vermiş 19 may 2022-ci il tarixdə iş materiallarına ilkin baxış keçirilərkən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Həsənov X5 Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verərkən apellyasiya şikayətinin verilməs i müddətini ötürmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin 19 may 2022-ci il tarixli 1(106)-495/2022 saylı qərarı ilə (hakim Kamil Bəşirov) Cəbrayıl Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli 1(072)-006/2022 saylı hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmış, Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətlə iş üzrə hökm çıxarmış Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmuş və Azərbaycan Respublikası CPM-nin 386-391.4-cü maddələrində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günə qədər müddət təyin edilmişdir. İş materialında olan məktubdan görünür ki, (cild 2; səhifə 12) Həsənov X5 Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökm ünündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair birinci instansiya məhkəməsinə vəsatət vermişdir. Cəbrayıl Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı ilə, Cəbrayıl Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatəti rədd edilmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarından Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin şikayətə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Əhmədov İsmayıl Həmid oğlunun sədrliyi və məruzəsi, Bağırov Məhəmməd Ənvər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 26 avqust 2022-ci il tarixli qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqi savadsızlığından apellyasiya şikayətini vermə müddətini buraxmışdır və şikayəti hüququnu itirmişdir. Odur ki, qeyd edilənlərə əsasən, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, müvaf iq qərarın ona gec təqdim edildiyini, bu səbəbdən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyünü bildirib, kassasiya şikayətinin təmin olunmasını və apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin oğlu çıxış edərək buraxılmış müddətin bərpası üçün heç bir üzrlü səbəb olmadığını, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiy a şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxu d dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə çıxışlarını dinləyərək və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 358.1.1-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir. İş materialında olan sənədlərdən görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixdə çıxarılmış, yəni apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 20 (iyirmi) günlük müddət axımı həmin tarixdə başlamış və 30 mart 2022-ci il tarixdə başa çatmışdır. Lakin, Məhkum məhkəmənin hökmündən yalnız 15 aprel 2022-ci il tarixdə, yəni prosessual müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Həmçinin, iş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmündən görünür ki, hökmün nəticə hissəsində həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya ap ellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin qərarı elan olunduğu gündən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilməsi müddətini buraxmaqla apellyasiya şikayəti vermiş və müddət in buraxılması ilə bağlı üzrlü səbəbləri qeyd etməmişdir. Məhkəmə kollegiyası bunu, həmçinin, birinci instansiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş Məhkum və onun müdafiəçisinin iştirak etməsini də nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə ha qlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Cəbrayıl Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün nəzərədə tutlmuş prosessual müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar