Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-345/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqa yıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim: Xəlilov Rövşən Elbrus oğlu) 10 mart 2023-cü il tarixli hökmü ilə xx.xx.1968-ci il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilmiş və o, təqsirsiz elan edilmişdir. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmiş, barəsində seçilmiş "həbs” qətimkan tədbiri ləğv edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İsmayılov Azər İbrahim oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 18 iyul 2023-cü il tarixli qərarı ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-12/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram, 0,105 qram, 0,159 qram, 0,154 qram, 0,138 qram, 0,127 qram, ümumi təmiz çəkisi 0,818 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd elekton tərəzi əldə edib daşıyaraq üzərində saxlamış, 14 avqust 2021-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının ünvan 2 ünvanının yaxınlığında keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin onun əynindəki qara rəngli cins şalvarı n sağ yan cibindən, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi isə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, birinci instansiya məhkəmə hökmü ilə İlqar Hacıyevin CM-in 234.2-ci maddəsi ilə təqsiri sübuta yetirilməməsi əsasına görə bəraət verilmiş, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni qanuni və əsaslı hesab etmişdir. Hesab edir ki, hər iki məhkəmənin qeyd edilən mövqeləri əsassızdır. İ.Hacıyev məhkəmə istintaqı zamanı verdiyi ifadələrində aşkar olunaraq götürülmüş elektron tərəzinin onun anasına məxsus olduğunu bildirmiş, CM-in 234.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb olunacağı ilə razılaşıb etirafedici ifadələr vermişd ir. Bundan başqa, fiziki təsir göstərildiyini və ayağından yaralandığını bildirmişdir. Lakin iş materiallarında onun hər hansı formada fiziki təsirə məruz qalması barədə məlumat olmamış, ibtidai istintaq zamanı eləcə də həbs qətimkan tədbiri seçilməsi zamanı məhkəmə iclasında bu barədə bildirməmiş, məhkəmə həmin halları araşdırmamış və yalnız təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq məqsədilə verdiyi ifadələri əsas götürmüşdür. Bundan başqa, İlqar Hacıyev ifadələrində, üzərindən aşkar olunan elektron tərəzinin anasına məxsus olmasını, qızıl çəkilməsində istifadə olunduğunu, hal-hazırda isə yararsız vəziyyətdə olduğunu bildirmişdir. Lakin şəxsi axtarış keçirilməsi barədə protokola əlavə edilmiş videogörüntüyə baxış keçirilərkən qeyd olunan tərəzinin yeni və işlək vəziyyətdə olması müə yyən edilir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs həmin xüsusat barədə verilən suallara cavab verə bilməmişdir. İlqar Hacıyev tutulduğu gündən qanunvericiliyin tələblərinə əsasən müdafiəçi ilə təmin edilmiş və istintaqın son gününədək müdafiəçi onu müşayiət etmişdir. Nə şübhəli, nə də təqsirləndirilən şəxs kimi müdafiəçinin ona keyfiyyətsiz hüquqi yardım göstərdiyinə dair şikayət etməmişdir. Halbuki, tələbnamədən görünür ki, İlqar Hacıyev əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış və istintaqın, müdafiənin, ittihamın nə və necə olmasından anlayışı olmuşdur. Eləcə də ona CM-in 234.2-ci maddəsi ilə ittiham elan olunmasından xəbərdar olmuş, bütün sənədlər onun tərəfindən imzalanmışdır. Məhkəmələr təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etira fedici ifadələrə heç bir qiymət verməmiş, həmin sübutların hansı səbəblərdən mötəbər qəbul etməməsini əsaslandırmamışlar, İlqar Hacıyevun ibtidai araşdırma zamanı özünü tam təqsirli bilməsinə dair ifadələrini, həmin ifadələrinin polis əməkdaşları və işdə olan digər sənədlərlə təsdiq edilməsini nəzərə almamış, həmçinin İlqar Hacıyevun ibtidai istintaqdakı etirafedici ifadələrinə tam olaraq münasibət bildirməmişlər. Təqsirləndirilən şəxsdən aşkar edilmiş elektron tərəzinin üzərindən narkotik vasitə olan heroinin izləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin tərəzinin ona aid olmasını təsdiq etmiş, guya anası həmin tərəzini qızıl çəkilməsində istifadə etmiş və tərəzi yararsız olmuşdur. Tərəzinin üzərində narkotik vasitə olan heroin izləri olması təqsirləndirilən şəxsin ibtidai istint aq zamanı verdiyi ifadəsində göstərdiyi kimi narkotik vasitələrin çəkisini ölçmək üçün istifadə olunmasını sübut edir. Məhkəmələr bəraət qərarının əsası kimi polis əməkdaşlarından Şahid2 istifadəsində olan mobil nömrənin saat 10-12 arası Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olmasına istinad etmişlər. Halbuki şahidin anten məlumatlarına məhkəmə düzgün baxış keçirdiyi halda, məlum olardı ki, xx.xx.2021-ci il tarixdə, saat 10:49:42-də konkret olaraq Sumqayıt şəhəri, 17-ci mikrorayon, İ.Qayıbov küçəsi ərazisində olmuşdur. Bu təqsirləndirilən şəxsin saxlanıldığını iddia etdiyi vaxta uyğun gəlir, göründüyü kimi həmin vaxt şahid tamam başqa ərazidə olmuşdur. Əməliyyat axtarış tədbiri keçirlən tarixdə və saatlarda polis əməkdaşlarına məxsus mobil telefonlardan çıxan və gələn zənglərin Sumqay ıt şəhərinin başqa ərazisində yerləşən anten dairələrində qeyd edilməsi təqsirləndirilən şəxslərə verilmiş ittihamları təkzib etmək üçün mötəbər və dayanıqlı sübut kimi qiymətləndirilə bilinməz. Məhkəmələr cinayət işi üzrə ibtidai istintaq dövründə toplanmış bütün sübutları tam hərtərəfli və obyektiv araşdırmamaqla yekun nəticəyə gəlmiş və mülahizələrə əsaslanan bəraət qərarı qəbul etmişlər. Məhkəmələrin İlqar Hacıyevə CM-in 234.2-ci maddəsi ilə bəraət vermək üçün əsaslandığı sübutlar qeyri-mötəbər olmuş, yalnız təqsirləndirilən şəxsin özünün və ailə üzvlərinin ifadələrini əsas götürülmüş, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların rədd edilməsinin motivləri qərarlarda göstərilməmişdir. Məhkəmələr iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, itti hamı təsdiq edən sübutların qəbul edilməməsi səbəblərini göstərməmiş, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, mövcud sübutların düzgün təhlili üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişlər. Kassasiya protestində X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya pro testinin təmin edilməsi barədə dövlət ittihamçının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya a pellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edi lməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası m əhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər isti ntaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumu nun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı q anuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müd dəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konsti tusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin X5 Cinayət Məcəlləsini 234.2-ci maddəsi ilə bəraət verilməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab verdiyi müəyyən olunur. Belə ki, kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsə əsassız bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Apellyasiya məhkəmə kollegiyası həm ittihamın əsasını təşk il edən sübutlara, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutları mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrı-ayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən İlqar Hacıyevə ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət vermiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasisiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşan kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi İlqar Hacıyevin təqsirliliyi ilə bağlı məsələyə baxarkən CPM-nin 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlan ılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılmış sübutlardan görünür ki: -Əlavə şahid kimi dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 14 avqust 2021-ci il tarixdə, səhər saat 12:00 radələrində yaşadıqları ünvan 1 ünvanının hasarında kiminsə həyətə tulladığını görmüş və tez anasına zəng etmişdir. İlk öncə qardaşı Əhməd, sonra da anası gəlmiş, ona evdən çölə çıxmamasını və qorxmamasını bildirmişlər. Həyətd ə 10 nəfərə yaxın şəxs olmuşdur. Onlar evi axtarmışlar və nəsə tapdıqlarını görməmişdir. -Əlavə şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 14 avqust 2021-ci il tarixdə, səhər saat 10-11 radələrində qızı Aybəniz ona zəng edərək həyətdə adamlar olduğunu bildirdi. O da oğlu Əhmədə zəng edərək həyətdə adamlar olduğunu və tez evə getməsini demişdir. Evə gəldikdə oğlu Əhmədin və qızının evdə olduğunu və həyətdə 7-8 nəfər polis əməkdaşları olduğunu görmüş və evə keçərək qızı ilə evdə oturmuşdur. -Əlavə şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 14 avqust 2021-ci il tarixdə, səhər saat 10-11 radələrində anası Gülxarın ona zəng edərək həyətdə adamların olduğunu bildirərək evə getməsini demişdir. O, evə gəldikdə həyətdə polis əməkdaşları olduğunu görmüşdür. Polis Əməkda şları evdə axtarış aparmışlar və evdə olan işlək vəziyyətdə olmayan tərəzini aşkar edərək götürmüşlər. Həmin vaxt evdə o, anası və bacısı olmuşdur. -Əlavə şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, X9 ilə qonşudur. 14 avqust 2021-ci il tarixdə, səhər saat 10-11 radələrində məhlədə səs-küy eşitdiyini, məhləyə çıxdıqda polis əməkdaşları olduğunu və onların İlqarı tutduqlarını gördüyünü bildirdi. Bu zaman İlqar polis əməkdaşlarına "mən neynəmişəm axı” dediyini eşitmişdir. Sonra polis əməkdaşları İlqarı aparmışlar. -Antenn məlumatları ilə müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları Şahid2 istifadəsində olan 070 ***-**-** mobil nömrəsinin saat 10-12 radələrində antenn yeri Sumqayıt şəhəri, Corat qəsəbəsi, saat 16:00 radələrində isə Sumqayıt şəhəri, 4-cü mik rorayon ərazisi, Şahid1 istifadəsində olan 055 ***-**-** mobil nömrənin saat 16:00 radələrində antenn yeri Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisi göstərilmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və tədqiq edilmiş sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, İlqar Hacıyev heç də tutulma protokolunda göstərildiyi vaxtda deyil, polis bölməsinə daha tez saatlarda tutularaq gətirilməsi, onun üzərinə şəxsi axtarış aparılana qədər uzun müddət polis şöbəsində qalması, saxlanılmasından ən azı 4 saat sonra onun üzərinə baxış keçirilməsi, bu müddət ərzində onun tamamilə polisin nəzarəti altında olması narkotik vasitənin onun üzərinə digər şəxslər tərəfindən qoyula bilməsinə əsaslı şübhələr yaratması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla ap arıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni gö stərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Apellyasiya məhkəməsi işin mübahisəsiz hallarına əsasən müəyyən etmişdir ki, polis əməkdaşları məhkəməyədək icraat zamanı və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsdən götürülməsi iddia olunan narkotik vasitələrlə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə versələr də, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısı, təqsirləndirilən şəxsə verilmiş ittihamın sübuta yetirilməsində bir vasitə olmaqla yanaşı, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin də qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bundan əlavə, polis əməkdaşları polis orqanlarında müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduqları üçün də, istintaq hərəkətləri barəsində onların verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut hesab etmək olmaz. Məhkəmə kollegiyası X5 ittiham irəli sürülməsi üçün əsas olmuş sübutların Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd qaydada əldə edildiyindən sübut kimi ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cinayət işinin materiallarında X5 qarşı irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırılması üçün hər hansı bir mötəbər sübut müəyyən edilmir. Eyni zamanda məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya protestinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət vermiş və hesab etmişdir ki, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3518 saylı rəyi narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Eyni zamanda Ambulator məcburi narkoloji yoxlamanın xx.xx.2021-ci il tarixli, 3861 rəyinə görə İlqar Hacıyevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, polis əməkdaşı Eyvaz Şərifliyə məxsus 055 ***-**-** nömrəsinin antenn dairəsinin qısa müddət ərzində müxtəlif ərazilərdə qeydə alınması və bu halın araşdırılmaması ilə bağlı protestin dəlilləri ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, həmin məsələ ilə bağlı Bakcell MMC-yə sorğu ünvanlanmış, sorğuya cavabda texniki səbəblərdən internet üzərindən həyata keçirilmiş informasiya mübadiləsini əks etdirən ərazi göstəriciləri ilə real zəng zamanı abunəçinin olduğu əhatə dairəsinə dair göstəricilər fərqli əks oluna bilməsi barədə məlumat verilmişdir. Təqdim olunmuş məlumatlarda MTC-sorğu edilən nömrənin daxil olan zəngləri, MOS-sorğu edilən nömrənin çıxış zəngləri, GPRS- usage- start/usage-stop/usage-in-internet xidmətindən istifadə (start-başlama, stop-bitmə, int- interval) kimi qeyd olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız MOS,MTC,SMSMT, SMSMO qeyd olunan sətirlərə diqqət edilməlidir. Sorğuda göstərilən məsələ texniki məsələ olduğundan və sorğuda göstərilən cavab mövcud ziddiyəti aradan qaldırmadığından və bu kimi ziddiyyətli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı olduğundan sorğuya verilən cavab bəraət hökmünün ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək düzgün olaraq cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə İlqar Hacıyevin təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona CM-nin 234.2-ci maddəsi ilə bəraət vermişdir. Belə ki, X4 barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırm aqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmamasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə ittiham tərəfinin istinad ediyi sübutlarla İlqar Hacıyevin CM-nin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə apellyasiya instansiyası məhkəməsinin razılaşdığı birinci instansiya məhkəməsinin ona həmin maddə ilə bəraət verməsi qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuş, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla mübahisələndirən qərarın ləğv olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəb ul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq yoxlanılması və yalnız bu halda onlara sübut kimi istinad edilməsi qanunun imperativ normasıdır (CPM-in 137 və 445.2-ci maddələri). CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat fəaliyyəti nəticəsində əldə edilmiş sübutlar CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübutlar hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən X1 məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6 (altı) ədəd bükümdə ümumi təmiz çəkisi 0,818 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması halını n sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutların həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Beləliklə apellyasiya instansiya məhkəməsi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, İlqar Hacıyevin ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Bu sübutl ar Azərbaycan Respublikası CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir və belə bir sübut əsasında onun barəsində ittiham hökmünün çıxarılması məhkəmənin nüfuzunu sonradan bərpası mümkün olmayacaq dərəcədə sarsıda bilər. Beləliklə, ibtidai araşdırma orqanının X4 CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilməsinə dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində a radan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlar la aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzə rinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təh lil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın X4 CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin X4 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin X4 cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələni tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə düzgün olaraq müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X4 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarında cinayət i şi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında X4 təqsirsiz olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya protestinə baxılması zamanı apel lyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-345/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-345/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver