Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-346/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, xx xxxxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, 2-ci qrup əlil, “xxxx” MMC-nin baş mühasibi işləmiş, ünvanda qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 195.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Abbasov Murtuzəli Aydın oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Azər Tağıyev) Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 195.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-nin CM-nin 32.5, 195.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 308.2-ci maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları əhatə etmək yolu ilə Məhkum qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla Məhkum təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. Həmin hökmlə həmçinin X7 da təqsirli bilinib məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdı r. İşin halları: Cinayət işinin ibtidai istintaq materiallarına əsasən Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxslə hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla qanunsuz kredit almış və vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx xxxx 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Deparlamentinin Kommersiya hüquqi ş əxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış “xxxx” MMC-nin xx.xx.2012-ci il tarixdən baş mühasibi vəzifəsində işləyərkən “Mühasibat uçotu" haqqında Azərbaycan Respublikasının xx xxxx 2004-cü il tarixli Qanunu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası»na əsasən mühasibat üçotu subyeklərtində mühasibat uçotunun, yəni mühasibat subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədilə baş ver miş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin üçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılması, mühasibat uçotunun formalaşdırılması və mühasibat üçotu sənədlərinin saxlanılmasını təmin elmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla, özü və üçüncü şəxslər, yəni işlədiyi Cəmiyyət və həmin Cəmiyyətin direktoru üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə “xxxx” MMC-nin 2012-ci il üçün fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi mənfəət vergisinə dair bəyannamədə satışdan gəliri 206.149,49 manat, balans mənfəəti 1.937,20 manat, mənfəət vergisi 387,44 manat və xalis mənfəəti 1.549,76 manat olduğu halda, həmin Cəmiyyətin təsisçisi və direktoru X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq sonuncunun təsisçi və direktoru kimi rəhbərlik etdiyi Azərbaycan Respublikasının qanunverciliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olduğu “xxxx” MMC-də işlərin ahəngdarlığını təmin etmək məqsədilə kredit verilməsinə dair müraciəti ilə əlaqədar 2012-ci ildə satışdan gəlirin 1.546.053,02 manat, balans mənfəətinin 151.090,53 manat, mənfəət vergisinin 30.218,11 manat və xalis mənfəətinin 120.872,42 manat olması barədə həmin Cəmiyyətin faktiki ünvanı olan ünvan 1lar daxil etdiyi noyabr 2013-cü il tarixli kredit sifarişini XX verdikdən və sonuncu tərəfindən həmin kredit sifarişinin imzalanmaqla və Cəmi yyətin möhürü ilə təsdiq edilməklə xx xxxxxx 2013-cü il tarixdə “xxxx” ASC-nin ünvan 2 ünvanında yerləşən “Muğan” filialına təqdim edilərək maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış xx xxxxxx 2013-cü il tarixli 06/13 №-li “kredit müqaviləsi” (kredit xətti üzrə) əsasında 24 ay müddətinə, illik 18 % dərəcəsi ilə 350.000 (üç yüz əlli min) manat məbləğində kredit verilməsinə nail olub, həmin pul vəsaitinin 1750 (bir min yeddi yüz əlli) manatı komissiya haqqı kimi bank tərəfindən tutulduqdan sonra həmin filialın xəzinəsindən xx xxxxxx 2013cü il tarixli BT 043251 nömrəli bank çeki ilə qalan 348.250 (üç yüz qırx səkkiz min iki yüz əlli) manat, xx xxxxx 2014-cü il tarixdə isə həmin kredit xətti üzrə ayrılmış 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin 500 (beş yüz) manatı komissiya haqqı kimi bank tərəfindən tutulduqdan sonra həmin filialın xəzinəsindən xx xxxxx 2014-cü il tarixli BT 108052 nömrəli bank çeki ilə qalan 99.500 (doxsan doqquz min beş yüz) manat olmaqla, ümumilikdə 447.750 (dörd yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində kredit vəsaitini XX vasitəsilə nağd olaraq götürməklə qabaqcadan əlbir olduğu sonuncu ilə Zərərçəkmiş şəxs2 ASC-yə külli miqdarda ziyan vurub qanunsuz kredit almış, həmin kreditdən əsas məbləğ üzrə 272.399 (iki yüz yetmiş iki min üç yüz doxsan doqquz) manat, faiz borcu üzrə isə 76.452 (yetmiş altı min dörd yüz əlli iki) manat olmaqla, cəmi 348.851 (üç yüz qırx səkkiz min səkkiz yüz əlli bir) manat məbləğində ödəniş həyata keçirib xx xxxxxxx 2019-cu il tarixə əsas borc üzrə 177.601,44 (bir yuz yetmiş yeddi min altı yüz bir manat qırx dörd qəpik) manat, faiz borcu üzrə 89.155.56 manat (səksən doqquz min bir yüz əlli beş manat əlli altı qəpik) məbləğində olmaqla, cəmi 266.757 (iki yüz altmış altı nıin yeddi yüz əlli yeddi) manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu XX ilə birlikdə hüquqi şəxs olan Zərərçəkmiş şəxs2 ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 32.5, 195.2 və 308.2-ci maddələri ilə olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum təqsirləndirilməsinə dair olan cinayət işi üzrə baxış keçirərkən işə obyektiv və hərtərəfli yanaşmamış, səthi araşdırma aparmaqla, qəbul edilmiş qərarda müdafiə tərəfinin apelyasiya şikayətində göstərdiyi çoxsaylı qanun pozuntularına münasibət bildirmək əvəzinə, birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olmasına dair şablon sözlər ilə kifayətlənmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və hər hansı qanunsuz əməldə iştirak etmədiyini, o cüm lədən “xxxx” MMC-nin rəhbəri X5 göstərişi ilə kredit sifarişinə bilə-bilə yalan məlumatlar daxil etmədiyini, kredit sifarişi blankında yalan məlumatların olmadığını, blanka daxil edilmiş məlumatların doğru olduğunu bildirmişdir. Qarışıqlıq düşməsinə səbəb Zərərçəkmiş şəxs2 QSC-yə məxsus olan “Kredit sifarişi blankı”nın özündə olan natamamlıq olmuşdur. Belə ki, həmin blankda son illik və son hesabat qrafaları mövcuddur. Son illik dedikdə bir il öncə olan hesabat, son hesabat dedikdə isə kredit sifarişi verilən müddətdə olan sonuncu hesabat nəzərdə tutulur. Ona görə də təqdim edilmiş sənədlərə əsasən başa çatan maliyyə ili üzrə cəmiyyətin maliyyə vəziyyətini əks etdirən 2012-ci ilin balans rəqəmləri və eləcə də son hesabat dövrü rəqəmləri düzgün əks etdirilmişdir və kredit alınan dövrədək, y əni xx xxxxxx 2013-cü ilədək müəssisənin dövriyyəsi (satışdan gəliri) hər hansı bir şişirtmə olmadan real olaraq göstərilmişdir. Müdafiəçi həmçinin qeyd edir ki, kredit üçün müraciət etmiş fiziki və ya hüquqi şəxsin müraciət blankında hansısa rəqəmləri yazması bu yazılanlarla bankın qane olacağı anlamına gəlmir. Bank mütləq qaydada təqdim edilmiş sənədlərin və sənədlərdə əks olunan rəqəmlərin yoxlamasını həyata keçirir. Müdafiəçi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda şərh olunanları araşdırmadan, əsassız olaraq Məhkum təqsirliliyi nəticəsinə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinlə yərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kif ayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiq ətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 195-ci maddəsində: “195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda; 195.2-ci maddəsində isə həmin Məcəllənin 195.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurduqda” məsuliyyət nəzərdə tutulmuşdur. CM-nin 308.1-ci maddəsində vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin anlayışı aşağıdakı kimi müəyyən edilmişdir: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda “ CM-nin 308.2-ci maddəsində isə həmin Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əm əllər ağır nəticələrə səbəb olduğu hallara görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi di qqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tə tbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr Məhkum tərəfindən qabaqcadan əlbir olduğu bir qrup şəxslə hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla qanunsuz kredit almasına dair yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclaslarında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbə bdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum ona istinad edilən cinayət əməlini etiraf etməsə də, qabaqcadan əlbir olduğu bir qrup şəxslə hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməkdə həmin təşkilatın direktoruna kömək etməklə külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma cinayətinin törədilməsində iştirak etməsi, şahid ifadələri, kredit sifarişi, kredit müqaviləsi, bank çekləri, mənfəət vergisinə dair bəyannamələr, mütəxəssis rəyi, “xxxx” MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı, səyyar vergi yoxlaması aktları, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, baxıl an işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarından hər hansı biri müəyyən edilmir. Bununla belə cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri Məhkum əməllərinin hüquqi tövsifi zamanı səhvə yol vermişlər. Belə ki, məhkəmə qərarlarına əsasən Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxslə hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməkdə həmin təşkilatın direktoruna kömək etməklə külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma cinayətinin törədilməsində iştirak etməsi və vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük ə ldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi cinayətlərini törətmişdir. Bu əmələ görə məhkəmələr Məhkum “qabaqcadan əlbir olduğu bir qrup şəxslə təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi külli miqdarda ziyan vurmaya” görə məsuliyyət nəzərdə tutan CM-nin 32.5, 195.2-ci maddəsi ilə məhkum etməklə bərabər, həm də onun əməllərini vəzifə səlahiyyətlərində n sui-istifadə cinayəti kimi qiymətləndirərək CM-in 308.2-ci maddəsi ilə məhkum etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ittihamına daxil olan və işin hallarında təsvir olunan hərəkətləri CM-nin 32.5, 195.2-ci maddələrində nəzərdə tutulan cinayətin tərkib əlamətləri ilə tam əhatə olunur. Belə ki, CM-nin 195.1-ci maddəsində cinayətin anlayışı belə təsbit edilmişdir: “195.1. Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi” Maddənin dispozisiyasından görünür ki, həmin cinayət maddi tərkibli cinayətdir. Cinayət nəticəsində “xeyli miqdarda” zi yan vurulduqda əməl CM-nin 195.1-ci maddəsi ilə, “külli miqdarda” ziyan vurulduqda isə CM-nin 195.2-ci maddəsi ilə tövsif edilməlidir. Cinayətin subyekti isə maddənin dispozisiyasından da göründüyü kimi kreditin verildiyi təşkilatın rəhbər və ya fərdi sahibkardır. Məhkəmə kollegiyası hesab edir ki, kreditin verildiyi təşkilatın rəhbərinin və fərdi sahibkarın konkret olaraq subyekt kimi nəzərdə tutulduğu cinayətlər üzrə həmin şəxslərə eyni əmələ görə əlavə olaraq “Vəzifə səlahiyyətlərindən sui-istifadə”yə görə cinayət məsuliyyətini nəzərdə tutan CM-nin 308-ci maddəsi ilə ittiham elan edilməsi əsassızdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı və aşağı instansiya məhkəmələri Məhkum ittiham irəli sürərkən və onu məhkum edərkən onun törətmiş olduğu cinayət əməli nin CM-nin 32.5, 195.2-ci maddəsi ilə tam əhatə olunduğunu nəzərə almamış, Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə də ittiham irəli sürmüş və onu həmin maddə ilə məhkum etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ittihamından, onun Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə, həmin maddə ilə, habelə CM-nin 66.2-ci maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən eyni qanun pozuntusuna iş üzrə məhkum olunmuş və barəsində kassasiya müraciəti olmayan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Deparlamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ** ******** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış “xxxx” MMC-nin direktoru X5 törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifində də yol verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 419.1-ci maddəsinin tələblərinə müvafiq olaraq kassasiya şikayətinin baxışının nəticələri buna əsas verdiyindən, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxs X5 da xeyrinə qərar qəbul edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, XXun da ittihamından, onun Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə, həmin maddə ilə, habelə CM-nin 66.2 və 66.4-cü maddələri ilə cəzalandırılmasına dair müddəalar xaric edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsi fində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum ittihamından, Məhkum Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə, həmin maddə ilə, habelə CM-nin 66.2-ci maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilsin. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən həmin iş üzrə məhkum edilmiş və barəsində kassasiya müraciəti olmayan X5 ittihamından, X5 Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə, həmin maddə ilə, hab elə CM-nin 66.2 və 66.4-cü maddələri ilə cəzalandırılmasına dair müddəalar xaric edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-346/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-346/2021
24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver