Məhkəmə qərarları › İş №1(102)-346/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-346/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-346/2023 02.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, məhkumlar Məhkum7 Nəriman oğlunun, Məhkum1 və onların müdafiəçisi Müdafiəçi3, məhkum X2 və onun müdafiəçisi Müdafiəçi8, məhkum X4 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-246/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli hökmündən Məhkum4 və onun müdafiəçisi Müdafiəçi8, məhkumlar Məhkum1, Məhkum3, Məhkum7, Məhkum2, Məhkum6, həmçinin məhkumlar Məhkum7, Məhkum3, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə, Dövlət ittihamçısı2 tərəfindən kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum5 xx xxxx 1991-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli şəhəri, H.Əliyev prospekti, 154 saylı evin 3 saylı mənzilində yaşayır.

2. Məhkum7 30 avqust 1991-ci il tarixdə Laçın rayonunun Qazıdarə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonunun Qazıdarə kəndində qeydiyyatda olub İmişli şəhəri, A.Ələsgər küçəsində yerləşən “Pambıq zavod”un uşaq bağçasında yaşayır.

3. Məhkum6 xx xxx 1988-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli şəhəri, S.Fətəliyev küçəsi, 3 saylı evin 8 saylı mənzilində yaşayır.

4. Məhkum3 xx xxxx 1982-ci il tarixdə İmişli rayonunun Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, İmişli rayonunun Rəsullu kəndində yaşayır.

5. Məhkum1 xx xxxxxx 1988-ci il tarixdə İmişli rayonunun Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonunun Məzrəli kəndində yaşayır.

6. Məhkum2 xx xxxx 1983-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayır.

7. Məhkum4 xx xxx 1989-cu il tarixdə İmişli rayonunun Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, İmişli rayonunun Çahar kəndində yaşayır. 8. 31 avqust 2021-ci il tarixli ittiham aktına görə Məhkum5, Məhkum7, Məhkum6, Məhkum3, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 177.2.1, 177.2.2, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,1772.4-cü maddələri ilə, Məhkum4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham verilmişdir. 9. 22 sentyabr 2021-ci il tarixdə İmişli Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum5, Məhkum7, Məhkum6, Məhkum3, Məhkum1, Məhkum2 və Məhkum4 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

10. İmişli Rayon Məhkəməsinin 1(036)-94/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli hökmü ilə əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.2-ci maddəsinə əsasən Məhkum5, Məhkum7, Məhkum6, Məhkum3, Məhkum1, Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 17 7.2.2, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri ilə, Məhkum4 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi hökm edilmişdir.

11. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi - vəkil Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti, Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-246/2022 nömrəli, 01 mart 2022-ci il tarixli ilkin baxış iclasının qərarı ilə apellyasiya şikayətinə və apellyasiya protestinə baxış iclası qismən məhkəmə istintaqı aparılmaqla açıq məhkəmə iclasına təyin edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mü əyyən edilmiş işin faktiki hallarına görə, Məhkum5 tanışları Məhkum7, Məhkum6, Məhkum3 və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində Məhkum1 idarə etdiyi “Kon” markalı, 30-K-321 dövlət qeydiyyat nişanlı yükləyici avtomaşınla "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin anbarında saxlanılan 5961,60 manat dəyərində 6480 kq çəkidə soya küspəsini naməlum yük avtomobilinin yük yerinin yarısına qədər yüklədikdən sonra "xxxx" MMC-nin tərəzi yerində olan videomüşahidə kameralarına görünməməsi üçün həmin soya küspəsinin üzərinə anbarın yaxınlığında olan tullantıların yığıldığı yerdən istifadəyə yararsız tullantıları yükləyərək 6480 kq soya küspəsini gizli yolla talayıb Məhkum3 yaşadığı İmişli rayonu Rə sullu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə boşaldaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda, yəni 5961,60 (beş min doqquz yüz altmış bir manat altmış qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Məhkum5 tanışları Məhkum7, Məhkum6, Məhkum3, Məhkum1 və Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində Məhkum1 idarə etdiyi “Kon” markalı, 30-K-321 dövlət qeydiyyat nişanlı yükləyici avtomaşınla "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin anbarında saxlanılan 5961,60 manat dəyərində 6480 kq çəkidə soya küspəsini Məhkum4 idarə etdiyi “Hova” markalı, **JX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinin yarısına qədər yüklədikdən sonr a "xxxx" MMC-nin tərəzi yerində olan videomüşahidə kameralarına görünməməsi üçün həmin soya küspəsinin üzərinə anbarın yaxınlığında olan tullantıların yığıldığı yerdən istifadəyə yararsız tullantıları yükləyərək 6480 kq soya küspəsini gizli yolla talayıb Məhkum3 yaşadığı İmişli rayonu Rəsullu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə boşaldaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda, yəni 5961,60 (beş min doqquz yüz altmış bir manat altmış qəpik) manat məbləğində ziyan vurmaqla, Məhkum4 oğurluq etmişdir, Məhkum5, Məhkum7, Məhkum6, Məhkum3 və Məhkum1 isə təkrarən oğurluq etmişlər. Bundan əlavə, Məhkum5 tanışları Məhkum7, Məhkum6 və Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2020-ci il tarixdə, saat 14 radələrində Məh kum1 idarə etdiyi “Kon” markalı, 30-K-321 dövlət qeydiyyat nişanlı yükləyici avtomaşınla sifariş verilmiş pambıq küspəsi əvəzinə "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin anbarında saxlanılan 18768 manat dəyərində 20400 kq çəkidə soya küspəsini Şahid6 idarə etdiyi “Kamaz” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinə yükləyərək gizli yolla talayıb Məhkum3 yaşadığı İmişli rayonu Rəsullu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə boşaldaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMCyə xeyli miqdarda, yəni 18768 (on səkkiz yeddi yüz altmış səkkiz) manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, Məhkum5 tanışları Məhkum7, Məhkum6 və Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx. 2020-ci il tarixdə, saat 18 radələrində Məhkum1 idarə etdiyi “Kon” markalı, 30-K-321 dövlət qeydiyyat nişanlı yükləyici avtomaşınla sifariş verilmiş pambıq küspəsi əvəzinə "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin anbarında saxlanılan 18768 manat dəyərində 20400 kq çəkidə soya küspəsini Şahid6 idarə etdiyi “Kamaz” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinə yükləyib oradan çıxarkən özgənin ümumilikdə xeyli miqdarda, yəni 18768 (on səkkiz yeddi yüz altmış səkkiz) manat dəyərində əmlakını gizli olaraq talamağa yönəldilmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə, yəni sürücü Şahid6 "xxxx" MMC-nin mühafizəçisi Şahid3 avtomobilin yük yerində soya küspəsi olduğunu bildirməklə həmin mühafizəçi tərəfindən tərəfindən aşkar olunduğuna görə baş a çatdıra başa çatdıra bilməyərək təkrarən oğurluq etməyə cəhd etmişlər. Bundan başqa, Məhkum5 tanışları Məhkum7, Məhkum6, Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2020ci il tarixdə, saat 18 radələrində orada olan “Kon” markalı, 10-L-050 dövlət qeydiyyat nişanlı yükləyici avtomaşınla "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin anbarında saxlanılan 5961,60 manat dəyərində 6480 kq çəkidə soya küspəsini Məhkum2 idarə etdiyi “Shacman” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinin yarısına qədər yüklədikdən sonra "xxxx" MMC- nin tərəzi yerində olan videomüşahidə kameralarına görünməməsi üçün həmin soya küspəsinin üzərinə anbarın yaxınlığında olan tullantıların yığıldığı yerdən istifadəyə yarars ız tullantıları yükləyərək 6480 kq soya küspəsini gizli yolla talayıb Məhkum3 yaşadığı İmişli rayonu Rəsullu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə boşaldaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda, yəni 5961,60 manat (beş min doqquz yüz altmış bir manat altmış qəpik) məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan əlavə, Məhkum5 tanışları Məhkum7, Məhkum6, Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2020ci il tarixdə, saat 11 radələrində orada olan “Kon” markalı, 10-L-050 dövlət qeydiyyat nişanlı yükləyici avtomaşınla "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin anbarında saxlanılan 5961,60 manat dəyərində 6480 kq çəkidə soya küspəsini Məhkum2 idarə etdiyi “Shacman” markalı, ** -HZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinin yarısına qədər yüklədikdən sonra "xxxx" MMCnin tərəzi yerində olan videomüşahidə kameralarına görünməməsi üçün həmin soya küspəsinin üzərinə anbarın yaxınlığında olan tullantıların yığıldığı yerdən istifadəyə yararsız tullantıları yükləyərək 6480 kq soya küspəsini gizli yolla talayıb Məhkum3 yaşadığı İmişli rayonu Rəsullu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə boşaldaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda, yəni 5961,60 manat (beş min doqquz yüz altmış bir manat altmış qəpik) məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, Məhkum5 tanışları Məhkum7, Məhkum6, Məhkum3 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2020ci il tarixdə, saat 11 radələrində orada olan “Kon” markalı, 10-L-050 dövlət qeydiyyat nişanlı yükləyici avtomaşınla "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin anbarında saxlanılan 5961,60 manat dəyərində 6480 kq çəkidə soya küspəsini Məhkum2 idarə etdiyi “Shacman” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinin yarısına qədər yüklədikdən sonra "xxxx" MMCnin tərəzi yerində olan videomüşahidə kameralarına görünməməsi üçün həmin soya küspəsinin üzərinə anbarın yaxınlığında olan tullantıların yığıldığı yerdən istifadəyə yararsız tullantıları yükləyərək 6480 kq soya küspəsini gizli yolla talayıb Məhkum3 yaşadığı İmişli rayonu Rəsullu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə boşaldaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə xeyli miqdarda, yəni 5961,60 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, Məhkum5 tanışları Məhkum7, Məhkum6, Məhkum3, Məhkum1 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində Məhkum1 idarə etdiyi “Kon” markalı, 30-K-321 dövlət qeydiyyat nişanlı yükləyici avtomaşınla "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin anbarında saxlanılan 5961,60 manat dəyərində 6480 kq çəkidə soya küspəsini və sintetik torbalara doldurulmuş 190 manat dəyərində 500 kiloqram çəkidə buğdanı Məhkum2 idarə etdiyi “Shacman” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerinin yarısına qədər yüklədikdən sonra "xxxx" MMC-nin tərəzi yerində olan videomüşahidə kameralarına görünməməsi üçün həmin soya küspəsi nin üzərinə anbarın yaxınlığında olan tullantıların yığıldığı yerdən istifadəyə yararsız tullantıları yükləyib çıxarkən özgənin ümumilikdə xeyli miqdarda, yəni 6151,60 (altı min yü əlli bir manat altmış qəpik) manat dəyərində əmlakını gizli olaraq talamağa yönəldilmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə, yəni "xxxx" MMC-nin mühafizəçisi Şahid10 Dayandur oğlu tərəfindən tərəfindən aşkar olunduğuna görə başa çatdıra bilməyərək təkrarən oğurluq etməyə cəhd etmişlər.

14. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-246/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli hökmü ilə apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum5 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunması, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 (iki) gün həbs müddətinin təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün (cəmi dörd gün) hesabı ilə hesablanması və üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması; Məhkum7 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə az adlığın məhdudlaşdırılması cəzası təyin olunması; Məhkum3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunması; Məhkum1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunması, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 2 (iki) gün həbs müddətinin təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəza müddətinə bir günə iki gün (cəmi dörd gün) hesabı ilə hesablanmaqla üzərində 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay m üddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması; Məhkum6 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması; Məhkum4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin xaric edilməsi, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum4 və onun müdafiəçisi Müdafiəçi8, məhkumlar Məhkum1, Məhkum3, Məhkum7, Məhkum2, Məhkum6, həmçinin məhkumlar Məhkum7, Məhkum3, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri, Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

16. Məhkum4 və onun müdafiəçis i Müdafiəçi8, məhkumlar Məhkum1, Məhkum3, Məhkum7, Məhkum2, Məhkum6, həmçinin məhkumlar Məhkum7, Məhkum3, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində məhkum edilmiş şəxslərin verilmiş ittiham üzrə təqsirsiz olduqları iddia edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-246/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli hökmünün ləğv edilməsi, məhkumlara bəraət verilməsi xahiş edilir.

17. Kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi məhkumlara yüngül cəza təyin etməklə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, onların şəxsiyyətlərini, cinayətin törədilməsi zamanı davranışlarını nəzərə almamış, bu zaman cəza təyin et mə barədə Azərbaycan Respublikası CM-nin 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “Azərbaycan Respublikası CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanununun normaları düzgün tətbiq etməmiş, nəticədə onlara münasibətdə yüngül cəza təyin etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yar adan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-246/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

18. Kassasiya şikayətlərinə və kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

19. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

20. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

21. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

22. Belə yoxlamanın nəticəsində apellyasiya instansiy ası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

23. Kassasiya şikayətlərinin müəllifləri məhkum edilmiş şəxslərin əməllərində cinayət tərkibinin olmadığını nəzərə almaqla sonunculara bəraət verilməli olduğunu iddia edərək, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.

24. Dövlət ittihamçısı kassasiya pr otestində məhkum edilmiş şəxslərə təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

25. Odur ki, məhkəmə kollegiyası məhkumların və müdafiəçilərin kassasiya şikayətini və dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

26. Cinayət məsuliyyətinin əs aslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

27. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

28. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin di spozisiyası ilə müqayisə edilməsi tələb olunur.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, əda lət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

30. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkumlar Məhkum5, Məhkum7, Məhkum6, Məhkum3, Məhkum1, Məhkum2, Məhkum4 əməllərinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

31. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla hazırda mübahisələndirilən qərarda ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkumlar Məhkum5, Məhkum7, Məhkum6, Məhkum3, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.4-cü maddələri ilə, Məhkum4 isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri işin faktiki halları, apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən ibtidai istinta q zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri ifadələrlə, şahid ifadələri ilə və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunmuşdur.

32. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə dövlət ittihamçısının verdiyi apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum5, Məhkum7, Məhkum6, Məhkum3, Məhkum1, Məhkum2, Məhkum4 cinayət əməllərinin hüquqi tövsifi bar ədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

33. Məhkəmə kollegiyası həmçinin dövlət ittihamçısının məhkumlara cəzа təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin bu məsələyə aid mövqeyi ilə razılaşır və hesab edir ki, həmin hissədə qəbul etdiyi qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

34. Belə ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respubli kası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

35. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

36. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

37. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

38. İstinad edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud dig ər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bi lsin.

39. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi məhkumlara cəza təyin edərkən Məhkum7 himayəsində iki azyaşlı uşağının olmasını, Məhkum3 himayəsində üç azyaşlı uşağının olmasını, Məhkum6 2020-ci ildə Vətən müharibəsində iştirak etməsini, Məhkum1 himayəsində iki azyaşlı uşağının olmasını, Məhkum4 himayəsində bir azyaşlı uşağının olmasını onların cəzasını yüngülləşdirən hal kimi, cəzalarını ağırlaşdıran halların olmamasını, habelə məhkumların şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onları səciyyələndirən halları, o cümlədən təyin olunacaq cəzanın onların islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkumlar barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət hadisəsinin təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Ci nayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

41. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum edilmiş şəxslərin, onların müdafiəçilərinin kassasiya şikayətləri, dövlət ittihamçısı kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-246/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum4 və onun müdafiəçisi Müdafiəçi8, məhkumlar Məhkum1, Məhkum3, M əhkum7, Məhkum2, Məhkum6, həmçinin məhkumlar Məhkum7, Məhkum3, Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-246/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar