Məhkəmə qərarları › İş №1(102)-346/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-346/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-346/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Loka l Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2, Müdafiəçi və barəsində icraata xitam verilmiş şəxs Məhkum iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhər Səbail Rayon Məhkəməsinin (hakim Ülviyyə Şükürova) 07 dekabr 2022ci il tarixli 1(009)-27/2022 nömrəli qərarı ilə xx xxxxxx 1965-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsi, ev 6, m ənzil 37 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-in 73-2.1-ci maddəsinə əsasən xitam verilmiş, Məhkum cinayət məsuliyyətindən azad edilmiş, iş üzrə mülki iddia təmin edilməmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittihama əsasən o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 2nin (VÖEN **********) direktoru vəzifəsində işləyərkən, həmin cəmiyyətin nizamnaməsinə uyğun həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş, bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 53.1, 72, 77, 78.1, 82, 104.1, 105.1, 130, 130.2, 154, 155, 159.1, 159.4, 177, 205, 206 və 208-ci maddələrinin tələblərini pozaraq, həmin müəssisənin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatları daxil edərək, xüsusi ilə külli miqdar təşkil edən 2795690,62 manat məbləğində vergiləri, məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 266 saylı Sərəncamına əsa sən ünvan 3 ünvanında 1(bir) girişli 21 (iyirmi bir) mərtəbəli 4 (dörd) mərtəbəsi qeyri-yaşayış sahəsi olan 64 (altmış dörd) mənzillik bina inşa edib bina tikintisi fəaliyyəti ilə məşğul olaraq, 2018-ci il üzrə müəssisənin əldə etdiyi gəlirləri 442034,00 manat, həmin gəlirin əldə edilməsi üçün çəkilmiş xərcləri 368361,65 manat, vergiyə cəlb olunan mənfəəti 73672,35 manat, 20% dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 14734,47 manat olduğu halda, o, həmin il üzrə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsində müəssisənin 2018ci il üzrə əldə etdiyi gəlirlərini 442034,00 manat, həmin gəlirlərin əldə edilməsi üçün çəkilmiş xərclərini 376834.0 manat, vergiyə cəlb olunan mənfəətini 65200,0 manat, 20% dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisini 13040,00 manat bəyan etmiş, lak in bəyan etdiyi məbləği ödəməyərək və 1694,47 manat mənfəət vergisini az hesablayaraq, cəmi 14734,47 manat məbləğində hüquqi şəxsin mənfəət vergisini; 2018-ci ilin dekabr ayı üzrə müəssisənin əlavə dəyər vergisi tutulan dövriyyəsi 442034.4 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 79566,12 manat olduğu halda, vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsində əlavə dəyər vergisi tutulan dövriyyəsini 442034,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 79566,12 manat olduğunu bəyan etmiş, lakin bəyan etdiyi məbləğdən 57841,94 manatını ödəyərək, həmin ay üzrə 21724,18 manat məbləğində, 2019-cu ilin avqust ayı üzrə müəssisənin əlavə dəyər vergisi tutulan dövriyyəsi 15325050,75 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 2758509,14 manat olduğ u halda, vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsində əlavə dəyər vergisi tutulan dövriyyəsini 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 0,00 manat göstərərək, həmin ay üzrə 2758509,14 manat məbləğində olmaqla, cəmi 2780233,32 manat məbləğində ƏDV-ni; "xxxx" MMC-yə məxsus olan 7000 kv.metr torpaq sahəsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, sahənin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq, hər il sabit tədiyyə şəklində torpaq vergisini 700 manat hesablamalı və ödəməli olduğu halda, 2018-ci il üzrə həmin vergi məbləğini bəyan etmiş, lakin bəyan etdiyi 700,0 manat məbləğində torpaq vergisini, həmçinin 2014cü ilin 4-cü rübü üzrə 22,83 manat məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəm əkdən yayındırmaqla, ümumilikdə xüsusi ilə külli miqdarda, yəni 2795690,62 manat məbləğində vergiləri, məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkum qarşı sürülmüş ittihama uyğun olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Məhkum 2795690,62 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödəməsi barədə mülki iddia vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Anar Tanrıverdiyev) 09 mart 2023-cü il tarixli, 1(103)-624/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövl ət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 1(009)27/2022 nömrəli qərarı verilmiş apelyasiya şikayətinə və apelyasiya protestinə münasibətdə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisad Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 09 mart 2023-cü il tarixli, 1(103)-624/2023 nömrəli qərarının ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı, Dövlət ittihamçısı2 kassasiya protes ti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2023-cü il tarixli, 1(103)-624/2023 nömrəli qərarının ləğv edilərək, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasının İqtisad Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər iki instansiya məhkəmələri məhkəmə-mühasibat ekspertizasının 24 avqust 2022-ci il tarixli 9/3547 nömrəli rəyi mötəbər sübut kimi qəbul edərək əsassız qərar qəbul etmişlər. Həmin rəylə dövlət büdcəsinə verginin 926.467,67 (924.773,20 ƏDV + 1.694,47 mənfəət vergisi) manat məbləğində az hesablandığının müəyyən edildiyi qeyd edilmişdir. Kassator şikayətində qeyd etmişdir ki, həmin ekspert rəyinin nəticələri mötəbər sübut kimi hesab edilə bilməz. Belə ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin təqdim etdiyi müqavilələrin həqiqiliyinə və orada göstərilmiş qiymətlərin bazar qiymətlərinə uyğun olubolmamasına qiymət verilmədən ekspert tədqiqatının həmin müqavilələr əsasında aparılması tələb edilmişdir. Halbuki ibtidai istintaq zamanı alınmış şahid ifadələri, ekspert rəyi və səyyar vergi yoxlaması zamanı alınmış ekspert rəyi ilə təqsirləndirilən şəxsin müqavilələrdə göstərdiyi qiymətlərin həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Bundan başqa, bəzi müqavilələrin icraçı tərəfindən imzalanmadığı, bəzilərinin möhürlənmədiyi, müqavilələrin bağlandığı tarixlə evi alan şəxslərin şəxsiyyət vəsiqəsinin verilmə tarixi barədə məlumatların ziddiyyət təşkil etdiyi, bu sənədlərin tərtibi zamanı müvafiq şərtlərə əməl olunmadığı məlum olmuşdur. Beləliklə, iş materiallarına əlavə edilmiş müqavilələr müvafiq tələblərə cavab vermədiyindən, özündə bir çox ziddiyyətli məqamları əks etdirdiyindən mötəbər sübut qismində vergilərin hesablanması zamanı istifadə edilə və həmin müqavilələrə əsasən aparılmış ekspert tədqiqatının gəldiyi nəticə də mötəbər hesab edilə bilməzdi. Lakin məhkəmə kollegiyası həmin dəlillərə çox səthi yanaşaraq və heç bir araşdırma aparmadan, təqsirləndirilən şəxsin verdiyi izahatı əsas götürərək qeyd edilən uyğunsuzluqları subyektiv mülahizəsinə əsasən əsaslandırmağa çalışmışdır. Təqsirləndirilən şəxs mənzillərin alqı-satqı müqavilələrinin yanğın nəticəsində məhv olunmasını və sonradan bərpa edildiyini göstərsə də, sonradan tərti b edilən həmin müqavilələrdə yazılan rəqəmlərin həqiqiliyi, ilkin rəqəmlərlə uyğunluq təşkil etməsinin necə müəyyən edildiyi izah etməmiş və bu barədə məlumatlar yoxdur. Bütün bunlar onu göstərir ki, sonradan tərtib edilərək məhkəməyə və ekspertiza tətqiqatına təqdim edilən müqavilələr özündə bir çox ziddiyyəti və şübhəli məqamları əks etdirdiyi üçün həmin müqavilələrin mötəbər sübut kimi qəbul edilərək onların əsasında rəy verilməsi qanunvericiliyin tələblərinin kobud surətdə pozulmasıdır. Halbuki cinayət prosessual qanunvericiliyə əsasən əldə olunmuş bütün sübutlar mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirilməli və həqiqətin müəyyən olunması baxımından qeyd olunan sübutların rolu əks olunmalıdır. İş üzrə məhkəmə istintaqı dövründə verilmiş ekspert rəyinə nəzər saldıqda gö rünür ki, ekspert sadəcə iş materiallarında mövcud olan və sonradan təqdim edilmiş müqavilələrə əsaslanmış və həmin istiqamətdə tədqiqat apardığını nümayiş etdirmişdir. Halbuki iş materiallarında müqavilə üzrə qiymətləri təkzib edən müvafiq sübutlar olduğu halda, o cümlədən səyyar vergi yoxlaması zamanı alınmış ekspert rəyi tədqiq edilmədən və təkzib edilmədən birtərəfli şəkildə yanaşma nümayiş etdirilməklə rəy verilmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi həmin sübutlara diqqət etməyərək nəzərə almamış, iş materiallarında mövcud olan bütün sübutlar qiymətləndirməmiş, məhkəmənin mötəbər hesab etdiyi sübut qanunvericiliyə əsasən digər sübutlarla yanaşı qiymətləndilməli olduğu halda, qiymətləndirilməmiş, nəticədə vergilərin hesablanması əsaslarını təsdiq edən çox sayda sübutlar araşdırmadan kənarda qalmış, sonda isə yalnız məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyinə əsaslanmaqla qərar qəbul etmişdir. Səyyar vergi yoxlaması zamanı alınmış 27 aprel 2020-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 476-cı məhəllədə yerləşən binanın (yeni tikili binalarda suvaqlı (podmayak) yaşayış (mənzil) sahəsinin 1 (bir) kv.m.-nin satışının orta bazar qiyməti 1.800 (bir min səkkiz yüz) manat, qeyri yaşayış sahəsinin 2.500 (iki min beş yüz) manat olduğu müəyyən edilmişdir. Qeyd edilən nöqsanlara görə yenidən ekspertizanın keçirilməsi barədə vəsatətlər verilsə də, birinci instansiya məhkəməsi tərəfindən olaraq heç bir əsaslandırma aparılmadan tərəfimizdən verilmiş vəsatətlər rədd edilmiş, apelyasiya məhkəməsi tərəfin dən də bu hala hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırırıq ki, ibtidai istintaq dövründə verilmiş ekspertiza rəyi isə heç bir halda əsassız hesab oluna bilməz və onun mötəbərliliyi şübhə doğurmur. Belə ki, qeyd edilən ekspertiza ekspert qarşısında qoyulmuş suallar və təqdim edilmiş bütün sənədlər əsasında aparılmışdır. Ekspert tərəfindən də qanunvericiliklə üzərinə düşən vəzifələri icra edilmiş və ona verilən suallar və materiallar əsasında rəy verilmişdir. Əksinə, məhkəmə istintaqı dövründə isə ekspert onun qarşısında qoyulmuş suallara ekspertizaya təqdim edilmiş, lakin mötəbərliliyi şübhə doğuran, sonradan tərtib edilməsinə dair çoxsaylı faktların aşkar edildiyi şübhəli alqı-satqı müqavilələrinə əsasən rəy vermişdir. Odur ki, mötəbərliliyi şübhə doğuran sənəd lər əsasında məhkəmə istintaqı zamanı verilmiş mühasibatlıq ekspertizası rəyi deyil, ibtidai istintaq zamanı verilmiş rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməli idi. Bütün bunlar onu göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırma düzgün aparılmamış, iş materialları düzgün tətqiq edilməmiş, sübutlar düzgün qiymətləndirilməmiş, apelyasiya instansiyası məhkəməsi də eyni prosessual pozuntuları təkrarlayaraq nəticədə işin faktiki hallarına uyğun olmayan yanlış və əsassız qərar qəbul etmişdir. Beləliklə, məhkəmə sübutların qiymətləndirilməsi ilə bağlı CPM-də əks olunmuş prosessual hüquq normalarına istinad etməsinə baxmayaraq həmin normaları tətbiq etməmiş, sübutların qiymətləndirilməsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmişdir. Məhkəmə sübutların qiymətlən dirilməsi ilə bağlı CPM-də əks olunmuş prosessual hüquq normalarına istinad etməsinə baxmayaraq həmin normaları tətbiq etməmiş, sübutların qiymətləndirilməsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Kassator hesab edir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki haflarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi kassasiya protestinin baxışının nəticələri üzrə apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi üçün əsasdır. Məhkəmə istintaqı zamanı müqavilələrin həqiqiliyinə və təsbit olunmuş qiymətlərin bazar qiymətlərinə uyğun olub olub-olmamasına qiymət verilmədən ekspert tədqiqatının həmin müqavilələr əsasında aparılması qənaətinə gəlinmişdir. Halbuki ibtidai istintaq zamanı alınmış şahid ifadələri, ekspert rəyi və səyyar vergi yoxlaması zamanı alınmış ekspert rəyi ilə təqsirləndirilən şəxsin müqavilələrdə göstərdiyi qiymətlərin həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Məhkəmələr qeyd olunan sübutları nəzərə almamış, iş materiallarında mövcud olan bütün sübutlar qiymətləndirməmiş, məhkə mənin mötəbər hesab etdiyi sübut qanunvericiliyə əsasən digər sübutlarla yanaşı qiymətləndirilməli olduğu halda, qiymətləndirməmiş, nəticədə vergilərin hesablanması əsaslarını təsdiq edən çox sayda sübutlar araşdırılmadan kənarda qalmış, sonda isə yalnız məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyinə əsaslanmaqla qərar qəbul etmişdirlər. Qeyd edilən xüsusatlar bir daha müqavilələrin sonradan həqiqətə uyğun olmayan məlumatlar əsasında və vergidən yayınma məqsədləri ilə tərtib edildiyini sübut edir. Lakin məhkəmələr müdafiə tərəfinin şirkətin mühasibinin yaşadığı mənzilin yanaraq mühasibin dünyasını dəyişməsi, müqavilələrin tarixləri ilə şəxsiyyət vəsiqələrinin verilmə tarixi uyğun gəlməyən müştərilərin sənədlərinin sonradan yenidən bərpa olunması və bu səbəbdən qeyd edilən uyğunsuzluq yar anması ilə bağlı təqsirləndirilən şəxsin qeyd etdiyi özünü müdafiə xarakterli ifadəsini birmənalı qəbul edərək iş üzrə digər sübutları tədqiq etməyi zəruri hesab etməmişdir. Qeyd olunanlardan görünür ki, məhkəmə tərəfindən ekspertiza tədqiqatı qarşısında iş üzrə əhəmiyyətli olan bütün halların tədqiq edilməsi tələbi qoyulmamış, həmçinin ekspert tərəfindən tam, obyektiv və hərtərəfli araşdırma aparılmamış, Vergi Məcəlləsinin normaları yanlış tətbiq edilmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan əsassız rəy verilmişdir. İbtidai istintaq dövründə verilmiş ekspertiza rəyi isə heç bir halda əsassız hesab oluna bilməz və onun mötəbərliliyi şübhə doğurmur. Belə ki, qeyd edilən ekspertiza ekspert qarşısında qoyulmuş suallar və təqdim edilmiş bütün sənədlər əsasında aparılmışdır. Ekspert tərəfindən də qanunvericiliklə üzərinə düşən vəzifələri icra edilmiş və ona verilən suallar və materiallar əsasında rəy verilmişdir. Əksinə, məhkəmə istintaqı dövründə isə ekspert onun qarşısında qoyulmuş suallara ekspertizaya təqdim edilmiş, lakin mötəbərliliyi şübhə doğuran, sonradan tərtib edilməsinə dair çoxsaylı faktların aşkar edildiyi şübhəli alqı-satqı müqavilələrinə əsasən rəy vermişdir. Odur ki, mötəbərliliyi şübhə doğuran sənədlər əsasında məhkəmə istintaqı zamanı verilmiş mühasibatlıq ekspertizası rəyi deyil, ibtidai istintaq zamanı verilmiş rəy məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməli idi. Göründüyü kimi məhkəmə tərəfindən hərtərəfli olmayan ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək, nəticədə iş üzrə işin mahiyyətinə uyğun olmayan, prosessual pozuntularla müşa yiət olunan qanunsuz və əsassız qərar qəbul edilmiş, həmin qərar da yuxarı instansiya məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı 2.795.690,62 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayınmasına görə Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə ittiham irəli sürülmüş, həmin ittihama uyğun olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Məhkum 2.795.690,62 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödəməsi barədə mülki iddia vermişdir. Birinci instansiya məhkəməsi cinayət işinə baxıb Məhkum dövlət büdcəsinə ödənilməli vergi məbləğinin 961.954,85 manat olmasını müəyyən etmiş və həmin məbləğ tamamilə ödənildiyindən Məhkum Azərbaycan Respublikası CM-in 73-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad etmiş, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiasını rədd etmiş və cinayət işinin icraatına xitam vermişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apelyasiya şikayətini və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestini təmin etməmişdir. Kassasiya şikayəti və kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən cinayət işi üzrə sübutlara düzgün qiymət verilməmiş, bununla da Məhkum əsassız olaraq cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə ona qarşı verilmiş mülki iddia təmin edilməmişdir. Cinayət işi üzrə mülki iddia yalnız törədilmiş cinayətlə əlaqədar verilir və onun təmin edilməsi həmin ziyanı vurmuş cinayətin törədilməsi sübut olunduğu halda yol verilir. Ona görə də kassasiya şikayətinin düzgün həlli üçün Məhkum Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinin əsaslı və qanuni olubolmaması araşdırılmalıdır. Birinci instansiyası məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsi barədə nəticəyə gələrkən, iş materiallarında olan və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun ş əkildə məhkəmə iclasında tədqiq edilmiş sübutlara, işin digər materiallarına istinad etmişdir. Belə ki, 01 may 2020-ci il tarixli Səyyar vergi yoxlaması aktı ilə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində dövlət büdcəsinə ödənilməli olan vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 2.760.203,61 manat məbləğində azaldılması müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18 iyun 2020-ci il tarixli **********137424 nömrəli qərardan görünür ki, 01 may 2020-ci il tarixli Səyyar vərqi yoxlaması aktına əsasən "xxxx" MMC 2.760.203,61 manat məbləğində vərqilərin azadılmasına görə ona 1.380.181,81 manat maliyyə s anksiyası hesablanaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş əlavə məhkəmə-mühasibat ekspertizasının 29 iyun 2021-ci il tarixli, 9/709 saylı rəyi ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 27 aprel 2020-ci il tarixli rəyi, iş materiallarında olan borc aktı və şəxsi vərəqədə göstərilənləri nəzərə alınmaqla, "xxxx" MMC tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində dövlət büdcəsinə ödənilməli olan vergi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 2.795.690,62 manat məbləğində borcun olduğunu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin təqdim etdiyi Bakı İnzibati Məhkəməsinin qərarı ilə təyin edilmiş 07 fevral 2022-ci il tarixli 9/8425 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən 01 may 2020-ci il tarixli aktda qeyd edilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin 924.773,20 (1.004.339,3279566,12) manat məbləğində az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində iş materiallarına əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 1694,47 manat məbləğində az hesablanması müəyyən olunur. Ümumilikdə dövlət büdcəsinə az hesablanmış verginin məbləği 926.467,67 (924773,20 ƏDV + 1694,47 mənfəət vergisi) manat məbləğində az hesablanması müəyyən olunur. Ona görə də birinci instansiya məhkəməsin də təqsirləndirilən şəxs Məhkum iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 29 iyun 2021-ci il tarixli 9/709 saylı rəyini mübahisələndirmiş və göstərmişdir ki, ekspertiza zamanı təqdim edilmiş sənədlər – mənzillərin alqı-satqı müqavilələri, Bakı Şəhər İcra Hakimiyyətinin məktubu nəzərə alınmadan, “Azərekspertiza” Birliyinin rəyi nəzərə alınmaqla müəyyən edilmiş real bazar qiyməti əsas götürülməklə rəy verilmişdir. Buna görə də yayınılmış vergi məbləği vergi orqanı tərəfindən düzgün müəyyən olunmamışdır. Mübahisələndirilən ekspert rəyində mənzil tikintisi haqqında müqavilələrinə deyil, Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin 27 aprel 2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş bazar qiymətinə istinad edildiyindən və "xxxx" MMC-tə rəfindən ünvan 4 ünvanında yerləşən yaşayış binasından üç mənzilin dövlət mənzil fonduna ayrılması ilə bağlı sənədlərə istinad edilmədiyindən, həmçinin cinayət işi üzrə keçirilmiş 29 iyun 2021-ci il tarixli 9/709 saylı məhkəmə-mühasibatlıq ekspertizası ilə Bakı İnzibati Məhkəməsinin qərarı ilə təyin edilmiş 07 fevral 2022-ci il tarixli 9/8425 saylı məhkəmə-mühasibatlıq ekspertizasında dövlət büdcəsinə ödənilməli olan vergi məbləğləri arasında əsaslı fərqin olduğu müəyyən edildiyindən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-27/2022 tarixli 30 mart 2022-ci il tarixli qərarı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 24 avqust 2022-ci il tarixli, 9/3547 saylı rəyinə əsasən "xxxx" MMC-nin sifarişçilərlə bağladığı mənzil tikint isi haqqında müqavilələr və dövlət mənzil fonduna ayrılmış 3 ədəd mənzil (ümumilikdə 579 kv.m) nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli ƏDV-nin 924.773,20 (1.004.339,32 - 79566,12) manat məbləğində az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində təqdim edilmiş iş materiallarına əsasən müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 1694,47 manat məbləğində az hesablanması müəyyən olunur. Ümumilikdə dövlət büdcəsinə az hesablanmış verginin məbləği 926.467,67 (924773,20 ƏDV + 1694,47 mənfəət vergisi) manat məbləğində az hesablanması müəyyən olunmuşdur. Birinci instansiya məh kəməsində dindirilmiş ekspert Şahid4 ifadəsində göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ekspert qarşısında "xxxx" MMC-yə məxsus ünvan 5 ünvanda inşa edilən yaşayış binasında 01 yanvar 2017-ci il tarixdən 01 sentyabr 2019-cu il tarixədək olan dövrdə satılmış mənzillərin aylar üzrə bazar qiymətlərinin müəyyən edilməsi qoyulmuşdur. O, qoyulmuş suala rəy vermək üçün Baş İdarənin dövlət vergi müfəttişi Şahid2 iştirakı ilə MMC-yə məxsus ünvan 6 ünvanda inşa edilmiş yaşayış binasına vizual baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, binanın tikintisi zamanı lahiyədən kənarlaşma yoxdur və binada tikinti işləri tam başa çatdırılmışdır. Həmin ərazidə 1 kv.m. 1800 manatdan aşağı yoxdur. 2018-ci ildə həmin mənzilin bir k vadrat metrinin qiyməti 1800-dən də çox olmuşdur. Müqavilələri götürüb, müqayisə aparmamışdır, yalnız faktiki binaya baxış keçirmişdir. Birinci instansiya məhkəməsində 24 avqust 2022-ci il tarixli 9/3547 saylı əlavə məhkəmə mühasibatlıq ekspert rəyini vermiş X3 dindirilmiş və ifadəsində göstərmişdir ki, məhkəmə mühasibatlıq ekspertizasının 24 avqust 2022-ci il tarixli 9/3547 saylı rəyini müdafiə edir. Belə ki, məhkəmənin qərarı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və 7 cilddən ibarət cinayət işi ekspert tədqiqatına təqdim olunmuşdur. Qeyd olunan mənzillərə dair müqavilələr, həmçinin pul məbləğinin ödənilməsinə dair kassa mədaxil orderləri iş materiallarına əlavə edilmiş və tədqiqat zamanı həmin sənədlər nəzərə alınmışdır. 64 mənzildən 61-i satılmış 3-ü isə bağışlanılmışdır. Bütün mənzillərin müqavilələri mövcud olmuş və tədqiqat zamanı nəzərə alınmışdır. Mənzillərin bazar qiymətinə uyğun olubolmaması həmin ekspertizanın predmetinə aid olmadığından tədqiqat aparılmayıb. Tədqiqat müqavilələr və bu müqavilələrdə göstərilən məbləğlər üzrə aparılıb və nəticədə ümumilikdə dövlət büdcəsinə az hesablanmış verginin məbləğinin 926.467,67 (924773,20 ƏDV+ 1694,47 mənfəət) manat məbləğində az hesablanması müəyyən edilib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza rəyinə əsasən birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmış, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apelyasiya şikayəti və apelyasiya protestini təmin edilməmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə keçirilmiş e kspertizaların 24 avqust 2022-ci il tarixli, 9/3547 saylı rəyinə nəzər salaraq qeyd edir ki, həmin ekspertiza rəyi cinayətprosessual qanunvericiliyinin tələblərinə riayət etməklə keçirilmiş, ekspertlər tərəfindən verilmiş rəylər kifayət qədər əsaslandırılmış və şübhə doğurmur. Həmçinin həmin ekspertiza rəylərində cinayət işi üzrə keçirilmiş, ittihamın və mülki iddianın əsasını təşkil edən məhkəmə-mühasibat ekspertizasının 29 iyun 2021-ci il tarixli, 9/709 saylı rəyindən fərqli nəticələrə gəlməsinin səbəbləri də izah olunmuşdur. Məhkəmələr ibtidai istintaq zamanı və məhkəmə icraatı zamanı verilmiş ekspert rəylərini tədqiq edib qeyd etmişlər ki, ibtidai istintaq dövrü keçirilmiş ekspertiza mənzil tikintisi haqqında müqavilələr və dövlət mənzil fonduna ayrılmış üç mənzil nəzərə alınmadan, “Az ərekspertiza” Birliyinin rəyi nəzərə alınmaqla müəyyən edilmiş real bazar qiyməti əsas götürülməklə keçirilmişdir. Lakin məhkəmə istintaqı dövrü keçirilmiş ekspertiza rəyi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar, mənzil tikintisi haqqında müqavilələri, Bakı şəhər İcra Hakimiyyətinin məktubu, ödəniş sənədləri, istintaq orqanı tərəfindən nəzərə alınmamış, lakin hazırda həmin sənədlər əsasında daha ətraflı tədqiqat aparıldığından, məhkəmə həmin ekspert rəylərindən məhkəmə istintaqı dövründə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizası rəyini kifayət qədər əsaslı hesab edib, mötəbər sübut kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək düzgün n əticəyə gəlmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 53-cü maddəsində qeyd edilmişdir ki, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bundan başqa qeyd edilməlidir ki, cinayət işinə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-in nümayəndəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 iyun 2020-ci il tarixli **********137424 nömrəli qərarının ləğv edilməsi barədə iddiası qismən təmin edilmiş, həmin qərar 1.833.735,94 manat ƏDV məbləği və 916.896,97 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnziba ti kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qərarı qüvvədə saxlanılmış, cavabdəh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 08 dekabr 2023cü il tarixli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 06 aprel 2023-cü il tarixli qərarından kassasiya şikayəti verdikdən sonra hazırki cinayət işi üzrə Məhkum qarşı 2.795.690,62 manat məbləğində vergiləri ödəməkdən yayınma barədə ittihamın əsa sını təşkil edən 01 may 2020-ci il tarixli Səyyar vergi yoxlaması aktına əsasən çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 iyun 2020-ci il tarixli **********137424 nömrəli qərarına düzəliş edilməsi barədə 24 oktyabr 2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərarda göstərilmişdir ki, "xxxx" MMC 926.467,67 manat məbləğində vergilərin azaldılmasına görə vergi məsuliyyətinə cəlb edilsin. Göründüyü kimi vergi orqanı da birinci və apelyasiya instansiyaları məhkəmələri kimi "xxxx" MMC-in 926.467,67 manat məbləğində vergilərin azaldılmasına dair eyni nəticəyə gəlmiş və bu barədə müvafiq qərar qəbul etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, həmin ziyan Məhkum tərəfindən tam ödənilmişdir. A zərbaycan Respublikası CM-in 73-2.1ci maddəsinə əsasən bu Məcəllənin 209 və 213-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkəmələr əsaslı olaraq Məhkum 926.467,67 manat məbləğində vergiləri ödəmədən yayınması barədə nəticəyə gəlmiş və həmin ziyanın tamamilə ödənilməsinə görə onu CM-in 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad etmişlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Məhkum 2.795.690,62 manat məbləğində pulun tutlması barədə mülki iddiası əsaslı olaraq rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzər inə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bəraət hökmünü qüvvədə saxlamış apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.22-ci maddələrində nəzərdə tutulmuş hallarda apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.22-ci maddələrində göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, mülki iddiaçının kassasiya şikayəti və kassasiya protestində qeyd edil miş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq mülki iddiaçının şikayətini və dövlət ittihamçısın isə protestinin təmin edilmədən, Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2023-cü tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 mart 2023-cü il tarixli Məhkum haqqında qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar