Məhkəmə qərarları › İş №1(102)-346/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-346/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-346/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və Məhkum müdafiəçisi - XXX15nun vəkili Müdafiəçi3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏY YƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim F.Z.Hümbətov, hakimlər H.S.Əliyev və A.T.Rzayevadan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1991-ci ildə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 5 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarı ilə (sədrli k edən və məruzəçi hakim R.O.Əsgərova, hakimlər A.İ.İsmayılov və R.Ə.Ağayevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum xx xx xx 2023-cü il tarixdə ünvan3in yanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siy ahısı»na daxil olan 1 ədəd bükümdə 9,493 qram çəkidə ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində daşıyıb saxlamış, xx xx xx 2023-cü il tarixdə saat 21 radələrində XXX20nin əməkdaşları tərəfindən Məhkum saxlanılıb XXX20nə gətirilib həmin - gün saat 23:20-dən saat 23:40-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman əynində olan idman gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə 9,493 qram çəkidə ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, o cümlə dən Məhkum özünün (nəinki narkotik vasitə və yaxud psixotrop maddə istifadə etməməsi, siqaret belə çəkməməsinə, X15 ilə məsciddən çıxıb XXX22in qarşısı ilə gedərkən təxminən saat 19:30 radələrində mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılıb zorla plois idarəsinə gətirilməsinə və üzərinə onu saxlayan polis əməkdaşı tərəfindən psixotrop maddənin qoyulmasına, zor tətbiq olunmaqla şəxsi axtarışın gedişində və dindirilərkən həmin psixotrop maddənin özünə məxsus olması barədə ifadə verməyə məcbur edilməsinə dair), habelə onun tanışı – şahid X1 (Məhkumlə birlikdə məsciddən çıxıb XXX22in qarşısı ilə getdikləri vaxt Məhkum döyülərək polis tərəfindən aparılmasına dair) məhkəmədə verdikləri ifadələr; X20nin Məhkum saxlanıldığı yerdən onun üzərində şəxsi axtarışın aparıldığı yer - XXX20 arasında məsafənin 4 dəqiqəyə qət edilməsinin mümkünlüyünə dair arayış, Məhkum tutulub müvəqqəti saxlama yerindən istintaq təcridxanasına təhvil verilərkən onda xəsarətin aşkarlanması barədə XXX21nın Tibb-sanitar hissəsinin rəsinin arayışı; Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkməməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması barədə məcburi məhkəmə-narkoloji yoxlamanın rəyi əsassız olaraq nəzərə alınmamış, ittiham hökmü ibtidai istintaqda Məhkum qanunsuz təsir etmə yolu ilə alınmış ifadələr, eləcə də qanunsuz şəxsi axtarış və götürmə protokolu, habelə polis əməkdaşlarının həqiqətə uyğun olmayan ifadələri ilə əsaslandırılmış, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 -ci maddəsi ilə təqsirli bilinmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1 - 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata əməlində ciunayət tərkibi olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə (bəraətverici əsaslarla) xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassa siya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kolleg iyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edib, mübahisələndirilən qərarın ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə məhz Məhkum özünün məhkəməyədək icraatda şəxsi axtarışın gedişində və ayrıca olaraq alınmış izahatında, habelə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərdikləri məlumatlar əsas olmuşdur. Belə ki, müstəsna olaraq Məhkum həmin izahat və ifadələrində göstərmişdir ki, o, 2 aprel 2023-cü ildə ünvan5ndə XXX22in yanında bir bükülüdə psixotrop maddə metamfetamin tapıb üzərində saxlamış, 5 aprel 2023-cü ildə isə həmin yerdə polis əməkdaşları tərəfindən saxlanılıb XXX20nin inzibati binasına gətirildikdən sonra şəxsi axtarış istintaq hərəkətinin gedişində həmin psixotrop maddə ondan götürülmüşdür. İş üzrə dindirilmiş – Məhkum əleyhinə ifadə vermiş digər şəxslər (şahidlər Şahid1 və Şahid2) isə əməliyyat-axtarış tədbirində və şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları olmaqla, psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin nə cür baş verməsi haqqında deyil, müs təsna olaraq Məhkum 5 aprel 2023-cü ildə axşam vaxtı ünvan7ndə saxlanılıb XXX20nə gətirilməsinin detalları, habelə baxış və götürmənin gedişində baş verənlər barədə məlumatlar verən şəxslərdir. Etirafedici məzmunda olmasına baxmayaraq, Məhkum ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələr arasında da əhəmiyyətli ziddiyyət olmuş, Məhkum şəxsi axtarışın gedişində və izhatında üzərindən götürülən maddənin nə olduğunu bilmədiyini göstərdiyi halda, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə, tapdığı maddənin metamfetamin olduğunu anladığını, hətta 5 aprel 2023-cü ildə psixotrop maddə polis idarəsində ondan götürülənədək onun bir hissəsini bir neçə dəfəyə istifadə etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində isə Məhkum məhkəməyədək icraatda ondan alınmış izahat və ifadələri polis əməkdaşlarının ona qarşı zor tətbiq etməsi və təzyiq göstərməsi səbəbindən verdiyini, heç vaxt nəinki narkotik vasitədən və ya psixotrop maddədən istifadə etmədiyini, siqaret belə çəkmədiyini bildirmiş və 5 aprel 2023-cü ildə ünvan7ndə axşam vaxtı polis tərəfindən əsassız olaraq məsciddən dostu X2 birlikdə gələrkən XXX22in yanında saxlanılıb zorla avtomobilə mindirilərək XXX25-nə gətirildiyini, orada onun üzərində hər hansı qanunsuz əşya olmasa da, polis əməkdaşının özü tərəfindən cibinə qoyulmuş psixotrop maddənin guya şəxsi axtarışın gedişində onda aşkarlandığını və buna görə barəsində cinayət işinin başlandığını göstərmişdir (Məhkum bu dəlilləri apellyasiya instansiyası məhkəməsində də müdafiə etmişdir). Başqa sözlə, Məhkum məhkəməyədək icraatda verdiyi izahat və ifa dələrdən imtina etməklə yanaşı, narkotik vasitənin götürülməsi haqqında 5 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun, polis əməkdaşlarının ifadələrinin, ümumiyyətlə işdə olan sübutların həqiqəti əks etdirmədiyini, ittihamın qanunsuz sübutlar üzərində qurulduğunu iddia etmişdir. Belə vəziyyətdə (nə qədər ki, Məhkum ona isnad edilən cinayətin necə baş verməsi barədə məlumat yükü daşıyan etirafedici izahat və ifadələrdən imtina etmiş və digər sübutların saxtalaşdırıldığını iddia etmişdir), ittihamın düzgün həlli üçün həmin sübutların mümkünlüyünün, mötəbərliyinin lazımınca araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. Belə ki, məhkəmələr araşdırmalı idilər ki, Məhkum barəsində hansı əməliyyataxtarış tədbiri həyata keçirlmiş və bu tədbirin təyin edilməsi və keçirilməsi, o cüml ədən narkotik vasitənin götürülməsi zamanı “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Cinayət-Prosessual Məcəllənin tələblərinə əməl olunmuşdurmu? Çünki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən “əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış təd birinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli qərarında da İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında (“Kobiaşvili Gürcüstana qarşı” 14 mart 2019-cu il tarixli, “İbrahimov və Məmmədov Azərbaycana qarşı” 13 fevral 2020-ci il tarixli; “Meqrelişvili Gürcüstana qarşı” 7 may 2020-ci il tarixli; “X7rşı” 27 oktyabr 2020-ci il tarixli; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” 25 mart 2021-ci il tarixli qərarlar) formalaşdırdığı hüquqi mövqelərə istinad olu nmaqla izah edilmişdir ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin qənaətinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillərə məhkəmə tərəfindən baxılmalıdır. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyinin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Hazırki işdə isə qeyd olunan məsələlərin tam, hərətərfli və obyektiv araşdırılması nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyası məhkəməsində təmin edilmədiyindən, Məhkum saxlanılıb polis idarəsinə gətirilməsinin, psixotrop maddənin ondan götürülməsinin qanuniliyinə və əsaslılığına ciddi şübhələr yaranır. Belə ki, məhkəmələr tərəfindən ümumiyyətlə araşdırılmadığından aydın deyil ki, Məhkum barəsində əməliyyat-axt arış tədbirinin keçirilməsinə, onun saxlanılaraq polis idarəsinə gətirilməsinə əsas verən (bəraət qazandıran) hallar gercəkdən də mövcud olmuşdurmu? XXX25-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 5 aprel 2023-cü il tarixli əməliyyataxtarış tədbirinin həyata keçirilməsi barədə qərarından görünür ki, Məhkum barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə polis idarəsinə daxil olmuş Məhkum qanunsuz olaraq “üzərində narkotik vasitələri gəzdirməsi” barədə əməliyyat məlumatı əsas olmuşdur. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin 4-cü hissəsinin 3-cü bəndində təsbit olunmuşdur ki, “cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda” məhkəm ə (hakim), istintaq orqanı və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyekti əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edə bilər. Lakin, əməliyyat müvəkkilinin əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi barədə qərarından Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın “məlum və etimad doğuran, qərəzsiz” mənbədən daxil olması görünmür. Nə qədər ki, məhkəmə hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında da əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmamasının təhlilinə dair mülahizələrə təsadüf edilmir, belə qənaətə gəlmək olar ki, Məhkum saxlanılmasına qədər onun psixotrop maddənin və ya narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqəli olub əməliyyat-axtarış tədbirinin keçirilməsini şə rtləndirən hərəkətləri müstəsna olaraq əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olmuş və təqsirləndirilən şəxsin onun barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olmamasını, psixotrop maddəni üzərində gəzdirərkən yaxalanması barədə ittihamın uydurma olduğunu iddia etməsinə baxmayaraq, həmin məlumatlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, şəxsin əməliyyat-axtarış tədbirinədək narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı fəaliyyətə aid edilə biləcək nə kimi hərəkətlər etməsinin, buna dair məlumatın mənbəyinin məxfiliyinin saxlanılmasını əməliyyat-axtarış fəaliyyətinin məqsədləri üçün yolverilən saymaq olarsa da, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, m addə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32), təqsirzislik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətlərinə görə cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli biliməsinə və cəzalandırılmasına yol verilməməlidir. Həmçinin, müdafiə tərəfi Məhkum üzərində şəxsi axtarışın keçirilməsi və psixotrop maddənin götürülməsi haqqında 5 aprel 2023-cü il tarixli protokolun mümkünlüyünü, mötəbərliyini təkzib edən sübutlar qismində Məhkum polis tərəfindən ittihamda gös tərildiyi kimi - həmin gün saat 21 rədlərində deyil, saat 19.30 rədlərində dostu X2 ilə birlikdə ünvan7ndəki XXX22in yanında olduqları vaxt saxlanılıb zorla XXX20nə aparılmasına dair Məhkum özünün ifadəsi ilə yanaşı, məhkəmədə əlavə şahid qismində dindirilmiş X21nin ifadəsinə istinad etmişdir. X21 ifadəsində 5 aprel 2023-cü ildə, ünvan7ndə, təxminən saat 19.30 radələrində Məhkumlə birlikdə məsciddən gəldikləri vaxt Məhkum iki nəfər mülki geyimdə olan, lakin polis əməkdaşları olduqlarını bildirən şəxs tərəfindən saxlanıldığını, onlarla getməyə razılıq verməsinə baxmayaraq, polis əməkdaşlarının Məhkum vuraraq avtomobilə mindirib XXX25-nə apardıqlarını, Məhkum nəinki narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini, siqaret belə çəkmədiyini göstərmişdir. Lakin, birinci instansiya məh kəməsi sadəcə X21 ilə Məhkum dost olmalarına istinad edərək X15nin ifadəsini işin həqiqi hallarını əks etdirməyən sübut kimi qiymətləndirmiş, apellyasiya instansiyası məhkəməsi isə ümumiyyətlə həmin şahidin verdiyi məlumatları təhlil etməmiş və digər sübutlarla onların müqayisəsini aparmamışdır. Məhkum üzərində şəxsi axtarışın keçirilməsi və psixotrop maddənin götürülməsi haqqında 5 aprel 2023-cü il tarixli protokolda həmin istintaq hərəkətinin XXX20ndə saat 23.20-dən saat 23.40-dək yerinə yetirildiyi qeyd olunmuşdur. Cinayət işində əməliyyat-axtarış tədbirinin təxirəsalınmaz qaydada keçirilməsi barədə məhkəmə nəzarətini həyata keçirən Abşeron Rayon Məhkəməsinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumatın verildiyini (qərarın məhkəməyə göndərildiyini) əks etdirən sənədlər mövcud deyil. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə qərar vermiş XXX25-nin əməkdaşı Şahid1 da birinci instansiya məhkəməsində şahid qismində dindirilərkən əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair məhkəmə qərarının alınmadığını və təxirəsalınmaz qayadada həyata keçirildikdən sonra da əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə prokurora və məhkəməyə məlumat verilmədiyini, eləcə də həmin əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə əlaqədar əməliyyat-qeydiyyat işinin açılmadığını bildirmişdir. Halbuki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 5 aprel 2023-cü il tarixli qərarda digər (o cümlədən, “Əməliyyataxtarış fəaliyyəti haqqında” qanunla nəzərdə tutulmayan) tədbirlərlə yanaşı Məhkum güdülməsi kimi həmin Qanunun 10-cu maddəsinin İİİ hissəs inin 10-cu bəndində nəzərdə tutulmuş, bu Qanuna və Cinayət-Prosessual Məcəllənin 445-ci maddəsinə əsasən barəsində məhkəmə nəzarətinin həyata keçirilməsi mütləq olan əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. X20nin 17 sentyabr 2024-cü il tarixli arayışına əsasən ünvan7ndəki XXX22lə (Məhkum saxlanıldığı yerlə) XXX20nin inzibati binası arasındakı məsafə avtomobillə 4 dəqiqə ərzində qət edilə bilər. Məhkəmə-narkoloji tibbi yoxlamanın 8 may 2023-cü il tarixli 2723 nömrəli rəyinə əsasən Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Rəydən aydın olur ki, onun bir neçə dəfə psixostimulyatorlardan istifadə etməsi barədə ekspert qənaəti müstəsna olaraq Məhkum ibtidai istintaqda verdiyi (məhkəmədə imtina etdiyi) ifadəsində ki ondan götürülmüş metamfetaminin bir hissəsindən bir neçə dəfə istifadə etməsi barədə məlumata əsaslanmışdır. Məhkəməyədək icraatın yuxarıda qeyd edilən çatışmazlıqları məhkəmə-narkoloji tibbi yoxlamanın rəyindən, Məhkum, şahid X15nin məhkəmədə verdikləri ifadələrdən, X20nin məktubundan irəli gələn məlumatlarla əlaqələndirildikdə, nəyə əsasən birinci və apellyasiya instansiyası məhkəmələrinin bu sübutlara deyil, şəxsi axtarış və götürmə protokoluna, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə üstünlük verdikləri, Məhkum polis əməkdaşlarının nəzarəti altında olduğu vaxtı saat 19.30-dan deyil, təxminən saat 21-dən hesabladıqları, məhkəmələrdə əməliyyat-axtarış tədbirinin keçirilməsinin, Məhkum saxlanılıb polis idarəsinə gətirilməsinin əsaslılığı, şəxsi axtarışın qanunauyğun luğu və onun nəticələrinin mötəbərliyi (o cümlədən, narkoman olduğu və ya elmi tədqiqat yolu ilə narkotik vasitələrdən, psixotrop maddələrdən epizodik istifadə etmə halları belə müəyyən edilməyən şəxsin nə üçün üstündə psixotrop maddə “gəzdirməsi” və buna dair bilginin, yəni Məhkum “etirafedici” sayılmış ifadəsinə və əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərara görə psixotrop maddəni taparaq üzərində “gəzdirməsi” barədə məlumatın polis tərəfindən əldə edilməsinin necə mümkün olduğu) barədə sualların yaranmadığı məhkəmə kollegiyasına aydın deyil. Qeyd edilən sualların birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında cavabsız qoyulması (həmin məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılmaması) psixotrop maddənin götürülməsi haq qında protokolun, Məhkum məhkəməyədək icraatda verdiyi izahat və ifadələrin mümkünlüyünə və mötəbərliyinə, eləcə də həlledici şəkildə onların və maddi sübutun üzərində qurulmuş ittihamın əsaslılığına ciddi şübhələr yaradır. Odur ki, Məhkum müdafiəçisinin kassasiya şikayəti qismən əsaslı hesab edilməli, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (birinci və apellyasiya instansiyası məhkəmələrində sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) mübahisləndirilən qərar ləğv edilməli, müdafiə tərəfinin apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidi r. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 25 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsin də olan 25 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar