Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-347/2019 29.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)347-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 29 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2017 -ci il tarixli hökmü ilə MəmmədovEminHidayətoğlunun Azərbaycan Respublikası CM-nin 206.3.2. 234.4.1 və 234.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2017-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli hökmü ilə (hakimlər: X4 (sədrlik edən), X15 və X5 ibarət tərkibdə) Məhkum – xx xxxxxx 1959-cu ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, fərdi qaydada ticarət və təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ***************************** qeydiyyatda olan, Bakı şəh əri, Mərdəkan qəsəbəsi 1772 nömrəli bağevində yaşamış, Azərbaycan Respublikası CM-nin 206.3.2. 234.4.1 və 234.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 99-1.1.1 və 99-1.1.2-ci maddələrinə əsasən Məhkum cinayət törətdiyi zaman idarə etdiyi Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks Birliyi”nin anbarında saxlanılan “Mercedes-Benz 200” markalı, ** *** dövlət nömrə nişanlı avtomobil və onun üzərindən g ötürülmüş Gömrük Komitəsinin xəzinəsində saxlanılan 3000 manat pul məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. İşin halları: Hökmə əsasən Məhkum, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək üçün 06 noyabr 2015-ci il tarixdə İran İslam Respublikasının Miandab şəhərində istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub istintaqla müəyyən edilməmiş mənbədən 5 bağlamada külli miqdarda 1850 qram heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Mercedes-Benz 200” markalı, **--*** dövlət nömrə nişanlı avtom obilin göstəricilər panelinin arxasında yerləşdirib daşımış və 12 noyabr 2015-ci il tarixdə, saat 18 radələrində Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən məhkum və onun müdafiəçisi X11 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X16 və X1 ibarət tərkibdə) 19 may 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm dəyişdirilmiş, hökmlə Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəza 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası həddinədək azaldılmış, CM-nin 66.3-cü maddəsinə əsas ən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2017-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işində olan sübutlar yalnız Məhkum idarə etdiyi ***** dövlət nömrə nişanlı avtomobili ilə 12 noyabr 2015-ci il tarixdə saat 18 radələrində Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində gömrük sərhədindən keçərkən 5 bağlamada olmaqla külli miqdarda olan 1.850 qram heroin narkotik vasitəsinin aşkar edilməsini təsdiq edirlər. Bu faktı təqsirləndirilən şəxs də inkar etmir. Lakin bu fakt özlüyündə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək ittihamını təsdiq etmir. İttihamın təsdiqi üçün həm ibtidai istintaq orqanı, həm də işə baxmış məhkəmələr təqsirləndirilən şəxsin tutularkən verdiyi, lakin sonradan imtina etdiyi ilkin ifadələrinə istinad edirlər. Təqsirləndirilən şəxs həmin ilkin etirafedici ifadələri maşınında onunla birlikdə İrandan gəlmiş 3 nəfərin əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmamaları üçün istintaq orqanının “işi boynuna al, onları buraxaq, yoxsa onları da tutacayıq” təhdidinin təsiri altında məcburən verməli olmuşdur. Həmin iranlılar sərbəst buraxıldıqdan və onların həbs edilməsi təhlükəsi sovuşduqdan sonra, təqsirləndirilən şəxs təzyiq altında verdiyi həmin ifadələrdən tam imtina etmişdir. Təqsirləndirilən şəxsin sonradan verdiyi inkar ifadələrinə məhkəmələrin tənqidi yanaşması üçün isə heç bir əsas yoxdur: inkar ifadəsini təkzib edən başqa sübut mövcud deyil, şahid ifadələri isə ancaq narkotikin aşkar olunmasını təsdiq edir, həmin narkotiklə təqsirləndirilən şəxsin ittihamdakı bağlılığını, əlaqəsini təsdiq etmir. Müdafiə tərəfinin təqdim etdiyi şahid X7 ifadəsinə “digər sübutlarla təkzib olunan, Məhkum müdafiə məqsədi daşıması, bu barədə Məhkumla aralarında olan razıla şmaya əsasən verilməsi” hüquqi qiyməti də tamamilə əsassızdır. Şahid X7 ifadəsini təkzib edən sübut kimi yalnız Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırlmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında 23 avqust 2016-cı il tarixli protokoluna istinad olunur. Bu sənəddə isə X7 08.11.2015-ci ildən 20.11.2015-ci il tarixədək Azərbaycanda olması göstərilir. Lakin məhkəmələr nədənsə bu zaman iş materiallarında olan digər sübutu - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Miqrasiya və Sərhəd Nəzarəti İdarəsinin rəisinin 14.01.2017-ci il tarixli 7/102 saylı məktubunu qəsdən görməzdən gələrək, bu mötəbər sübutu cinayət mühakimə icraatında hüquqi qiymətləndirmədən kənarda saxlamışlar. Həmin məktubda Fathi X7 01.11.2015-ci il tarixdən 01.12.2015-ci il tarixədək dövlət sərhədindən keçməsi barədə məlumatların qeydə alınmadığı göstərilir. Bunu şahidin özü də təsdiq edir. Beləliklə, məhkəmənin şahid Fathi X7 ifadəsini təkzib edən sübutun özünün başqa, özü də daha mötəbər sübutla təkzib olunmasına məhkəmələr düzgün hüquqi qiymət verməyiblər. Şahid X7 ifadəsinin Məhkum müdafiə məqsədilə, bu barədə Məhkumla aralarında olan razılaşmaya əsasən verməsi barədə nəticələr də tamamilə əsassızdır. Birincisi, bu nəticə hər hansı sübutla təsdiq olunmur, təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdıran əsassız mülahizədən başqa bir şey deyil. İkincisi, məhkəmələrin Məhkum və X7 ayrı-ayrı kameralarda saxlanıldıqları Bakı İstintaq Təcridxanasında hər hansı razılaşmaya gələ bilmələri barədə mülahizəsi oradakı saxlanılma rejiminə görə tamamilə istisna edilir. Digər tə rəfdən, əgər məhkəmələr hər hansı razılaşmaya inanmaq istəyirlərsə, o zaman, Məhkum avtomobilindəki iranlıları müdafiə məqsədi ilə istintaq orqanının təkidi və təhdidi ilə ona qarşı irəli sürülmüş ittihamı qəbul etməsinə razılıq verməsinə inana bilərlər. Çünki bu həqiqətdir və məhkəmələrin inandığı Məhkum X8 razılaşmasından fərqli olaraq, bu razılaşmanın baş tuta bilməsi üçün uyğun şərait, imkan mövcud olmuşdur. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2017- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetiri lmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçinin kassasiya şikayəti onunla əsaslandırmışdır ki, cinayət işində olan sübutlar yalnız Məhkum idarə etdiyi ***** dövlət nömrə nişanlı avtomobili ilə 12 noyabr 2015-ci il tarixdə saat 18 radələrində Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində gömrük sərhədindən keçərkən 5 bağlamada olmaqla külli miqdarda olan 1.850 qram heroin narkotik vasitəsinin aşkar edilməsini t əsdiq edirlər. Cinayət işinin materiallarında olan şahid ifadələri ancaq narkotik vasitənin aşkar olunmasını təsdiq edir, həmin narkotiklə təqsirləndirilən şəxsin ittihamdakı bağlılığını, əlaqəsini təsdiq etmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Hazırkı cinayət işi üzrə təkzibolunmaz faktdır ki, 5 bağlamada külli miqdarda 1850 qram heroin narkotik vasitəsi malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə M6 idarə etdiyi “Mercedes-Benz 200” markal ı, **--*** dövlət nömrə nişanlı avtomobilin göstəricilər panelinin arxasından aşkar edilmişdir. Narkotik vasitə aşkar edilənədək “Mercedes-Benz 200” markalı, **--*** dövlət nömrə nişanlı avtomobil MəmmədovEminHidayətoğlunun iradəsinin ziddinə olaraq onun sahibliyindən çıxmamışdır. Narkotik vasitələrin başqa şəxslər tərəfindən E6 idarə etdiyi “Mercedes-Benz 200” markalı, **--*** dövlət nömrə nişanlı avtomobilin göstəricilər panelinin arxasına yerləşdirilməsi barədə dəlillər birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv yoxlanılaraq təkzib edilmişdir. Məhkum özü də məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadələri ilə cinayət əməlini etiraf etmiş və onun etiraf ifadələri şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə t əsdiq edilmişdir. İbtidai istintaq müddətində Məhkum iradəsinin hər hansı formada təzyiq altında və müdafiə hüquqlarının pozulması ilə alınması sübut edilməmişdir. Qanunun mənasına görə belə sübutlar qanuna müvafiq tədqiq edildikdə, həqiqiliyi və əldə edilməsinin qanuniliyi mübahisə doğurmadıqda ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz d axili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə kollegiyası hesab edir ki, M6 təqsirliliyini təsdiq edən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilməklə sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddə sini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum təqsirli bilinib məhkum edilməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2017-ci il tarixli qərarı dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-347/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-347/2019
29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver