Məhkəmə qərarları › İş №1(102)-347/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-347/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-347/2022 29.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və Məhkum iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 avqust 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Asim Hacıyev (sədrlik edən və məruzəçi), Mehdixan Abdullayev və Elşad Əliyev) 1(089)-425/2017 nömrəli 31 oktyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Etibar Camalov (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Rafiq Cəfərov) 1(106)-100/2018 nömrəli 01 fevral 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)425/2017 nömrəli 31 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi V.H.Həbibov tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmi n edilməmişdir. 23 iyun 2021-ci il tarixdə Məhkum Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-100/2018 nömrəli 01 fevral 2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Etibar Camalov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Kamil Bəşirov) 1(106)-100/2018 nömrəli 24 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından narazı qalan Məhkum kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-100/2018 nömrəli 24 avqust 2021-ci tarixli qərarının ləğv edilməsi və onun kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, yaşlı olduğundan və hüquqi savadsızlığı ilə əlaqədar, həmçinin COVİD-19 virus infeksiyasının yayılması səbəbi ilə vaxtında kassasiya şikayətinin verməsi müddətini ötürmüş və bu səbəblərdən vaxtında kassasiya şikayəti verə bilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-100/2018 nömrəli 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüqu qi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, kassasiya şikayəti vermək hüququ barədə vəsatətinin əsassız təm in olunmamasıdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum onun barəsində olan apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən (2020-ci ilin iyul ayının 15-dək qüvvədə olan redaksiyası) məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti verilir. Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)100/2018 nömrəli 01 fevral 2018- ci il tarixli qərarından kassasiya şikayəti vermək müddəti 01 avqust 2019-cu il tarixdə bitdiyi halda Məhkum kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatəti 23 iyun 2021-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş 18 ay ərzində deyil, həmin müddətdən 1 il 10 ay keçdikdən sonra vermişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Kassasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq nəticəyə gəlir ki, məhkum tərəfindən irəli sürülmüş dəlillər onun bir il on ay ərzində kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-100/2018 nömrəli 24 avqust 2021-ci qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-100/2018 nömrəli 01 fevral 2018-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından şikayət vermək hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Həmçinin məhkumun hüquqi savadsızlığı səbəbindən apelyasiya məhkəməsinin qərarından vaxtında kassasiya şikayəti verə bilməməsi üzrlü səbəb kimi nəzərə alı na bilməz. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-100/2018 nömrəli 24 avqust 2021-ci tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-100/2018 nömrəli 24 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar