Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-348/2019 12.03.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-348/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 12 mart 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və Zərərçəkmiş şəxs iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim N.Ş.Paşayev) 03 avqust 2018-ci il tarixli hökmü ilə 19 dekabr 1977-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 21 aprel 2018-ci il tarixdən 23 aprel 2018-ci il tarixədək həbsdə saxlanıldığı və 24 aprel 2018-ci il tarixdən 03 avqust 2018-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 3 ay 13 gün müddət CM-in 69.3 cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmiş və üzərində 8 (səkkiz) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum məhkum olunmuşdur ona görə ki, ondan və X3 25.600 (iyirmi beş min altı yüz) manat alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 01 iyun 2015–ci il tarixli, 2(076)–370/2015 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəməni n 16 noyabr 2016–cı il tarixli, 3(076)–594/2016 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM–nin 528.1–ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə 06 yanvar 2017–ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən yayınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 09 oktyabr 2018-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Zər ərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin və Məhkum daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxs Məhkum onunla əsaslandırır ki, məhkəmələr Məhkum cəza təyin edərkən əməlində cəzanı yüngülləşdirici halların olmasını qeyd etmişlər, lakin əslində isə təqsirləndirilən şəxs Məhkumistintaq zamanı törətmiş olduğu cinayət əməlini etiraf etməmiş, əməlindən səmimi peşman olmaq əvəzinə özünün haqlı olduğunu sübut etməyə çalışmışdır. Əslində isə Şəmkir rayon Məhkəməsinin 01 iyun 2015-ci il tarixli, 2(076)- *** **** saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrlü səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin 16.11.2016-cı il tarixli, 3(076)-594/2016 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə 06 yanvar 2017-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi, inzibati xəta haqqında qərarla təyin edilmiş 500 manat məbləğində cəriməni ödəməməsi kimi hallar onun islah olunan şəxs olmadığını əks etdirir. Eləcə də Məhkum mənə borclu olduğu 12800 manat pulun 8000 manatını birinci instansiya məhkəməsinin icraatı zamanı ödəməsini, apellyasiya icraatı zamanı da 1100 manat ödəməsini onun islah olunması kimi deyil, azadlıqdan məhrum etmə cəzasından xilas olmaq üçün idi. Məhkumun ödəniş etməsi onun islah yolunda olması deyil, onun azadlıqdan məhrum etmə cəzasından yayınması kimi qiymətləndirilməlidir. Əgər o, islah olunacaq şəxs olsaydı ən azından istintaq zamanı həmin pulun bir hissəsini ödəməyə təşəbbüs göstərərdi. Eləcə də bu müddət ərzində məsuliyyətini dərk edərək borcunu qaytarardı. Ona görə də onun borcu qərəzli olaraq ödəmədiyi səbəbindən indiyədək çəkdiyi maddi və mənəvi zərərlər nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəza təyin edilməlidir. Məhkəmə ko llegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili Məhkum a cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə CM-in 70-ci maddəsinin tətbiq edilməklə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-nin 70.1ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ict imai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Həmçinin Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən c əza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Ple numunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində də bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkumun ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Məhkum birinci instansiya məhkəməsi zamanı borcdan 8000 manat pulu tələbkara vermişdir. Həmçinin işə apellyasiya qaydasında baxılarkən Məhkum tələbkara olan borcundan daha 1100 manat ödəmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Q anunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütün hallar nəzərə alınmaqla Məhkum islah olunması məqsədini və CM-in 41.2 maddəsində nəzərdə tutulan digər məqsədləri təmin edə bilən tam ədalətli cəza təyin olunmuşdur. Bundan əlavə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün hesab etməklə də məhk əmə düzgün nəticəyə gəlmiş və gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən və qərardan görünür ki, məhkəmə Məhkuma cəza təyin edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. İşin materiallarında Məhkumun cəzasının daha da ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarı Zərərçəkmiş şəxs kassasiya şik ayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2018-ci il tarixli Məhkumbarəsindəki qərarı Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-348/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-348/2019
12.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver